"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
ÖVLAD XƏSİSLİK VƏ QORXAQLIQ ÜÇÜN BIR BƏHANƏDİR
عن عائشة رضي الله عنها قالت قال أبو بكر رضي الله عنه يوما والله ما على وجه الأرض رجل أحب الى من عمر فلما خرج رجع فقال كيف حلفت أي بنية فقلت له فقال أعز على والولد ألوط
84. Aişə (r.a) rəvayət edir ki, bir gün Əbu Bəkr (r.a) belə dedi: “Allaha and olsun ki, yer üzündə mənə Ömərdən daha sevimli bir kimsə yoxdur”. O çıxıb getdikdə qayıdıb mənə dedi: “Hə qızım, necə and içdim?” Əbu Bəkr (r.a) dedi: “Mənə çox xoşdur. Amma övlad daha şirindir”. [ İsnadı həsəndir ] عن بن أبى نعم قال كنت شاهدا بن عمر إذ سأله رجل عن دم البعوضة فقال ممن أنت فقال من أهل العراق فقال انظروا إلى هذا يسألني عن دم البعوضة وقد قتلوا بن النبي صلى الله عليه وسلم سمعت النبي صلى الله عليه وسلم يقول هما ريحانى من الدنيا
85. İbn Əbu Nu'm rəvayət edir ki, mən ibn Ömərin (r.a) yanında idim. Bir kişi ondan ağcaqanadın qanı barədə soruşdu. O dedi: “Sən kimlərdənsən?” Kişi dedi: “Mən İraq əhlindənəm”. İbn Ömər (r.a) dedi: “Buna bir baxın! Məndən ağcaqanadın qanı barədə soruşur. Halbuki onlar Peyğəmbərin (s.a.s) nəvəsini öldürdülər. Mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: “Onlar (Həsən və Hüseyn) mənim dünyadakı iki reyhanımdır!” [ Səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.