Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.
(Saffat, 106-107)
Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"
(Əl Hakim)
Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur
(Hikmətli sözlər)
MÜŞRİKƏ BAŞ ÇƏKMƏK
عن أنس أن غلاما من اليهود كان يخدم النبي صلى الله عليه وسلم فمرض فأتاه النبي صلى الله عليه وسلم يعوده فقعد عند رأسه فقال أسلم فنظر إلى أبيه وهو عندرأسه فقال له أطع أبا القاسم صلى الله عليه وسلم فأسلم فخرج النبي صلى الله عليه وسلم وهو يقول الحمد لله الذي أنقذه من النار
524. Ənəs (r.a) rəvayət edir ki, yəhudilərdən bir uşaq Peyğəmbərə (s.a.s) xidmət edirdi. Uşaq xəstələndi və Peyğəmbər (s.a.s) ona baş çəkməyə getdi. O, uşağın baş tərəfində oturub buyurdu: “Müsəlman ol!” Uşaq atasının üzünə baxdı, Peyğəmbər (s.a.s) də onun başının üstə dayanmışdı. Atası ona: “Əbul-Qasıma (s.a.s) itaət et!”- dedi və uşaq İslam dinini qəbul etdi. Peyğəmbər (s.a.s) onun yanından çıxdı və: “Onu Oddan qurtaran Allaha həmd olsun!”- dedi. [ Səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.