ÖLÜMÜN SƏRXOŞLUĞUBir anlıq düşün ki, sən can üstündəsən. Ölümün sıxıntısı, acısı, sərxoşluğu, qəm və iztirabıyla boğuşmaqdasan. Artıq ölüm mələyi ayağından başlayaraq ruhunu çəkməyə başlayıb. Ölümlə çarpışmanın ağrısını ayağının ta ucundan hiss edirsən. Sonra bu, heç vaxt keçirmədiyin ağrılı hal ara vermədən davam edir. Ruhun aşağıdan yuxarıya doğru olmaqla bütün bədənindən çəkilir. İzaholunmaz ağrı hiss edirsən bütün vücudunda. Ölümün sıxıntısı bütün bədəninə yayilıb. Qəlbin ürpərti və üzüntü içindədir. Rəbbindən gələcək qəzəb və ya mərhəmət müjdəsinin həsrətindəsən. Vəzifəsi sənin canını almaq olan mələkdən bu iki xəbərdən birini eşitməkdən başqa bir ehtimalın olmadığını artıq dərk etmisən. Fəsillərə qayıt... ( https://www.azerislam.com/index.php?lngs=aze&cats;=1&ids;=563 ) Azerislam.com |