"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
MAL İSTEHSAL ETMƏK
حدثنا حنش بن الحارث عن أبيه قال كان الرجل منا تنتج فرسه فينحرها فيقول أنا أعيش حتى أركب هذا فجاءنا كتاب عمر أن اصلحوا ما رزقكم الله فإن في الأمر تنفسا
478.Hənəş ibnul-Haris atasından rəvayət edir ki, bizlərdən birinin atı balaladıqdan sonra onu kəsər və deyərdi: “Görəsən buna (atın balasına) miniləcək vaxtadək yaşayacağammı?” Elə o vaxt bizə Ömərin (r.a) məktubu gəldi ki: “Allahın sizə verdiyi ruzini yoluna qoyun. Çünki Qiyamətin gəlişi müəyyən vaxtla bağlıdır”. [ Səhihdir ] عن أنس بن مالك عن النبي صلى الله عليه وسلم قال ان قامت الساعة وفي يد أحدكم فسيلة فان استطاع أن لا تقوم حتى يغرسها فليغرسها
479.Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Qiyamət qopduğu zaman sizdən birinizin əlində körpə xurma ağacı olarsa və Qiyamət qopmamış onu yerə bastıra bilirsə, qoy bastırsın”. [ Səhihdir ] قال عبد الله بن سلام ان سمعت بالدجال قد خرج وأنت على ودية تغرسها فلا تعجل أن تصلحها فإن للناس بعد ذلك عيشا
480.Abdullah ibn Səlam (r.a) dedi: “Əgər (Qiyamətin əlamətlərindən olan) Dəccalın çıxdığını eşitsən və əlində yerə bastıracağın körpə xurma ağacı varsa, onu düzəltməyə tələsmə. Çünki insanlar bundan sonra hələ yaşayacaqlar”.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.