Abbas bin Abdul-Muttalib (Allah ondan razı olsun!) fəziləti
1. Əli (Allah ondan razı olsun!) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurdu ki:
—Kim əmimə əziyyət verirsə mənə əziyyət vermiş olur, çünki adamın əmisi ona atası yerindədir". (ət-Tirmizi; Mənaqib, 3764)
2. Abdullah bin Abbas (Allah ondan razı olsun!) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) Abbasa demişdir: "
—Ey əmi, bazar ertəsi sabahı sən və oğlun yanıma gəlin, sizə dua edim. Allah bu dua ilə sənə və oğluna xeyir versin.
Abbasla Rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) yanına getdik. O, bizi örtüyə bürüdü və dua etdi:
—Allahım! Abbası və oğlunu bağışla. Elə bağışla ki, zahiri və batini günahları təmizlənsin, heç bir günahı qalmasın! Allahım, onu oğlu səbəbiylə hifz et" (ət-Tirmizi; Mənaqib, 3766).
Bu hədislər Abbasın (Allah ondan razı olsun!) fəzilətinə dəlildir. Abbas (Allah ondan razı olsun!) peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) əmisi olub, ondan 2 və ya 3 yaş böyük idi. Ləqəbi Əbu Fadldır. Islamı qəbul etməsi məşhur bir rəvayətə görə Məkkənin fəthindən sonradır. Bə'ziləri hicrətdən əvvəl müsəlman olduğunu, ancaq bunu gizlətdiyini, Məkkədə qalıb müşriklərlə bağlı xəbərləri Rəsulullaha (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) yazdığını deyirlər. Arada hicrət etmək üçün icazə istəmiş və peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!): "Sənin Məkkədə qalmağın daha xeyirlidir" deyərək icazə verməmiş və hətta Bədir döyüşündə "Abbasla rastlaşsanız onu öldürməkdən çəkinin" əmrini vermişdir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) Abbasa (Allah ondan razı olsun!): "Mən peyğəmbərlərin sonuncusu olduğum kimi, sən də mühacirlərin sonuncususan" demişdir.
Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) vəfat edəndə, təziyəni Abbasa (Allah ondan razı olsun!) vermişdilər.
Abbas (Allah ondan razı olsun!) Məkkənin varlılarından olub, 70 nəfər kölə azad etmişdir.
Qızlarından əlavə 10 oğlu olub. Hicrətin 32-ci ilində Mədinədə Osmanın (Allah ondan razı olsun!) şəhid edildiyindən iki il əvvəl 88 yaşında vəfat etdi. Namazını Osman (Allah ondan razı olsun!) qıldırdı.
3. Ənəs bin Malikdən (Allah ondan razı olsun!) rəvayət edilir: "Aclıq illərində Ömər ibni əl-Xəttab Abbas ibni Abdullmuttaliblə təvəssül edərək Allaha yağış yağdırmaq üçün belə dua edərdi: "Ey Allah, biz peyğəmbərin (Allah ondan razı olsun!) sağlığında onunla təvəssül edərək dua edirdik, indi isə peyğəmbərimizin əmisi ilə təvəssül edirik ki, bizə yağış yağdırasan!"
Ənəs (Allah ondan razı olsun!) deyir ki, Allah da insanlara yağmur verirdi.
(Buxari; Kitabul- fadail əshab, 11/58).
Abdullah ibn Abbasın (r.a) fəziləti