"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
VALIDEYNLƏR ÖLDÜKDƏN SONRA DA ONLARIN QAYĞISINA QALMAQ
عن أبي اسيد يحدث القوم قال كنا عند النبي صلى الله عليه وسلم فقال رجل يا رسول الله هل بقى من بر أبوي شيء بعد موتهما أبرهما قال نعم خصال أربع الدعاء لهما والاستغفار لهما وإنفاذ عهدها وإكرام صديقهما وصلة الرحم التي لا رحم لك الا من قبلهما"
35. Əbu Useyd Malik ibn Rabia (r.a) camaata rəvayət edib dedi: “Biz Peyğəmbərin (s.a.s) yanında idik. Bir kişi belə dedi: “Ey Allahın elçisi valideynlərimin vəfatından sonra onlar üçün edə biləcəyim elə bir yaxşılıq qalıbmı?” O dedi: “Bəli dörd şey; onlar üçün dua etmək və bağışlanma diləmək, onların verdiyi əhdi yerinə yetirmək, onların dostuna yaxşılıq etmək, onlar tərəfdən olan qohumlarla əlaqələri möhkəmləndirmək”. [ Zəifdir ] عن أبى هريرة قال ترفع للميت بعد موته درجته فيقول أي رب أي شيء هذه فيقال ولدك استغفر لك"
36. Əbu Hureyra (r.a) dedi: “Ölən adamın dərəcəsi onun vəfatından sonra da qaldırılar. O da: “Ey Rəbbim! Bu nəyə görədir?” deyə soruşar”. (Ona) “Övladın sənin üçün bağışlanma diləmişdir”- deyirlər”. [ İsnadı həsəndir ] عن محمد بن سيرين كنا عند أبى هريرة ليلة فقال اللهم اغفر لأبى هريرة ولأمى ولمن استغفر لهما قال محمد فنحن نستغفر لهما حتى ندخل في دعوة أبى هريرة"
37. Muhəmməd ibn Sirin rəvayət edir ki, bir gecə biz Əbu Hureyranın (r.a) yanında idik. O dedi: “Allahım! Əbu Hureyranı, onun anasını və onlar üçün bağışlanma diləyən kimsələri bağışla!” Biz onlar üçün bağışlanma dilədik ki, Əbu Hureyranın duası bizə də yetişsin. [ İsnadı səhihdir ] عن أبى هريرة أن رسول الله صلى الله عليه وسلم قال إذا مات العبد انقطع عنه عمله إلا من ثلاث صدقة جارية أو علم ينتفع به أو ولد صالح يدعو له"
38. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Bəndə ölən kimi onun bütün əməlləri kəsilir. Yalnız üç şey istisnadır; Davamlı sədəqə, yaxud fayda verən elm və ya onun üçün dua edən əməlisaleh övlad”. [ Səhihdir ]
عن بن عباس أن رجلا قال يا رسول الله إن أمى توفيت ولم توص أفينفعها أن أتصدق عنها قال نعم"
39. İbn Abbas (r.a) rəvayət edir ki, bir kişi dedi: “Ey Allahın elçisi! Anam vəfat etmiş və heç nə vəsiyyət etməmişdir. Anamın əvəzinə sədəqə verməyim ona fayda verərmi?” Peyğəmbər (s.a.s) : “Bəli”- deyə cavab verdi. [ Səhihdir ]
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.