Zəhra_H

Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
|
Göndərilib: Ş. İyun 02, 2007 3:36 pm İsmarış mətni: Xəstə namazı necə qılmalıdır? |
|
|
Xəstə namazı necə qılmalıdır?
1. Əgər xəstənin ayaq üstündə durmaq imkanı, gücü varsa, hətta beli bükülmüş vəziyyətdə, yaxud nəyəsə söykənərək də olsa, namazı ayaq üstündə qılmalıdır.
2. Əgər xəstə ayaq üstündə dura bilmirsə, onda namazı otura-otura diz üstündə qılmalıdır.
3. Əgər xəstə otura-otura namaz qıla bilmirsə, onda namazı uzanmış halda da qıla bilər. Bu zaman o, bir yanı üstə uzanmalı, üzünü qibləyə çevirməlidir. Sağ yanı üstündə uzanaraq namaz qılmaq daha əfzəldir. Əgər xəstə vəziyyəti ilə əlaqədar üzünü qibləyə çevirə bilmirsə, onda o istənilən mümkün istiqamətə üzünü çevirə blər. Belə namaz batil deyil və onu sağaldıqdan sonra təkrarən qılmaq gərək deyil.
4. Əgər xəstə yanı üstə çevrilə bilmirsə, arxası üstə uzanaraq namaz qıla bilər. Bu zaman o ayaqlarını qiblə istiqamətinə çevirməlidir. Əgər mümkündürsə, azacıq da olsa, üzünü də qoy qibləyə çevirsin. Hətta bu da mümkün deyilsə, ona eyb etməz, istənilən vəziyyətdə qılmaq olar.
5. Namaz zamanı xəstə rüku və səcdəni də yerinə yetirməlidir. Əgər bunu edə bilmirsə, başı ilə rüku və səcd üçün əyilməlidir. Bu zaman səcdə üçün başı rükudan daha aşağı endirmək gərəkdir. Əgər xəstə rükunu tam formada edə bilir, lakin səcdəni yerinə yetirə bilmirsə, onda birincini lazımi, normal qaydada etməli, ikincini isə başını əyməklə etməlidir. Əgər ki, əksinə, xəstə səcdəni edə bilir, lakin rükunu edə bilmirsə, onda səcdəni adi qaydada yerinə yetirir, rükunu isə başını əyməklə tamamlayır. Bu zaman xəstəyə səcdəyə getmək üçün hündür balış, döşəkcə lazım deyil.
6. Əgər xəstənin halı o dərəcədə ağırdır ki, o hətta rüku və səcdəni də başını əyməklə belə olsun, yerinə yetirə bilmir, onda o göz qapaqlarını yummaqla namazını qıla bilər. Bu zaman rükuda göz qapaqları bir qədər, səcdədə isə daha möhkəm yumulur. O ki, qaldı, bəzi müsəlmanların göz qapaqlarını yummaqla yox, barmaqlarını tərpətməklə namazlarını qılmağa, bu barədə nə Quranda,nə də Sünnədə səhih dəlil mövcud deyil və alimlərdən heç kəs bu cür deməyib.
7. Əgər müsəlman hətta bu sonuncunu edə bilmirsə, onda heç olmasa, o gərək xəyalən bütün namaz ədəblərini yerinə yetirməli, ürəyində lazımi ayə və duaları oxumalıdır. Çünki Allah imkanı olmayıb istəyi olan hər kəsə istəyinə (niyyətinə) görə verir.
8. Xəstə əgər imkanı varsa, bütün namazları vaxtında etməlidir, çünki xəstəlik nə də başqa bir şey (unutqanlıq və yatıb yuxuya qalmaq istisna olmaqla) namazın saxlanılması, gecikdirilməsi yaxud qılınmaması üçün üzr deyil. Əgər ki, xəstənin vziyyəti olduqca ağırdır, yalnız bu kimi zərurət hallarında o, namazlarını birləşdirərək (yəni, Zöhr namazı ilə Əsr namazını ya Zöhrün, ya Əsrin vaxtında, və Məğrib və İşa namazlarını ya Məğribin ya İşanın vaxtında) qıla bilər. Bütün bunlar xəstənin halı özünə gələnə kimi davam edə bilər, artıq yox. Sübh namazını isə, heç bir namazla birləşdirmək olmaz, öz vaxtında qılınmalıdır.
9. Əgər xəstə müalicə üçün başqa ölkəyə, ya da səfər hesab edilən başqa şəhərə gedirsə, onda o, 4 rükətli namazlarını qısaldaraq, 2 rükət şəklində qıla və namazlarını əvvəldə göstərilən qaydada birləşdirə bilər, ta o vaxta qədər ki, vətəninə dönəcək.
Şeyx Saleh əl-Useymin. |
|