CƏHƏNNƏMDƏN BİR BOYUN UZANAR

Sən bu halda ikən birdən Cəhənnəmdən bir boyun çıxıb yüksələr və açıq bir dil ilə məxluqatın arasından sorğu-sualsız Cəhənnəmlik olanların üzərinə hücum edər. O, sanki bir quşun yem dənəciklərini dənlədiyi kimi məxluqatı toplayar, atəşə atar. Atəş də onları udar. Sonra onlarla birlikdə Cəhənnəmin içində gizlənər.

Onların başına bunlar gələr. Vay onların halına. Hesabsız Cəhənnəmə gedəcəklərə.
Sonra bir səs belə deyər: ”Məhşər əhalisi kimin ikrama layiq olduğunu biləcəkdir. Hər hal və vəziyyətdə Allaha həmd edənlər ayağa qalxsın!”
Onlar ayağa qalxaraq Cənnətə doğru axışarlar.


Fəsillərə qayıt... ( https://www.azerislam.com/index.php?lngs=aze&cats;=1&ids;=563 )


Azerislam.com