|
||||||||||||
Çevirən:
Abdullah
NAMAZDAKI MÜTİ OLANLARIN DURUMLARIÖmər bin əl-Xəttab (r) minbərdə olarkən belə demişdir: -Bir adamın islam yolunda başı ağarır, amma Allah üçün bir namazı belə icra etməmiş olur. -Bu necə olur?- soruşurlar. -Namazın mütilikdə, təvazökarlıqda, Allahın hüzuruna yönəldilmiş halda yerinə yetirməz»-buyurur. İslamın ilk dövrlərində namaz qılanlar haqqında həzrəti Ömər (r) belə söyləmişsə, o zaman bu günkü müsəlmanların halı necə olar? Rəbbimin mərhəmət göstərdiklərindən başqa bir çoxunun fikrini dünya hər tərəfə çəkib aparır. O sözdə namaz qılır, fəqət qəlbini dünyaya, bazara göndərmiş, alıb-satır, artırıb-əksildir… Nəhayət,bu ancaq qəflətdəndir. Əl-Həsən demişdir: «Amir bin Abdi Qeys itmiş bir şeyi namazda xatırladıqlarını danışıldığını eşitdikdə soruşur: -Heç olmasa tapa bilirsiniz? Onlar bəli dedikdə, o demişdir: -Allaha and olsun namazda olarkən nizələrin bədənimə batması mənim üçün- daha yaxşıdır». Sevimli qardaşım! Bizlərə nə olub ki, namazdan üz çevirmişik,vacibləri itirmişik. Abdullah bin Məsud (r) namaz qılarkən sanki atılmış bir paltar idi. Said bin Cubeyr (r) namaz qılarkən sanki paya kimi dimdik olardı. Əziz qardaşım, onlar hara,biz hara? İndi sənə Abdullah bin əz-Zubeyr rüku edərkən elə bil arxasına (çiyninə) qüzğun qonacağmış kimi dümdüz və səcdə edərkən sanki atılmış bir paltar kimi özündən getmiş olmasından danışım. Biz bu cür mütilik və sükunəti təəssüblə qarşılayırıq. Ancaq bu, gerçək həyatımızda belə halları görmədiyimizdəndir. Yoxsa adətən lay divar kimi olan Ənbəs bin Üqbə səcdə edərkən elə bil arxasına sərçələr qonacaqmış kimi hərəkətsiz, dümdüz olardı?.. Gəlin əməli-salehlərlə yolumuza davam edək: Əbu Bəkr bin Ayyaş buyurur: «Həbib bin Əbu Sabiti səcdə edərkən gördüm Əgər sən onu görsəydin, səcdəsini nə qədər üzatmağını görməyindən savayı, bu, ölüdür, deyərdin». İbrahim ət-Teymi səcdə etdiyi zaman sanki arxasına sərçələrin qonduğu bir divar qalığı (uçmuş divarın qalığı,izi-tərs.) kimi olurdu». İbn Vəhb demişdir: «əs-Saurini axşam (məğrib) namazından sonra Haramda namaz qılarkən gördüm. Sonra bir səcdəyə qapandı, ta işa namazının əzanı verilənə qədər başını qaldırmadı». Onları namazda yayındıran bir məşğuliyyət yox idi. Allah ilə onların arasında bir maneə yox idi, bütün diqqətləri namaza, Allaha mütiliyə və onun hüzurun da itaətə yönəlmişdi. Əbu Abdullah ən-Nəbahi bir gün Tarsuslularla namaz qılırdı. Bu əsnada həyəcan qışqırıqları gəlir və o namazı qısaltmır və tezləşdirmir. Namaz qurtardıqdan sonra ona: -Sən casussan!-deyirlər. -Nəyə görə deyirsiz?-soruşur. -Sən namazda ikən həyəcan qışqırıqları gəldi, lakin sən namazı qısaltmadın – deyirlər. O deyir: -Namaz qılan birinin qulağına Allah təalanın xitabından başqa bir şeyin girəcəyini zənn etməmişdim. İmam əl-Buxari bir gecə namaz qılır və cır arı on yeddi dəfə onu sancır. Na-mazını bitidikdən sonra deyir: «Hələ bir baxın görək, arı mənə zərər verə bilib?» Məymun bin Həyyanın belə dediyi rəvayət olunur: «Müslüm bin Yasərin namaz qılarkən nə qısa, nə uzun qıldığını, heç sağa-sola baxdığını da görmədim. Bir dəfə məscidin bir tərəfi uçdu və bazar camaatı həyəcandan təlaşa düşmüşdülər, o isə məsciddə namaz qıldığı halda heç halını da pozmadı (yəni vəziyyətini dəyişmədi)». Xəlf bin Eyyubdan soruşurlar ki, namazda ikən qara milçəklər sənə zərər verən zaman, onları qovmursanmı? O cavab verdi: -Namazdan pozacaq heç bir şeyi özümə rəva bilmərəm. Ondan soruşurlar: -Bəs buna necə səbr edirsən? O cavab verir: -Eşitdiyimə görə fasidlər hökmdarın qırmanclarına səbr edirlərmiş. Haqlarında filankəs səbrlidir, deyildikdə onlar buna görə fəxr edirlər. Elə isə, mən Rəbbimin hüzurunda namazda ikən milçəyə görə tərpənimmi?! İbn əz-Zubeyr namaz qılarkən mütilikdən sanki bir odun kimi olurdu. Əbu Təlba (r) ağac olan divar qarşısında namaz qılır. Ağac xoşuna gəlir, onun bər-bəzəyi diqqətini cəlb edir və bir qədər gözü ilə onu süzərək neçə rükət qıldığını bilmir. Başına gələni Allahın elçisinə (s) ərz edir və deyir: -Ey Allahın elçisi, bu sədəqədir, onu istədiyin yerə qoy. Qasim bin Məhəmməd demişdir: «Günlərin birində bir yerə gedərkən Aişəyə (r) baş çəkdim və ona salam verdim. Bir gün yenə getdim, baxıb gördüm ki, düha namazını qılır və: «Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm əzabından qorudu» (ət-Tir,27) ayəsini oxuyur, ağlayır, dua edir və ayəni təkrar edir. Nəhayət onun eyni halda qalmasından bezərək qalxdım və öz-özümə fikirləşərək ki, gedim dərdəsərimi görüm, sonra yenə geri dönərəm,- bazara getdim. İşlərimi görüb qayıtdım və gördüm ki, o eyni vəziyyətdə ayəni təkrarlayır, ağlayır və dua edir…» Hatim əl-Əsəmdən (r) namazı necə qılması haqqında soruşanda cavab verir: «Namazın vaxtı yaxınlaşanda yaxşıca dəstəmaz alıram, namaz qılacağım yerə gəlirəm, öz fikrimi cəmləyənə qədər otururam. Sonra namaza qalxıram və Kəbəni qaşlarımın ortasında, Siratı ayağımın altında, Cənnəti sağımda, Cəhənnəmi solum da, ölüm mələyini arxamda fikirləşərək zənn edirəm ki, bu mənim son namazımdır. Sonra qorxu ümid hissləri arasında olan bir halda durub açılış təkbirini edirəm. Sonra ağır-ağır oxuyuram, təvazökarlıqla rüku edirəm, sonra müti və rahatlıqla səcdə edirəm. Sonra sol yanım üzərində otururam, sol ayağımı yerə yayaraq, sağ ayağımı baş barmaq üzərində dik saxlayıb ixlaslı olmağa çalışıram. Sonra da bilmirəm bu məndən qəbul olundu, ya olunmadı?» Namaza istəkli olmağı və dürüst şəkildə onu tamamlamağı vəsiyyət edən Bəkr əl-Muzni demişdir: «Namazının sənə fayda verməsini istəyirsənsə, fikirləş ki, bəlkə də bundan sonra başqasını qıla bilmərəm». Namaza o qədər səy göstərməyinə və tələbkarlığına rəğmən Osman bin Əbu Dəhriş demişdir: «Heç elə bir namaz qılmadım ki, ondakı qüsuruma görə Allah təaladan bağışlanmaq diləməyim». Qardaşlarım! Allah təalanın bəzi qövmləri vardır ki, əmr olunanlara sarılır-lar, xəta etməkdən çəkinərək itaət edirlər, gecəni oyaq halda ibadətlə keçirirlər, etdiyi günahları xatırlayıb sınırlar (peşman olurlar), sevdiyinin qapısını döyüb üzür diləyirlər. «Həqiqətən, mən səbr etdiklərinə görə onları mükafatlandırdım. Onlar nicat tapanlardır» (əl-Muminun,110) ayəsi məhz onlara aiddir. Elə isə namazda mütiliyə aparan yol necədir? Buna kömək edən vəsilələr nələrdir? Namaz qılan qardaşım! Bir çox səbəblər vardır ki, bunlara diqqət edənin namazı mütıliklə qılması mümkündür. Bunlar iki qisimdir. 1. NAMAZLA ƏLAQƏSİ OLMAYAN SƏBƏBLƏR. Bu qism səbəblər aşağıdakılardır: 1.Allah təalanı rübubiyyətdə, uluhiyyətdə, ad və sifətlərində təkləşdirmək; 2.Uca Allaha təzimdə, səmimiyyətdə (ixlasda) qüsura yol verməmək, istər aşkarda, istər gizlində hər zaman Onun nəzarəti altında olduğunu bilmək; 3.Peyğəmbərə (s) şərtsiz itaət etmək; 4.Əmr edilənlərin icrasında, qadağanlardan çəkinməklə Allahdan qorxmaq; 5.Təmiz və halal olanı yemək, haramdan uzaq olmaq, şübhələrdən qaçmaq; 6.Səni müti etməsi üçün Allaha dua etmək, yalvarmaq; 7.Müti olan kəslərlə söhbət etmək və onlarla yoldaşlıq etmək, bir olmaq. 2. NAMAZLA ƏLAQƏSİ OLAN SƏBƏBLƏR. Bu qismə aşağıdakıları aid etmək olar: 1. Namaza başlamazdan öncə özünü, fikrini toplamaq, qəlbən hazır olmaq; 2. Önündə duracağın Allahın əzəmətini xatırlamaq; 3. Namazın savabını tam əldə etmək üçün Ona yalvarmaq, dua etmək; 4. Yaxşıca dəstəmaz almaq, suyu israf etməmək, daban və dirsəklərin ətraflarının islanmasına diqqət etmək; 5.Namaza başlamazdan əvvəl hazırlanmaq. Yemək hazır ikən, böyük və ya kiçik iş üçün ayaqyoluna olarsa namazı qılmamaq. Namaz üçün yeri də hazırlamaq; 6. Namazı camaatla qılmaqda və əzan verilərkən namaza getməkdə süst, tənbəl davranmaqdan çəkinmək; 7. Nafilə namazlarını tərk etməmək. Xüsusilə beş vaxt namazın sünnətlərini vitr namazını, sübhün sünnət və gecə namazlarını (qiyamul-leyl) qılmaq; 8. Oxuduğun və təkrarladığın ayə və zikrlərin mənalarını düşünmək; 9. Namazda tələsməmək. Namaza necə olur-olsun icra edəcəyin bəsit bir şey kimi baxmamaq; 10.Tərpənməmək, sağa-sola baxmamaq, namazda yasaqlanmış şeylərlə məşğul olmamaq, ədəbli olmağa çalışmaq; 11. Namazın hökmlərinin ədəbinə riayət etmək, namazda gözləri səcdə ediləcək yerə dikmək. Peyğəmbərimiz (s) buyurmuşdur: «Mənim namaz qıldığımı gördünüzmü? Mənim kimi namaz qılın»; 12. İmama uyğun olmaq. İmam ancaq ona tabe olmaq üçündür; 13. Dünya işlərindən, məşğuliyyətlərindən qəlbi boşaltmaq. Bütün bunlar içindəki məşğuliyyətlərə birlikdə Allah nəzərində bir milçək qanadına bərabər deyil; 14. Musiqi alətləri, təsvirlər, gurultu və səs-küyün olduğu yerlərdə namaz qılmaqdan çəkinmək; 15. Namazı dünya ilə vidalaşan kəsin qıldığı namaz kimi qılmaq. Çünki tanıdıqlarının hamısı hər hansı bir namazı qıldıqdan sonra dünyadan köçdülər. Sənin də onlar kimi olmağın qaçılmazdır. MÜSƏLMAN QARDAŞIM!Peyğəmbərimiz (s) demişdir: «Hər kəs əmr olunmuş namazları qılar və dəstəmazını və rükusunu mütiliklə yaxşıca icra edərsə, bu onun böyük günahları işlətmədiyi təqdirdə keçmiş günahlarının kəffarəsi olar. Bu hər zaman (dəhr boyu) belədir» (Müslüm). Allahdan diləyirəm ki, əməlimizi ən doğru, ən xalis, ən səmimi etsin, əcr və savabımızı tam və mükəmməl versin. Amin! Ey Allahım! Bizlər müti olmayan qəlbdən, ağlamayan gözdən və qəbul olun mayan duadan Sənə sığınırıq! Ey Allahım! Günahlarımızdan keç, bizi,valideynlərimizi və bütün müsəlmanları bağışla. Allahın salamı peyğəmbərimiz Məhəmmədə olsun! İstəkli qardaşlarım! Sonda bir daha mövzunun əhəmiyyətini nəzərə alıb, bu mövzunu daha geniş şəkildə işıqlandıran kitabı əldə etməyi, oxumağı, həm də oxuduqlarınızı tətbiq etməyinizi tövsiyə edirəm. |