MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Nafilələr: Gecə (Təhəccüd) namazı

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> NAMAZ
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: Çər. Okt. 25, 2006 9:50 pm    İsmarış mətni: Nafilələr: Gecə (Təhəccüd) namazı Sitatla cavab ver

Gecə namazı

Allah Təala Peyğəmbər (s.ə.s)-ə belə əmr etmişdir:
"Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib tə’riflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!" (əl İsra surəsi, 79) Bu əmrin Peyğəmbər (s.ə.s)-ə aid olmasına baxmayaraq, Rəsulallah (s.ə.s)-ə tabe olmaları əmr edilən bütün müsəlmanlar da bu hökmün içərisinə girir.
Allah Təala gecə namazlarına davam edənlərin, yaxşı insanlar olduqlarını və Allahın xeyir və rəhmətini qazandıqlarını açıqlayaraq belə buyurur:
"Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar; Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər. Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər. Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi." (Zariyat surəsi, 15-19)
Allah gecə namazlarına qalxanları təriflədikdən sonra onları yaxşı qullar cümləsinə qataraq belə buyurmuşdur: "Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər. Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər" (Furqan surəsi, 63-64)
Onların həqiqi mömin olduqlarını Allah Təala bu ayələrdə şahidlik edərək buyurur: "Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər. Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər. Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (mö’minlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür ne’mətlər gizlənib saxlandığını heç kəs bilməz!" (əs Səcdə, 15-17)
Allah Təala, gecə namaz qılanlarla, bu vəsfi almayan digərlərinin arasını ayırıb, bərabər olmadıqlarını bəyan edərək belə buyurmuşdur: "Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müt’i bəndə kafirlə bildirmi)?! De: "Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!" (Zumər surəsi, 9)
Bu ayələr bu barədə Quranda keçən bir neçə ayədir. Rəsulallah (s.ə.s)-in sünnəsində isə bu barədə çox hədis vardır. Bəzilərini aşağıda qeyd edə bilərik:
Abdullah ibn Salam belə demişdir: "Rəsulallah (s.ə.s) Mədinəyə ilk gəldiyində insanlar sürətlə ona tərəf qaçdı. Mən də qaçanlar arasında idim. Rəsulallah (s.ə.s)-in üzünü görüncə onun əcnəbi bir üz olmadığını anladım. Ondan ilk eşitdiyim söz bu oldu: "Ey insanlar, salamı yayın, yemək yedirin, qohumları ziyarət edin, insanlar yatdıqda ikən namaz qılın, salamatla Cənnətə girin" (Hədisi Hakim, İbn Macə, Tirmizi rəvayət etmişdir, Tirmizi hədisin həsən, səhih olduğunu söyləmişdir)
Salman Farisi demişdir ki : "Rəsulallah (s.ə.s) belə buyurdu: "Sizə gecə namazı qılmağı tövsiyə edirəm. Sizdən əvvəlkilərin adəti bu idi. Bu adət sizi Rəbbinizə yaxınlaşdırır. Günahlarınıza son verir, vücudunuzdan xəstəliyi aparır"
Səhl ibn Sad belə demişdir: "Cəbrayıl (ə.s) Peyğəmbər (s.ə.s)-in yanına gələrək belə dedi: "Ey Muhammad, nə qədər yaşayırsan yaşa, öləcəksən, dilədiyin əməli et, onunla qarşılıq görəcəksiniz, dilədiyini sev, ondan ayrılacaqsınız. Bil ki, möminin şərəfi gecə namaz qılmaqdır, izzəti isə insanlardan bir şey diləməməkdir"
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Fmuslim



Daxil ol: C. Fev. 09, 2007 23:43
İsmarışlar: 1

İsmarışGöndərilib: C.a. Fev. 15, 2007 3:24 am    İsmarış mətni: Sitatla cavab ver

əs-sələmu aleykum va rahmətulLahi va barakatuh

mən Qiyamul-leyl və Duha namazı haqqında məlumat almaq istəyirəm (neçə rəkat, saat neçədə, camaatla qılınır ya yox, səslə ya yox və s.)

əvvəlcədən Allah (s.v.T.) sizdən razı olsun.

əs-sələmu aleykum va rahmətulLahi va barakatuh
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: C. Fev. 16, 2007 12:01 am    İsmarış mətni: Sitatla cavab ver

Va alaikum asSalam va RahmatuLlahi va Barakatu, qardaş (bacı).
Düha namazı haqqında aşağıdakı mövzuda yazı yerləşdirilib. İnşaAllah, ordan oxuya bilərsiniz:
https://www.azerislam.com/forum/viewtopic.php?t=382
Təhəccüd (Qiyam ul-Leyl) namazına gəldikdə isə, bu namaz İşa ilə Vitr namazı arasında qılınır. İstənilən sayda 2 rükətli namazlar qılına bilər. Yaxşı olar ki, namazda qiraət zamanı (Fatihədən sonra oxunan surələr) uzun surələr seçilsin.
Allah Subhanahu va Taalə ibadətlərimizi qəbul eləsin..Ameen!
AsSalamu alaikum.

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 316
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: C. Fev. 16, 2007 12:12 pm    İsmarış mətni: Sitatla cavab ver

Amin bacim amin!
_________________
Dunya bir gun, O da bu gun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: B.e. Mar. 19, 2007 6:38 pm    İsmarış mətni: Sitatla cavab ver

Terk olunmuş emel, Qiyamulleyl

Bismillehir-Rahmanir-Rahim

Eger bilsen ki, olke başçısı filan şehere ve ya kende ziyarete gelecek, bir-bir hamımın müracietini dinleyecek, problemlerini hell edecek ve isteklerini heyata keçirecek, hemin anda şexsen sen özün ne ederdin?!Elbette sen de hamı kimi hemin geceni yata bilmezdin. Hamı hemin gün tam hazırlıqlı, gözel geyinmiş, etirlenmiş, bir elinde hediyye, diger elinde istekler yazılmış kağızlar tutacaq. Kimisi iş isteyecek, kimisi kömek, kimisi destek, kimisi rüsum ve vergilerden azad olmaq üçün xahiş edecek ve bu kimi başqa dileklerde buluncaq. Elbette hamının arzuva xahişleri olacaq. Göreceksen ki, ona yaxınlaşmaq üçün here bir yol axtaracaq.

Onun tevazokarlıq edib senin kimi insanları ziyarete geldiyine göre bunu heç bir zaman unutmayacaqsan. Hele o senden razı qalsa ve sene ne ise ved etse, gördüyün her şexse bunu danışacaqsan. Onun sadece seninle danışdığına göre bunu böyük bir şey sayacaqsan ve evez olunmaz bir yaxşılıq kimi qebul edeceksen. Halbuki, bütün bunlar bir insanla senin aranda baş veren haldır. Allah qatında senle onun arasında heç bir ferq yoxdur, o hakim ve sen bir sakin olsan da. Sizin bir-birinize üstünlüyünüz yalnız teqva (Allah qorxusu), saleh emel ve imanla ola biler.

Bes seni, alemlerin Rebbi ve her şeyi yaradan Uca Allah çağırsa ne edersen?! Her şeyin sahibi ve maliki olan Allah Teala yaşadığın yerin sakinlerini ve seni ziyaret etse bes sen bunu nece qarşılayarsan?! Heç de teeccüb etme, Allah Teala Kerimli ve bol-bol verendir ve O Uca Rebbimiz her gün gecenin son üçdebirinde hamımızı ziyaret edir. O ezemetli Allah semaya enir, Öz yardım elini uzadaraq bizi çağıraraq buyurur: Tövbe eden varmı tövbesini qebul edim? Bağışlanma dileyen varmı onu bağışlayım?! Bir şey isteyen varmı dilediyini verim?!

Seni bele yaxından çağıran kainatın sahibi Allah Tealadan utanmırsanmı?! O Allah ki, dünya ve onun içinde olan her bir şey, senin xoşbextliyin ve bedbextliyin, yoxsulluğun ve zenginliyin, heyatın ve ölümün de Onun elindedir. Bes seni meşğul eden nedir?! Fani dünyamı, rahatlığınmı, yoxsa yuxunmu?! Bu dünyada bir azacıq olsa da rahat olacaqsan, bes sabah bu dünyadan köçeceyini unutmusanmı?! Seni oraya ötüren ve seninle geden yalnız emellerin olacaq. Bes niye hele de qeflet içindesen? Bilsen ki, ömrünün sonuna lap az qalıb ve bir azdan canını alan melek gelecek, onda nece, gözüne yuxu gedermi? Axı niye gece durub namaz qılmırsan, üzünü Allaha tutmursan, dua etmirsen?!

Heqiqeten etiraf etmek lazımdır ki, indiki esrde gece namazı terk edilmiş sünnetlerden olmuşdur. Tanınmış bir şexsin ve ya bir başçının devetini ve çağırışını qebul edirik, amma Alemlerin Rebbi Allahın çağırışına ise bigane yanaşırıq?!

Her bir müselman Allah Tealaya yaxın olmağa can atmalı, hamı yatarken Allaha dua etmek üçün qalxmalı, Onunla gizlice elaqe bağlamağı ürekden istemeli ve bu emeli gecikdirmeden yerine yetirmelidi
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> NAMAZ Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.