Əziz müsəlman! Namaz qılmaq hər bir müsəlmana vacibdir. Gündəlik 5 vaxt namaz Allahın bizə verdiyi vaxtın cüzi hissəsini aparır. Allah Quranda insanlara əmr edir: "Namaz qılın..." (Qurani-kərim, əl-Bəqərə/110), "...Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar, cəhənnəmə zəlil olaraq girəcəklər!" (əl-Mumin /60).
Namaz insanı pis əməllərdən çəkindirir: "Həqiqətən namaz çirkin və pis əməllərdən çəkindirir." (əl-Ənkəbut/45)
Hər müsəlman gündə beş vaxt namaz qılmalıdır:
- Sübh (2 rükət) - "...sübh namazını da qıl!". (əl-İsra surəsi, 78)
- Zöhr (4 rükət) - "Günortadan [gün batmağa meyl edəndən]...namaz qıl!"(əl-İsra/78)
- Əsr (4 rükət) - "...xüsusi iıə orta namaza riayət edin!". (əl-Bəqərə/238)
- Məğrib (3 rükət) - "Günortadan [gün batmağa meyl edəndən] gecənin qaranlığınadək [lazımınca] namaz [zöhr, asr, məğrib və işa] qıl!". (əl-İsra/78)
- İşa (4 rükət) - "Gecənin qaranlığınadək [lazımınca] namaz [zöhr, asr, məğrib və işa namazları] qıl!". (əl-İsra/78)
Yuxarıdakılara əlavə dəlil: "[Ya Məhəmməd!] Namazı gündüzün iki başında [günortadan əvvəl və sonra: yəni səhər, günorta və günbatan çağı və ya günün iki başında: yəni səhər-axşam] və gecənin [gündüzə yaxın] bəzi saatlarında [axşam və gecə vaxtı] qıl!". (Hud/114)
Qeyd edək ki, beş vaxt namazın adlarının tərcüməsi günün ayrı-ayrı vaxtlarının mənasını verir ki, bu da namazların 5 müxtəlif vaxda təyin olunmasına dəlalət edir.
Unutmaq olmaz ki, hər namaz vaxtında qılınmalıdır.
Allah Təalə Qurani-kərimdə buyurur:
"Həqiqətən namaz möminlərə müəyyən vaxtlarda fərz (vacib) edilmişdir". (Ən-Nisa/103). "Allah sizin bunu [gecə vaxtlarını və saatlarını] ölçüb saya bilməyəcəyinizi [yaxud, bütün gecəni oyaq qalıb, ibadət edə bilməyəcəyinizi] bildiyi üçün, bu barəda sizə rüsfət verdi [gecə durub namaz qılmağı siz möminlərə vacib etmədi, onun yerinə gundə 5 vaxt namaz qılmağı buyurdu]". (əl-Müzəmmil/20)
Hər bir müsəlmana Cümə namazına getmək vacibdir (qadınlar və uşaqlar müstəsnadır)
“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman, Allahı zikr etməyə tələsin və alış-verişinizi buraxın. Bilsəniz bu sizin üçün nə qədər xeyrlidir!”. (əl-Çümə/9)
Tərcümə
(Diqqət! Namazın tərcüməsi onun mənasını anlamanız üçündür, azərbaycan dilində namaz qılmaq üçün deyil)
| Təkbir: | Allah ən böyükdür! |
| Qiyamda: | Ey bütün nöqsanlardan uzaq olan Allahım, Sənə alqış (həmd) olsun! Sənin adın mübarəkdir, əzəmətin ucadır! Səndən başqa İlahi yoxdur! Lənətlənmiş şeytandan Allaha sığınıram! |
| Fatihə surəsi: | Rəhmli, Mərhəmətli Allahın adı ilə!
Həmd (şükr və tərif) olsun Allaha, aləmlərin Rəbbinə. (Bu dünyada hamıya) Rəhmli, (axirətdə isə ancaq möminlərə) Mərhəmətli olana. Haqq-hesab (Qiyamət) gününün sahibinə! Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! Bizi doğru yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olanların və (haqdan) azanların yoluna yox! İlahi, duamı qəbul et! |
| İxlas surəsi: | Rəhmli, Mərhəmətli Allahın adı ilə! De, (Ey Məhəmməd!): O Allah təkdir! (Heç bir şəriki yoxdur). Allah (heç kəsə, heç nəyə ) möhtac deyildir! (Hamı Ona möhtacdır. O, əzəli və əbədidir). O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı- bərabəri, bənzəri də yoxdur! |
| Təkbir: | Allah ən böyükdür!
|
| Rükuda: | Mənim Əzəmətli Rəbbim bütün nöqsanlardan uzaqdır! |
|
Rükudan qalxanda: | Allah Ona alqış (həmd) deyənləri eşidər! |
| Qiyamda: | Ey Rəbbimiz! Sənə alqışlar olsun! |
| Təkbir: | Allah ən böyükdür!
|
| Səcdədə: | Mənim uca Rəbbim bütün nöqsanlardan uzaqdır! |
| Təkbir: | Allah ən böyükdür!
|
| Səcdələr arasında oturanda: | Ey Rəbbim, məni bağışla! |
| Təkbir: | Allah ən böyükdür!
|
| Səcdədə: | Mənim Uca Rəbbim bütün nöqsanlardan uzaqdır! |
| Təkbir: | Allah ən böyükdür!
|
| Təşəhhüddə: | Bütün alqışlar, dualar Allaha, bütün yaxşı işlər Allah üçün edilir. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti və bərəkəti yetişsin! Bizə və Allahın əməlisaleh bəndələrinə salam olsun! Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və şəhadət edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.
Allahım, Məhəmmədə və onun ailəsinə də, İbrahimə və onun ailəsinə xeyir-dua verdiyin kimi xeyir-dua ver! Məhəmmədə və onun ailəsinə də İbrahimə və onun ailəsinə bərəkət verdiyin kimi bərəkət ver! Sən həqiqətən alqışlara layiq və şan-şövkətlisən!
Allahım! Həqiqətən, mən cəhənnəm əzabından, qəbir əzabından, həyatın və ölümün fitnəsindən və yalançı məsihin fitnəsinin şərindən Sənə sığınıram. |
| Salamlar: | |
| Sağa: | Sizə salam olsun və Allahın mərhəməti yetişsin! |
| Sola: | Sizə salam olsun və Allahın mərhəməti yetişsin! |
Allah yolunda namaz kağızını çap etmək və paylamaq, eyni zamanda namazla bağlı bütün suallara cavab tapmaq istəyənlər www.azerislam.com saytına müraciət edə bilərlər.
|