"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
DOSTUNDAN ARXAYIN OLUB ONU TƏRİFLƏYƏN KƏS
عن أبى هريرة أن النبي صلى الله عليه وسلم قال نعم الرجل أبو بكر نعم الرجل عمر نعم الرجل أبو عبيدة نعم الرجل أسيد بن حضير نعم الرجل ثابت بن قيس بن شماس نعم الرجل معاذ بن عمرو بن الجموح نعم الرجل معاذ بن جبل قال وبئس الرجل فلان وبئس الرجل فلان حتى عد سبعة
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Nə gözəl kişidir Əbu Bəkr. Nə gözəl kişidir Ömər. Nə gözəl kişidir Əbu Ubeydə. Nə gözəl kişidir Useyd ibn Hudeyr. Nə gözəl kişidir Sabit ibn Qeys ibn Şəmmas. Nə gözəl kişidir Muaz ibn Amr ibnul-Cəmuh. Nə gözəl kişidir Muaz ibn Cəbəl”. Sonra da: “Nə pis kişidir filankəs. Nə pis kişidir filankəs”- deyə yeddi nəfərin adını çəkdi. [ Səhihdir ]
عن عائشة قالت استأذن رجل على رسول الله صلى الله عليه وسلم فقال رسول الله صلى الله عليه وسلم بئس بن العشيرة فلما دخل هش له وانبسط إليه فلما خرج الرجل استأذن آخر قال نعم بن العشيرة فلما دخل لم ينبسط اليه كما انبسط إلى الآخر ولم يهش إليه كما هش للآخر فلما خرج قلت يا رسول الله قلت لفلان ثم هششت إليه و قلت لفلان ولم أرك صنعت مثله قال يا عائشة إن من شر الناس من اتقي لفحشه
Aişə (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərin (s.a.s) yanına daxil olmaq üçün izn istədi. Peyğəmbər (s.a.s) (onu görəndə): “Nə pis yoldaşdır!”- dedi. Kişi içəri daxil olduqda isə gülərüzlə onu qarşılayıb qollarını ona tərəf açdı. (Bu) kişi çıxıb getdikdən sonra başqa birisi Peyğəmbərin (s.a.s) yanına daxil olmaq üçün izn istədi. Peyğəmbər (s.a.s) (onu görəndə): “Nə gözəl yoldaşdır!”- dedi. (Lakin) içəri daxil olduqda əvvəlkini qarşıladığı kimi onu da gülərüzlə qarşılamadı, əvvəlkini qucaqladığı kimi onu da qucaqlamadı. Kişi çıxıb getdikdən sonra dedim: “Ey Allahın elçisi! Filankəs barədə filan şey dedin, sonra da onu qucaqladın. Filankəs barədə filan şey dedin, sonra heç ona diqqət yetirmədin”. O dedi: “Ey Aişə! Həqiqətən, insanların ən pisi alçaq hərəkətlərindən ehtiyat edilən kimsədir”. [ Birinci kişinin rəvayətindən başqa qalan rəvayət zəifdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.