|
||||||||||||
HÖKM VƏ QAYDALAR 1. RAMAZAN AYINA HAZIRLIQ Burada «gəlməyin!» sözü «…başlamayın!» mənasında işlənmişdir. Hədisdən çıxan ümumi məna. Müdrik qanunverici olan Peyğəmbər (s.a.s.) özünün bu kəlamı ilə ibadətlərlə adətləri, ibadətlərdən fərz (məcburi) olanları könüllü olanlarla müqayisə edir ki, aralarındakı fərq bilinsin. Buna görə də o, Ramazan ayına bir-iki günlük və ya hər hansı növ orucla gəlməyi qadağan etmişdir. Bunu ona görə etmişdir ki, hər bir müsəlman Ramazan orucuna gözütox vəziyyətdə hazır olsun.Yalnız cümə axşamı oruc tutmağa adət etmiş, yaxud boynunda keçən Ramazan ayının olub onu qəza tutaraq ödəməyə vaxtı az qalan, oruc tutmaq nəziri olan şəxslər bu aya oruclu gələ bilərlər. Çünki məcburi orucunu düzgün tutub əlavə könüllü oruc tutanlardan fərqli olaraq. Belələrinin Ramazan ayına oruclu başlamalarına səbəb var. Keçən il fərz olan orucunu tam tutmuş adamın orucluq ayına oruclu girməsi isə ən azı bəyənilməz bir hərəkətdir. Hədisdən aşağıdakı nəticələr çıxarmaq olar: 1. Ramazan ayı başlanmaq üzrə olarkən bir-iki günlük oruc tutmaq qadağandır. 2. Cümə axşamı, çərşənbə axşamı kimi günlərdə oruc tutmağa adət etmiş şəxslərin həmin orucu bu vaxta təsadüf edərsə, onlar adət etdikləri orucu bu zaman tuta bilərlər. 3. Bunun hikməti bir tərəfdən müsəlmanın ibadətlərin fərz olanları ilə könüllü olanlarını bir-birindən fərqləndirməsi. Ramazan orucuna fəal və ürəkdən hazır olmasıdırsa. Digər tərəfdən orucun başqa aylardan orucla fərqlənən Ramazan ayının əlaməti kimi qorunmasıdır. Bütün hikmətləri Allah hamıdan yaxşı bilir. Orucluq (siyam) – niyyət etməklə səhər dan yeri söküləndən – sübhdən axşama – günəş batana kimi heç nə yeməmək və içməmək, ağzına heç nə almamaq və cinsi əlaqədə olmamaq nəzərdə tutulur. Oruc tutmağın məziyyətləri, fəziləti və üstünlükləri 1. Əl-Buxarinin və Əbu Davudun rəvayət etdiyi hadisələrdə deyilir : «Orucluq itaətsizliyə qarşı maneədir. Sizdən biri orucdursa, deməli, o, pis sözlər dilə gətirmir, cahillik etmir , biri onu söyəndə və ya onunla savaşanda iki dəfə «Mən orucam» deyir. Mühəmmədin nəfəsi əlində olana, yəniAllah-təalaya and olsun, oruc tutan adamın ağzının iyi Allah üçün qiyamət günündəki müşk ənbər iyindən daha xoşdur. Bu adam Allah üçün yeməkdən, içməkdən, şəhvətlərdən özünü saxlayır. Orucluq Allah üçündür, ona görə mükafat da Onun əlindədir. Orucun mükafatı on qat artığına olur». 2. Abdulla bin Əmrin hədisi : «Peyğəmbər (s.a.s.) demişdir : «Orucluq və Qur an» qiyamət günü bəndə üçün şəfaət (vasitəçilik) edərlər. Orucluq deyər : «Ya Rəbb, Sən ona gündüz yeməyi və şəhvəti yasaq etdin, mən onun şəfaətiyəm». Qur an deyər : «Sən ona gecə yuxunu yasaq etdin. Mən onun şəfaətiyəm». Onların hər ikisinin şəfaəti qəbul olunur» (Əhmədin rəvayət etdiyi səhih hədislərdəndir). Hədislər öz düzgünlüyü, həqiqiliyi baxımdan üç növə bölünür: 1. Səhih, yəni ən mötəbər; 2. Yaxşı, yəni inanılası, etimad edilməsi; 3. Zəif. Yəni etimad edilməsi mümkün olmayan hədislər). Orucun hikməti - oruc ən böyük itaət növlərindən olub, bəndə ilə onun Tanrısı arasındakı gizli əlaqə formasıdır. O, əmanətin öz Sahibinə qaytarılmasının səbr (dözüm) fəziləti ilə fərqlənmək deməkdir. Oruc səbrin hər üç növünü – Allaha səbrlə itaət etməyi, səbr edib Allaha asi olmamağı, Allahın verdiyi taleyin acılarına dözməyi özündə biləşdirir. - oruc tutmaq məhrumiyyətin və aclıın insana təsirinin təcrübədən keçirilməsidir.Oruc tutan adam Allahın ona arası kəsilmədən verdiyi nemətlərin qiymətini və özünün bütün həyatını yoxsul keçirən qardaşlarının vəziyyətini başa düşür. - Oruc insanın öz həzm orqanlarına rahatlıq və fasilə verməsi deməkdir. Orucun təbiblərin və aqillərin dərk edə bilmədikləri başqa faydaları da var. Orucun möminə gətirdiyi üstünlüklər Uca Allah buyurmuşdur : «…oruc tutmaq sizin üçün bilsəydiniz nə qədər faydalıdır!» (əl-Bəqərə, 184). Bu fayda aşağıdakı məsələlərdə özünü göstərir : - oruc şəhvət hissini nizamlayır, sanki onun cilovunu çəkib hiddətini azaldır. O, insanı, həmçinin, Cəhənnəm odundan qoruyur : «Allah yolunda bir gün belə oruc tutan elə bir bəndə olmaz ki, Allah onu Cəhənnəm odundan yetmiş payız (il) uzaqlaşdırmasın» (əl-Buxari, 6/35). - Oruc insanı Cənnətə yaxınlaşdırır. «Ey Allahın elçisi! Mənə elə bir əməl göstərir ki, mən onu işləməklə cənnətə daxil olum» – deyən Əbu Ümaməyə Peyğəmbər (s.a.s.) belə cavab vermişdir : «Oruc tut, onun bərabəri olan başqa bir əməl yoxdur» (ən-Nisai. 4/165). - Oruc Qur anla birlikdə oruc tutan adam üçün Allah yanında şəfaət (vasitəçilik) edir. «Bu zaman tutulmuş oruc deyir : «Tanrım, mən onu yeməkdən və şəhvətdən çəkinirmişəm. Onu mənə bağışla!» Qu ran deyir : «Mən onu gecə yatmağa qoymamışam, onu mənə bağışla!» Allah onların hər ikisini şəfaətini qəbul edir» (Əhməd, 6626). - Orucun mükafatı hesaba gəlməzdir. Allah demişdir : «Adəm övladının hər bir əməli onun özü üçündür. Təkcə tutduğu oruc Mənim üçündür, Mən də onun tutduğu oruca görə mükafatlandırıram» (əl-Buxari,4/88). - Oruc müşkdən də ətirlidir. «Məhəmmədin ruhu əlində Olana and olsun ki. oruc tutan adamın ağzından gələn qoxu Allah yanında müşk qoxusundan ətirlidir» (əl-Buxari,4/88). - Oruc tutanın günahları bağışlanır. Peyğəmbər (s.a.s.) demişdir : «Kim orucu inamla tutub oruc tutduğundan narazılıq etməsə, onun həmin oruc tutduğu vaxtdan əvvəlki günahları bağışlanar» (əl-Buxari. 4/99). - Oruc duanın qəbul olunması üçün vasitədir. Peyğəmbər (s.a.s.) demişdir : «Ramazan ayında hər gecə-gündüz Allahın insanları oddan azad edən mələkləri fasiləsiz işləyirlər. Bu ayda hər bir müsəlmanın etdiyi duaya cavab verilir» (əl-Bəzzar, 3142) - Kəffarət (yəni günahın bağışlanması üçün tutulan orucvə ya oruc əvəzi dini cərimə) və ya kəffarə; - Nəzir orucu; - Könüllü tutulan oruc. Burada əsasən Ramazan orucundan və könüllü orucdan danışılacaqdır. Ramazan orucu Ramazan orucu Kitabla (Qurani-kərim),Sünnə (hədislərin məcmusu, qayda-qanun) və İcma (yekdilliklə qəbul edilən qərar, irəli sürülən fikir) ilə vacib bilinmişdir. Qur anda deyilir : «Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi sizə də vacib edildi. Bəlkə, bunun vasitəsilə siz pis əməllərdən çəkinərsiniz» (əl-Bəqərə, 183). O, həmçinin buyurur : «İnsanlara doğru yol göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Qur an Ramazan nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar…» (əl-Bəqərə, 185) Ramazan orucun pozulmasının qorxusu haqqında Abdulla bin Abbasın (r.a.) hədisindən : «Peyğəmbər (s.a.s.) demişdir : «İslamın rüknləri dinin əsaslarıdır. İslam onlara əsaslanır. Onlardan birini qəbul etməyən kafidir, onun qanı halaldır. İslamın əsasları bunlardır: «La ilahə illəllah Muhəmmədən rəsulullah» şəhadəti, vacib namaz və Ramazan orucu» (Əbu Yə lanın, əd-Deyləminin rəvayət etdikləri və əz-Zəhəbinin səhihliyini sübut etdiyi hədis). Əbu Hüreyrənin hədisindən : «Peyğəmbər (s.a.s.) demişdir : «Allahın rüsxəti olmadan Ramazan ayında bir gün oruc tutmayanın borcunu bütün həyatı boyu tutacağı oruc belə ödəməz» (Əbu Davudun, İbn Macənin, ət-Tirmizinin rəvayəti). Ramazan ayının və ona əməl etməyin üstünlüyü Əbu Səid əl-Xudrinin (r.a.) hədisindən : «Peyğəmbər (s.a.s.) demişdir : «Ramazan oruc tutan. Onun hüdudlarını bilən. Özünü gözlənilməsi vacib olan şeylərdən qoruya bilən adam buna qədər olan günahlarının hamısını yumuş olur» (Əhmədin və əl-Beyhəqinin rəvayət etdikləri, yaxşı hesab olunan hədis). Ramazan ayı xeyir-bərəkət ayıdır. Onun üstün cəhətlərindən biri də odur ki. o Qur an ayıdır, yəni Allah Qur anı bu ayda nazil etmişdir (bax: əl-Bəqərə, 185). Bu ayda şeytanlar qandallanır, Cəhənnəmin qapıları bağlanır, Cənnətin qapıları açılır. Bu ayda Qədr gecəsi adlanan bir gecə var ki, o gecə Allahın yanında min aydan faydalıdır : «Həqiqətən, Biz onu (Qur anı) Qədr gecəsi (lövhi-məhfuzdan dünya səmasına) nazil etdik! Sən nə bilirsən ki. nədir Qədir gecəsi?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! O gecə mələelər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər. O gecədən dan yeri sökülənə kimi salamatlıqdır». (Əl-Qədr, 1-5) Bu faydanı həmin gecəni ibadətdə keçirməyə müvəffəq olan əndə əldə edə bilər. Ramazan ayının isbatı Oruc tutmağa başlaqa üçün göydə Ramazan ayının Hilalını, orucluğun sona yetdiyini bilmək üçün Şəvval ayının Hilalını görmək lazımdır. Peyğəmbər (s.a.s.) ona görə belə demişdir ki, qəməri (A) ilinin 29 və 30 gün olur, bunu dəqiq bilmək üçün təzə Ayın çıxmasını görmək vacibdir. Beləliklə, əgər iki nəfər etibarlı müsəlman Ramazan ayının Hilalını görüb onu gördüklərinə şahidlik etsə, həmin ölkənin əhalisi oruc tutmağa başlamışdır. Müxtəlif ölkələrdə hilalın görünməsi vaxtı bir-birindən fərqləndiyi üçün bu başlanğıc da ölkədən-ölkəyə keçdikcə nisbətən fərqlənir. Əgər hilalı görmək üzürlü səbəbə görə mümkün olmasa, onda Şə ban ayı 30 gün hesablanır, sonra Ramazan ayı hesab olunur və oruc başlanır. Orucluğun məzmununu təşkil edən iki əsas vardır : 1. Səhər dan yeri söküləndən günəş batana qədər yeməkdən, içməkdən özünü saxlamaq. Allah-təala buyurur : «Sübh açılınca. Ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib-için ; sonra gecəyə qədər orucunuzu tamamlayın» (əl-Bəqərə, 187). (Burada ağ və qara sap dedikdə, gündüzün ağılı və gecənin qaranlığı nəzərdə tutulur). 2. Niyyət. Allah-təala buyurur : « Onlara yalnız Allaha sədaqətlə ibadət etmək əmr olunmuşdur. Ona borcludurlar». Peyğəmbər (s.a.s.) demişdir : «İşlər niyyət edilərək görülür, hər bir adam bir işi görəndə əvvəlcə ona niyyət edir». Niyyət sübh açılmamışdan qabaq, Ramazan ayı ərzində hər gecə edilməlidir. Həfsanın «Rəsulullah (s.a.s.) demişdir : « Sübhdən qabaq niyyət etməyənin orucu qəbul olunmaz» (Əhməd və digərlərinin rəvayətidir. İbn Xüzeymə və İbn Habbən bu hədisin səhihliyini sübut etmişlər). Niyyət gecənin hər vaxtında edilə bilər, o qəlbin əməli olduğu üçün səslə ifadə edilməsi vacib deyildir. Dillə heç bir əlaqəsi yoxdur. Onun həqiqi mənası Allah-təalanın əmrinə müvaıiq olan və Onun kəramətli sifətini görmək istəyini ifadə edən bir məqsədin qarşıya qoyulması deməkdir. Gecəni yatmayıb orucu gözləyən adam özünün bu pəhrizi ilə Allaha yaxınlaşır və niyyət sahibi olur. Gecəni yatıb gündüz Allaha sədaqətini nümayiş etdirərək yemək və içməkdən pəhriz etmək əzmində olan adam da niyyət sahibi hesab olunur. Fiqh (müsəlman hüququ) alimlərinin əksəriyyəti belə bir fikirdədirlər kit, könüllü oruc niyyəti gündüz heç nə yeyilməsə düzgün hesab edilə bilər. Oruc kimlərə vacibdir? Alimlər belə bir yekdil fikirdədirlər ki. oruc yetkinlik yaşına çatmış, ağlı başında olan, oruc tutmağa gücü çatan, səfərdə olmayan, daimi yaşayış yerində olan hər bir müsəlman kişiyə, aybaşından və doğumdan sonrakı təmizləmədən pak olan müsəlman qadınlara vacibdir. Orucdan azad olanlar : kafir, dəli, uşaq, xəstə, səfərdə olan, aybaşı və ya doğumdan sonra təmizləmə keçirən qadın, yaşlı adam. Hamilə qadın. Kafir və dəlinin orucu haqqında Oruc tutmaq İslama xas ibadətdir, müsəlman olmayana vacib deyildir. Dəli üçün də orucluq vacib deyildir. Çünki o, ağıldan naqisdir. Uşağın oruc tutması haqqında Uşağa oruc tutmaq vacib deyildir. Lakin. onun hamisi olan şəxslər kiçik yaşlarından adət etsin deyə ona məsləhət bilsə aə o bunu etməyi bacarsa, oruc tuta bilər. VERMƏSİ VACİB HESAB EDİLƏN ŞƏXSLƏR Orucdan yaşlı kişi və ya qadın, ağır xəstə azad edilir. Əgər ilin bütün fəsillərində oruc tutmaq bu adamlara çox əziyyət verərsə və ağır nəticələrə səbəb olarsa, onlar orucdan azaddırlar. Bunun əvəzinə onlar hər gün ehtiyacı olan adamı yedirtməlidirlər. Orucdan azad olanlara həm də hamilə və uşaq əmizdirən qadınlar da aiddirlər. Əgər bu qadınlar orucun onların və ya uşaqlarının səhhəti üçün təhlükə törədəcəyini hiss edərlərsə, yemək yeyə bilərlər. Onlar da fidyə verməlidirlər və onlara qəza vacib deyil. Sağalacaq xəstə və səfərdə olan adama yemək icazəsi verilir, onlara qəza, yəni orucu sonradan tutmaq vacibdir.Allah-təala buyurur : «Sizlərdən xəstə və səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar» (əl-Bəqərə, 185). Yesək icazəsi o xəstəyə verilir ki, onun vəziyyəti oruc tutmaqla daha da ağırlaşa bilər və ya sağalması gecikər. Oruc tutmaq xəstəlik üçün qorxu törədirsə yeməyə icazə verilir. Əbu Səid əl-Xudrinin (r.a.) hədisi : «Peyğəmbər (s.a.s.) dedi : «Siz düşmənlərinizə çox yaxınlaşmısınız, yemək sizə daha xeyirlidir». Bu, icazə idi. Bizlərdən bəziləri oruc tutdu, bəziləri isə yedi. Bundan sonra başqa bir yerdə dayandıq. Peyğəmbər (s.a.s.) dedi : «Siz səhər düşmənlə üzləşəcəksiniz. Sizə qüvvət verəcəkdir». Bundan sonra o təkidlə yeməyi məsləhət gördü. Biz yedik. Başqa vaxtlar Rəsulullahla (s.a.s.) səfərə çıxanda bizim oruc tutumağımız məsləhət görülərdi» (Əhməd, Müslim və Əbu Davudun rəvayəti). Fiqh alimləri belə bir yekdil fikirdədirlər ki, aybaşı və doğuşdan sonra təmizlənmə keçirən qadınlara oruc yasaqdır. Onlar oruc tutsalar da orucları qəbul olunmaz, batil hesab ediləcəkdir. Onlara qəza məsləhətdir. Aişənin (r.a.) hədisində deyilir : «Peyğəmbərin (s.a.s.) dövründə qadınlar aybaşı keçirəndə onları orucdan azad edərdilər. Amma qəzadan azad etməzdilər» (əl-Buxari və Müslimin rəvayəti). Oruc yasaq edildiyi günlər barədə hədislər vardır. Onlar aşağıdakılardır: 1. Bayram günləri orucun yasaq olunması: Alimlər hər iki bayram günü (Orucluq (Ftrə) bayramının və Qurban bayramının birinci günü nəzərdə tutulur) orucun yasaq olunması barədə yekdil fikrə gəlmişlər. Bu yasaq həm vacib, həm də könüllü oruca aiddir. Fitr günü Orucluq bayramının birinci günü, həm də orucluğun axırıncı günüdür. 2. Təşriq günləri orucun yasaq olunması: Təşriq günləri Qurban bayramının birinci günündən sonrakı günlərdir. Qurban bayramından sonra gələn üç gün ərzində oruc tutmaq olmaz. Ət-Təbəraninin Abdulla bin Abbasa (r.a.) istinad etdiyi rəvayətdə deyilir : «Rəsulullah (s.a.s.) uca səslə demişdir: «Bu günlər oruc tutmayın. Bu yemək, içmək və ləzzət günləridir». 3. Ramazan ayı istisna olmaqla ayrıldıqda cümə günü oruc yasaq edilir. Cümə günü müsəlmanların həftəlik istirahər və bayram günüdür. Buna görə də şəriətlə bu gun oruc qadağan edilir. Bəzi fiqh alimləri belə bir fikirdədirlər ki, əgər cümə günündən bir gün əvvəl və ya sonra oruc tutularsa, onda cümə günü oruc qadağan edilmir. Yaxud bu gün oruc adət üzrədirsə, Ərəfat və Aşura günüdürsə, onda oruc qadağan edilmir. Əli (r.a.) demişdir : «Sizlərdən könüllü oruc tutmaq istəyən qoy cümə axşamı cünü oruc tutsun. Cümə günü oruc tutmayın. Bu yemək, içmək və zikr günüdür». İnsana bütün həyatı boyu və ya il boyu, o cümlədən şəriətlə yasaq edilən günərdə oruc tutmaq qadağandır. Peyğəmbər (s.a.s) demişdir : «Bütün ömrü boyu oruc tutan oruc tutmayan hesabındadır» (Əhməd, əl-Buxari və Müslimin rəvayəti). Ən yaxşı bir gün oruc tutub, bir gün yeməkdir. Bu Allaha ən xoş olan orucdur. Rəsulullah (s.a.s) qadına öz ərindən icazə almadan oruc tutmağı qadağan etmişdir. Bəzi alimlərin fikrincə, ər xəstə olduqda, yaxud evdə olmadıqda və bu kimi başqa hallarda öz vəzifəsini yerinə yetirə bilmədiyi təqdirdə arvad onun icazəsi olmadan oruc tuta bilər. İslam şəriətində orucluq Ramazan ayında vacibdir (fərzdir). Bundan başqa könüllü oruc da var ki, onu başqa vaxtlarda tutmaq olar. Orucluğun uzadılması, yəni bir neçə gün iftarsız oruc tutmaq yasaqş edilir. Əbu Hüreyrənin hədisində deyilir : «Peyğəmbər (s.a.s.) demişdir : «Siz uzatmayın». O bunu üç dəfə təkrar etdi. Ona dedilər : « Ya Rəsulullah! Bəs sən orucu davam etdirirsən?». O dedi : «Siz mənim kimi deyilsiniz. Məni Allaha yedizdirib içizdirir. Mənə sizin qadir olmadığınız işləri tapşırır». ( əl-Buxari və Müslimin rəvayəti). Peyğəmbər (s.a.s) bu növ orucu aşağıdakı günlərdə məsləhət bilmişdir : Şəvvalın altı gününün orucu Bu barədə əl- Buxari və ən-Nəsaidən başqa bir qrup alim Əbu Əyyub əl-Ənsaridən belə bir hədis verirlər : «Peyğəmbər (s.a.s.) demişdir : «Ramazan orucunu başa vurub onu Şəvvalın altı günü ərzində davam etdirən kəs bütün həyatı boyu oruc tutmuş kimidir», Zilhicci ayının ilk on günü və Ərəfat günü Əbu Qətadə (r.a.) demişdir : «Peyğəmbər (s.a.s.) buyurur : «Ərəfat gününün orucu iki ilin günahını yuyur : keçən və gələn illərin günahlarını. Aşura gününün orucu keçən bir ilin günahını yuyur"»(əl-Buxaridən və ət-Tirmizidən başqa digər alimlərin də rəvayətidir). Həvcə (r.a.)-dən rəvayət olunduğuna görə, dörd şey var ki, rəsulullah (s.a.s.) bunları tərk etməzdi : «Aşura orucu, zilhiccənin on günlük orucu, hər aydan üç gün oruc və sabah namazından əvvəl iki rükət namaz» (Hədisə Əhməd və Nəsai rəvayət etmişdir) Məhərrəm ayının orucu və Aşura günü Əbu Hüreyrədən nəql edirlər : «Peyğəmbərdən (s.a.s.) soruşurlar : « Vacib namazdan sonra hansı namaz daha üstündür?» O deyir : «Gecə yarısı qılınan namaz». Ondan soruşurlar : «Bəs Ramazandan sonra hansı oruc daha üstündür?» O deyir : « Məhərrəm adlandırdığınız Allah ayının orucu» (Əhməd, Müslüm və Əbu Davudun rəvayəti). Alimlər qeyd edirlər ki, Aşura orucu üç dərəcədə olur : Birinci dərəcə : üç günlük oruc – doqquzuncu, onuncu və on birinci günlər. İkinci dərəcə : doqquzuncu və onuncu (tasua və aşura) günlər. Üçüncü dərəcə : yalnız onuncu (aşura) günün orucu. İbn Abbas (r.a.)-an rəvayət olunduğuna görə o belə demişdir : «Rəsulullah Məlinəyə gələndə yahudilərin Aşura günü oruc tutduqlarını gördü. Bu nədir ? – diyə soruşanda, «yahudilərdə bu gün yaxşı bir gündür, Allah Musanı və bəni İsraili düşmənlərindən bu gün qurtardı. Onun üçün Musa oruc tutdu» dedilər. Bundan sonra Rəsulullah (s.a.s.) «Mən Musaya sizdən daha çox bağlıyam» dedi. Özü oruc tutdu və tutulmasına əmr etdi» (əl-Buxarinin və Müslimin rəvayəti). Başqa bir hədisində buyurmuşdur ki. «bu gün Aşura günüdür. Bu gün oruc tutmaq sizə fərz edilmədi. Mən orucluyam, istəyən oruc tutsun istəyən iftar etsin». Şə ban ayının orucu Peyğəmbər (s.a.s.) Şəban ayının çox günlərini oruc tutardı. Aişə demişdir : «Mən Rəsulullahın (s.a.s.) Ramazandan başqa bir ayı orucla başa vurmasını görməmişəm. Bu aylar içində o ən çox Şə ban ayında oruc tutardı» (əl-Buxarinin və Müslimin rəvayəti). Bazar ertəsi və cümə axşamı günlərinin orucu Əbu Hüreyrədən nəql edirlər : «Peyğəmbər (s.a.s.) ən çox bazar ertəsi və cümə axşamı günləri oruc tutardı. Bu barədə ondan soruşanda o, deyərdi : «Əməllər hər bazar ertəsi və cümə axşamı nəzərdən keçirilir ki, Allah hər bir müsəlmanı və mömini bağışlasın. Burda yalnızsəfərdə olanlar istisnadır. Bu iki gün onlar üçün başqa vaxta keçirilir» (Əhmədin səhih rəvayətlərindəndir). Hər ayda üç gün könüllü oruc Əbu Zurr əl-Qifari(r.a.) demişdir : «Peyğəmbər (s.a.s.) bizə hər ay üç günü – on üçü. On dördü və on beşi günlərinioruc tutmağı nəsihər etmişdir». O demişdir : «Bu dəhrin (dövr, zaman, tarix) oruc kimidir (ən-Nəsainin rəvayətidir, İbn Həbban təshih etmişdir). Könüllü oruc vaxtı yeməyə icazə haqqında Ümm Hani (r.a.) demişdir : «Fəth günü Peyğəmbər (s.a.s.) yanıma gəlib şərbəti götürüb özü içdi və mənə də təklif etdi. Mən dedim : «Orucam». Cavabında : «Könüllü oruc tutan şəxs özünün sahibidir, istəyər oruc tutar, istəyər tutmaz» – dedi.(Əhmədin. Əd-Dəraminin və əl-Beyhəqinin rəvayəti). Alimlərin əksəriyyəti könüllü orucun kəsilməsini mümkün saymış və buna qəza ilə başqa günə keçirməyi tövsiyə etmişlər. Bu barədə səhih hədislər çoxdur. Orüc tutan adam aşağıdakı qaydalara riayət etməlidir : 1. Səhur (yəni oruc başlanana qədər sübh açılmamışdan qabaq sonuncu dəfə yemək vaxtı). Bütün müsəlmanlar səhuru qəbul etmişlər, lakin onu qəbul etməmək də günah deyildir. Ənəs bin Malik (r.a) bu hədisi verir: «Peyğəmbər (s.a.s.) demişdir : «Səhur təamını yeyin. Səhurda bərəkət vardır» (əl-Buxari və Müslimin rəvayəti). Səhurun icrası : Səhuru həs çox, həm də az, hətta bir qətrə su ilə də həyata keçirtmək olar. Əbu Səid əl-Xudridən (r.a.) verilən hədisdə deyilir : «Peyğəmbər (s.a.s.) demişdir : «Səhur bərəkətdir, hətta əgər siz bir damcı su içməli olsanız belə onsuz keçinməyin. Allah və Onun mələkləri səhur icraçılarına salavat çevirirlər» (Əhmədin rəvayəti). Səhurun vaxtı : Səhurun vaxtı gecə yarıdan dan yeri sökülənə qədərdir. Onu dala çəkmək də olar. Zeyd bin Sabmtdən (r.a.) nəql edilən hədisdə deyilir : «Rəsulullahla (s.a.s.) birgə səhər təamını yedik və sonra namaza durduq. Mən soruşdum ki, onlar arasından nə qədər vaxt (gecə yarısından sübh açılana qədərki vaxt nəzərdə tutulur) keçdi?» O cavab verdi : «Əlli ayə» (əl-Buxari və Müslimin rəvayəti). Əbu Zurr əl-Qifari (r.a.) Peyğəmbərin (s.a.s.) sözləri ilə demişdir : «Mənim ümmətim iftarı tezləşdirməyib səhuru geri çəkirsə, xeyir içində olacaqdır» (Süleyman bin Əbu Osmana istinad edilir). Sübhün açılmasına şübhə : Sübhün açılmasına şübhə olduqda yeməyə və içməyə icazə verilir. Bu, sübhün açılmasına qəti əmin olana qədər davam edir. Şəkk ilə iş görülməz. Böyük və Qadir Allah yeməyi hava açılan vaxt kəsməyi əmr edərək deyir : «Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için» (əl-Bəqərə, 187). Bir nəfər Abdulla ibn Abbasa (r.a.) deyir: «Mən sübh yeməyini yeyirdim, lakin şəkk gətirdim, yeməyi kəsdim». İbn Abbas deyir : «Əgər şübhə edirsənsə ye, ovaxta qədər ki, şübən qalmasın». 2. İftarın tezləşdirilməsi haqqında. Oruc tutanda günəşin qürubuna qədər iftarı tezləşdirmək istəyi ola bilər. Səhl bin Səd yemişdir : «Peyğəmbər (s.a.s.) buyurur : «Adamlar iftarı tezləşdirmirlərsə, xeyiriçində olacaqlar» (əl-Buxari və Müslimin rəvayəti) İftar təzə xurma, əgər xurma olmasa su ilə açılmalıdır. Ənəs bin Malik (r.a.) demişdir : «Peyğəmbər (s.a.s.) namazdan qabaq təzə xurma ilə iftarını açardı. Təzə xurma olmadıqda iftarı adi xurma ilə, o da olmadıqda su ilə açardı» (Əbu Davudun rəvayəti ; əl-Hakim onu səhih, ət-Tirimizi isə yaxşı hesab etmişdir). Bir hədisdə iftarın şam namazından qabaq bu cür açılması barədə danışılır : «Əgər namaz qılınsa, ondan sonra bilavasitə iftar açılmır. Əgər yemək hazırdırsa, ondan əvvəlcə iftarı açırlar. Sonra namaz qılırlar. Ənəs bin Malik deyir : «Rəsulullah (s.a.s.) buyurmuşdur ki : «Şam namazından qabaq şam yeməyi verilərsə əvvəlcə onu başlayın. Öz şam yeməyinizi gecikdirməyin». 3. İftar və oruc vaxtı dua İbn Macə Abdulla bin Əmr bin əl-Asdan belə bir hədis rəvayət edir : «Peyğəmbər (s.a.s.) demişdir ki : «Oruc tutanın iftar vaxtı rədd edilməyən duası vardır». Ət-Tirmizi yaxşı hədisə istinadən rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) demişdir : «Üç şəxsin duasi geri qaytarılmır : iftar açılana qədər oruc tutanın, ədalətli imamın və məzlum adamın». 4. Orucluğa müxalif olandan əl çəkmək Müslimdən başqa digər alimlər Əbu Hüreyrədən rəvayət edirlər ki, Peyğəmbər (s.a.s.) demişdir : «Zor tətbiq etməkdən əl çəkməyən adamın yemək və içməkdən imtina etməsinə Allahın ehtiyacı yoxdur». Onun başqa bir hədisində deyilir : Peyğəmbər (s.a.s.) demişdir : «Ola bilsin ki, oruc tutanı orucluqda ancaq aclıq, oyaq qalanı isə oyaqlıqda yuxusuzluq düşündürsün» (ən-Nisainin, İbn Macənin və əl-Hakimin rəvayəti. Hədisi əl-Buxari təshih etmişdir). 5. Dişlərin təmizlənməsi. Oruc tutana qədər istər günün əvvəlində, istərsə də günün axırınca dişləri təmizləmək icazəsi verilir. Peyğəmbər (s.a.s.) oruc tutduğu vaxt dişlərini təmizləmişdir. 6. Qur anın təcvidi (Qur anın düzgün oxunması qaydaları) və öyrənilməsi Qur anın təcvidi və öyrənilməsi hər vaxt müstəhəbdir (sevilən, xoşa gələn, bəyəniləndir). Lakin Ramazan ayında bu da çox vacibdir. Əl-Buxari, Abdulla ibn Abbasa (r.a.) istinad rəvayət edir : «Peyğəmbər (s.a.s.) adamlar arasında ən yaxşı təcvid oxuyan idi. Təcvid Ramazan vaxtı Cəbrayıl əleyhissəlamla görüş zamanı daha xoh səslənərdi. Hər Ramazan gecəsi o, Cəbrayıl əleyhissəlamla görüşərdi. O, Peyğəmbərə (s.a.s.) Qur anı tədris edər, Rəsulullaha (s.a.s.) xəbərləri küləkdən də tez çatdırardı. 7. Ramazan ayının son on günü ərzində ibadətin gücləndirilməsi barədə Əl-Buxari və Müslim Aişəyə (r.a.) istinadən rəvayət edirlər: «Peyğəmbər (s.a.s.) sonuncu günlərdə gecə durar, ailə üzvlərini də oyadar və pərdələri bərk çəkərdi». Müslimin rəvayətində deyilir : «Sonuncu on gün ərzində başqa günlərdən qat-qat artıq çalışardı». Oruc vaxtı aşağıdakılara icazə verilir : 1. Suya girmək və ona baş vurmaq. Əbu Bəkr bin Əbdürrəhman səhabələrdən irinə istinad edərək rəvayət edir : « Mən Rəsulullahın (s.a.s.) oruc ikən susuzluqdanmı. Yoxsa çox isti olduğundanma, başına su tökdüyünü görmüşəm» (Əhmədin. Malikin və Əbu Davudun səhih rəvayətlərindəndir). Aişədən (r.a.) əl-Buxarinin və Müslimin hər iki «səhih» əsərlərində verilən hədisində deyilir: «Peyğəmbər (s.a.s.) səhər yuxudan ayılan kimi oruc ola-ola əl-üzünü yuyardı». Əgər oruc tutan adamın ağız boşluğuna və daxilə təsadüfən su keçərsə onun orucu məqbul hesab olunar. 2. Kirpiklərə sürmə çəkmək və gözə bir neçə damcı sürmə tökmək olar. Bu damcıların dadı boğazda hiss oluna və ya olunmaya da bilər, belə ki, gözün daxilə yolu yoxdur. Ənəs bin Malik demişdir : «O, (Peyğəmbər) oruc ola-ola gözlərinə sürmə çəkərdi». 3. Öpüşə öz nəfəsini saxlamağı bacaranlar üçün izn verilir. Aişə (r.a.) demişdir : «Peyğəmər (s.a.s.) ola-ola öpərdi, qucaqlayardı». Ömər (r.a.) demişdir : «Bir gün həvəsə gəldim və oruc ola-ola öpdüm. Peyğəmbərin (s.a.s.) yanına gəlib dedim : «Bu gün çox böyük bir qəbahət edib oruc ola-ola halalımı öpmüşəm». Peyğəmbər (s.a.s.) dedi : «Sən görmüsənmi mən oruc ola-ola ağzımı su ilə yaxalamayım? Dedim: «Bunun eybi yoxdur». O, cavabında : «Onda bu sualın mənası nədir? – dedi. 4. İynə vurdurmaq Orucluqda iynə vurdurmağa icazə verilir. Bu istər yedirtməmək, istərsə də hər hansı bir məqsəd üçün istifadə edilə bilər. İynə damarlara da, dəri altına da vurula bilər. Onun təsiri daxilə də çata bilər. Belə ki, bu halda iynədən ifraz olunan maye ənənəvi kanallarla daxilə keçmir. 5.Ağzı yaxalamaq və iyləmək Bunlar da ifrata vardıqda qadağan edilir. Ləqit ibn Səbra rəvayət edir ki, Peyğəmbər (s.a.s.) demişdir : «Çox iyləyə bilərsən, amma gərək oruc olmayasan». Orucu həmçinin tüpürcək, yolun tozu, unun tozu, kəpək kimi insanın özündən asılı olmayaraq udmuş olduğu şeylər də pozmur. İbn Abbas demişdir : «Turş təamı və almaq istədiyin şeyləri dadmaq olar». İbn Teymiyyə demişdir: «Oruc adama xoş ətirlər iyləmək olar». Oruc tutan adama yemək, içmək və siqaret çəkmək qadağan edilir. Çünki bu insan bədənini gücə gətirir, çoxlu qan yaraır, bu qanda da şeytan qərar tutmuşdur. Bu təhlükə iynədən, sürmədən, damcılardan, zikrldən, dava-dərmandan deyil, məhz yeməkdən törənir. Oruc adama sübh açılana kimi yemək, içmək, siqaret çəkmək (siqaret hər vaxt günahdır),cinsi əlaqədə olmaq icazəsi verilir. Sübh açılanda əgər onun ağzında yemək varsa onu atmalıdır, cinsi əlaqədədirsə ona son qoymalıdır. Aybaşı və doğumdan sonrakı təmizlənməni keçirən qadınlarda gecə qan kəsilərsə, onlara yuynmanı səhərə keçirtmək icazəsi verilir. Ancaq bundan sonra oruc qəbul olunur. Namaz təharəti sonradan edilməlidir. Bunların iki növü var : 1. Batil edən, qəzanı və kəffarəni vacib edən amillər Aşağıdakı amillər orucu batil və qəzanı vacib edir : 2. Bilərəkdən yeyib-içmək Unutqanlıq, səhv vəya məcburiyyət üzündən yeyən və ya su içən adamın orucuna nə qəza, nə də kəffarə vacibdir. Əbu Hyreyrədən bir qrup alimin rəvayət etdikləri hədisdə deyilir : «Peyğəmbər (s.a.s.) demişdir : «Oruc tutan adam unutqanlıqdan yemək yeyərsə və ya su içərsə, orucunu başa vurmalıdır. Həqiqətdə Allah onu yedirtdi və ya içirtdi». 3.Qəsdən qusmaq Əgər oruc adam özündən asılı olmadan qusmuşsa ona nə qəza, nə də kəffarə aid edilir. Əbu Hüreyrədən rəvayət edilən bir hədisdə deyilir : «Peyğəmbər (s.a.s.) demişdir : «Özündən asılı olmadan qusan adama qəza aid edilməz, bilərəkdən qusan adamın orucu batil olar» (Əhməd, Əbu Davud, ət-Tirmizi, İbn Macə, İbn Həbban, əd-Dərəqtuni rəvayət, əl-Hakim isə səhihliyini sübut etmişdir). 4. Aybaşı və doğuşdan sonrakı təmizlənmə, günəş batmamışdan qabaq son anlarda baş versə orucu batil edir. Bu fikri alimlərin əksəriyyəti müdafiə etmişdir. 5. Cinsi əlaqə Uca Allah buyurmuşdur : «…Artıq siz onlara yaxınlaşın. Allahın sizə halal etdiyini onlardan istəyin» (əl-Bəqərə, 187) Lakin buna Ramazan ayının gündüzlərində yox, gecələrində izn verilmişdir. Ramazan ayında gündüz vaxtı cinsi əlaqədə olmuş ər-arvaddan kişi hər orucu qəza tutmalı, həm də kəffarə (əvəz) verməlidir. Qadın isə oruc borcunu qəza yolu ilə ödəyir, kəffarə vermir. Orucun qəzasını təxirə salıb həmin il ərzində sonradan da tutmaq olar, qəza üçün ardıcıllıq tələb olunmur. Haqqında söhbət gedən orucpozma halında kəffarə ödəmək bir qulu azad etməkdən, azad etməli qul tapılmıdıqda ardıcıl olaraq iki ay oruc tutmaqdan, bunu da bacarmadıqda altmış yoxsulu yedizdirib-doyurmaqdan ibarət olur. Bunu da etməyə gücü çatmayan kəs kəffarə ödəməkdən azad olunur. Çünki Allah buyurur : «Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyir» (əl-Bəqərə, 286). 6. Oruc olub yemək niyyətini edən adamın orucu batil olar. Hətta bu şəxs heç nə yeməsə, niyyət etsə belə orucu batil olar, çünki niyyət orucun əsaslarından biridir. Əgər orucu pozuruqsa, deməli, heç şübhəsiz orucumuz batil olar. Lakin bu məsələ dəqiqləşməlidir. Həqiqəti Allah bilir. 7. Qidalandırıcı iynələr Bilavasitə qida maddəsi olmayan bir şeyin ənənəvi qida yolundan qəbul etmək. Məsələn çoxlu duz yemək. Alimlərin əksəriyyətinin fikrincə, bu, orucu pozur. 8. Günəşin batdığı və ya səhərin açıldığını zənn edərək yemək, içmək və ya cinsi əlaqəyə yol vermək barədə müxəlif fikirlər vardır: Hədis alimlərindən İshaq. Davud, İbn Həzm, Əta, Ürvə, əl-Həsən əl-Bəsri və Mücahid belə bir fikirdədirlər ki, bu oruc doğrudur, ona qəza vacib deyildir. Peyğəmbər (s.a.s.) buyurur : «Alah mənim ümmətimdən xətanı kənar etmişdir…» və i.a. Hədis alimi Əbdür Rəzzaq deyir : «Ömər bin Xəttabın dövründə bir neçə şəxs iftar vaxtı olduğunu zənn edib su içdilər. Bir qədər sonra günəş buludlar arxasından çıxdı. Onlar dedilər : «Bu gün qəzadırmı?» Ömər soruşdu : «Nə üçün? Bu adamlar günah işlətmək istəmədiklərini söylədilər». Əl-Buxari Əbu Bəkirin qızı Əsmadan bu rəvayəti verir : «Peyğəmbərin (s.a.s.) dövründə Ramazan ayında buludlu bir gündə yemək yedik. Sonradan günəş çıxdı». İbn Teymiyyə bu barədə deyir: «Bu rəvayət aşağıdakı mənaya dəlalət edir: Birincisi, bu onu göstərir ki, onlar buludlu gündə iftarı günəşin batdığını yəqin edənə qədər təxirə salmaq istəmişlər. Bunu onlara Peyğəmbər (s.a.s.) əmr etməmişdir. Halbuki səhabələr öz Peyğəmbərləri ilə birlikdə Allaha və onun Rəsuluna sonrakı nəsillərdə daha sadiq və daha müti olmuşlar. İkincisi, bu onu göstərir ki, bu halda qəza vacib deyildir. Əgər Peyğəmbər (s.a.s.) onlara qəzanı əmr etsəydi, bu əmr hər tərəfə yayılardı və bu iftar hamıya aid olardı. Deməli, bu onlara əmr edilməmişdir. Qeyd etmək lazımdır ki, bu halda qəzanın vacibliyi fikrini bir qrup alim, o cümlədən fiqh elminin dörd görkəmli imamları olan Əbu Abdulla bin İdris əş-Şafi i (767-820), Ən-Nu man bin Sabit Əbu Hənifə (699-767), Əbu Abdulla Əhməd bin Hənbəl (780-855) və Malik bin Ənəs əl-Əsbəhi (713-795) müdafiə etmişlər. Ramazan qəzası Ramazan qəzasını təcili şəkildə yerinə yetirmək vacib deyildir. Onu hər hansı bir vaxtda icra etmək olar. Eyni qayda kəffarəyə də aiddir. Aişə barədə səhih bir hədisdə deyilir ki, o, Ramazan qəzasını Şə ban ayında icra edərdi. Qəzanı təcili şəkildə yox, buna gücü çatanda yerinə yetirərdi. Qəza borc kimidir, yəni müəyyən vaxt keçdikdən sonra üsünə heç bir əlavə artırmamaqla ödənilə bilər. Qəzanın bocdan fərqi də vardır. Belə ki. qəzada fasiləsizlik vacib deyildir. Allah-təala buyurur : «Sizlərdən xəstə və səfərdə olanlar isə tutumadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar» (əl-Bəqərə, 185). Yəni xəstə olan, səfərə çıxan yeyə bilər. Sonra bunun əvəzinə başqa günlərdə oruc tutar. Bu bir-birinin ardınca, yaxud fasilələrlə də ola bilər. Orucluqda müəyyən bir sərbəstlik vardır. Ən-Nəvəvi deyir : «Bu fikir çox doğrudur, biz də onu qəbul edirik. Onu bizim fiqh və hədis alimlərimiz səhih və aydın mənalı hədislər əsasında dəqiqləşdirmişlər». Oruc borcu ilə ölən barədə Alimlər belə bir yekdil rəyə gəlmişlər ki. əgər namaz qəzası borcu olan bir adam ölərsə, onun hamisi və başqası onun əvəzində namazını qılmamalıdır. Həmçinin, oruc tuta bilməyənin orucunu da başqası, o sağ ikən onun əvəzinə tuta bilməz. Hami dedikdə, adamın qohumu, vərəsəsi və ya başqası nəzərdə tutulur. Ölənin əvəzinə əcnəbi onun hamisinin icazəsi ilə oruc tuta bilər. Belə ki, icazə olmasa orucu qəbul olunmaz. Əhməd və başqa hədis alimləri Abdulla ibn Abbasa (Allah onlardan razı olsun) istinadən xəbər verirlər : «Bir nəfər Peyğəmbərin (s.a.s.) yanına gəlib deyir : «Ya Rəsulullah, anam öldü, onun bir ay oruc borcu qaldı. Mən onun əvəzidə oruc tutmalıyammı?» Peyğəmbər (s.a.s.) soruşdu : «Əgər ananın borcu olsaydı, onun əvəzinə sən bu borcu ödəyərdinmi?» Kişi deyir : «Bəli». Peğəmbər (s.a.s.) cavab verir ki : «Allaha olan borcun daha çox ödənilməyə haqqı vardır». Hədis alimi ən-Nuri demişdir ki, bu deyilənlər bizim inandığımız seçmə kəlamdır. Fiqh və hədis elmlərini tədqiq edən bir çox alimlərin fikrincə, səhih və aydın hədisdir. Gündüzün gecədən uzun olduğu ölkələrdə oruc vaxtının müəyyənləşdirilməsi barədə Bu məsələdə fiqh alimləri müxtəlif fikirlər irəli sürmüşlər. Belə ki, elə ölkələr var ki, gündüz gecədən uzundur, elələri də var ki, əksinə, gecə gündüzdən uzundur. Hansı ölkələr əsas götürülməlidir? Bu suala belə cavab verilməlidir ki, şəriət qanunlarının tətbiq edildiyi mötədil ölkə, yəni Məkkə ilə Mədinə əsas götürülməlidir. Başqalarının fikrincə isə ən yaxşı mötədil ölkəni əsas götürmək olar. Qədr gecəsi ilin ən gözəl gecəsidir. Allah-təala buyurur ki : «Biz onu (Qur ani-kərimi) Qədr gecəsində nazil etdik. (Ya Peyğəmbər!) Sən nə bilirsən ki, nədir Qədr gecəsi?! Qədr gecəsi min aydan daha xeyirlidir!» (əl-Qədr. 1-3). Qədr gecəsinin təlabatının ödənilməsi Ramazan ayının sonuncu ongünlüyünə aid edilir. Peyğəmbər (s.a.s.) hər Ramazanın sonuncu on günü ərzində onun təlabatını ödəmək üçün xüsusilə çalışardı. Artıq qeyd etdiyimiz kimi, Ramazanın sonuncu on günü ərzində Peyğəmbər (s.a.s.) gecələri yatmazdı, öz ailəsini də yatmağa qoymazdı, ibadəti artırardı. Qədr gecəsi hansıdır? Bu gecəni müəyyənləşdirməkdə alimlər müxtəlif fikirlər irəli sürmüşlər. Bəziləri bunun 21-ci gecə, başqaları 23-cü gecə, digərləri 25-ci gecə, başqa biriləri 29-cu gecə olduğunu qeyd edirlər. Bir qrup alimin fikrincə, bu sonuncu onluğun vitr (həcc vaxtı Ərəfat dağında oxunan dua) gecələrindən biridir. Əksəriyyət belə bir fikirdədir ki, Ramazan ayının 27-ci gecəsi Qədr gecəsidir. Əhməd səhih istinadla Abdulla bin Ömərdən (Allah onlardan razı olsun) rəvayət edir : «Peyğəmbər (s.a.s.) buyurmuşdur ki: «Kim Qədr gecəsini axtarırsa, qoy onu 27-ci gecə axtarsın». Əbu İbn Kə bdən Müslimin, Əhmədin, Əbu Davudun rəvayət etdiyi və ət-Tirmizinin təsdiq etdiyi hədisdə deyilir : «Ondan başqa bir ilahın olmadığı Allah haqqı. O gecə Ramazandadır. Buna əks olan hər hansı bir fikir istisna edilir. Allah haqqı, mən bilirəm o hansı gecədir. O gecəni Peyğəmbər (s.a.s.) bizə namaz qılmaqla keçirməyi əmr etmişdi, o, 27-ci gecədir. O gecənin səhərisi günəş ağappaq idi, şüası yox idi». Qədr gecəsində ibadət və dua Əl-Buxari və Müslimin Əbu Hüreyrədən rəvayət etdikləri hədisdə deyilir : «Peyğəmbər (s.a.s.) demişdir : «Qədr gecəsini iman və toxluq içində namaz qılaraq keçirənin əvvəlki günahları bağışlanar». Əhməd və İbn Macənin Aişəyə (r.a.) istinadən verdikləri və ət Tirmizinin səhihliyini sübut etdiyi rəvayətdə deyilir : «Peyğəmbərdən (s.a.s.) soruşdur : «Ya Rəsulullah. Sən görmüsən və yəqin bilirsən ki. Qədr gecəsi hansıdır ? Bu gecədə mən nə deyim? O dedi : «Allahummə. Sən əfv etməyi xoşlayırsan. Məni də əfv et!» Təravih namazının qılınması barədə və peyğəmbərin (s.a.s.) göstərdiyi haqq yolu İslam şəriətinə görə təravih namazı (Ramazan ayı ərzində gecələr axşam namazından sonra qılınan namazdır) camaatla qılınmalıdır. Vaxtilə müsəlmanlar onu Peyğəmbərlə (s.a.s.) birgə qılarmışlar. Bir dəfə Peyğəmbər (s.a.s.) camaata deyir : «Camaat! Allaha şükr ki, bu gecəni mən sizinlə birgə keçirtdim, sizi yanımda gördüm. Lakin mən gecə namazını sizə vacib hesab etmək istəmirəm. Qorxuram onu yerinə yetirməyə gücümüz çatmasın». Təravih namazının çox hikmətləri vardır. Onlardan xüsusilə biri çoxları üçün gizli qalmışdır : Bu namaz müsəlmanları səbr etməyə və hər gecə bir neçə saat ərzində müxtəlif vəziyyətlərdə durmağa dözməyə öyrəşdirir. Bütün bunlar müsəlmanın gözlənilməz hadisələr baş verdikdə özünü müdafiəyə hazır olmasını və gecə-gündüz dininin və millətinin qoruyucusu ola bilməsini təmin edir. Peyğəmbər (s.a.s.) təravih namazını vitr ilə birlikdə 11 rükətdən artıq qılmamışdır. Təravih əlavə namaz deyildir ki, namaz qılan adam rükətlərin sayını istədiyi kimi müəyyənləşdirsin. O, Sünnə ilə müəyyən edilmiş, çox cəhətləri ilə vacibə bənzəyən və camaatla qılınan namazdır. Təravih namazında bu gün yol verilən pozuntular barədə Birincisi, artıq deyildiyi kimi rük ətlərin sayının on birdən artıq olması iddiası ilə çıxış etmək. Ən düzgün Məhəmməd Peyğəmbərin (s.a.s.) qoyduğu haqq yoludur. İkincisi, namazda tələsmək. Məscidlərdə imamların əksəriyyəti qiraəti o qədər azaldırlar ki, fatihədən sonra ayələri ya heç oxumur, ya da onları ixtisarla oxuyurlar. Üçüncüsü, rüknlərin yüngülləşdirilməsi, onlar arasında bərabərliyin pozulması. Bəzi imamlar vardır ki, qiraəti bir qədər uzadırlar. Onlar hamılıqla daha az barədə razılığa gəlmişlər və həm də rüknlərlə qiraətin miqdarı, habelə onlarla qiyam, rüku, ondan sonrakı qiyam, səcdə, iki səcdə arası cülus arasında bərabərliyə qarşı çıxmışlar. 1. Ey Allahım, qocalıqda və ömrüm başa çatdıqda öz ruzini məndən əsirgəmə. 2. Ey Alahım, ən pak əməlim olan dinimi daha da kamilləşdir, yaşadığım dünyamı və son mənzilim olan axirətimi islah et, hər bir xeyir əməllə ömrümü uzat, hər bir şər işdən ölümlə məni xilas et. 3. Ey Allahım, günahımı, cəhalətimi və əməlimdə yol verdiyim israfçılığımı, məndən də yaxşı bildiyin hər bir səhvimi bağışla. Ey Allahım, bilərəkdən və ya bilmədən, ciddi və ya zarafatla yol verdiyim xətalarımı bağışla. Bütün bunlar mənə məxsusdur. Ey Allahım, əvvəllər etdiklərimi, sonradan edəcəklərimi, gizli saxladığım və aşkar etdiyin əməllərimi bağışla, sən əvvəli də, sonranı da bilənsən. Sən hər şeyə qadirsən. 4. Ey Allahım, bizə bizi asilikdən çəkindirən, Allahdan qorxu ilə cənnətə aparan itaət hissini, dünya müsibətlərini yüngülləşdirən yəqinlik bəxş et, qulaqlarımıza, gözlərimizə və qollarımıza qüvvət ver, onu bizdən sonrakılara miras, bizə zülm edənlərə qarşı qalxan et. Düşmən üzərində bizə zəfər qazandır. Bizi dinimizdə müsibətə dükar etmə. Dünyanı bizə ən böyük nemət, biliyimizin son məqsədi bilmə. Rəhmsiz adamı üstümüzə hakim etmə! 5. Ey Allahım, Səndən hüda, təqva, iffət (saflıq və paklıq) və ğina (mənəvi zənginlik) diləyirəm. 6. Ey Allahım, səndən gec və tez bildiyim və bilmədiyim xeyir diləyirəm, gec və tez bildiyim və bilmədiyim şərdən Sənə sığınıram. Ey Allahım, Səndən, Sənin qulunun və peyğəmbərinin dilədiyi xeyri diləyirəm, qulunun və peyğəmbərinin qaçdığı şərdən Sənə sığınıram. Səndən Cənnəti, ona yaxınlaşdıran əməl və sözü diləyirəm. Oddan, ona yaxınlaşdıran əməl və sözdən Sənə sığınıram. Mənə məsləhət bildiyin hər bir qəzanı xeyirlə başa vurmağı rica edirəm. 7. Ey Allahım, Sən mənim Rəbbimsən, məni Yaradansan, Səndən başqa Tanrı yoxdur. Mən Sənin qulunam. Mən qadir olduğum hər şeyi sənin öhdənə və vədinə verirəm. Mənə bəxş etdiyin nemətləri etiraf edirəm. Öz günahımı etiraf edirəm. Məni əfv et, günahları bağışlayan yalnız Sənsən. Yol verdiyim şər əməllərdən qorunmaq üçün Səndən yardım diləyirəm (əl-Buxarinin rəvayəti). İslam dininin vacib bildiyi orucluq həm ruhi, həm də tibbi baxımdan təkcə sağlam insan tərbiyə etmir. O həm də öz əməl və davranışı ilə yüksək ideal və ali mənəviyyat sahibi, saflıq, paklıq və təmizlik nümunəsi olan mömin müsəlman yetirmiş olur. Mömin müsəlman imanı fitr zəkatını yerinə yetirməklə daha da kamilləşir. Zəkat forması etibari ilə maddi olsa da, öz ülviliyi və paklığı iəl onu yerinə yetirəni saflaşdırır, xeyirxahlığı, xeyir əməli insan ruhuna fitrətən məxsus olan bir keyfiyyətə çevirir. Ramazanda yerinə yetirilən orucun insana xeyirxahlıq və ehsanat yolunu göstərir. Zaman keçdikcə mübarizə, təlim və təcrübə kimi həyati amillər insan nəfsinə yol tapır və o da öz növbəsində keçmiş günlər ərzində itirmiş olduğu ləzzət və xoşluğu haqq və düzgünlük yolu tutmaqla duyub, həmən bu məhrum və möhtacları özünə yemək və içməyə şərik etmək dərəcəsinə qədər yüksəlir. Fitr zəkatı bütün müsəlmanlar üçün ümumi bir vicdani vəzifə hissi olub son görüş yerində, hamının birlikdə sevinc və fərəh içərisində olacağını göstərir. Bu görüş vaxtı biz dünyanın ağrı-acılarını unutmalıyıq. Bu isə yalnız müsəlmanların varlısı ilə yoxsulu arasında fərqi aradan qaldırmaq mümkündür. Fitr zəkatı formaca maddi olsa da, onun hikməti yerinə yetirildikdə mənəvi sərvətə çevrilib bütün insanlara bərabərlik, birlik, hamıya ümumi bir fərəh bəxş etməsində , kin və küdurət, həsəd və ədavət üçün yer qoymamasında özünü göstərmiş olur. Fitr zəkatı haqqında bəzi hədislər 1. Əl-Buxari və Müslim İbn Ömərdən (r.a.) bu hədisi rəvayət edirlər : «Allah Peyğəmbəri (s.a.s.) Ramazanda fitr zəkatını bir sa a (dörd ovuc. –2,5 kq) miqdarında xurma və ya arpa şəklində qul və azad adama, kişi və qadına. Böyük və kiçiyə verməyi vacib bilmişdir. Həm də bunu camaat namaza durmamışdan qabaq etməyi əmr etmişdir». Bu bir kasıbın orta səviyyədə yeməyi üçün kifayətdir… Şəriət zəkatı orucun son günlərində ödəməyi məsləhət bilir ki, kasıblar bayram günləri ondan faydalana bilsinlər. 2. Əbu Səid əl-Xudri demişdir : «Fitr zəkatını bir sa a təam, yaxud arpa, yaxud xurma, yaxud da əqti (qurudulmuş süd) ayırardıq». Ramazan ayında sübh əzanı Sübh əzanı iki növdən ibarətdir : sübh açılmamışdan oxunan əzan və sübh açılanda oxunan əzan. Birinci növ əzanda təsvib («Namaz yuyxudan xeyirlidir» sözlərini demək) sübh açılmamışdan bir qədər əvvəl olur. İbn Ömərin (r.a.) hədisində deyilir ki, fəlahdan («qurtuluşa tələsin» ifadəsi) sonra iki dəfə «əs-səlatun xeyrun minə-n-naumi» (namaz yuxudan daha xeyirlidir) deyilirdi. (Yaxşı istinadlı hədisdir).Əbu Davud və ən-Nəsainin yaxşı hadisində deyilir: Sübh acılmamışdan əzan verdikdə de: «Namaz yuxudan xeyirlidir,namaz yuxudan xeyirlidir». Bayram namazının müsəllada qalınması. Peyğəmbərin (s.a.s.) öz şan-şöhrət və qəhrəmanlıqlarla dolu böyük həyata boyu bir dəfə də olsun belə məsciddə bayram namazı qılması barədə heç bir məlumat yoxdur. Bayram namazı vaxtı bütün camaat- kişilər və qadınlar, uşaqlar və böyük kütlələr halında toplaşaraq öz varlığının ən dərin, ülvi. Böyük və məscidin dörd divarına sığına bilməyən mənasını sübuta yetirmək üçün sonsuz səma altında səhrəya çıxırlar. Müsəllada icra edilən bu namazdan əsas məqsəd mehriban qonşuluq ruhunu genişlənldirib böyük bir ölkəni bürümüş olduğunu, hamını bir ev halında birləşdirdiyini, doğmalıq hissinin əməli şəkildə həyata keçdiyini və bütün müsəlmanların bir ailə olduğunu göstərməkdir. Müsəllada qılınan bu namaz müsəlmanlara iki gün – fitr və qurbanlıq bayramı günləri hamılıqla namaza durub ümumi mükəlləfiyyət və qələb günlərində duyulan ruh yüksəkliyini hiss etdirir. a) Ramazanda dərman qəbulu barədə Ramazan ayında iki məsələ diqqəti daha çox cəlb edir : - Bəziləri gün ərzində oruc ola-ola dərman qəbul etmələri barədə soruşurlar. - Bəziləri iftardan sonra ağızlarını çoxlu dərmanla doldurub iddia edirlər ki, bu «ağır» yeməyin mədəyə təsirini yüngülləşdirir. Birinci qrupa sayca az miqdarda olan və bəzi xəstəliklərdən əziyyət çəkən adamlar daxildir. Bu şəxslərə gündə üç və ya dörd dəfə dərman qəbul etmək vacibdir. Bu halda zəruri olan tibbi müalicə tələbatı ilə dini orucluq vacibatını necə uyğunlaşdırmaq olar? Müasir elm bu problemi həll etmişdir. Çıxış yolu uzun müddətli təsir gücünə malik dərmanların qəbulu olmuşdur. Bu qrupa antibiotiklər, spazmaya qarşı dərmanlar, sulfi preparatlar, sidik qovucu, allergiya əleyhinə və əsəb sistemini sakitləşdirən dərmanlar daxildir. Bu növ dərmanların hər biri bir və ya iki həbdən ibarət olub ifratdan sonra qəbul edilir. İkinci qrupa daxil olan adamlar ifratdan təqribən bir saat sonra həzmlə və maddələr mübadiləsinə kömək məqsədilə müxtəlif həblər, fermentlər udurlar. Eyni zamanda qara ciyər, qəbizlik, allergiya və i.a. xəstəliklərin müalicəsi üçün də dərmanlara təlabat artır. Bütün bunların səbəbləri də aydındır : Ramazan üçün nəzərdə tutulan xüsusi yağlı və şəkərli kunafə (şirin yemək növü), fətirlər və s. kimi yeməklər insan orqanizminə pis təsir edir. Əslində bu adamların dərmanı onların öz əlindədir. Yeməkdə israfa yol verməmək. Bu yeməklərin üzündən adamların mədəsi pozulur, qarın şişir, qıcqırma biş verir, turşuluq artır. Mədə yarası, öskürək, qəbizlik və ya islah (qarın işləmə) baş verir. Buna görə mən hamıya deyirəm : Ramazan vaxtı dərmanlardan istifadə etmək əvəzinə asanlıqla həzm olunan yüngül yeməkləri yeyin. İmkan dairəsində yağlı, şəkərli yeməklərdən uzaqlaşın, iftar və səhurdan sonra yemək yeməyin. Çalışın ki, sizin çəkiniz Ramazandan sonra əvvəlkindən az olsun. Bunlara əməl etsəniz həm səhhətinizə, həm də cibinizə zərərli olan dərmanlara ehtiyac qalmaz. b) Orucluq və insan səhhəti: suallar və cavablar. 1. Oruc tutmağı səhhətə hansı təsiri vardır? Orucluq bir tərəfdən çox xəstəyə rahatlıq gətirməklə yanaşı gizli qalan yeni-yeni xəstəlikləri də aşkar edir. Bu mübarək ay ərzində həkimlə xəstə arasında söhbətin əsas mövzusu orucluğun həzm orqanlarına təsiridir. 2. Nəyə görə həkim bəzi xəstələrə orucu pəhriz kimi məsləhət bilir, başqalarına isə oruc tutmağa icazə vermir? Çox az hallarda həkim xəstəyə oruc tutmağa icazə vermir, lakin bir sıra mədə xəstəliklərinə görə onu zəruri bilir. Orucluğun tibbi nöqteyi nəzərdən faydası həzm orqanlarının xroniki iltihabları, birinci növbədə mədənin xroniki iltihabı zamanı özünü xüsusilə göstərir. Bu xəstəliyə tutulanlar dini vacibat olan orucluqla müalicə olunurlar. Belə ki, yemək iltihabı gücləndirir və onun müxtəlif hallarını meydana gətirir. Orucluq isə bir ay müddətinə bu xəstələrə rahatlıq gətirir və onların tezliklə sağalmasına imkan yaradır. Şübhə yoxdur ki, oruc tutmaq həddən artıq çəkidən xilasolma yollarından biridir. Çünki qida kökəlməni törədən əsas səbəblərdən biridir. Orucluq pəhrizi tosqunluqdan şikayət edən kök bədənin çəkisini müəyyən qədər yüngülləşdirir. Oruc tutmaq həmçinin yenicə cərrahiyyə əməliyyatları, xüsusilə həzm aparatının hissələrindən birinə – mədəyə, öd kisəsinə və ya onikibarmaq bağırsağa edilən tibbi müdaxilədən sonra sağalmaqda olan adamlara zərərli təsir göstərir. Bu adamlar cərrahiyyə əməliyyatından sonrakə uzun bir müddət ərzində oruc tuta bilməzlər. 3.İftar vaxtı həzm aparatı qidanı necə qəbul edir ? - Ramazanın ilk günləri çoxları üçün çətin keçsə də həzm aparatı yeni qida rejiminə asanlıqla alışır. Qida aparatının qida rejiminə uyğunlaşması bu müvəqqəti çətinliyi aradan qaldırır. Adi yemək vaxtları mədə əzələləri yığılır. Eyniylə oruc vaxtı ilk günlər mədə əzələləri qısalır, mədənin təlabatı isə ödənilmir. Beləliklə, bu əzələlər ifrat vaxtı yığılmağa alışır və əvvəlki adətini unudur. Yeni adət mədəyə rahatlıq gətirir, bu yeni adət bəzən on beş saat da uzana bilər. 4.Ramazan vaxtı sağlamlığa zərər yetirən yeməklər hansılardır ? Hər şeydən əvvəl belə bir həqiqəti bir daha xatırladaq ki, Şərq ölkələrində həzm aparatı xüsusi bir yorğunluğa məruz qalır. Çünki Şərq yeməkləri ağırlığı, yağlılığı, hazırlanma texnologiyasının mürəkkəbliyi və çoxsaylı əlavələrin qarışması üzündən həzm üçün çətinliyi ilə seçilir. Qidanın bu cür ağır olması il boyu həzm aparatı üzərinə düşən ağır bir yük olur və Ramazan ayı gələnə qədər vəziyyət belə davam edir. Bundan sonra həzm aparatının möhtac olduğu zəruri istirahət müddəti başlayır. 5.Oruc tutan adamlara iftar və səhur yeməkləri barədə məsləhətlər. Yuxarıdakı cavab oruc tutan adamın qidalanması barədə bəzi məsləhətləri əhatə edir… Bu qida qaydalarının ən birinci şərti yeməyi yaxşı çeynəmək, xüsusilə iftar yeyəndə tələsməməkdir. İftarı siqaret çəkməklə (ümumiyyətlə haramdır) və ya qəhvə içməklə başlamaqdan imtina etmək, yeməkdən əvvəl və sonra içilən suyun miqdarını azaltmaq yaxşı olardı. 6.Orucluq sağlamlıqdırmı ? Orucluq barədə dediklərimizdən bizə aydın olur ki, onun ümumiyyətlə insan səhhətinə təsiri müsbətdir… Bu təsir istər sağlam, istərsə də xəstə adamlarda olsun konkret şəxsin orqanizminin təbiətindən, həzm əməliyyatı üçün hazırlıq səviyyəsindən, həzm prosesində mövcud olan şikayətlərdən asılıdır. v) Başqa tibbi – müalicəvi faydalar. 1. Sağlam və xəstə adamın orucu. Oruc tutmuş adam çoxlarının öyrəşmiş olduğu və ağır nəticələrə gətirib çıxaran çox yeməkdən özünü qorumalıdır. Yeməkdə israfçılğın ağır nəticələri heç də özünü birbaşa göstərmir. Onlar vaxt keçdikcə yığılıb qalır və saya gəlməz problemlər törədir. Orqanizmin möhtac olduğundan artıq miqdarda şəkərlər, yağlar, nişasta, piy və i.a. maddələrin zaman keçdikcə yığılıb qalması damarların tutulmasına (arterioskleroz), ürəyi, beyin və böyrəkləri qanla qidalandıran ən mühüm damarların piylə örtülməsinə və deməli ən ciddi xəstəliklərin törənməsinə səbəb olur. Qidalanmanın təmizlənməsi, orqanizm üçün faydalı olan yemək növlərinin və miqdarının düzgün seçilməsi -–bütün bunlar orucluğun faydasının gerçəkləşməsinə , yəni orqanizmin yığılıb-qalmış yağ və piydən xilas olmasına və ya təhlükəli xəstəliklərdən şəfa tapmasına imkan verir. Bir sıra xroniki xəstəliklər də vardır ki, onlara məruz qalmış xəstələrə yemək məsləhət görülür. Bunlardan böyrək çatışmamazlığını, xroniki vərəmi, qan dövranının çatışmamazlığı ilə bağlı xəstəlikləri, qara ciyərin serrozu və çatışmamazlığını, xroniki nəfəs çatışmamazlığını göstərmək olar. Bütün bu xroniki xəstəliklər zamanı xəstə oruc tutmağa qadir deyildir və bu adama qəza mümkün deyilsə, kəffarə vacibdir. Şəkər xəstəliyinə tutulan və həkimin oruc tutmağa icazə verdiyi adamlara xüsusi bir məsləhət vermək istərdik. O, qanda şəkərin nisbətinin gözlənilmədən aşağı düşməsinin simptomlarını mütləq bilməlidir. Bu simptomlar belədir : yorğunluq hiss etmək, tərləmək, əsəb gərginliyi. Ürək fəaliyyətinin birdən dayanması (kollaps). Belə hallarda xəstə mütləq tərəddüdsüz bir fincan süd içməlidir və sonra təcili həkimə müraciət etməlidir. 2. Orucluğun orqanizmə təsiri. Oruc tutanların əksəriyyətinin çəkisinin artması və bədənin kökəlməsi müşahidə olunur. Bunun səbəbi orucdurmu? Orucluğun insan orqanizminə təsiri barədə çoxsaylı tədqiqatlar həyata keçirilmişdir. Bir sıra gözlənilməz nəticələr əldə edilmişdir : oruc tutanların əksəriyyətinə xas olan eyni bir dəyişikliyin baş verdiyi müşahidə edilmişdir. Bu ondan ibarətdir ki, orucluğun ilk həftəsi ərzində çəki və qanda bütün qida elementlərinin, o cümlədən qanda şəkərin, yağın və xolesterinin səviyyəsi azalır. Lakin tezliklə öz təbii normasına qayıdır və orucdan on gün keçəndən sonra çəkinin artımı ilə müşayət edilən yüksəlmə başlayır. Müsəlman həkim orucluğun xəstənin səhhətinə müsbət təsirini müəyyənləşdirir. Oruc tutan adam pəhriz saxlayır, yağlı, nişastalı yeməklərdə həddi aşmırsa və bununla da qidanın tam həzm olunmasını təmin edirsə. Bir çox dəri xəstəliklərindən özünü qorumuş olur. Bu materilın hazırlanmasında "ORUCLUQ
HÖKM VƏ QAYDALAR " kitabından istifadə edilmişdir |