AXİRƏTƏ İMAN
Axirət həyatı deyilincə də:
Gözdən qeyb olan şeyə qeyb deyildiyi kimi, idraki mümkün olmayan, insan biliyi xaricində qalan şeyə də qeyb deyilir. Bir şeyin qeyb olması Allaha görə deyil, insanlara görədir. Çünki Allahdan gizli qalan heç bir şey yoxdur. O, qeyb və şəhadət aləmini bilir. (Əl-Həşr 59/22) Qurana görə varlıqlar iki qisimdir: Qeyb aləmini meydana gətirən - görülməyən və idrak edilməyən varlıqlar və şəhadət aləmini meydana gətirən - görülüb, idrak edilən varlıqlar. Qeyb aləminə aid varlıqlar iki qismdir:
Həyatının başlanğıcı və sonu olmayan ancaq Allahdır. Bu aləmin də bir gün yox olacağı dəqiqdir. Sonradan meydana gəldiyi bilinən bu aləm üzərindəki dəyişikliklər, zamanla insan, heyvan, bitkilər və bütün varlıqların ölməsi və yox olması, zəlzələlər və s. bu aləmin bir gün yox olacağının dəlilləridir. Bu cür hadisələr insan iradəsinin və gücünün xaricində olan hadisələrdir. Başlanğıc etibariylə yoxdan var olduğunu qəbul etdiyimiz bu aləmin, yox olduqdan sonra təkrar yaradılması məntiqə uyğundur. Çünki onu yoxdan yaradan Allah, onu həlak etdikdən sonra təkrar yaratmağa əlbəttə qadirdir. İnsan da öldükdən sonra təkrar, Allahın izni ilə diriləcəkdir. Quranda təkrar dirilməyə dair bir çox ayə vardır: «(Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!"» (Ya sin, 36:79) Sizi gecələr yuxuya daldıran (bu minvalla sizi bir növ ölüm halına salıb hiss-həyəcandan məhrum edən), gündüz isə nə etdiyinizi (nə qazandığınızı) bilən Odur. Sonra O sizi gündüz (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir. (əl-Ənam, 6:60) İnsanın boşuna yaradılmadığını: «Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?»(əl-Muminun, 23:115), başıboş buraxılmadığını: «Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!» (əl-Qiyamə, 75:36), hər nəfsin ölümü dadacağını, inanan və yaxşı əməllər edən insanların mükafatlandırılması və kafirlərin də cəzalandırılması üçün təkrar diriləcəklərini bildirən (Ali-imran, 3:185; Yunus, 10:4; əl-Leyl, 92:4) ayələr də axirət həyatının dəlilləridir. Məxluqatın ölüb yox olduqdan sonra təkrar dirilmələrindəki hikmət, mükəlləflərin bu dünyada iradələriylə qazandıqlarının qarşılığını görmələridir. Çünki bu dünya qazanc və əməl dünyasıdır. O, biri dünya isə edilənlərin qarşılığının görüləcəyi yerdir. «Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzdən (əyləncədən) başqa bir şey deyildir» (Ali-İmran, 3:185). İnsanlar bu dünyada ruzi axtarışlarında, işlərində, əcəllərində, xoşbəxtlik və bədbəxtliklərində çox fərqli bir yaşayış içindədirlər. Axirətə iman kainatta meydana gələcək olan qorxunc inqilabın qəti olduğunu qəbul etməkdir. Bu dünya həyatı tamamilə sona çatıb, başqa bir həyat başlayacaqdır. Əli ibn Abu Talib (r.a) axirəti inkar edən birisinə belə demişdir: «Mənim dediyim olarsa sonunda sən zərər görərsən. Fəqət sənin dediyin olarsa, mən zərər görməyəcəyəm». Axirət inancı, insana irililəmə və inkişaf etmə yolunda böyük bir güc qazandıran mükəmməl bir inanc növüdür. Allah Təala buyurur: «Hər kim inanaraq axirət həyatı istər və onun üçün lazımi şəkildə çalışarsa, onun əməyi mükafatla qarşılanar» (əl-İsra, 17:19) İnsan həyatı ilə dünyanın varlığı, ancaq sonunda bütün edilənlərin sorğu-sual ediləcəyi bir axirət həyatının olması ilə anlam qazanır. Əks halda həyatın və dünyanın heç bir mənası olmayacaqdır. Bu da insanları ümidsizliyə, inamsızlığa sürükləyər. Ölüm yeni bir həyatın başlanğıcı deməkdir. Axirət inancı ilə insanın bu dünyadakı həyatına bir anlam verilir. Beləki insanın yaşayışı da böyük bir nizam ilə tənzimlənir. Axirətə iman insana sonsuzluğun yolunu açarkən ölümü də ən incə təfərrüatına qədər açıqlayaraq bir son olmadığını bildirməkdədir. İnsan dünya həyatında etdiyi bütün əməllərinin qarşılığını o gün görəcəkdir. «Kim zərrə qədər yaxşılıq edərsə onu görəcək və Kim zərrə miqdarı pislik edərsə qarşılığını görəcəkdir» (əz-Zilzal, 99:7-8) Beləcə axirətə iman insana böyük bir ümid qaynağı olduğu kimi onu ədalətə və sonsuzluğa inandırır. Bu da adil, dürüst və sağlam bir toplumun meydana gəlməsinə səbəb olur. Azerislam.com
|