Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: C.a. Sen. 14, 2006 1:14 am İsmarış mətni:
Axirət Günü.
Axirət günü Allahın insanları haqq-hesab və cəza (əməllərinin qarşılığını verməsi) üçün dirildəcəyi qiyamət günüdür. Ona bu adın verilməsinin səbəbi, ondan sonra gün olmayacağına görədir. Çünki artıq Cənnətliklər Cənnətə, Cəhənnəmliklər də Cəhənnəmə yerləşdiriləcəklər. «Qiyamət mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu inanmaz». (əl-Mumin 59). «Sizə vəd olunan (qiyamət) həqiqətdir. Haqq – hesab (cəza və mükafat) da labüddür». (əz-Zariyat 5-6).
Allah Qurani-Kərimdə Allaha iman ilə, axirətə iman etməyi bir-birinə bağlı olaraq zikr etmişdir. «O, kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat və Zəbur) iman gətirir və axirətə də şəksiz inanırlar». (əl-Bəqərə 4). «Yaxşı əməl sahibi heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyil. Yaxşı əməl sahibi əslində Allaha, qiyamət gününə ….. inanandır». (əl-Bəqərə 177).
Əhli Sünnə Qiyamətin qopma vaxrtını Allah tərəfindən bilindiyinə, Allahdan başqa kimsənin onu bilmədiyinə inanırlar. «Həqiqətən qiyamətin qopacağı vaxtı ancaq Allah bilir». (Loğman 34). (Ya Məhəmməd!) Səndən qiyamət haqqında soruşurlar ki, nə vaxt qopacaq? De ki: «O, ancaq Rəbbimə məlumdur. Qiyamətin qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz». (əl-Əraf 187). (Ya Məhəmməd! Müşriklər) Səndən qiyamətin nə vaxt qopacağı barəsində soruşurlar. Sən onun vaxtını nə bilirsən? Onu bütün təfərrüatı ilə bilmək ancaq sənin Rəbbinə məxsusdur». (ən-Nəziat 42-44). Ömər – radıyallahu anhu – nun rəvayət etdiyi hədisdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən Qiyamət saatı haqqında soruşan Cəbrail – əleyhissəlam – a Rəsulullah – sallallahu aleyhi və səlləm – belə cavab vermişdi: «Soruşulan soruşandan çox bilmir».
Lakin sünnə ilə həmən günün hansı olduğu barədə məlumat gəlmişdir. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Günlərin ən xeyirlisi beşinci gündür. O gün Adəm – əleyhissəlam – yaradıldı, o gün Cənnətə salındı, o gün Cənnətdən qovuldu və o gün qiyamət qopacaqdır».
Qiyamətin əlamətlərini kiçik və böyük əlamətlər olmaqla iki qismə ayırmışlar. «(Məkkə müşrikləri) özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin (əzabının) , yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz». De ki: «Gözləyin, doğrusu biz də gözləyirik». (əl-Ənam 158). Ey insanlar! Rəbbinizdən qorxun. Həqəqətən qiyamət gününün zəlzələsi dəhşətli şeydir». (əl-Həcc 1). «Onlar (kafirlər) ancaq qiyamət saatının qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. Qiyamət saatı onlara gəlib çatdığı zaman ibrət almaları (peşman olub tövbə etmələri) onlara nə fayda verər?». (Məhəmməd 18). «…. Nə bilirsən, bəlkə də qiyamət saatı yaxındır! Ona inanmayanlar onun tez gəlməsini istərlər. İnananlar isə onun haqq olduğunu bilərək ondan qorxuya düşərlər. Bil ki, qiyamət saatı haqqında mübahisə edənlər (haqq yoldan) azıb çox uzaq düşmüşlər». (əş-Şura 17-18).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: Ş. Sen. 16, 2006 8:41 pm İsmarış mətni:
QİYAMƏTİN KİÇİK ƏLAMƏTLƏRİ
Qiyamətin kiçik əlamətləri olduqca çoxdur. Bunlardan səhih yolla bizə çatan bəzilərini xatrıladaq.
1.Peyğəmbərimiz Məhəmməd – sallallahu aleyhi və səlləm – in göndərilməsi. Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «mən Qiyamət günü ilə birlikdə göndərildim, bu iki barmaq kimi». Ravi Şöbə deyir ki: «O şəhadət barmağı ilə orta barmağını bir-birinə birləşdirdi. Onların bir-birinə olan üstünlüyü qədər». İmam Bağavi – rahmətullahi aleyhi – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Allah tərəfindən göndərilməsi Qiyamətin yaxınlaşmasına səbəbdir. Əbu Cubeyr rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «mən Qiyamət gününün küləyi ilə göndərilmişəm».
2.Onunla peyğəmbərliyin, risalətin sona yetməsi və Peyğəmbər – sallallahu aleyhi və səlləm – in vəfat etməsi. Auf b. Məlik rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Mənim ölümümü». Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Mədinəyə gələndə bütün şəhər sevinirdi. O, öldüyü gün isə bütün şəhər zülmətə qərq olmuşdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – dünyasını dəyişdikdən sonra Əbu Bəkr və Ömər – radıyallahu anhu – onun süd anasının ziyarət etmək qərarına gəlirlər. Qoca qadın ilə görüşdükdə onun ağladığını görüb deyirlər: «Niyə ağlayırsan? Allah Rəsulu üçün Onun (Allahın) dərgahında daha yaxşıdır» Qoca qadın dedi: «Mən ona görə ağlayıram ki, artıq vəhylər gəlməyəcəkdir». Bu sözlər Əbu Bəkr və Ömər – radıyallahu anhum – da ağlamağa məcbur etdi.
3.Beytul-Məqdisin fəth edilməsi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Qüdsün (Yerusəlimin) fəth edilməsi». Ömər – radıyallahu anhu – nun xəlifəliyi dövründə, hicrətin 16-cı ilində Qüds zəbt olunur.
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: B.e. Sen. 18, 2006 8:55 pm İsmarış mətni:
4. Fitnələrin ortaya çıxması . Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İrəlidə bir çox fitnələr olacaqdır. Bu fitnələr zamanı yatan kimsə, oyaq olandan, oturan kimsə ayaqda durandan, ayaqda duran kimsə yürüyəndən, yürüyən kimsə qaçandan xeyirlidir. Hər kim fitnə vaxtına yetişərsə sığınsın və ya gizlənmək üçün yer taparsa gizlənsin».
5.Yəhudi və Xristianlar kimi keçmiş ümmətlərin yolu ilə getmək. Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Həqiqətən siz əvvəlkilərin adət ən-ənələri ilə gedəcəksiniz. Hər bir şeydə onlara qarış-qarış oxşamağa çalışacaqsınız. O, dərəcəyə qədər ki, onlardan biri kərtənkələ yuvasına girsə belə siz də onun ardınca girəcəksiniz». Biz: «Ya Rəsulallah! Sən Yəhudi və Xristianları nəzərdə tututsan?» deyə soruşduq. Peyğəmbər: «Onlardan başqa kimlər olacaq» deyə buyurdu.
6. Yalançıların və peyğəmbərlik iddiasında olanların ortaya çıxması. Səvban – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, mənim ümmətimdən otuza yaxın yalançı çıxacaq. Onların hər birisi bir Peyğəmbər olduğunu iddia edəcəkdir. Mən isə Peyğəmbərlərin sonuncusuyam. Məndən sonra Peyğəmbər yoxdur».
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: C.a. Sen. 21, 2006 2:06 am İsmarış mətni:
7. Peyğəmbər – sallallahu aleyhi və səlləm – haqqında hədislərin uydurulması. Əli, Ənəs b. Məlik, Əbu Hureyrə – radıyallahu anhum – rəvayət edirlər ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, mənim ağzımdan yalan söyləmək başqasının ağzından yalan söyləmək kimi deyil. Hər kim söyləmədiyimi mənə qəsdli olaraq söyləyərsə atəşdən yerini hazırlasın».
8. Yalanın artması. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın mənim ümmətimdən elə bir insanlar çıxacaq ki, onlar nə sizin, nə də atalarınızın eşitmədikləri şeyləri danışacaqlar. Onlardan çəkinin». Abdullah b. Amr – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dənizdə Süleymanın qandalladığı şeytanlar vardır. Çox keçmədi ki, onlar azad olarlar və insanlara öz Quranlarını oxuyarlar».
9. Elmin qaldırılması, cahillik və fitnə-fəsadın çıxması. Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın elm qaldırılacaq». Huzeyfə b. Yəmən – radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü İslam paltarın naxışları silinib yox olduğu kimi silinib yox olacaqdır. Belə ki, (yer üzündə) nə orucun, nə namazın, ən həccin, nə də sədəqənin nə olduğu bilinməyəcəklər. Allah bir gecədə Quranı qaldıracaq və yer üzündə ondan bir ayə belə qalmayacaqdır. O zaman insanlardan yaşlılar və böyüklər qalacaqlar və deyəcəklər: «Biz babalarımızın bu kəlməni: «Lə ilələ illəllah» - söylədiklərini eşitdik. Buna görə də biz də onu söyləy-irik». «bu sözlər onları Cəhənnəmdən qurtaracaq» və üç dəfə təkrar etdi». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peypəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yer üzündə Allah, Allah kəlməsi itməyənədək Qiyamət qopmaz».
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: C. Sen. 22, 2006 2:20 am İsmarış mətni:
10. Ölüm hadisələrinin artması. Əbu Musa əl-Əşari – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın Xarc çoxalacaqdır». Biz: «Xarc nə deməkdir?» deyə soruşduq. O: «Ölüm hadisələrinin çoxalması». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qəlbim əlində olan Allaha and olsun ki, ölən nə üçün öldürdüyünü bilmədikcə Qiyamət qopmaz». Biz: «Bu necə olacaq?» deyə soruşduq. O: «Bu elə qətllər olacaq ki, ölən də öldürülən də Cəhənnəmə düşəcək».
11. Qəbirdəkilərə qibtə edilməsi. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət qopmaz o vaxta qədər ki, qəbrin yanından keçən insanlar – Kaş ki, onun yerində mən olaydım» deməyincə.
12. Bəlaların və fitnələrin artmasından insanın ölmüş birisinin yerində olmasını təmənna etməsi. Əbu Hureyrə – radıyallahu nahu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ruhum əlində olan Allaha and olsun! İnsan qəbrin yanından keçərkən özünü toza çırpıb – Kaş ki, qəbrdə mən olardım» deməyincə Qiyamət qopmaz.
13. Zəlzələlərin və xəstəliklərin çoxalması. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zəlzələlərin sayı çoxalmadıqca Qiyamət qopmaz». Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər hansı bir qövmdə zinakarlıq artarsa Allah onları taunla və başqa bir xəstəliklə cəzalandırar. Elə bir xəstəlik ki, bundan qabaq bu haqda eşitməyiblər».
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: Ş. Sen. 23, 2006 1:18 am İsmarış mətni:
14. Kişilərin sayca azalması və qadınların çoxalması. Ənəs √ radıyallahu anhu √ rəvayət edir ki, Peyğəmbər √ sallallahu aleyhi və səlləm √ buyurdu: ╚Qiyamət qopmazdan qabaq qadınların sayı artacaq, kişilərin sayı azalacaq, belə ki, əlli qadına bir kişi düşəcəkdir╩.
15.İnsanların göz qabaqlarında zinaların artması. Nəvvas b. Səman √ radıyallahu anhu √ rəvayət edir ki, Peyğəmbər √ sallallahu aleyhi və səlləm √ buyurdu: ╚Yer üzündə insanların şərliləri qalar. Onlar orada heç bir kəsdən utanmadan eşşəklərin bir-biri ilə cinsi əlaqədə olduqları kimi qadın kişi bir-birləri ilə cinsi əlaqədə olarlar. Qiyamət də onların üzərində qopar╩. Əbu Hureyrə √ radıyallahu anhu √ rəvayət edir ki, Peyğəmbər √ sallallahu aleyhi və səlləm √ buyurdu: ╚Qəlbim əlində olan Allaha and olsun! Bu ümmət məhv olmaz o vaxta qədər ki, bir kişi qadını yolda uzada və o, günün ən xeyirli insanları isə: ╚Yaxşı olardı ki, sən o divarın arxasında gizlənərdin╩ deyəcəklər.
16.Musiqinin, içkinin, zinanın artması və bunların halal qəbul edilməsi, Ənəs √ radıyallahu anhu √ rəvayət edir ki, Peyğəmbər √ sallallahu aleyhi və səlləm √ buyurdu: ╚Qiyamətə yaxın zinakarlığın, içkilərin artması (çoxalması) olacaqdır╩. Əbu Məlik əl-Əşari √ radıyallahu anhu √ rəvayət edir ki, Peyğəmbər √ sallallahu aleyhi və səlləm √ ╚Ümmətimdən zinanı, ipəyi, içkini və musiqi alətlərini halal qəbul edən insanlar çıxacaq╩. Səhl b. Səd √ radıyallahu anhu √ rəvayət edir ki, Peyğəmbər √ sallallahu aleyhi və səlləm √ buyurdu: ╚Qiyamətə yaxın pozğunluq, iflas və çirkinlik baş alıb gedəcəkdir╩. Biz ╚Ey Allahın Rəsulu! Bu nə vaxt olacaqdır?╩ deyə soruşduq. O: ╚Musiqi alətlərinin və qadın müğənnilərinin çoxaldığı vaxt!╩ deyə buyurdu. Ubadə b. Sabit √ radıyallahu anhu √ rəvayət edir ki, Peyğəmbər √ sallalahu aleyhi və səlləm √ buyurdu: ╚Ümmətimdən bir qism insanlar olacaq ki, içki içib onu başqa adla adlandıracaqlar╩.
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: B.e. Sen. 25, 2006 6:37 am İsmarış mətni:
17. Əmanətə xəyanətin artması. Əbu Hureyrə √ radıyallahu anhu √ rəvayət edir ki, bir nəfər Peyğəmbər √ sallallahu aleyhi və səlləm √ dən soruşdu: ╚Qiyamət nə vaxt qopacaq?╩ O: ╚Əmanət qaldıracağı zaman siz qiyaməti gözləyin╩ deyə buyurdu. O, kişi: ╚Əmanət nə vaxt qaldırılacaq?╩ Peyğəmbər : ╚Layiq olmayan insana əmanət verilərsə əmanət korlanmış olar╩ deyə buyurdu.
18. Qul qadının öz ağasını doğması, kasıbların varlanıb hündür binalar tikməkdə bir-birləri ilə yarışmaları. Peyğəmbər √ sallallahu aleyhi və səlləm √ dən Qiyamətin əlamətləri haqqında soruşan Cəbrailə belə cavab vermişdir: ╚Qul qadın öz ağasını doğması, ayaq yalın, çılpaq, çobanların hündür bina tikməkdə bir-birləri ilə yarışmaları╩.
19.İnsanların yalnız tanıdıqarı kimsələrə salam vermələri. İbn Məsud √ radıyallahu anhu- rəvayət edir ki, Peyğəmbər √ sallallahu aleyhi və səlləm √ buyurdu: ╚Qiyamətin əlamətlərindən biri də insanların yalnız tanışlıq xatirinə bir-biri ilə salamlaşmalarıdır╩.
20. Yalan şahidliyin çoxalması, haqq şahidliyin gizlədilməsi. İbn Məsud √ radıyallahu anhu √ rəvayət edir ki, Peyğəmbər √ sallallahu aleyhi və səlləm √ buyurdu: ╚Qiyamət qopmazdan əvvəl insanlar yalan şahidlik edəcəklər və həqiqəti gizlədəcəklər╩.
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: Ç.a. Sen. 26, 2006 2:23 am İsmarış mətni:
21. Qohumluq əlaqələrini kəsməyin, qonşuluq münasibətlərinin pisləşməsinin çoxalması. Abdullah b. Amr – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ədəbsizlik, həyasızlıq, qohumluq əlaqələrinin kəsilməsi və qonşuluq münasibətlərinin pisləşməsi çoxalmadıqca Qiyamət qopmaz».
22. Vaxtın sürətlə getməsi. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Vaxt sürətlə getməyənə qədər Qiyamət qopmaz. İl aya, ay həftəyə, həftə günə, gün saata, saat da közərən külün sönməsinə bərabər olacaqdır».
23. İnsanların bir-birinə inamının itməsi. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnamın itdiyi zaman Qiyaməti gözləyin».
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: C. Sen. 29, 2006 10:15 pm İsmarış mətni:
24.Məscidlərin və Quranın bəzədilməsi. Ənəs √ radıyallahu anhu √ rəvayət edir ki, Peyğəmbər √ sallallahu aleyhi və səlləm √ buyurdu: ╚İnsanlar bir-birlərinin qarşısında məscidlərdə öyünmədikcə Qiyamət qopmaz╩. Ənəs √ radıyallahu anhu √ deyir ki, insanlar məscidlərlə öyünərək və onları az-az ziyarət edəcəklər. Onlar məscidləri bəzəməklə öyünəcəklər╩. İbn Abbas √ radıyallahu anhu √ deyir ki, siz məscidləri Yəhudilərin və Xaçpərəstlərin etdikləri kimi bəzəyəcəksiniz╩. Əbu Dərdə √ radıyallahu anhu √ rəvayət edir ki, Peyğəmbər √ sallallahu aleyhi və səlləm √ buyurdu: ╚Əgər siz məscidləri və Quran vərəqələrini bəzəməyə başlasanız onda siz məhv olacaqsınız╩.
25.Yuxuların çin çıxması. Əbu Hureyrə √ radıyallahu anhu √ rəvayət edir ki, Peyğəmbər √ sallallahu aleyhi və səlləm √ buyurdu: ╚Vaxtın sürətlə getməsindən müsəlmanların yuxuları demək olar ki, onları aldatmayacaqdır. Xeyirli yuxular görən kimsə ən xeyirli insan sayılacaq. Müsəlmanın yuxuları Peyğəmbərliyin qırx beşdə biridir╩.
Həmçinin Ərəbistan yarmadasının bağçalara çevrilməsi, yağışların çoxalması, Hicazda alovun əmələ gəlməsi, malın çox olmasına baxmayaraq nankorluğun artması, həyasızlığın ortaya çıxması, düşmənçiliyin, nifrət etməyin, kin saxlamağın çoxalması, insanların çılpaq geyinib çölə çıxmaları, heyvanların və cansız əşyaların danışması, müsəlmanların Xristianlarla müharibəsi, Konstantinopolun fəthi, Mədinənin boşaldılması, Kəbənin dağıdılması və s. səhih hədislərlə sabit olunmuş bir çox əlamətlər vardır.
Elə bir dəhşətli dövran gələcəkdir ki, zülmət qaranlığı kimi fitnələr meydana çıxacaq
dır. Bu fitnələrin meydana çıxdığı zaman Peyğəmbər √ sallallahu aleyhi və səlləm √ buyurdu: ╚Xeyirli əməllər etməyə çalışın! Çünki səhəri mömin olan axşama kafir olacaqdır, axşamı mömin olan isə səhərə kafir olacaqdır. İnsanlar öz imanlarını dünya malına satacaqlar╩. Allah bizi o günlərdən qorusun! Amin!
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: Ş. Sen. 30, 2006 9:21 pm İsmarış mətni:
Sitat:
Cok tesekkur edirem Ablam
Allah razi olsun, gardashim.
QİYAMƏTİN BÖYÜK ƏLAMƏTLƏRİ
Bunlar qiyamətin yaxınlaşdığını bildirən əlamətlərdir. Bu əlamətlər ortaya çıxdığı vaxt qiyamət də onların ardınca gələcəkdir. Əhli Sünnə, Peyğəmbər √ sallallahu aleyhi və səlləm √ dən gəldiyi şəkildə bu əlamətlərə inanırlar. Huzeyfə b. Əsid əl-Ğifari √ radıyallahu anhu √ rəvayət edir ki, bizlər (Qiyamət) müzakirə edən halda Peyğəmbər √ sallallahu aleyhi və səlləm √ bizim yanınmıza gəldi və: ╚Nəyi müzakirə edirsiniz?╩ deyə buyurdu, Orada olan səhabələr: ╚ Qiyamət saatını müzakirə edirik╩ dedik. Peyğəmbər: ╚Sizlər on əlamət müşahidə etmədikcə əsla Qiyamət qopmayacaqdır!╩ və bunları zikr etdi: ╚Duhan (duman), Dəccəl, Dəbbətul Ard (heyvanın çıxması), Günəşin məğribdən doğması, İsa √ əleyhissəlam √ ın gəlməsi, Yəcuc və Məcucun çıxması, Biri şərqdə, biri qərbdə, biri də ərəb yarımadasında yerin batması və bütün bunlardan sonra Yəməndən xaric olan odun insanları toplanış yerinə aparması╩.
Qiyamət saatından bir qədər əvvəl baş verən böyük hadisələrdən biri də dumanın gəlməsidir. ╚(Ya Peyğəmbər!) Sən səmanın aşkar bir duman gətirdiyi günü gözlə. İnsanları (bu duman) bürüyəcəkdir. Bu ağır bir əzabdır╩. (əd-Duxan 10-11).
Məsih Dəccəlin gəlməsi. İmran b. Hüseyn √ radıyallahu anhu √ rəvayət edir ki, Peyğəmbər √ sallallahu aleyhi və səlləm √ buyurdu: ╚Adəm √ əleyhissəlam √ ın yaradılmasından Qiyamətin qopacağı vaxta qədər Məsih Dəccəldən daha böyük bir fitnə olmayacaqdır╩. İmran b. Hüseyn √ radıyallahu anhu √ rəvayət edir ki, Peyğəmbər √ sallallahu aleyhi və səlləm √ buyurdu: ╚Dəccəl barəsində eşidən kimi mütləq qaçacaqlar. Allaha and olsun ki, onun yanına gələn onu mömin hesab edəcəkdir. Onun ardınca gedəcəkdir. Yanına gələndə ona qarşı şübhə hissləri meydana gələcəkdir və yaxud o, şübhə doğuracaqdır╩. Ənəs √ radıyallahu anhu √ rəvayət edir ki, Peyğəmbər √ sallallahu aləyhi və səlləm √ buyurdu: ╚Məkkə və Mədinə müstəsna Dəccəlin ayaq basmadığı torpaq qalmayacaqdır. Məkkə və Mədinənin hər girəcəyində mələklər durub bu şəhəri qoruyacaqlar╩. İbn Ömər √ radıyallahu anhu √ rəvayət edir ki, Peyğəmbər √ sallallahu aleyhi və səlləm √ buyurdu: ╚Mən sizi Dəccəldən çəkindirirəm. Hər bir peyğəmbər öz ümmətini ondan çəkindirmişdir. Lakin mən sizə elə bir söz deyəcəyəm ki, heç bir peyğəmbər bunu öz ümmətinə deməmişdir. Dəccəl tək gözdür. Allah isə tək göz deyildir. Bilin ki, sizdən heç kəs ölənə kimi öz Rəbbini görməyəcəkdir. Dəccəlin iki gözü arasında kafir yazılmışdır. Oxuya bilən və ya oxuya bilməyən hər bir mömin bu kəlməni oxuyacaqdır╩. Ribi b. Xiraş √ radıyallahu anhu √ rəvayət edir ki, bir gün Əbu Məsud əl-Ənsari ilə birlikdə Huzeyfə b. Yəmən √ radıyallahu anhu √ nun yanına getdik. Əbu Məsud, Huzeyfəyə: ╚Dəccəl haqqında Peyğəmbər √ sallallahu aleyhi və səlləm √ dən eşitdiyini bizə xəbər ver╩ dedi. Huzeyfə dedi: ╚Dəccəl ortaya çıxacaq. Onunla bərabər su və atəş də olacaqdır. İnsanların su kimi gördükləri yandırıcı atəşdir. Atəş olaraq gördükləri isə soyuq və sərin sudur. Sizdən hər kim o vaxta qədər yaşasa atəş gördüyü şeyin içinə girsin. Çünki o, sərin və soyuq sudur╩ Bundan sonra Əbu Məsud: ╚Mən də bunu Peyğəmbər √ sallallahu aleyhi və səlləm √ dən eşitdim╩ dedi.
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: Çər. Okt. 04, 2006 2:44 am İsmarış mətni:
Məsih Dəccəl Allahlıq iddiasında olacaqdır. İstədiyi hər şeyi Allahın izni ilə edəcəkdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Dəccəlin fitnələrindən biri də budur ki, gəlib bir ərəbə deyəcəkdir: «mən sənin ölmüş ata – ananı dirildib yanına gətirsəm sən şəhadət verəcəksənmi ki, mən sənin Rəbbinəm?» Ərəb: «Bəli» deyəcəkdir. Şeytan onun ata və anasının surətində zahir olub deyəcəkdir: «Oğlum! Ona itaət et. O, sənin Rəbbindir». Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dəccəl çıxdığı zaman möminlərdən biri onu görməyə gedir. Dəccəlin gözətçiləri onun qabağını kəsərək: «Hara gedirsən?» deyə soruşdular. Mömin: «Bu ortaya çıxan adamı görmək istəyirəm» dedi. Gözətçilər: «Yoxsa sən bizim Rəbbimizə inanmırsan» dedilər. Mömin: «Bizim Rabbimizdə bir gizlilik yoxdur» dedi. Gözətçilər: «Öldürün onu?» dedilər. Gözətçilərdən bir qismi: «Bizim Rəbbimiz deyib ki, onun icazəsi olmadan heç kəsi öldürməyin» demişdi. Mömini Dəccəlin yanına gətirirlər. Mömin Dəccəli görən kimi: «Ey insanlar! Bu peyğəmbərimizin bizə vəsf etdiyi Dəccəldir». Dəccəl əmr edir, mömini üzü üstə uzadırlar və Dəccəl: «Onu tutun. Başını yarın. Belinə, qarnına zərbələr endirin» deyir. Dəccəl: «İndi mənə iman gətirirsən?» deyir. Mömin: «Sən yalançı Məsihsən» deyir. Dəccəlin əmri ilə mömin mişar ilə iki hissəyə bölürlər. Sonra Dəccəl iki hissəyə bölünmüış cəsədin ortasından keçərək: «Qalx!» deyir. Cəsəd də dirilərək ayağa qalxır. Dəccəl yenə: «İndi mənə iman gətirirsən?» deyir. Mömin: «Mən sənin həqiqi Dəccəl olduğunu daha da yaxşı bildim» deyir. Mömin üzünü camaata tutaraq deyir: «Ey insanlar! O, məndən sonra heç kəsə bu əməli etməyəcəkdir». Dəccəl onu doğramaq üçün tutar. Lakin Allah möminin boynu ilə boğazı arasını qoruyar. Dəccəl də ona heç bir şey edə bilməyib əllərindən və ayaqlarından tutub atar. İnsanlar elə zənn edərlər ki, (Dəccəl) onu oda atdı. Lakin o, Cənnətə atılacaqdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «O, mömin aləmlərin Rəbbinin yanında şəhidlərin ən əzəmətlisi olacaqdır».
Nəvvas b. Səman – radıyallahu anhu – rəvayət edir ki, bir gün səhər Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə Məsih Dəccəl haqqında danışmağa başladı. Onun haqqında səsini gah alçaldaraq, gah da yüksəldərək elə bir tərzdə danışdı ki, biz onu Nəhl (xurmalıq) deyilən bir yerdə zənn etdik. Biz onun yanına gəldikdə Peyğəmbər – sallallhu aleyhi və səlləm – bizdə olan vəziyyəti görüb buyurdu: «Sizə nə olub?» Biz: «Ya Rəsulullah! Bu gün səhər Dəccəl haqqında səsini gah alçaldaraq, gah da yüksəldərək elə bir tərzdə danışdı ki, biz onu Nəhl (xurmalıq) deyilən bir yerdə zənn etdik». Peyğəmbər – sallalahu aleyhi və səlləm – buyurdu: «Sizdən ötrü məni qorxudan şey Məsih Dəccəl deyildir. Əgər o, mən sizin içinizdə ikən ortaya çıxarsa onda hər kəs özü-özünü ondan müdafiə etməlidir. Allah da hər bir müsəlman üçün məni əvəz edər. Dəccəl gəncdir. Saçları olduqca qıvrımdır. Bir gözü əyridir (sanki üzüm salxımından irəli çıxmış üzüm giləsi kimi). Mən onu Abdul Uzza b. Katana bənzədirəm. Sizlərdən hər kim o, çıxan vaxtı yaşayarsa ona qarşı Kəhf surəsinin ilk on ayəsini oxusun. Heç şübhəsiz ki, o Şam ilə İraq arasında olan bir yolda ortaya çıxacaqdır. Sağına da, soluna da öz fitnə-fəsadını yayacaqdır. Ey Allahın qulları imanda möhkəm olun!» Biz: «Ya Rəsulullah! O, yer üzündə nə qədər müddət qalacaqdır?» deyə soruşduq. Peyğəmbər – sallallahu aleyhi və səlləm - :»Qırx gün. (Bu günlərdən) Bir günü bir ilə, bir günü bir aya, bir günü bir cüməyə (bir həftə) bərabər olacaqdır. (O, qırx günün içində) Qalan günlər isə sizin günləriniz kimi olacaqdır» deyə buyurdu. Biz: «Ya Rəsulullah! Bu bir il qədər olan o, bir gündə bizlərə bir günün namazı kifayət edirmi?» deyə soruşduq. Peyğəmbər: «Xeyr! (kifayət etməz) Siz o uzun gündə, adi günlərdə qıldığınız namaz vaxtlarını hasablayıb, namazlarınızı qılın!» deyə buyurdu. Biz: «Ya Rəsulullah! Dəccəl yer üzündə nə cür sürətlə yeriyəcəkdir?» deyə soruşdur. Peyğəmbər – sallallahu aleyhi və səlləm - : «Küləyin qovduğu yağış buludlarının sürəti kimi!» deyə buyurdu.
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: Ş. Okt. 07, 2006 8:39 pm İsmarış mətni:
Peyğəmbər – sallallahu aleyhi və səlləm - : «O, bir qövmün yanına gəlib onları dəvət edəcəkdir. Onlar da ona iman gətirib itaət edəcəklər. Bundan sonra o, göyə əmr edəcəkdir. Göy də onun əmri ilə yağış yağdıracaqdır. Sonra yerə əmr edər. Yer də hər cür bitkilərini bitirəcəkdir. O qövmün otlağa çıxmış heyvanları axşam otlaqdan ən gözəl bir halda, məmələri südlə dolu, ətlənmiş bir halda geri qayıdarlar. Sonra Dəccəl digər bir qövmə gəlib onları da dəvət edər. Lakin o qövm onun sözünü qəbul etməyib onu rədd edərlər. Dəccəl o qövmündən uzaqlaşdıqdan sonra onları quraqlıq basar, bütün malları tələf olub gedər. Dəccəl bir xarabalığın yanına gəlib: «Öz xəzinələrini çıxart!» deyər və bal arılarının (ana) arının ardınca düşdükləri kimi xəzinələr də onun ardınca düşərlər».
Peyğəmbər – sallallahu aleyhi və səlləm – sözünə davam edərək buyurdu: «Sonra gənc yaşına çatmış bir gənci yanına çağıraraq, onu qılınc ilə vuraraq iki hissəyə bölür. Parçalar oxun son düşmə məsafəsi qədər bir-birindən ayrılırlar. Sonra Dəccəl iki hissəyə böldüyü gənci çağırar, o da həmin (anda) üzü parıldayaraq və gülərək gəlir. Dəccəl öz fitnə-fəsadını yaydığı vaxt Allah Məryəm oğlu Məsihi, İsa – əleyhissəlam – ı göndərər. O daiki paltara bürünmüş və əllərini iki mələyin qanadlarına qoyaraq Dəməşqin şərq tərəfindəki ağ minarəyə enər. Onun nəfəsinin iyini alan hər bir kafirə ölümdən başqa heç bir şey halal olmaz. Onun nəfəsi isə gözün son görmə həddinə qədər çatar. İsa – əleyhissəlam – Dəccəli axtarır. Nəhayət onu (Beytul-Məqdisə) yaxın bir yerdə Ludd qapısının yaxınlı-ğında yaxalayaraq öldürər. Sonra İsa – əleyhissəlam - Allahın Dəccəlin şərindən qoruduğu bir qövmün yanına gələr. İsa – əleyhissəlam – onların üzərilərinə əli ilə toxunub məsh edir və onlara Cənnətdəki dərəcələrini söyləyər. Onlar bu halda olduqları vaxt Allah – subhanəhu və təalə - , İsa – əleyhissəlam – a: « Mən indi Mənə aid olan qullarımı çıxardacağam ki, heç bir kimsənin onlarla müharibə etməyə nə qüdrəti, nə də qüvvəti çatar! Lakin sən, ey İsa! Səninlə olanlara Tur dağında sığınacaq ver» deyə vəhy etdi. Allah Yəcuc və Məcuc tayfalarını göndərir. «Yəcuc və Məcuc (səddinin) açılıb onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sürətlə axışdıqları zaman». (əl-Ənbiya 96). Onların əvvəli Təbəriyyə gölünə yetişib onun suyunu içərlər, axırıncılar oradan keçərkən and olsun ki: «Nə vaxtsa burada su vardı» deyərlər. Allahın peyğəmbəri İsa – əleyhissəlam – və onunla birlikdə olanlar mühasirədə qalacaqlar. Nəhayət onların birinə bir öküz başının dəyəri bu gün sizə görə yüz dinardan da xeyirli olur. İsa – əleyhissəlam – və səhabələri Allaha dua edərlər. Allah da (Yəcuc və Məcuc) onların boyunlarına qurdlar salar və səhəri hamısı məhv olub gedərlər. Sonra Allahın peyğəmbəri və onunla birlikdə olanlar yerə enərlər. Yer üzündə Yəcuc və Məcuc tayfasının cəsədlərindən bir qarış yer belə tapa bilməyəcəklər. Onların pis qoxusu aləmi bürüyəcəkdir. Allahın peyğəmbəri və onunla birlikdə olanlar Allaha dua edərlər. Bu dualarına cavab olaraq Allah dəvə boyunları kimi uzun boylu quşlar göndərər. Quşlar o leşləri götürüb Allahın istədiyi yerə apararlar. Sonra Allah elə bir yağış göndərər ki, istər quru və sağlam palçıqdan olsun, istər gildən olsun heç bir ev o yağışın enməsinə mane ola bilməyəcəkdir. Yağış bütün yer üzünü yuyacaqdır. Nəhayət yer üzü güzgü kimi parlayacaqdır. Sonra Allah yer üzünə: «Meyvələrini bitir, bərəkətini ver!» deyə əmr edəcəkdir. O gün bir camaat bir narı yeyib doyarlar və qabığı altında kölgələnərlər. Bərəkət sürətlə artar. Hətta bir dəvənin südü bir topluluğa kifayət edər. Bir inəyin südü bir qəbiləyə, bir qoyunun südü isə bir neçə ailəyə kifayət edər. Bu vaxt Allah xoş bir külək göndərər. Bu külək möminləri qoltuq altından yaxalayaraq bütün mömin və müsəlmanların ruhlarını alar. Yer üzündə insanların şərliləri qalar. Onlar orada heç bir kəsdən utanmadan eşşəklərin bir-biri ilə cinsi əlaqədə olduqları kimi, qadın və kişi bir-biri ilə cinsi əlaqədə olarlar. Qiyamət də onların üzərində qopar». Başqa rəvayətdə – Yəcuc və Məcuc tayfaları hər şeyi məhv etdikdən sonra Cəbəlil-Həmraya qədər gəlirlər. O daBeytul-Məqdisdə dağdır. «And olsun ki, biz yer üzündə hər şeyi məhv etdik. İndi gəlin göydə olanları məhv edək!» deyib oxlarını göyə atarlar. Allah onların oxlarını qan ilə boyanmış olaraq rədd edər».
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: B. Okt. 08, 2006 9:26 pm İsmarış mətni:
Məryəm oğlu İsa – əleyhissəlam – ın Şamda ağ minarəli (məscidin) üzərinə iki mələyin qanadında enməsi, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in şəriəti və hökmləri ilə əmr etməsi, donuzları və xaçları məhv etməsi, Dəccəli öldürüb yer üzündə İslam ilə hökm etməsi. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həyatım əlində olan Allaha and olsun ki, Məryəm oğlu İsa adlı bir hakim olaraq sizin içinizə enməsi yaxındır. O, xaçları sındıracaq, donuzları öldürəcək və cizyəni qaldıracaqdır». «Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona (İsaya) iman gətirməsin, lakin o qiyamət günündə onların əleyhinə şəhadət verəcəkdir». (ən-Nisa 159). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sübh çağı imam onlarla birlikdə namaza durduğu bir vaxtda Məryəm oğlu İsa – əleyhissəlam – gələcəkdir. Bu imam geri çəkilib yerini ona vermək istədikdə İsa – əleyhissəlam – əlini onun çiyninə qoyub deyəcəkdir: «Keç yerinə namazı qıldır». İmam irəli keçib namazı qıldıracaqdır. Sonra İsa – əleyhissəlam – Qüdsə gedəcəkdir. Orada Ludd qapısının yaxınlığında Dəccəli yaxalayıb öldürəcəkdir. Dəccəl onu gördükdə duz suda əridiyi kimi əriyəcəkdir».
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: C. Okt. 13, 2006 5:31 pm İsmarış mətni:
Mehdinin gəlməsi. Əsl adı Məhəmməd b. Abdullah olub, Peyğəmbər √ sallallahu aleyhi və səlləm √ in əhli beytindəndir. Zülm və haqsızlıqla dolub daşan yer üzünü ədalətlə dolduracaqdır. İbn Məsud √ radıyallahu anhu √ rəvayət edir ki, Peyğəmbər √ sallallahu aleyhi və səlləm √ buyurdu: ╚Dünyanın sonuna bir gün qalsa belə, Allah o günü uzadacaqdır. O, vaxta qədər ki, əhli-beytimdən bir insan çıxacaq. Adı-adıma, atasının adı isə atamın adına oxşayacaqdır. Yer üzü zülm ilə dolduğu zaman, o yer üzünü ədalətlə dolduracaqdır╩. Ummi Sələmə √ radıyallahu anhə √ rəvayət edir ki, Peyğəmbər √ sallallahu aleyhi və səlləm √ buyurdu: ╚Mehdi mənim nəslimdən, Fatimənin kökündəndir╩.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.