Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
[Bəqərə, 172]
"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."
[Əhkamu’l-Cənaiz]
İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.
[Hikmətli sözlər]
HEÇ KİM CƏZASIZ QALMAZ
[ Hekayə / 3495 dəfə baxılıb ]
|
Abbasilərin beşinci xəlifəsi Harun ər-Rəşid sarayının bağçasındakı bir gül kolunu çox sevirmiş. Bu gülə xüsusi qulluq etməsi üçün bağbanına əmr verir: - Bağçaya hər gəldiyimdə bu gülə baxaraq dincəlirəm, ona yaxşı bax, tez-tez sula, gözün üstündə olsun.
Bağban xəlifənin əmrinə tabe olar, gülə qarşı çox diqqətli davranmağa çalışar. Amma bir gün bağçaya girəndə bir bülbülün o gülün bütün yarpaqlarını qırıb tökdüyünü, özünü də dəlik-deşik etdiyini görüb qaçaraq xəlifənin yanına gedər: -Sultanım, qorumağı əmr etdiyiniz gülü qoruya bilmədim, bir bülbül onu tamamən məhv edib.
Təcrübəli xəlifə gülümsəyir və deyir: - Narahat olma o bülbül cəzasız qalmaz. Rahat nəfəs alan bağban işinin başına dönər. Bir müddət sonra bir ilanın həmin bülbülü öldürdüyünün şahidi olur və yenə qaçaraq xəlifənin yanına gedir. - Sultanım, dediyiniz doğru çıxdı. Bir ilan bülbülün cəzasını verdi. Xəlifə yenə gülümsəyir: - Narahat olma ilan da cəzasız qalmaz.
Bağban işinin başına dönər. Bir gün bağçada işləyərkən otların arasında ilanı görüb, əlindəki bel ilə onu öldürür və bu xoş xəbəri xəlifəyə söyləmək üçün yanına gedir. Xəlifə yenə gülümsəyir və sakit səslə: - Gözlə, gözlə sən də cəzasız qalmayacaqsan, - deyir.
Bu hadisənin üstündən çox keçmədən həmin bağban başqa bir bağban yoldaşı ilə dava edir, dava əsnasında onu öldürür. Tutub xəlifənin hüzuruna gətirib cəzalandırılmasını tələb edirlər. Xəlifə əmrini verir: - Atın onu zindana! Bağbanın qollarından tutub zindana aparmaq istəyirlər ki, xəlifəyə sözüm var deyir: - Sultanım, bülbül cəzasız qalmaz dediniz onu ilan yedi. İlan cəzasız qalmaz dediniz onu mən öldürdüm. Mən də cəzamı alır, zindana atılıram. Heç kim cəzasız qalmırsa sizin də etdiyiniz cəzasız qalmayacaq. Kimsə də sizi cəzalandıracaq. Elə isə məni cəzalandırmayın ki, başqası da sizi cəzalandırmasın. Bu söylənilənləri təbəssümlə dinləyən Harun ər-Rəşid “Doğru deyirsən, bağban” deyərək onu azad etdirir. Buna şahid olan saray xalqı: - O, cəzasız qaldı, - deyirlər. - Xeyr, xeyr, - deyir Harun ər-Rəşid. Hər kəs etdiyinin qarşılığını daha ağır şəkildə axirətdə ödəməyə məcbur ediləcək. Amma qafil insanlar bunu dərk etməz və cəzasız qaldığını sanarlar...