... Bu gün dininizi sizin üçün kamil etdim,
    sizə olan nemətimi tamamladım və sizin üçün
    din olaraq islamı bəyənib seçdim ... [ Əl-Maidə, 3 ]

Əsas menü
ANA SƏHİFƏ
QUR'AN
HƏDİS
NAMAZ
RAMAZAN
ZİKRLƏR
QADINLAR ÜÇÜN
SƏHABƏLƏR
KİTABXANA
MƏQALƏLƏR
MİNBƏR
SUAL - CAVAB
FOTO QALEREYA
BANERLƏR
QONAQ KİTABI
FORUM

Xidmətlər
Azərislam barəsində dostuna xəbər ver
 
Son xəbərlərə yazıl
 

Statistika

Dost saytlar

Iravan.com

Put k Koranu. Sayt Kuliyeva Elmira


Yeniliklər
  • KITABLAR
  • 13 Dekabr 2004
    ALLAHIN NAZİL ETDİYİ MÜSTƏCƏB DUALAR
    Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil lolaraq girəcəklər "" (əl-Mumin, 60).
    "Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər.Bununla da, ola bilsin ki,doğru yola yetişsinlər "(əl-Bəqərə,186).
    daha ətraflı | Oxunulub (5)

    12 Dekabr 2004
    QADINLARA MÜNASİBƏT
    Cəmiyyətin ayrılmaz tərkib hissəsi olan qadınlara müxtəlif dövrlərdə və quruluşlarda çox fərqli münasibətlər olmuşdur. İslamaqədərki sivilizasiyalarda qadınların vəziyyəti çox acınacaqlı bir şəkil almışdı. «Şərqə mədəniyyət ixrac edən» qərb dövlətlərində bu günə qədər qadınların bir çoxu əyləncə aləti olmaqla yanaşı müxtəlif məhsulların reklam obyektinə çevrilib. Təəssüflər olsun ki, bu cür arzuolunmaz hallar fitnə-fəsad törədənlər tərəfindən düşünülmüş surətdə bizim məmləkətə də sirayə etdirilmiş və illərlə formalaşmış əxlaqımızın içindən parçalanmasında öz təsirini göstərmişdir.
    daha ətraflı | Oxunulub (4)

    12 Dekabr 2004
    VALİDEYNLƏRƏ MÜNASİBƏT
    Müsəlman qardaş və bacılarım! Bu müxtəsər və maraqlı risalə sizi lazımınca valideynlərin qayğısına qalmağa sövq edər və onların haqlarını ödəməyə vadar edər. Həqiqətən bu mövzu günümüzdə baş verən bir çox problemlərin qarşısını ala bilər və ata-anaya qayğı göstərmək üçün hər bir müsəlmana yol göstərər.
    daha ətraflı | Oxunulub (9)

    12 Dekabr 2004
    10 HAQQ
    Müsəlman qardaş və bacılarım! Bu müxtəsər və maraqlı risalə sizi ədalətli olmağa sövq edər və hər bir haqqı olanın haqqını ödəməyə vadar edər. Bu haqlar hər bir müsəlman üçün ən mühüm olan haqdır və bu haqları ödəmək hər bir müsəlmanın borcudur.
    daha ətraflı | Oxunulub (7)

    25 Noyabr 2004
    QUR’ANİ-KƏRİMİ ƏZBƏRLƏMƏK ÜÇÜN “QIZIL QAYDALAR”
    Quran əzbərləyən zaman niyyəti ixlaslı edib əsas məqsədi düzəltmək lazımdır. Həmçinin Quran əzbərləməyi və ona əməl etməyi Allah üçün, Onun Cənnətinə müvəffəq olmaq və Onun razılığını qazanmaq üçün etmək lazımdır. Quranı oxuyan və onu əzbərləyən kəs böyük mükafat qazanır. Uca Allah buyurur: “(Ya Peyğəmbər!) Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət et! (Bütpərəstlər kimi Ona şərik qoşma. Allaha ixlasla tapın!) Bil ki, xalis din (ibadət və itaət) ancaq Allaha məxsusdur.” (əz-Zumər surəsi 2-ci və 3-cü ayələr) “De: "Mənə dini (itaəti) məhz Allaha məxsus edərək yalnız Ona ibadət etmək əmr olunmuşdur!” (əz-Zumər surəsi 11-ci ayə)
    Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Uca Allah belə deyib ki, Mən şəriklərin şirkindən uzağam. Kim bir əməl edər və bu əməldə Mənə başqasını şərik qoşarsa onu da, şirkini də tərk edərəm.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)
    Quranı kiməsə göstərmək və eşitdirmək məqsadilə oxuyub əzbərləyən şəxs üçün Allah tərəfindən heç bir savab və mükafat yoxdur. Həqiqətən, Quranı dünya malı üçün oxuyan və bunun müqabilində dünya mükafatı istəyən şəxs günahkardır.
    daha ətraflı | Oxunulub (9)

    24 Noyabr 2004
    ƏHLİ-BEYTİN FƏZİLƏTİ - yeni kitab
    Oxuculara təqdim olunan bu kitabçada sünnə əhlinin əqidəsində özünəməxsus yer tutmuş "Əhli-beytin fəziləti" mövzusuna toxunulmuşdur.
    Kitabça hazırlanarkən "Əhli-beyt" məfhumunun ərəb dili baxımından hansı mə'nalarda işlədildiyi ilə bağlı dilçi alimlərin tədqiqatlarından, bu məfhuma kimlərin daxil olması haqqında rə'ylərindən istifadə edilmişdir...
    daha ətraflı | Oxunulub (3)

    © Azerislam.com - Mustəqil Islam saytı. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir.
    Materiallardan istifadə etdikdə istinad vacibdir.e-mail: mail@azerislam.com   ICQ #99931111
    MSN: azerislam@hotmail.com - YAHOO: azerislam@yahoo.com