İSRAFİLİN SURUNUN SƏSİ

Sonra sən də daxil olmaqla bütün yaradılanlar Allahın hüzuruna zillət və qorxu içərisində toplanması üçün bir müdhiş səslə diksinəcəkdir. Bu, İsrafilin Surunun səsidir!

Bu səsin qulaq və ağılın üzərindəki təsirini düşün!
Uca Yaradanın hüzuruna çağrıldığını anlayırsan. Bu səsin təsirindən yerindən dik atılmış və saçların ağarmışdır. Çünki bu səs əzəmət və mərhəmət sahibi Allahın hüzuruna toplanmağa çağırmaqdadır. Sən də bu səsi eşitdiyin üçün qorxu içindəsən. Və qəflətən başının üstündəki torpağın yarıldığını hiss edirsən.

Məzarının torpağı ilə təpəndən dırnağınadək toz-torpaq içində sıçrayıb ayağa qalxarsan. Ğözlərin səsin gəldiyi tərəfə dikilmişdir. Səninlə birlikdə bütün yaradılanlar uzun müddət bəla və imtahan gördükləri qəbirlərinin toz-torpağına bulaşmış halda elə dəhşətli bir görkəmdə ayağa qalxarlar ki... Özünün və onların birlikdə qəbirlərinizdən diksinib qalxmağınızı ğöz önünə gətir!


Fəsillərə qayıt... ( https://www.azerislam.com/index.php?lngs=aze&cats;=1&ids;=563 )


Azerislam.com