DÜNYA
Ən pis qonaqlığı səadət olan bütün zamanların müqəddəs səyyahı qonaqlayacağını duyunca bütün ulduzlar taxaraq bütün zinətlərini önündə sıra – sıra düzüldülər səni başlarına tac etmək üçün soyundular, geyindilər, süzüldülər
kiçik bir ulduz bir küncdə boynubükük, qəmli elə ağladı ki dənizlər, okeanlar meydana gəldi hüznü sevən yönünlə sən ötdün gözəllərini, ötdün böyüklərini gəlib önündə dayandın bu qəmli qızın saçlarını dağıdaraq rəqsə başladı birdən gözəlliyinlə başını döndürdün "dünya" adlı bu dərbədər ulduzun
indi, dünya səni göstərmək üçün ay səni görmək üçün dönür düşmən oldu günəş səni örtən buluda bilirəm bu kainat məcnunu vurulub sən gözələ, mənim kimi yanır
adına qiyamət deyəcəklər yoxluğunu dərk etməyin günəşin gözləri qaralacaq hər gecə səbirlə səni axtarışa çıxan ay çatlayacaq dünya başını ulduzlara qatacaq səni itirmənin cahanşümül matəminin adına qiyamət deyəcəklər
Sanki, ulduzlar və planetlər arasında cahanşümül bir yarışma təşkil edilmiş. Üzərində həyatın yaradılacağı, şərəfli məxluqat olan insana beşik və məzar olacaq ulduz və planetlər sıraya düzülsün, deyilmiş. Yarışmağa nəhəng cüssəli, cazibədar ulduzlar qatılmış. Amma dünya adlı kiçik, çəlimsiz bir planet boynu bükük, bir küncdə eləcə durmuş. Sanki dünya, belə bir şərəfi o qədər ulduz və planet var ikən kim mənə verər, deyərək təvazö göstərmiş. Qəmli və kədərli, bir küncdə gözləmiş. Amma ilahi əl, onun bu təvazösünü, bu qüssəsini qiymətləndirmiş və o qədər nəhəng göy cisimlərini bir kənara qoyub, insana yurd olma şərəfinə onu layiq görmüş. Bu metaforanı/bənzətməni eynilə Məkkəyə uyğunlaşdıra bilərsiniz.
Azerislam.com
[ Mündəricata qayıt... ] ( https://www.azerislam.com/index.php?lngs=aze&do;=books&id;=23 )
|