"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
MİSİR MİFOLOGİYASINDA “RA”
[ Müxtəlif / 175 dəfə baxılıb ]
|
Misir mifologiyasının ən məşhur “tanrı”larından biri heç şübhəsiz ki, RA – Günəş tanrısıdır. Çox tanrılıq inancının tarixi qədim köklərə qədər uzanır. Günümüzə qədər gəlib çatmış qədim svilizasiyaların yazılı mətinlərində yad planetlərdən gəlmiş “tanrı”lar, onların yer üzündə doğulmuş uşaqları haqqında yəqin ki, oxumusunuz. Qədim insanlar, bizə qədər gəlmiş mətinlərində adı keçən “tanrı”ları əslində yaradanla (Allahla) eyniləşdirməsələr də göydən gəldikləri üçün onlara göy adamları, tanrı deməyi tərcih etmiş, bir növ müqəddəsləşdirmişlər. Hələ eramızdan əvvəl VI minillikdə (445 min il öncə) mövcud olmuş ən qədim insan sivilizasiyası olan Sumerlilər Günəş ətrafında dönən 12 planetdən və o planetlərdən biri olan Nibiruda planetindən gəlmiş göy insanlarından (Anunnakilər), onların yer üzündəki hakimiyyətlərindən bəhs etmişlər. Yaşadıqları planetin atmosfer təbəqəsi aşındığı və yaşamın yox olma təhlükəsi ilə qarşı-qarşıya qalmış anunnakilər Anunun oğlu Enkinin başçılığı ilə dünyaya gəlmiş, yerüzündəki qızıl mədənlərindən planetlərinə apara bilmək üçün qızıl toplamağa başlamışlar. Bir müddət sonra ağır şərtlərə üsyan edərək dünyadaki var olan ən uyğun canlını – yəni insanı seçmiş və onların genlərini təkmilləşdirib (düşüncə, güc və ağıl) yeni insan nəsli yaradaraq onlar üzərində höküm sahibi olmuş, bütün ağır işləri yer sakinlərinə yükləmişlər. Beləcə köləlik qulluğa dönmüş, əfəndilər “Tanrı”lıq etmişlər. Bu hekayə anunnakilərin yer qızları ilə evlənməsinə və insan nəslinin genetikasının dəyişməsinə qədər uzanır. İnsanlıq və dinlər tarixinə fərqli bir baxış formalaşdıran bu mifologiyalarda biz bir çox tanış hekayələri oxuyuruq. Fərqli adlarla adlandırlsalar da Quranın bizə bəhs etdiyi Nuh tufanına da, atasız dünyaya övlad gətirən Məryəmin hekayəsinə də bənzər hekayələr var bu əfsanələrin içində. Gerçək olaylayın zamanla əfsanəyə çevrilib şişirdilməsinin, eləcə də fərqli hadisə və şəxslərin hekayələrinin bir-birinə bənzədiyinə çox rast gəlmişik. Bir qəhrəmanlıq dastanında tərifə layiq olan, dinləyənləri əfsunlayan qəhrəmanın adı deyil, hadisənin özüdür. Darda qalmış birinin yardımına qoşan qəhrəman Şərqlidirsə Xızır, qərblidirsə Robin Qud adlandırla bilər. Önəmli olan adı deyil, əməlidir. Bəlkə elə buna görə Sumer əfsanələri, Misir mifologiyası bizim hər birimizə doğma və tanış gəlir. Dünyanın harasında yaşayırıqsa yaşayaraq o əfsanənin qəhrəmanları bizim yaxından tanıdığımız birinə çox bənzəyir. Bu əfsanələrdə sadəcə qəhrəmanlıq dastanları anladılmır, eyni zamanda bizim yeni-yeni kəşf etdiyimiz, bəlkə də hələ bundan sonra kəşf edəcəyimiz bir çox sirlər, elmi fərziyələr nəql edilir. Bu mifologiyalarda diqqətə layiq məqamlardan biri də heç şübhəsiz ki, Günəş və onun ətrafında dövrə vuran 12 planetin varlığından danışılmasıdır. Günümüz insanının bu bilgisi Plutonu Günəş sistemində bir planet saysa doqquz, saymasa səkkiz planetlə məhdudlaşır. Təbii ki, 2300 kiçik planetləri bu siyahıya daxil etməsək. Sumerlərdən qalma tabletlərin birində biz bir Günəş və onun ətrafında dövrə vuran ölçü etibari ilə bir-birinə yaxın olan 11 planet, bir də kənarda qalmış 12-ci planetin rəsmini görürük. Bu hekayə bizə Quranın əksəni takvim, ən gözəl hekayə adlandırılan Yusif surəsindəki Yusifin yuxusunu xatırladır. Günəş, ay və 12 planet. O yuxudakı `Günəş Hz. Yaqub idi, Ay Yusifin anası, 11 planet qardaşları, 12-ci isə Misirə sürgün edilən bir növ ailədən uzaqlaşdırlan Yusif. Surənin başında gələn hurufu mukatta hərfləri də diqqətlərdən qaçmamalıdır: Elif Lâm Râ. Ra mifologiyada Günəş tanrısıdırsa və Yusifin yuxusunda gördüyü atası da Günəşi simvolizə edirsə mifologiyada bəhs edilən tanrı Yaqub peyğəmbər ola bilərmi? Biz peyğəmbərlərin müqəddəsləşdirilib insanlar tərəfindən ilah elan edilməsinin başqa nümunələri ilə də qarşılamışıq. İsa bizim inancımıza görə bir peyğəmbər, xristian düşüncəsinə görə isə Allahın oğlu və ya ilahdır. Biriləri onun insan olarak qəbul edərkən, bəzilərinə görə o tanrıdır. Nuhun toplumu da Allaha ən çox ibadət edən beş seçkin insanını ilahlaşdırıb onlara ibadət etdikləri üçün cəzalandırılmadılarmı? Əfsanədə bəhs edilən tanrı Ranın nəvələrindən biri olan tanrılaşdırılmış qadın İsis (İsida) oğlu Horusu atasız olaraq dünyaya gətirir. Tarixi qaynaqlarla və Qurani Kərimlə də sabitdir ki, Hz. Məryəm bir israil övladıdır. Başka sözlə desək İsrail adı ilə da Quranda zikr edilən Hz Yaqubun soyundandır və oğlu İsanı dünyaya atasız olaraq gətirmişdir. Bu fərziyələr diqqətə alındığı zaman iki cavabsız sualla qarşılaşırıq: 1. Tarix təkrarlanırmı? 2. Tarix əfsanəyə çevrilib unutdurulmamaq üçün yaddaşımızamı hopdurulur? Əgər tarix təkrarlanırsa deməli insanlıq heç bir zaman dərs almayacaq. Bütün sivilizasiyaların bir tufanla sonlanması qaçınılmazdır. Gəmidə qalıb xilas olanlar bir sonrakı tufana qədər hekayələrini yenidən yazmağa başlayacaqlar. Tarix dəyişməyib əfsanələşibsə deməli biz “oxumağı” öyrənməliyik.
P.S. İnsanoğlu unutqandır. Fizioloji yaradılışı unutmağa meyillidir. Bəzən ən xoş gününü, bəzən ən böyük dərdini unudar. Bəzən unutmaması üçün şəkil çəkdirər, bəzən gündəlik yazar. Anı fotolara, mürəkkəbin qanına məhkum edər. Unudacağını bildiyi üçün o anı “ölümsüzləşdirər”. Sonra anı da, ana məhkum etdiklərini də unudar. Allah da bilir yaratdığının bu özəlliyini. Ona görə xatırlaması üçün ona kitablar göndərər, elçilər görəvləndirər. Hekayələri dünən yaşanmış kimi anladar. Üstündən əsrlər keçməsinə baxmayaraq oxuyan da dünənin hekayəsini oxuyurmuş kimi oxuyar. Amma yenə unudar. Dünyada yaşayan bir çox xalqlar bir gəmidə qurtulanların nəslindən olduğunun bilincindədir. Amma bu bilgini unutmuş kimi yaşayar bir çoxu. Elə ona görə də Gözü Firounların sarayında `könülü Musanın yanında olar bəzisinin. Karuna qibtə ilə baxdığı halda Harunun yanında durduğuna inanar bir çoxları. Namazını Hüseynin arxasında qılıb, Yezidin ordusuna komandirlik edər. Çünki unudar. Unutmaq xislətində var insanoğlunun. Bir gün bu yazını yazan da yazdığını unudacaq, oxuyan da. Sumerlər kimi daş kitabələrə yazmadıq biz hekayəmizi. Onların yazdıqlarını unudanlar bizi çoxdan unutmuş belə. Allahı unutmuş insanoğlu, bütün hekayələri xatırlasa nə dəyişər ki...
Cənnətə talib olanlar unutmayanlardır.
Rüzgar Kəskin məqalədən istifadə edərkən mənbə göstərilməlidir
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.