"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
ZİYARƏT ETMƏK
عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال إذا عاد الرجل أخاه أو زاره قال الله له طبت وطاب ممشاك وتبوأت منزلا في الجنة
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Kişi öz dostuna baş çəkməyə, yaxud onu ziyarət etməyə getdiyi zaman Allah ona belə deyər: “Xoş gəldin. Gəlişin də uğurlu oldu. Sən Cənnətdə özün üçün bir yer tutdun”. [ Həsəndir ] عن أم الدرداء قالت زارنا سلمان من المدائن إلى الشام ماشيا وعليه كساء واندرورد قال (يعنى سراويل مشمرة) قال بن شوذب رؤى سلمان وعليه كساء مطموم الرأس ساقط الأذنين يعنى أنه كان أرفش فقيل له شوهت نفسك قال ان الخير خير الآخرة
Ummu Dərda (r.a) deyir ki, Salman (r.a) şəhərləri piyada qət edib Şama – bizi ziyarət etməyə gəldi. Onun əynində bir bürüncək və bir əndərvard var idi. İbn Şəvzəb deyir ki: “Onun əynində baş tərəfi olmayan enli, uzun bir bürüncək var idi”. Ona: “Sən özünü eybəcər hala salmısan”- dedilər. O isə: “Şübhəsiz ki, əsl xeyir, Axirət xeyridir”- deyə cavab verdi. [ Həsəndir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.