Nağılların sonu həmişə yaxşı qurtarardı. Qardaşların quyuya saldıqları Məlikməmməd quyudan çıxar və onları bağışlayardı, Cırtdan divi öldürərdi, keçələ 40 gün, 40 gecə toy edərdilər... Qəhrəmanlara xoşbəxt sonluq, bizə də üç almadan biri düşərdi.
Yanlışı yaşayaraq öyrənməyə çalışmayın. Bu, ölümü təcrübədən keçirməyə bənzəyir. "Bir dəfə ölümü təcrübə edim, əgər xoşuma gəlməsə bir daha ölmərəm" deyə bilməzsiniz. Günah təcrübə edilməz. Hər kəs üçün yanlış olan sizin üçün də yanlışdır. Pisin və yaxşının təyin olunmasında Allaha tam etimad göstərin. İman da bu deyilmi?
Dünyadayıq. Problemlərin çox olduğu, heç bitmədiyi, birinin bitincə o birinin başladığı bir yerdə. Bəzən yoxluqla sınanırıq, bəzən varlıqla. Yoxluğun daha asan imtahan olduğu, varlığın daha çətin imtahan olduğu bir yerdəyik. Olmasını arzuladıqlarımız olmayanca, üzülər, ağlayar və ağladıqca sakitləşib yoxluğuna alışarıq. Yoxa çarə yoxdur deyib, həyatımıza qaldığımız yerdən davam edərik.
İnsanlara "Allah" dediyiniz zaman başlarını göyə qaldıraraq nəzərlərini çox uzaqlara yönəldirlər. Çünki inandıqları Allah uzaqlarda, çox uzaqlarda olan bir Allahdır. İnandıqları Allah, yerləri və göyləri yaratmış və sonra da çox uzaqlarda olan məqmına çəkilmişdir! Bəzilərinin nəzərdə tutduqları Allah anlayışı isə kainatı yaradan, yağışı yağdıran, bitkiləri yetişdirən, bütün canlıların ruzisini verən fəqət yaratdığı və yaşatdığı insanların yer üzündə nə etdiklərinə, necə idarə olunduqlarına heç qarışmayan bir Allah anlayışıdır!
Vahiy, “v-h-y = و- ح- ي” kökündən məsdər olaraq Quranda Allaha nisbət edildiyində Onun varlıqlarla danışması, onları fitrətlərinə görə nizamlayıb onlara vəzifələrini bildirməsi mənasına gəlir. Allahdan başqa varlıqlara nisbət edildiyində də işarə etmək, fısıldamaq, vəsvəsə vermək mənalarına gəlir. Bundan başqa vəhy edilən şeyə, yəni mesajın özünə də vəhy deyilir.