Hədis kəliməsi «yeni» mənasında işlənildiyi kimi, söz, xəbər mənalarında da işlənir. Bu kəlimədən törəyən bəzi fellər isə xəbər vermək, nəql etmək kimi mənalar verir.
Hədis kəliməsi zamanla Peyğəmbərdən (s.a.s) rəvayət edilən xəbərlərin ümumi adı olaraq işlənmişdir. Kəlimə Rəsulullah (s.a.s) tərəfindən də birbaşa bu mənada işlədilmişdir.
Hədisin dindəki yeri və Önəmi
Rəsulullah (s.a.s.) Alahdan aldığı vəhyi yalnızca insanlara çatdırmaqla qalmamış, eyni zamanda onları açıqlamış və öz həyatında da tətbiq edərək bizə örnək olmuşdur. Bu səbəblə ona yaşayan Quran deyilmişdir.
İslam alimləri ümumiyyətlə, dini mövzularla bağlı hədislərin Allah tərəfindən Peyğəmbərə (s.a.s) vəhy edilmiş olduğunu qəbul edərlər. Beləki Peyğəmbər (s.a.s) və onun əshabından nəql edilən bəzi xəbərlər bunun gerçək olduğunu ortaya qoyur.
Rəsulullahdan (s.a.s) belə rəvayət edilmişdir: «Mənə kitab(Quran), bir də onunla birlikdə onun kimisi (sünnət) verildi.» Əbu Davud «Sünən» 2,505
Yuxarıda zikr edilən ayə və xəbərlərdən də aydın olur ki, Quran və hədis (daha geniş ifadəsiylə sünnət), Allah (c.c) tərəfindən Rəsulullaha (s.a.s) göndərilmiş vəhy olma baxımından eynidirlər. Ancaq Quran ləfzi və mənası yönündən bir bənzərinin gətirilə biməməsi baxımından fərqlidir.
Vəhyə dayanan bir fiqh (hüquq) qaynağı olaraq hədis, Quran qarşısındakı vəziyyəti və gətirdiyi hökmlər baxımından aşağıdakı şəkillərdə olur.
Bir qism hökmlər Quranın gətirdiyi hökmləri açıqlayır və tamamlayıcı məlumatlar verir. Quranda namaz qılmaq həcc etmək, zəkat vermək əmr edilmiş, fəqət bunların necə edilməsini göstərilməmişdir. Bu ibadətlərin necə ediləcəyini biz hədislər vasitəsiylə öyrənirk.
Bəzi hədislər də Quranın heç təmas etmədiyi mövzularda hökmlər qoyar. Misal olaraq: Yırtıcı quşların ətinin yeyilməsinin haram olması.
Dini yöndən Qurandan sonra gələn bir hökmün qaynağı olaraq hədislərə lazımı önəmin verilərk Peyğəmbərin (s.a.s) sünnətinə tabe olması başda Allah (c.c) olmaq üzərə Onun Rəsulu Məhəmməd (s.a.s.) tərəfindən əmr edilmişdir.
Hədislər yaxından incələndiyi zaman, bir birindən fərqli iki ana qismdən ibarət olduğu görülür: Sənəd və mətn.
Sənəd: Güvənmək dayanmaq anlamına gələn “sənəd” kəliməsi bir hədis termini olaraq mətnin başında yer alan və biri digərindən almaq və nəql etmək surətiylə hədisi rəvayət edən insanların Rəsulullaha (s.a.s) varıncaya qədər sayıldığı qismdir. Başqa bir deyişlə ravilər (rəvayətçilər) zəncirinin adı olub bu zəncir, hədisin Hz.Peyğəmbərdən kimlər vasitəsiylə və hansı yollarla bizə çatdığını göstərir.
Mətn: Sənədin ya da ravilər zəncirinin özündə son olaraq rəvayət edilən əsl hədis qisminə deyilir.
Hədislərin sinifləndirilməsi:
Sağlamlıq yönündən hədislər üç qismə bölünürlər: Səhih, Həsən, Zəyif.
Səhih hədis: Ədalət sahibi ravilərin, yenə eyni vəziyyətdəki ravilər vasitəsiylə Peyğəmbərə (s.a.s) qədər çatan dəqiq bir sənədlə rəvayət etdikləri, zəif illəti (xüsusiyyəti) olmayan hədisdir.
Bu cür hədislərin Peyğəmbərdən (s.a.s) gəldiyinə hər hansı bir şübhə yoxdur. Yuxarıdakı təriflərdən də göründüyü kimi bir hədisin səhih ola bilməsi üçün bəzi şərtlərin olması vacibdir. Şərtlər bunlardır:
a) Hədisi nəql edən ravilər adil olmaldır. Burada sözü edilən ədalət - şirk, bid'ət kimi bütün böyük və kiçik günahlardan çəkinmək və təqva sahibi, səmimi bir müsəlman olmaq anlamındadır. Bu özəlliyə sahib kimsələrə hədis elmində «adil» deyilir.
b) Ravilər rəvayət edəcəkləri hədisləri, doğru bir şəkildə öyrənmə, aradan uzun bir zaman keçsə belə eynilə xatırlaya biləcək bir ölçüdə öyrəndiyini qoruma qabiliyyətinə sahib olmaldır. Öyrənmə və öyrəndiyini qoruma bacarığına sahib olmayan ravilərin nəql etdikləri hədislər də «səhih» qəbul edilməz.
c) Hədisi nəql edən ravilərin hər biri özündən hədis nəql etdikləri kimsələr ilə birbaşa görüşərək hədis almış və ən azından görüşmə imkanına sahib insanlar olmalıdır.
d) Güvənilir bir ravi tərəfindən rəvayət edilən hədis, daha güvənilir bir və ya birdən çox ravinin rəvayətinə tərs düşərək qalmamalıdır.
e) Hədisin mətn və sənədində onu zəif edən hər hansı bir qüsur olmamalıdır.
Bu şərtin hamısını daşıyan hədislər səhihdir.
Həsən Hədis
Lüğətdə «gözəl» mənasına gələn həsən kəliməsi istilahında səhih hədislə zəif hədis arasında yer alan, fəqət səhih hədisə daha yaxın olan hədis növünə verilən addır. Aralarındakı fərq, həsən hədisin ravilərinin vəziyyəti dəqiq olaraq bilinməməklə birlikdə yalançılıqla günahlandırılmamış, dürüst və güvənilir olmalarına baxmayaraq hafizələrinin sağlamlığı baxımından səhih hədis ravilərindən daha aşağı dərəcədə olmasıdır. Həsən hədis bu iki özəllikdən başqa digər özəllikləri özündə daşıyır.
Zəyif hədis
Səhih və ya həsən hədisin daşıdığı şərtlərin birini və ya bir neçəsini daşımayan hədisdir.
Hədisin ravisi ədalətindəki qüsur səbəbiylə yaddaşının zəifliyi, sənəddəki qopuqluq səbəbləriylə hədisin Peyğəmbərə (s.a.s) aid olduğu zəyif qəbul edilir.
Hədis alimləri zəyif hədislə əməl edilib ediləməyəcəyi mövzusunda üç görüş irəli sürmüşlər:
1) Heç bir mövzuda zəif hədisə əməl edilməz. Bu görüşü Buxari və Müslim qəbul etmişdir.
2) Hər mövzuda zəif hədisə əməl edilə bilər. Əhməd b. Hənbəl və Əbu Davud «zəyif hədis rəy, yəni qiyasdan daha yaxşıdır» - deyərək bu görüşü mənimsəmişlər.
3) Bəzi şərtləri daşıması halında, əməllərin fəziləti ilə bağlı mövzularda zəyif hədislə əməl edilə bilər. İbn Həcər Əl-Əskalani bu şərtləri belə sıralayır.
a) Hədis daha çox zəif olmamalıdır.
b) Zəyif hədis, kitab və sünnətə dayanaraq əməl edilən bir əməl olmalıdır.
c) Zəyif hədislə əməl edilərkən sabit olduğuna qəti gözlə baxmamalı, ehtiyatlı əməl edilməlidir.
Qüdsü və Nəbəvi hədis:
Mənası Allaha, ləfzləri isə Peyğəmbərə (s.a.s) aid olan hədislərə «qüdsi» hədis, məna və ləfzi Hz.Peyğəmbərə aid olan hədislərə də «nəbəvi» hədis deyilir.
Allah tərəfindən gələn vəhy almaları baxımından, Quran ayələri ilə qüdsi hədislər arasında bir fərq yoxdur. Fəqət Quran, anlamı həm də ləfzi baxımından Allaha aid ikən, «qüdsi» hədis sadəcə məna baxımından Allaha aiddir.
Quran ilə qüdsi hədis arasında digər fərqlər bunlardır:
a) Qüdsi hədis namazda oxunmaz
b) Dəstəmazsız toxunulması caizdir.
c) Ləfzi Allaha aid olmadığı üçün Quran kimi möcüzəvi deyildir.
d) Ləfzi rəvayəti şərt olmayıb, sadəcə anlam olaraq rəvayət olunması caizdir.
Qüdsi hədisin ilk qaynağı Allah olduğu və əsasən xitab ondan gəldiyi üçün rəvayət edilərkən başına «Peyğəmbərin (s.a.s) rəvayət etdiyinə görə Allah Təala belə buyurdu» və ya «Rəsulullah (s.a.s) Rəbbindən rəvayət etdiyi hədisdə belə buyurdu» bir şəkildə rəvayət ləfzi gətirilir.
Digər hədislərə görə qüdsi hədislərin sayı çox azdır.
Hədisin dindəki önəmli yeri zamanla müstəqil bir elm halına çevrilməsinə səbəb olmuşdur. Hədis alimləri İslamda Qurandan sonra ən önəmli yeri tutan bu elm sahəsini, səhih olanını səhih olmayandan ayırmaq üçün hədisin sənəd və mətninin araşdarılmasını mövzu edən bir elm olaraq tanıtmışlardır.
Hədis elmləri;
1) Rivayətul-hədis elmi: Peyğəmbərin (s.a.s) sünnətini (hədislər) toplayan, nəql edən elm.
2) Dirayətul-hədis elmi: Hədislərin səhihlik vəziyyətini müəyyənləşdirmək, sənəd və mətnlərin vəziyyətlərini anlamağa imkan verən elmdir.
3) cərh və Tə'dil elmi: Səhabədən etibarən bütün hədis ravilərinin doğruluq və onlara güvəniləcəyini incələyən bir elmdir. Ümumi olaraq ravilər adlarına və künyələrinə görə sıralanır və hər birinin həyatı, kimlərdən hədis rəvayət etdiyi, kimlərə hədis nəql etdiyi, ravilər arasındakı yeri, ədalət və doğruluq vəziyyətləri , onun haqqında hədisçilərin fikirləri ifadə edilir.
4) Ravilər tarixi elmi: Hədis rəvayəti baxımından ravilərin tərcümeyi-hallarını verən elmdir. İbn Sa'dın «Tabaqat»ı, Buzarinin «Tarix»i, İbn Həcərin «Əl-İsabə»si bu elmin ən məhşur qaynaqlarındandır.
5) Hədislərin vürud səbəbləri elmi: Hədislərin söyləniş səbəblərini müəyyən etməyə çalışan elmdir. Hədislərin daha yaxşı başa düşülməsi üçün Süyutinin «Əl-Lüma» adlı əsəri vardır.
6) Qaribul-Hədis elmi: Hədis mətnlərində keçən az işlənildiyi və Ərəbcəyə sonradan girdiyi üçün başa düşülməsi çətin olan kəlimələrin açıqlanması bu elmin mövzusunu təşkil edir.
7) İləlül-Hədis: Hər kəsin fərq edəməyəcəyi, lakin hədis alimlərinin müəyyən edə biləcəyi və hədisin səhihliyinə əngəl olan gizli qüsurları araşdıran bir elmdir. Əhməd bin Hənbəlin «Kitabul-İləli» bunlardandır.
8) Muhtəliful-hədis elmi: Bu elm əslində olmadığı halda, xarici görünüşü baxımından aralarında mübahisə var kimi görünən hədisləri ələ alır, görünən bü mübahisəni aradan qaldırır.
9) Nəsih və Mənsuh elmi: Biri digərinin hökmünü ortadan qaldıran hədisləri mövzu edən elmdir. Bu sahənin ən önəmli qaynağı Haziminin «Əl-İ'tibar» adlı əsəridir.
Hədislər günümüzə necə çatmışdır.
Quran ayələri nazil olduqca onları hədis katiblərinə yazdıran Peyğəmbər (s.a.s) qabaqlar öz hədislərini yazmağı qadağan etmitş, fəqət hədisləri bir-birinə rəvayət etmələrinə izn vermişdir. Bu qadağanın səbəbi, əshabın Quranla hədisləri bir birinə qarışdırmaq təhlükəsiylə, ərəb yazısının təkmilləşməməsi olması, oxuma yazma bilənlərin azlığı, yazı əşyalarının azlığı kimi səbəblər ola bilər. Daha sonralar bu problemlər ortadan qalxınca və ya azalınca Peyğəmbərin (s.a.s) hədislərin yazılmasına izin verdiyini görməkdəyik.
Hədis yazan 30-40 səhabədən biri olan Abdullah b.Amr 1000-ə qədər hədis yazmış və bunları bir səhifə halına gətirmiş, adına da «Əs-Səhifətus-Sadıka» (Doğru səhifə) deyilmişdir. Sağlığında Peyğəmbərdən (s.a.s) bir çox hədis rəvayət edən səhabə Onun (s.a.s.) vəfatından sonra bunları başqalarına nəql etmiş, beləcə hədislər həm sözlü, həm də yazılı bir şəkildə sonrakı nəsillərə gəlib çatmışdır.
Başlıca hədis qaynaqları bunlardır;
1. Kutubi-Sittə
2. Buxari və Müslimin «Əl-cəmius səhihlər»i
3. Əbu Davud, Tirmizi, İbn Macə, Nəsainin «Sünənlər»i
4. Əhməd b. Hənbəlin «Müsnəd»i
5. İmam Malikin «Muvatta»sı
Məqaləni Bakı Dövlət universitetinin İlahiyyat fakültəsinin tələbəsi Cavid Musayev hazırladı.
Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir.
e-mail: mail@azerislam.com ICQ # -99931111