Xədicə bint Huveylid (Allah ondan razı olsun!) fəziləti
1. Əbu Hureyrə (Allah ondan razı olsun!) rəvayət edir: "Cəbrayıl (Allahın onea salamı olsun!) Rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) yanına gələrək:
—Ey Allahın Rəsulu! Xədicə içində qatıq, və yaxud yeyiləcək və ya içiləcək başqa bir şey olan qabla gəlir. O, yanına çatanda ona Rəbbindən salam söylə və onu təm-təraqlı və yorğunluq olmayan, incidən hazırlanmış bir evlə müjdələ". (Buxari; Kitabul- mənaqibul-ənsar 19, Kitabul tovhid 33/110, Müslim; fadailus-səhabə 71/2432).
Bu hədisə görə bə'zi alimlər Xədicənin (Allah ondan razı olsun!) Aişədən fəzilətli olması hökmünü vermişlər. Çünki Aişəni (Allah ondan razı olsun!) Cəbrayıl (Allahın ona salamı olsun!) öz adından salamlamışsa, Xədicəni (Allah ondan razı olsun!) Rəbbinin adından salamlamışdır.
2. Aişə (Allah ondan razı olsun!) rəvayət edir: "Mən Peyğəmbəri (Ona və ailəsinə Allaphın salavatı və salamı olsun!) arvadlarından heç birinə Xədicə (Allah ondan razı olsun!) qədər çox qısqanmadım. Halbuki mən Xədicəni (Allah ondan razı olsun!) dərk edəcək yaşımda görməmişdim. Fəqət Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) onu çox xatırlayırdı, hər dəfə qoyun kəsəndə Xədicənin (Allah ondan razı olsun!) dostlarına göndərirdi. Bə'zən mən: Sanki Xədicədən başqa bu dünyada qadın yoxdur"—deyərdim.
Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) da:
—Xədicə belə idi, Xədicə belə idi və ondan mənim övladlarım oldu" buyurdu.
(Buxari; Kitabul-mənaqibul ənsar 19/43, Müslim; fadailus-səhabə 73, 74, 77, 78 (2434: 2435, 2436, 2437), ət-Tirmizi; Mənaqib, (3885, 3886)).
Əhməd bin Hənbəlin bir rəvayətində deyilir: "Peyğəmbər demişdir: "Insanlar məni inkar edərkən, o inandı, hamı məni təkzib edəndə, o malını mənim üçün xərclədi. Allah onunla mənə uşaq nəsib etdi, digər arvadlarımdan uşağım olmadı".
3. Əli (Allah ondan razı olsun!) rəvayət edir: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) demişdir: "Dövrünün ən xeyirli qadını Imranın qızı Məryəmdir, bu ümmətin ən xeyrili qadını Huveylidin qızı Xədicədir" (Buxari; Kitabus-səhabə 69/2430; ət-Tirmizi; Mənaqib, 3887).
4. Əbu Musa əl-Əş'ari (Allah ondan razı olsun!) rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurmuşdur: "Kişilərin çoxu kamala çatmışdır. Qadınlardan isə Imranın qızı Məryəm, Fir'onun arvadı Asiya, Huveylidin qızı Xədicə və Məhəmmədin qızı Fatimədən başqa heç kim kamala çatmadı. Aişənin qadınlardan üstünlüyü, tirid yeməyinin digər yeməklərdən üstünlüyü kimidir" (Buxari; Kitabul-ənbiya, 48/105, Müslim; fadailus-səhabə, 70 (2431), ət-Tirmizi; Ət'imə 31/1835).
Xədicə (Allah ondan razı olsun!) Huveylid bin Əsədin qızı olub, peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) bir neçə nəsəb əvvəl eyni nəsildəndirlər. Arvadları içərisində nəsəbi ən yaxın olan Xədicədir. Ibrahimdən başqa digər övladlarının (Qasım, Zeynəb, Ruqiyyə, Gülsüm, Fatimə və Abdullah) anası Xədicə olub. Hicrətdən 3 il əvvəl, Əbu Talibdən 3 gün sonra 65 yaşında ramazan ayında vəfat etmişdir.
Aişənin (r.a) fəziləti