Forumun ana səhifəsi
"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur!
Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!"
(Qaf, 17-18) 
 MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Tənqidi şerlər

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Ədəbiyyat
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Administrator
site-admin


Daxil ol: Ş. Yan. 31, 2004 01:55
İsmarışlar: 357
Şəhər/ölkə: Bakı, Azərbaycan

İsmarışGöndərilib: C.a. May 20, 2004 4:26 pm    İsmarış mətni: Tənqidi şerlər Sitatla cavab ver

Bu bölümün aşılmasını Mirzə Əmi istədi.
Buyurun söz sizindir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər İstifadəçinin veb səhifəsinə bax Yahoo MSN
Ashiqi_Huseyn
Qonaq





İsmarışGöndərilib: Çər. May 26, 2004 1:23 am    İsmarış mətni: Sitatla cavab ver

Bismillahir-rehmanir-rehim
Assalamu aleykum ya Ehli-Beyt ashiqleri

Dovrumuzun M.Ə.Sabiri Baba Pünhan (Allah rehmet elesin)

Yeni il yaxınlaşanda gələcək Şaxta Baba,
Nə üçün sənin gəlməyin qalıb bu vaxda Baba?

Bir zaman layiq olmayana Baba söyləmisiz,
Sizin “Baba” dediyniz adam çıxıb saxta Baba.

Baba söz veribdir nəvəyə “yolka” ağacını,
Bir aylıq pensiyasiynan alacaq taxta Baba.

Hər yeni ildə torba tikir bizə “Qar qız” ilə,
Yenə çiyində torba durubdu paytaxda Baba.

Xalqa zülm eyləyənin axırı da zülmət olar,
Hər zaman həyatda lənət qazanar tuxta Baba.

Dərdimiz azmış kimi bayram da bir yannan gəlir,
Sən cani nə var gəlmisən bu soxa-soxda Baba?

Bu sənətdə Baba Pünhan Həbibin Babasıdır,
Dünya və axirətdə döngünən xoşbaxta Baba.
Əvvələ qayıt
Ashiqi_Huseyn
Qonaq





İsmarışGöndərilib: C.a. İyun 03, 2004 11:35 pm    İsmarış mətni: Sitatla cavab ver

Bismillahir-rehmanir-rehim
Assalamu aleykum ya Ehli-Beyt ashiqleri

Uz yumushaq, ar ile qeyret zeif
Berk canimiz yaxshidi ki, yaxshidi

Cemisi sekkizce rayon satmishiq
Vicdanimiz yaxshidi ki, yaxshidi

Azad olan cholde chorek tapmayir
Zindanimiz yaxshidi ki, yaxshidi

Qiz soyunur yubkani oglan geyir
Dovranimiz yaxshidi ki, yaxshidi

Indi de qirxir bizi turk berberi
Qirxanimiz yaxshidi ki, yaxshidi

Ashkarimiz cumle biabirchiliq
Punhanimiz yaxshidi ki, yazshidi..

Baba Punhan...
Əvvələ qayıt
server



Daxil ol: C.a. İyun 10, 2004 14:14
İsmarışlar: 28

İsmarışGöndərilib: C.a. İyun 10, 2004 3:26 pm    İsmarış mətni: Sitatla cavab ver

Nəzarətçi qeydi:
Hörmətli istifadəçi, burdakı təkrar yazınız silinmişdir. Çünki bu yazını başqa bölümdə yazmısınız.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax
Ashiqi_Huseyn
Qonaq





İsmarışGöndərilib: C. İyun 11, 2004 11:08 pm    İsmarış mətni: Sitatla cavab ver

Bismillahir-rehmanir-rehim
Assalamu aleykum ya Ehli-beyt ashiqler

Shortik

Oglumuz shortik geyibdir- yari shalvar, yari yox
Qiz da bir paltardadir ki - yari paltar, yari yox

Haqqi teblig eleyen yuzlerle dindar gormushem
Haqqa ses vermek gelende - yari dindar, yari yox

Aldadan cahillerin icmasi quyruq baglayib
Aldanan qafillerinse yari bimar, yari yox

Gun geler goyden ener Haqqin Zaman Selnamesi
Eyleyer haqqin kitabin yari inkar, yari yox

Bizde her bir shey yarimchiq oldugundan ey qelem
Yaz, yarimchiqlar ichinde yari ashkar, yari yox

Gelse bir gun Ezrayil bizden eger can almaga
Hansi uznen can verek ki, yari can var yari yox

Her ozun duzgun sayan kes heqq sozun etmez qebul
Ol sebebden Punhan olse yari aglar, yari yox...

Baba Punhan (Dovrumuzun M.E.Sabiri)
Əvvələ qayıt
Muhsin



Daxil ol: C. Avq. 27, 2004 00:48
İsmarışlar: 6

İsmarışGöndərilib: Çər. Yan. 19, 2005 5:26 pm    İsmarış mətni: Sitatla cavab ver

Bəxtiyar Vahabzadənin "Gülüstan" əsərindən bəzi hissələr.
Diqqətlə oxuyun.


İslam bayrağıyla başqası gəldi
Hamı düsündü ki, dünya düzəldi.
Solub-saralırdı sahibsiz təki
Bizim viran olmuş könlümüzdəki
Arzu çiçəkləri ...
o gün suladıq.
Biri-birimizi muştuluqladıq.
Bizim Söhrab Tahir, Balaş, Mədinə
Bayram libasları geydi əyninə.
Ertəsi eşitdik möhtərəm imam
Yaratdı ölkədə "cümhuri-islam".
Çox gözəl, cümhura nə irad, nə söz?
Məgər bu deyilmi istədiyimiz?

Şahlıq diyarında, şah ölkəsində
"Döndü həqiqətə" yüz illik xəyal.
Türkün öz dilində, öz ləhcəsində
Qəzetlər, dərgilər çıxdı dalbadal.
Nə oldu sonrası? Keçdi bir qədər
Boyalar silindi, bozardı üzlər.
Gördük vədlərdən təkcə söz qalıb
Zulm qəh-qəh çəkir, haqsa hönkürür.
Şahlıq devrilsə də, başqa rəng alıb
Yaşayır əvvəlki zülm başqa cür.

Adını dəyişib, əhdini danıb
Yenə həmən zülm, həmən əsarət.
Qarmağa taxılan ətə aldanıb,
Tələni görmədi zavallı millət.

Zülm nə din bildi, nə dil, nə
Vətən, Cəhalət uydurdu İslam adına.
Açıq fikirlilər qaçdı ölkədən,
Dözməyib cahilin xurafatına.

Məgər yuvasından didərgin düşən
O bədbəxt kimsələr müsəlman deyil?
İslamda insanlıq ləyaqətindən
Nitqlər söylədin minbərlərdə sən,
Yurddan qovduqların bəs insan deyil?

Minbərdən bağırdı söz gövşəyənlər:
"İslama hər yerdə dayağıq" - deyə.
Bizi darda qoyüb "İslam" deyənlər
Niyə dayaq oldu bəs erməniyə?

Dandın həqiqəti sən bilə-bilə
Sübutun uydurma, dəlilin əbəs.
Erməni qəsbinə kirişməyinlə
Xoruzun quyruğu görünmürmü bəs?

Qorxuram bu yerdə belimiz sına
Adını qoymusan "İslam dövləti".
Özün de, budurmu din qardaşına
İslam dövlətinin xətri, hörməti?

Bunun da kökünü bilirik nədir?
Səninçin "arilik" dindən öndədir.
İslama "vay" dedi, dinə "vay" dedi
Arxaya çəkildi din qohumluğu.
Sizi erməniyə dayaq eylədi
əcdadda birləşən qan qohumluğu.


Sədi dərs də verdi sizə ədəbdən
Sizsə başqasını bəyənmədiniz.
Möhtəşəm bir dini alıb
Ərəbdən ərəbə "çəyirtkə yeyən" dediniz.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Muhsin



Daxil ol: C. Avq. 27, 2004 00:48
İsmarışlar: 6

İsmarışGöndərilib: Çər. Yan. 19, 2005 5:27 pm    İsmarış mətni: Sitatla cavab ver

Darıxmayın, hələ ardı da var!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Hebib-Müntezir



Daxil ol: C.a. Noy. 18, 2004 22:33
İsmarışlar: 2
Şəhər/ölkə: Berlin/Almaniya

İsmarışGöndərilib: Çər. Yan. 19, 2005 11:13 pm    İsmarış mətni: İtirdiklərimiz (Bəhri-təvil) Sitatla cavab ver

İtirdiklərimiz (Bəhri-təvil)

Biri vardır, biri yoxdur, mini acdır, biri toxdur, bu elin dərdləri coxdur, bu məkanda, bu cahanda, nə həqiqətdən əsər var, nə ədalətdən əsər var, nə şücaətdən əsər var, çoxalır get-gedə alçağlığı, yaltağlığı, axmağlığı, sarsaglığı icra elyənlər və onlardır yeriyənlər qabağa, gəl aşağa düşmədə əxlaq, ənənə-adətimiz, erməniyə nifrətimiz, insani şəxsiyyətimiz, mənəvi keyfiyyətimiz, hörmətimiz, izzətimiz var ilə dövlətlə hesablanmada, bu millətim aldanmada, avropanın eşqi ilə canlanmada dərk eyləməyir yanmada, tarixdə qazandığlarımızdan çox itirdiklərimizdir məni heyran eliyən, yer ilə yeksan eliyən, halımı pərişan eliyən, biz qazandıq "Azadlığ"ı, gəl itirdik Qarabağı o ocağı ki, Üzeyir ilə Bülbül və Natavanı, həmi Xanı yetirmiş, millətim çox şey itirmiş, biri də namusu-qeyrətdi və torpağa məhəbbətdi, həmi dini şəriətdi, hələ abrı-həyanı demirəm, dosta vəfanı demirəm, yox deyirəm çünki gərək, Haqqı millətə yetirək, səhvimizi dərk edərək, bunlardan ibrət götürək. Hələ biz çox şey itirdik, məsələn: Zəngəzuri, Göycə Mahalın və o Dərbəndi həmi Təbrizi, Ey xalqımın ən axmağı, ən əzizi! Gəl dinlə məni, biz bunlara layiqmiyik? Bizlər haqqa aşiqmiyik? Eşqimizə sadiqmiyik? Yox! Belə olduğundandır ki, bu bəlalar, bu cəfalar, bu gəda oğlu gədalar, bizlərə hakim olub, guya bunlar xadim olub, hamısı da zalim olub, xalq da ki, mülayim olub bunlara qarşı, o səbəbdən də çəkib həmmişə başı, nə zülmlər, nə ölümlər, gəl biz etmişik səbir ilə dözümlər. Qəlbimiz olub yaralı, nə rəhbər var nə ziyalı. Ey əhali! Həbibin vardı sizə bircə sualı: Yazılıb tarixə bildiklərimiz, görüb, eşitdiklərimiz, bəs eyləməzmi itirdiklərimiz..?

28 Dekabr 2003, İsveç.

Həbib Müntəzirdən Mp3 dinləyin: İtirdiklərimiz (Bəhri-Təvil) Mp3

_________________
Haqqı deməyin zamana,məkana,şəraitə dəxli yoxdur!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Həqiqətül-islam



Daxil ol: Ş. Fev. 12, 2005 01:16
İsmarışlar: 76

İsmarışGöndərilib: B.e. Fev. 28, 2005 5:26 pm    İsmarış mətni: Sitatla cavab ver

Elə zənn eyləmə ki, tək yaşamaqçün yaşadım,
Mən elin dərdini qizlin daşımaqçün yaşadım.

Bir ürək dözmədi yüksəklərin alçaqlığına,
Ona güc verdi Xuda dözməli dağçün yaşadım.

Gözümün qarəsi əşk ilə töküldü varağa,
Varağım qarələnincə bu varağçün yaşadım.

Gələcək nəslə həqiqətləri çatdırmaq üçün,
Anadan olmayan onlarla uşaqçün yaşadım.

İblisin son gününü xeyli marağım var idi,
Allahın hökmü ilə böylə maraqçün yaşadım.

Mən demişdim kişi yox, ölkə papaqnan doludur,
Bu mənə yer elədi, bax bu papaqçün yaşadım.

Bir Müqəddəs qonağın gəlməsin hiss etmədəyəm,
Əlli dörd ildi dözüb sirli qonaqçün yaşadım.

Pünhanın bağın alıb zorla keçirdin adına,
Sən bu bağçün yaşadın, mən Qarabağçün yaşadım.

23 noyabr 2001, Mərkəzi klinik xəstəxana.
_________________
İslamdan yüksək şərəf yoxdur!!! (Hz. Əli (əleyhissalam))
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Ədəbiyyat Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


Azerislam.com

Azerbaijan<!--Iravan-end>
Azerislam
Azerislam
Waytoquran