Zəhra_H

Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
|
Göndərilib: C.a. May 24, 2007 4:17 pm İsmarış mətni: Yetimə münasibət |
|
|
YETİMƏ DOĞMA ATA KİMİ OL
Davud dedi: “Yetimə doğma ata kimi ol! Bil ki, nə əkərsən onu da biçərsən. Zənginlikdən sonra olan kasıblıq necə də pisdir! Doğru gəldikdən sonra azğınlığa düşmək isə bundan da pisdir. Dostuna və'd verdikdə ona verdiyin və'di yerinə yetir. Əgər belə etməsən, bu sizin aranıza ədavət salacaq. Yadına düşən işdə sənə yardım etməyən və unutduğun işi sənin yadına salmayan dostdan Allaha sığın!”
Əsma ibn Ubeyd rəvayət edir ki, mən İbn Sirinə dedim: “Evimdə yetim var, (ona nə qayğı göstərim)?” O dedi: “Övladına nə (yaxşılıq) edirsənsə ona da elə, övladını nəyə görə vurursansa onu da vur!”
İki hədis də "ədəbul Mürfad"dandı.
|
|