Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
|
Göndərilib: C. May 04, 2007 4:42 pm İsmarış mətni: Can üstündə olan şəxsə YaSin oxumaq barədə |
|
|
Can verən şəxsə YaSin surəsini oxumaq barədə.
Sual: Mən oxumuşdum ki, can verən (ölmək üzrə olan) şəxsə YaSin surəsi oxumaq olar, çünki bu onun ruhunun çıxmasını asanlaşdırır. Bu məlumatı təsdiqləyən hər hansı səhih dalil varmı?
Cavab: Allaha həmd olsun!
Bir çox alimlər (hənəfi, hənbəli və şafi məzhəbi də daxil olmaqla) can verməkdə olan şəxsə YaSin surəsinin oxunmasının müstəhəb edirlər. Lakin qeyd etmək lazımdır ki, sözü gedən hədis isnad cəhətdən bir qədər zəifliyə malikdir.
Maqil ibn Yasirdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah Rəsulu buyurmuşdur:"Ölməkdə olanlarınıza YaSin surəsini oxuyun"
Əbu Davud 3121, İmam Əhməd 19789
Bu hədis imam Nəvəvinin (Allah ona rəhmət eləsin) "əl-Əzkər"ində zəif hədis kimi qeyd edilir. Həmçinin İbn Hicr (Allah ona rəhmət eləsin) özünün "əl-Təlxis"ində (2/104) demişdir:"İbn əl-Qattan bu hədisin zəif olduğunu qeyd etmişdir, çünki ravilər arasında Əbu Osman və onun atasının kimliyi məlum deyildir. Həmçinin İbn əl-Arabi (Allah ondan razı olsun) əl Darqutnidən bildirir ki, hədisin isnadı zəif, mətni isə naməlimdur"
Həmçinin sözügedən hədisin şeyx Albani (Allah ona rəhmət eləsin) özünün İrva əl- Ğəlil (688) əsərində zif olduğunu bildirmişdir.
İmam Əhməd (4/105 və 16521) qeyd edir ki, Səfvan demişdir:"Şeyx mənə demişdi ki, o səhabələrdən Xudeyf ibn əl Haris əl-Suməəli (Allah ondan razı olsun) can üstündə olarkən, yanında idilər. Və sahəbə dedi:"Aranızda YaSin oxuyan biri varmı?" Salih ibn Şureyh əl-Sakuni bu surəni oxumağa başladı və 40-cı ayəyə çatanda ruhu bədənindən çıxdı (öldü). Bundan sonra şeyx həmişə deyərdi:"Ölən adam üçün YaSin surəsni oxuduqda onun can verməsi nisbətən asanlaşır". Səfvan dedi:"İsa ibn əl-Mutamari bunu Mabadin hüzurunda olarkən rəvayət etmişdir"
Əl-Hafiz (Allah ondan razı olsun) özünün "İsabəh" (5/324) əsərində qeyd edir ki, bu İmam Əhməddən rəvayət olunan məfquf (yəni Peyğəmbərin (səllalllahu aleyhi və səlləm) dilindən yox, səhabənin dilindən) hədisin isnadı həsən-səhihdir.
Şeyx İbn Teymiyyə (Allah ona rəhmət eləsin) də bu məzmunda hədisin hökmün həsən-səhih olduğunu qyed etmiş və can verərkən müsəlmana Yasin Surəsini oxumaın icazəli olduğunu "Əl-İxtiyarat"(səh. 91)-da qeyd etmiş və bunu əlavə etmişdir:
"İnsan artıq canını tapşırdıqdan (öldükdən) sonra ona Quran oxumaq isə bidətdir, lakin can üstündə olarkən ona YaSin surəsi oxumaq müstəhəb əməllərdəndir".
Bu əməlin müstəhəb olmasının səbəbi isə YaSin surəsində ölüyə təlqin edilməli olan Tövhid Kəlməsinin (Lə ilahə illəllah), Cənnətlə müjdənin məzmunu vardır, və xüsusən aşağıdakı ayə ölən müsəlmana Cənnəti xatırladaraq, onu rahatlaşdırır:
"...O dedi: "Kaş xalqım biləydi ki,
Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi".
(Quran, YaSin, 26-27)
Əlavə məlumat üçün "Mətalib Uli əl-Nuha"(1/837) əsərinə baxmaq olar.
Bununla belə digər İslam alimləri hədisi zəif saydıqlarından, nəinki öldükdən sonra, hətta can üstündə olarkən belə ölüyə YaSin surəsinin oxunmasının Sünnəyə zidd olduğunu bildirirlər.
İmam Malik (Allah ona rəhmət etsin) bu məli məkruh hesab etmişdir.
Əl-Fəvakih əl-Dəvaani(1/284), Şərh Məhtədar Xəlil, 2/137
Şeyx Albani (Allah ona rəhmət eləsin) nə ölüyə can verərkən YaSin surəsi oxunmasının, nə də canını tapşırdıqdan sonra üzünün qibləyə tərəf çevriləməsinin Sünnədə səhih olaraq gəlmədiyini bildirir.
Əhkam əl-Cənazə
Şeyx İbn Bazz(Allah ona rəhmət eləsin) də bu barədə səhih dəlilin olmadığını qeyd edir.
Fətəva İbn Bazz, 13/93
Şeyx Useymin (Allah ona rəhmət eləsin) artıq ölmüş şəxsə YaSin surəsinin oxunması barədə heç bir məlumatın gəlmədiyini bildirmişdir, lakin can üstündə olan şəxsə bəzi rəylərə görə oxuna bilinəcəyini qeyd etmişdir.
Fətəva İbn Useymin, 17/72 və (17/74). _________________
 |
|