Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.
(Saffat, 106-107)
Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"
(Əl Hakim)
Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur
(Hikmətli sözlər)
QARDAŞI İLƏ BİR İL ƏLAQƏLƏRİ KƏSƏN KİMSƏ
عن أبى خراش الأسلمى أنه سمع رسول الله صلى الله عليه وسلم يقول من هجر أخاه سنة فهو بسفك دمه
404. Əbu Xiraş əs-Silmi (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini eşitmişdir: “Qardaşı ilə bir il əlaqələri kəsən kimsə, onun qanını axıtmış kimidir”. [ Səhihdir ] أن رجلا من اسلم من أصحاب النبي صلى الله عليه وسلم حدثه عن النبي صلى الله عليه وسلم قال هجرة المؤمن سنة كدمه وفي المجلس محمد بن المنكدر وعبد الله بن أبى عتاب فقالا قد سمعنا هذا عنه
405. Peyğəmbərin (s.a.s) Əsləm qəbiləsindən olan səhabələrindən biri rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Müsəlmanla bir il əlaqələri kəsmək, onu öldürmək kimidir”. Muhəmməd ibnul-Munkədir və Abdullah ibn Əbu Attab öz məclislərində belə demişdilər: “Biz də bu hədisi İmrandan eşitmişik”. [ Səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.