Shahmar idarəçi

Daxil ol: B.e. Fev. 02, 2004 03:18 İsmarışlar: 138
|
Göndərilib: Ç.a. İyun 22, 2004 12:42 am İsmarış mətni: Allahdan qeyrisine and ichmek |
|
|
Hǝmd olsun alǝmlǝrin rǝbbi olan Allaha, yeri vǝ göylǝri yaradan, gecǝni vǝ gündüzü yaradan, hǝr şeyǝ qadir olan Allaha. Istǝdiyinǝ ol deyǝrǝk hǝr şeyi edǝn, qullarına vǝ bütün mǝxluqatlara saysız hesabsız nǝ’matlǝr verǝn Allaha. Insanları doğru yola yönǝltmǝk üçün Peyğǝmbǝrlǝr vǝ elçilǝr göndǝrǝn, Ona vǝ yalnız Ona ibadǝt etmǝyi ǝmr edǝn Allaha.
Allahu Tǝalanın tǝk olduğuna inanıb vǝ bunu tǝsdiq etmǝk üçün biz çox diqqǝtli olmalıyıq. Allahın ǝmr etdiklǝrini yerinǝ yetirmǝk vǝ nǝhy etdiklǝrindǝn uzaqlaşmağı bacarmalıyıq, Ona şǝrik qoşmamalıyıq.
Çǝkinmǝyimiz vacib olan ǝmǝllǝrdǝn biri dǝ Allahdan qeyrisinǝ and içmǝkdir. Çünki Allahdan başqasına and içmǝk şirkǝ sǝbǝb edir vǝ Islam şǝriǝti ilǝ zidd olur.
Peyğǝmbǝrimiz (S.A.S) buyurmuşdurki; “Atalarınıza and içmǝyin, kim Allaha and içmişsǝ sadiq olsun. Kimin üçünsǝ Allaha and içilmişsǝ inansın. Kim Allahla razı olmursa, Allahdan deyil.” (Sǝhih, Ibn Maca rǝvayǝt etmişdir)
Pǝyğǝmbǝrimiz (S.A.S) buyurmuşdurki; “Atalarınıza, analarınıza vǝ şǝriklǝrǝ and içmǝyin. Allahdan başqasına and içmǝyin. Sadiq deyilsinizsǝ and içmǝyin.” (Sǝhihdir, Əbu Davud rǝvayǝt etmişdir)
Peyğǝmbǝrimiz (S.A.S) buyurmuşdur; “Kim Allahdan başqasına and içmişsǝ, şirk etmişdir.” (Sǝhihdir, Əhmǝd rǝvayǝt etmişdir)
Abdullah Ibn Mǝs’ud demişdirki; Yalandan Allaha and içmǝk mǝnim üçün, doğru olaraq Allahdan başqasına and içmǝkdǝn xeyirlidir.
Yuxarıdakı hǝdislǝrdǝn belǝ aydın olurki, Peyğǝmbǝrlǝrǝ, Kǝ’bǝyǝ, uşağa, valideynlǝrǝ, övliyalara vǝ başqa mǝxluqatlara and içmǝk kiçik şirkdir. Ona görǝki, Allahdan başqasına and içǝn şǝxs, Allahdan başqasını ǝzǝmǝtli vǝ uca sayır. Bu da böyük günahdır, tövbǝ etmǝk lazımdır. Allahdan başqasına and içmǝk, böyük şirk dǝ ola bilǝr. O zamanki, and içǝn şǝxs and içdiyinǝ inansın. Yǝ’ni, and içǝn şǝxs düşünürki, yalançıdırsa, and içdiyi şǝxs vǝ ya ǝşya ona qǝnim olacaq. Belǝ düşünǝrǝk böyük şirk qoşmuş olur, ona görǝki, Allahdan başqasının insana xeyir vǝ şǝr verǝcǝyini düşünür. |
|