HƏCC RİSALƏSİ - TƏQDİM
Həcc, bir kəlmə ilə desək möhtəşəm ibadət! Ehtişamı, mənasında deyil mahiyyətindədir; yəni daşıdığı ruh və içində gizlədilən potensialdadır. Əgər həcc ibadəti itirdiyi ruhuna yenidən qovuşsa, içində daşıdığı potensial özünü büruzə verəcək və bu da insanlıq üçün bir "bası ba'dəl – məvt" [yenidən diriliş] müjdəsi olacaq.
Həcc, Quranın dili ilə, "Allahın simvollarından" [min şə'airillah] ibarət olan bir ibadətdir. Hər kəs bilir ki, hər simvolun simvollaşdırdığı bir həqiqət var. Daşıdığı həqiqətləri bir tərəfə buraxıb simvollara sarılmaq, əvvəlcə insanı öldürüb sonra cəsədinə sarılmağa bənzəyir. Həcc ibadətini möhtəşəm edən ruhu və potensialı haqqında danışarkən bunu nəzərdə tuturduq.
Yaxın zamanlara qədər həccə dəvə ilə, atla gedərdilər. İndi avtomobillərlə gedirlər. Ərafata dəvəylə çıxar, Müzdəlifəyə, Minaya dəvəylə gedərdilər. Ərafata, Müzdəlifəyə, Minaya gedən dəvə ya avtomobillə, onlara minən insan arasındakı fərq şüur fərqidir. Ona görə də dəvə və avtomobil hacı olmur, nəyi nə üçün etdiyini dərk edən insan isə hacı olur.
Həcc əsnasında, mübarək torpaqlarda yazılmış bu kitabın məqsədi, məhz bu şüur fərqini meydana çıxarmaq və həccin təkrar dirilişinə xidmət etməkdir.
Bu sadə risalənin səhifələri arasında gəzərkən, ürəyi bədənindən əvvəl hərəkətə keçib eşq, azadlıq və əminlik diyarına, yəni "nurun mərkəzinə" doğru qanadlanan ruhlar; Allahla müqaviləniz indidən mübarək olsun!
Mustafa İslamoğlu 10 Aprel 1998, Məkkə Mükərrəmə
Azerislam.com
[ Mündəricata qayıt... ] ( https://www.azerislam.com/index.php?lngs=aze&do;=books&id;=23 )
|