Daxil ol: B.e. Fev. 02, 2004 03:18 İsmarışlar: 169
Göndərilib: B.e. Dek. 13, 2004 9:52 pm İsmarış mətni:
Bismillahirrahmanirrahim!
Subhanallah, deyirəm Peyğəmbər (S.A.S) nəslindən olan əsl ərəblər burda qalıb və heç biri hansının seyid olmasını və ya hansının (S.A.S)-in nəslindən olmasını müzakirə etmir, amma durub Azərbaycanda özünü Peyğəmbər (S.A.S)-ə mənsub edənlər var.
Allah bizi fitnədən qorusun!
Göndərilib: B.e. Dek. 20, 2004 10:55 am İsmarış mətni:
Salam aleykum. Seyyidler Azerbaycanda movcuddur. Bunu deqiqleshdirmek ucun Irana geden Seyyidler 7 nefer arxadan babalarinin adlarini deyirler ve onlar da seyyidlerin neslinin " kartasin" onlara verir. Bu faktdir!. Ona gore de seyyidlere dair hedisleri sitat getirmeye luzum yoxdur. Qaldi ki, seyyidler de Allah quludurlar. Ancaq tarix boyu gorkemli shexsiyyetlerin heyatina nezer salsaq gorerik ki, onlar da peygember neslinden olan seyyidlere cox boyuk hormet besleyibler. Allah razi olsun!
Sadaqellahul-eliyyul-ezim. _________________ Salam Aleykum. Elme dair fikriniz
Göndərilib: B.e. Dek. 20, 2004 10:59 am İsmarış mətni:
Menim yazdigim o hedisi ozumden "uydurmamisham". Onu Hedisi-Qudsi 443-cu hedisden goturmushem. O kitabin original adin size qisa muddetde yazacagam. Inshaallah. Allah amaninda...... sag olun. _________________ Salam Aleykum. Elme dair fikriniz
Daxil ol: Ş. Yan. 31, 2004 01:55 İsmarışlar: 356 Şəhər/ölkə: Bakı, Azərbaycan
Göndərilib: Ç.a. Dek. 21, 2004 1:26 am İsmarış mətni:
Assalamualeykum
Hörmətli Furqani
Siz hədisin əsasını mötəbər mənbəələrdən axtarın.
O qədər İslam düşmənləri var ki, dinimizi parçalamaq üçün özlərindən kitablar yazmışlar.
Məncə sizin bu bəhs etdiyiniz seyidlər mövzusu elə də qlobal bir məsələ deyil ki, başa düşülməsin.
Sadəcə olaraq bu mövzuda da digər mövzularda olduğu kimi səbrli olmaq lazımdır. _________________ İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Sual-cavab səhifəsindən növbəti sual və onun cavabı.
731. Nariman Isayev (Baki)
SUAL: Bismillahir Rehmanir Rehim.
Sizin sual-cavab bolmenizde menim uchun aktual olan bir mesele ile rastlashdim. "Azerbaycanda seyid varmi ?"
Azerbaycanda bir chox ziyaretgahlar var. Choxlari xalq arasinda diller ezberi olan seyidlerin adinadir. Bu barede ne deye bilersiniz ?
2-ci sualim: SEYID ve AGIR SEYID terminlerindeki ferq nededir ?
Onceden minnetdarligimi bildirirem ! Allah yardimciniz olsun !!!
CAVAB: Əs-sələmu aleykum.
1. Nəinki Azərbaycanda, hətta bütün dünyada bir çox saleh insanların qəbirləri vardır ki, ora ziyarət olunur. Lakin bu cür ziyarətin doğru olub-olmaması barəsində müsəlmanlar əksəriyyəti xəbərsizdirlər. Odur ki, qısa da olsa bu ziyarətgahlar barəsində bildiklərimizi sizə çatdırmaq istəyirik.
İslam dininə görə yalnız üç yeri ziyarət etmək üçün səfərə çıxmaq olar. Əgər hər hansı bir şəxs bir qəbri ziyarət etmək üçün səfərə hazırlaşırsa, bu cür səfər qadağandır. Bu barədə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “Üç məsciddən başqa heç bir yeri ziyarət etməyə hazırlaşmayın. Mənim bu məscidim, Məscidülhəram və Məscidüləqsa.†(Bu hədisi Buxari, Muslim, Əbu Davud, Nəsai və bir çox hədis alimləri rəvayət etmişlər).
Bu hədisə əsasən hər hansı bir yeri ziyarət etmək üçün səfərə çıxmaq olmaz.
Həmçinin onu da deyə bilərik ki, bu cür qəbirlərin yanında Allaha şirk qoşmaqdan başqa heç bir əməl edilmir. Bu cür qəbirləri ziyarət edən insanlar həmin ölülərdən xəstəyə şəfa verməsini istəyirlər. Halbuku, qəbirdə olan həmin şəxs sağlığında ikən özü xəstələndikdə Allahdan şəfa istəyərdi. Həmçinin onlardan övlad, ruzi, çətin vəziyyətə düşdükdə yardım və bu kimi şeylər istəyirlər. Habelə onlar üçün qurbanlar kəsirlər. Elə bu əməllərin hamısı onları Allaha şərik qoşmaq deməkdir. Bizə də məlumdur ki, uca Allah şirki əsla bağışlamaz.
Bu xüsusda uca Allah buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur†(ən-Nisa surəsi 48-ci ayə).
Uca Allah Fatihə surəsi 5-ci ayədə belə buyurur: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!†Bu ayəni deyən şəxs ona əməl də etməlidir. Yəni həmin şəxs yalnız Allaha ibadət etməli və yalnız ondan yardım diləməlidir. Uca Allah bu ayə vasitəsi ilə sanki öz bəndələrinə bu iki əməli, yalnız ona ibadət etməyi və yalnız ondan yardım diləməyi əmr edir.
Başqa bir ayədə isə belə buyurur: “Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz...†(Yunus surəsi 107-ci ayə). Bu ayədən öncəki ayədə isə uca Allah belə buyurur: “Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə dua etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan!...†(Yunus surəsi 106-cı ayə). Bu ayələr onu göstərir ki, yalnız dua edib Allahdan istəmək lazımdır.
Uca Allah digər ayədə də belə buyurur: “Siz Allahı qoyub ancaq bütlərə ibadət edir, (onlara tanrı deməklə) yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükür edin. Siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!†(əl-Ənkəbut surəsi 17-ci ayə).
Uca Allah “Fatir†surəsinin 13, 14-cü ayələrində belə buyurur: “...Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər. Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər (çünki Allah onlara nitq qabiliyyəti verməmişdir). Özləri də qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar...â€
Uca Allah ölülər barəsində başqa bir ayədə də belə buyurur: “Kor ilə görən eyni olaz. Zülmətlə nur da (eyni deyildir)! Kölgə (sərin) ilə isti (eyni olmaz). Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə (ayələrini) eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən!†(Fatir surəsi 19; 20; 21; 22-ci ayələr). Bu ayə də onu göstərir ki, hətta Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) qəbrlərdə olanlara eşitdirə bilmir.
Bəzi insanlara deyildikdə ki, “qəbrlərə ibadət etməyin, omlardan heç nə diləməyin†onlar belə cavab verirlər. Biz onlara ibadət etmirik. Biz yalnız onlar vasitəsi ilə Allaha yaxınlaşırıq ki, Allah onların vasitəsi ilə bizim əməllərimizi qəbul etsin. Lakin həmin insanlar düşünmürlər ki, elə bu əməlin özü o vaxtkı müşriklərin əməlləridir. Onlara da Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) “Bütlərə ibadət etməyin†- dedikdə belə cavab verdilər. Biz onlar vasitəsi ilə Allaha yaxınlaşırıq. Elə bu əməllərinə görə uca Allah onları müşrik adlandırdı.
Uca Allah buyurur: “Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!†(əz-Zumər surəsi 3-cü ayə). Bu da onu göstərir ki, onların etdikləri əməl şirkdir.
Allah bizi şirkdən qorusun! Amin!!!
2. İslam dinində seyid və ya ağır seyid adlı bir termin yoxdur. _________________ İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
- Movzudan yainma hali bas verdiyi ucun silinmisdir. Unutmain ki, yazdiginiz movzu "Seyidler" adlanir ve muvafiq muzakirelerin aparilmasi ucun acilmisdir. _________________ De ki: Sizlerden butun bu risaletimin muqabilinde Ehli-beytime mehebbetden bashqa bir shey istemirem. (Shura-23)
Salam!
Biz seyyid dedikde Peyqemberimizin (s) neslinden olan momunleri nezerde tuturuq ve onlara xususi ehtiram edirik. Bunun harasi pislene biler?
Teshekkur! _________________ De ki: Sizlerden butun bu risaletimin muqabilinde Ehli-beytime mehebbetden bashqa bir shey istemirem. (Shura-23)
Heç bir müsəlman Allaha tam mənasıyla iman gətirmiş insana "pis" deyə bilməz.
"Pis" adlananlar insanların Peyğəmbər(s)ə olan sevgisindən qaynaqlanaraq, onun nəslindən olanlara göstərdikləri hörmətdən "seyidəm" deyib sui-istifadə edənlər və bu yolla var-dövlət, qazanc əldə edənlərdir. Biz məhz belələrinə qarşıyiq! Belələri tərəfindən aldadılmış insanlar isə günün birində bundan xəbər tutduqda, İslamdan üz çevirirlər ki, " bir dinin ki, hörmətli şəxsləri adamı belə aladadırsa, o din mənə heç lazim deyil!". Bu isə arzuedilməz hal olduğundan, dediyimiz 1 şey var. Kimsə sizə " seyidəm" deyirsə, əvvəlcə ondan Peyğəmbər(s)ə qədər uzanan nəsil ağacını təsdiq edən sənədi tələb edin. İnandırıram ki, bunu etsəniz, artıq 1 neçə dəfədən sonra "seyidəm" deyənlərin saı yarıbayarı azalacaq.
Hormetli form ehli!
Qalan bir neche sual barede de oz fikirimi bildirmek isteyirem:
1-Mir sozu eslinde fars kelmesidir. Menasi ise ereb dilinde deyilen seyyid-in menasidir. Yeni aqa, boyuk ve s.
2-Bu gun eziz Peyğəmbərimiz (sellellahu eleyhi ve Alihi ve sellem)-in neslinden olan seyyidlerin hamisi hech de ibadet ehli deyildir. Onlardan bezisi hetta azqin ve yaramaz yollara da dushubler. Amma bununla hech de seyidliyi tehqir ede bilmerik. Onun gunahi oz boynunadir.
3-Bezi seyyidlerin shekillerini neshr etdirib, muxtelif yerlere (mashin ve s.) yapishdirmaq, hech de yaxshi ish sayilmir. Evvela o seyyidlerin kimliyi, teqvasi, dushuncesi ve s. aydinlashdirilmaliyiq. Sonra ise onlara hormet beslemeyin hech bir eybi yoxdur. Amma bu cur ishler (yeni: seyyidlerin shekillerini neshr etdirib, muxtelif yerlere yapishdirmaq) bize yaramaz.
4-Umumiyyetle bu gun seyidlik, fexr ve hormet elameti olsa da, ustunluk elameti sayila bilmez. Chunki Allah-taala muqedes Quranin Hucurat sureside buyurur:
Inne ekremekum indellahi etqakum- yeni; Heqiqeten sizin Allah yaninda daha ustununuz, daha teqvalilarinizdir.
Demeli: Ustunluk seyyidlikde deyil, teqvali ve perhizkar olmaqdadir.
Allah-taala hamimiza faydalı elm və hidayət versin. Ilahi amin!
-b-
Məncə Hikmətin bu sözləri "Seyyidlər" mövzusunu tam da olmasa, qismən əhatə edir. Burda yazılanların hamısında böyük həqiqət var. Amma bir məsələyə əlavə etmək istəyirəm. O da seyyidlərin bizdən üstün olub-olmamaları məsələsidir.
Əlbətdə bir insan və bir müsəlman kimi bizimlə onların arasında bəlkə də fərq yoxdur. Amma onların bizdən bir neçə üstün cəhətləri var ki, bunlar da Quran və hədislərlə sabit olub.
Məsələn; xumsun 5-dən biri Quran ayəsinə görə seyyidlərindir.
Peyğəmbərin(s) bir səhih hədisində deyilir ki, "əgər aranızda Qureyşli varsa, o (namazda imam olaraq) öndə durmalıdır"
Qiyamətə yaxın bütün müsəlmanların əmiri olacaq Mehdi (Muhəmməd bin Abdullah) Qureyşli olacaqdır. Yəni seyyid.
Bu və digər səbəblərdən bizim seyyidləri tanımamız çox əhəmiyyətli şeydir və buna birmənalı və subyektiv baxmaq olmaz.
O ki, qaldı ölkəmizdə seyyidlərin olub-olmamasına, bu başqa yönlü araşdırma tələb edən bir məsələdir. Təəssüf ki, özünü seyyid adlandırıb cahil insanlarda Peyğəmbərin(s) nəslinə qarşı nifrət oyadan insanlara, Allah onlara hidayət versin!
Peyğəmbər(s) demişdir: "Fasiqə seyyid deməyin. Allah sizə qəzəblənər. Hətta o, doğrudanda seyyid olsa belə"
Doğrudan da indi özünə seyyid deyən fasiqlər, asilər, künahkar müsəlmanlar və hətta küfr və şirk edənlər də var.
Allah bizi bucür insanlardan və onların fitnəsindən uzaq etsin! AMİN! _________________ Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Göndərilib: Ç.a. Yan. 18, 2005 1:54 am İsmarış mətni:
Salam.
Hormetli Henif!
Evvella hami kimi siz de yazdiginiz hedisin isnadini yazsaydiniz daha yaxshi olardi. Xususile bir meqami basha dushe bilmedim. Yazirsiniz ki:
Sitat:
Qiyamətə yaxın bütün müsəlmanların əmiri olacaq Mehdi (Muhəmməd bin Abdullah) Qureyşli olacaqdır.
Lutfen Mehdinin atasinin adinin Abdullah olmasini oxudugunuz menbeni deqiqlikle yazin biz de oyrenek. _________________ Allah Islami nadan ve kor teessubkeshlerden qorusun!
-b-
İradınızı tam səmimiliklə qəbul edirəm. Amma mən bu yazını diskusiya deyil, məlumat üçün yazmışdım. Ona görə də hədisləri sənədlə yox, məna ilə qeyd etmişəm. Əslində hədis dediyimiz şey ərəbcə olur. Azərbaycanca ancaq onun mənasını söyləyə bilərik. Nə isə, mətləbdən uzaqlaşmaq istəmirəm. Mehdinin atasının adının Abdullah olması barədə hədis kitablarında səhih hədislər var. Onlardan birinin tərcüməsini yazıb, yerini göstərim. Başqalarını ümid edirəm ki, özünüz də axtarıb tapa bilərsiniz.
İbn Məsud(r.a) rəvayət edir ki, Peyğəmbər(s) belə dedi: "Dünyanın bir günlük ömrü belə qalmış olsa, Allah o günü uzadıb əhli beytimdən adı mənim adımdan, atasının da adı atamın adından olan birini göndərəcəkdir. O da zülm və haqsızlıqla dolmuş yer üzünü haqq-ədalətlə dolduracaq."
Hədisi Əbu Davud (4282) və Tirmizi (2231, 2232) rəvayət etmişlər.
Onu da deyim ki, bu mövzu üçün xüsusi bölüm olduğundan burada Mehdi barədə daha artıq yazmaq istəmirəm. Əgər mövzunu davam etmək istəyirsinizsə, onda yazınızı müvafiq bölümdə yerləşdirin. _________________ Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Assalamu Alaikum aziz forumcular.
men forumda lap yeniyem. insaAllah bir-birimizden faydalanariq.
kecek mövzumuza. size bele bir sualim var: zamanimizda seyyid olub olmamaisnin bize ne xeyri var? tutaq ki , seyyid olanlar var (ve ya yoxdu), bu bize, ne qazandiracaq?
Daxil ol: Ç.a. May 18, 2004 19:27 İsmarışlar: 127 Şəhər/ölkə: Azərbaycan. Bakı
Göndərilib: C. Yan. 21, 2005 1:34 am İsmarış mətni:
-b-
Əvvəlcə iMan qardaşa cavab vermək istəyirəm.
Qardaşım! Mən cəmi bir yazı bundan əvvəl seyyidləri tanımamızın rolu barədə yazmışam. Mümkünsə o yazını bir də oxuyun.
İndi isə Elməddin qardaşın növbəti iradaı barədə.
Mən yazımda qeyd etmişdim ki, hədisi məna ilə rəvayət edirəm. Bizə lazım olan şey belə bir hədisin mövcud olub-olmaması idi. Əlhəmdulilləh siz də ərəb dilini bilirsiz və bu hədisi əldə edib oxudunuz. O ki, qaldı nəyə görə atasının adı qed olunmayan hədislərin çox olduğu halda məhz bu hədisə isnad etməyimə, onu deyə bilərəm ki, bu hədis o biri ləfzləri tamamlayır. Yəni mən digər hədisləri də qəbul edirəm. Amma hər hansı bir məsələ barədə heç olmasa bir dənə səhih hədis varsa, nəyə görə onu qəbul etməyim?
Qeyd edim ki, bəzi əhli sunnə alimləri əhəd hədisin səhihliyini qəbul etməsələrdə mən onlarla razı deyiləm. O ki qaldı sözügüdən hədisə, o heç əhəd də deyil.
Ümid edirəm ki, nə demək istədiyimi anlayırsınız.
Açığı mən bu məsələdə Şiyə alimlərinin hansı görüşdə olduğunu bilmirəm. Yəni bu məzhəbin mustalah elmindən xəbərsizəm. Odur ki, hədislərə münasibətdə bizim baxışlarımız müxtəlif ola bilər. Elə bizim də məqsədimiz İslamı elmli şəkildə öyrənməkdir. Diskusiya yolu isə bunun üçün çox əlverişli üsuldur. Mən hər bir fikri hörmətlə qəbul edib, ona çox ciddi yanaşıram. Təbii ki, bu fikir qərəzli və fitnəkar deyilsə. Lakin bütün mövzulara sırf vaxtımın azlığından mövqe bidirə bilmirəm.
Allah bizə faydalı elm nısib etsin! Millətimizə hidayət versin! AMİN! _________________ Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Assalamu Alaikum.
Elmi veren Rabbima sükürlar olsun. tesadüf deyilen bir seyin olmamasindan bir daha emin oldum. cünki ela dünen xums ile elaqeli bezi arasdirmalar etdim.
Hanif qardas, yazini oxudum:
Hənif yazıb:
. Məsələn; xumsun 5-dən biri Quran ayəsinə görə seyyidlərindir
[/b]
xums ile elaqeli bezi anlasilmazliqlara tez-tez rast gelmek olar. bezi insanlar xumsu hetta gelirin zekati kimi de qeleme vermek isteyirler.
dogrudur xums Quran ayesidir. amma bunu gelire deyil qenimete aid etmek lazimdir.
xumsun 5-den birine geldikde ise: xumsun 5-den biri dövlet xezinesine aiddir ve diger hissesi xalq arasinda ehtiyyaci olanlara. bunu Hazrati Omar mehz bu cüre tetbiq etmisdir amma qenimetden seyyidlere verilmesini sexsen tapsirmisdir. ondan sonraki xalifeler de bu qaydani deyisdirmediler
http://allaahuakbar.net/mehdavis/who_is_true_imam_mahdi.htm Abdullaah ibn Masood reported that the Prophet (Peace & Blessings of Allaah be upon Him) said: "The world will not come to an end until the Arabs are ruled by a man from my family whose name will be the same as mine." (Musnad Ahmad, 5/199, hadeeth 3573. Another version says: "… whose name is the same as mine and whose fathers name is the same as my fathers." Sunan Abi Dawud, 11/370).
Abdullaah ibn Masud rəvayət edir ki, peyğəmbər (s.ə.s) demişdir:"Ərəblər mənim ailəmdən olan adı mənim adım kimi olan adam tərəfindən idarə edilməyənə kimi dünyanın sonu gəlməyəcək."(Musnad Ahmad, 5/199, hədis 3573. Başqa versiyada "...adı mənim adım kimi olan və atasının adı mənim atamın adı kimi olan"Sunan Abi Davud, 11/370).
Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11 İsmarışlar: 908
Göndərilib: B. Noy. 12, 2006 7:25 pm İsmarış mətni:
Övliylardan, seyyidlərdən kömək istəməyin hökmü
Məqsədimiz övliyalar (Allahın dostları), seyyidlər (Peyğəmbərin sallallahu aleyhi və səlləm nəslindən gələn insanlar. Seyyid sözünün lüğəti mənası: cənab deməkdir. Seyyidlərə sədəqə almaq haramdır.) haqqında məlumat vermək, onlara təvəkkül etmək, onlardan kömək istəmək, onlara ibadət (Allah təalanın sevdiyi və razı qaldığı zahir (namaz, həcc, qurban... və.s) və batin (iman, niyyət, təvəkkül, ixlas və.s) söz və əməllər) etmək (dua, nəzir, şəfaət, and içmək və s. Allahın qadir olduğu şeyləri və Allaha aid olan işləri-övlad vermək, ruzi, bağışlanma istəmək və s.) və bu əməli etməyin təhlükəli olmasını sizlərə Quran və Peyğəmbərin sallallahu aleyhi və səlləm səhih hədislərinə əsaslanaraq sübut və dəlillərlə bəsirət üzrə açıqlamaqdır. Övliyalar - möminlər, rəsullar, onlara yaxşı işlərdə tabe olanlar, təqva əhli, iman əhlidirlər. Onlar Allaha və rəsuluna itaət edirlər, ona asi olmaqdan daima qorxurlar. Peyğəmbər sallallahu aleyhi və səlləm övliyaların seyyidlərin başda gələnidir. Həzrət Əli Allah ondan razı olsun, onun övladları İmam Huseyin və İmam Həsən Allah onların hər ikisindən də razı olsun Cənnət gənclərinin Seyyidləri (Başçıları) Allah təalanın övliyalarıdır. Ərəb, qeyri-ərəb, ağ-qara, varlı-kasıb, hakim-məhkum, qadın-kişi olsun, fərq etməz, Allahdan lazımınca qorxan kəslər övliyadırlar (Allahın dostlarıdırar). Buna dəlil Allah təalanın bu sözüdür:
“Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər”. (Yunus, 62-63).
Onlar elə kəslərdirlər ki, Allaha və rəsuluna itaət edirlər, Onun qəzəbinə gəlməkdən, Onu qəzəbləndirməkdən qorxurlar, Allahın haqqını (İbadəti yalnız ona etmək) verirlər, Allah təalanın qadağan etdiyi şeylərdən çəkinirlər. Məhz onlar Allahın dostlarıdırlar. Allah təala onları bu ayədə xatırladır:“Allahın dostları (övliyaları) yalnız Allahdan qorxub pis əməllərdən çəkinənlərdir”. (Ənfəl, 34)
Peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələri nəbilərdən sonra insanların Allahdan ən çox qorxanları olmasına baxmayaraq, onların əksəriyyətindən bu gün insanların kəramət adına yalandan uydurduqları xurafatlar meydana çıxmamışdır, halbuki onlar insanlar içərisində Allaha iman, təqva, Allahı və dinini tanımaq baxımından ən güclüləri idi.
Allah subhanahu və təala buyurur: “(Mələklər), Ondan qabaq söz danışmaz, yalnız Onun əmri ilə iş görərlər. (Allah) onların öndəkilərini də, (nə etdiklərini və nə edəcəklərini də) bilir. Onlar yalnız Allahın razı olduğu (izn verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar”. (Ənbiya, 29).
Heç kəsin rəsullara, mələklərə, övliyalara və başqalarına ibadət etməsi caiz deyildir. Allahdan başqasına qurban kəsmək, xəstəlikdən şəfa tapmaq üçün onlardan şəfa istəmək, düşmənlərə qarşı yardım istəmək və s. digər ibadət növlərini Allahdan başqasına aid etmək Allah təalanın Qurani Kərimdə buyurduğu ayəsinə görə haramdır. Allah təala buyurur: “(Şübhəsiz ki,) bütün məscidlər Allaha məxsusdur, Allahdan başqa heç kəsə ibadət (dua) etməyin”. (Cin, 18).
Həmçinin Allah təala buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi buyurmuşdur. (İsra, 23).
Digər ayədə buyurur: “Halbuki onlara əmr edilmişdir ki, Allaha dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək ibadət etsinlər” (Bəyyinə, 5).
Bu mənada ayələr Qurani Kərimdə çoxdur.
Həmçinin övliyaların qəbirləri ətrafında tavaf etmək (fırlanmaq) də haramdır. Çünki tavaf yalnız Allahın evinin Şərəfli Kəbənin ətrafında edilmək üçündür. Digərlərinin ətrafında etmək haramdır. Kim qəbrin ətrafında qəbir sahibinə yaxınlaşmaq üçün tavaf edərsə, namaz, qurban, istiğasə (kömək istəmək) ibadətlərində olduğu kimi artıq Allaha şirk qoşmuş olur. Allah təala buyurur:
“De: Mənim namazım da, qurbanım (ibadətim) da, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam”. (Ənam, 162)
Lakin sağ, mövcud (qeybdə olmayan) insandan qadir olduğu şeydə kömək istəmək şirk deyildir. Əksinə bu caizdir. Allah təala buyurur: “Musanın adamlarından olan kəs düşməninə qarşı ondan imdad istədi”. (Qasas, 28-15).
Allah təalanın ümumi sözündə: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun”. (Maidə, 2). Həmçinin Rəsulullah sallallahu aleyhi və səlləm buyurur: “Qul qardaşına (müsəlman) kömək etdiyi müddətcə Allah da onun köməyindədir”. (Səhih Buxari, 2699). Bu mənada ayə və hədislər çoxdur. Bu məsələdə müsəlmanlar arasında icma vardır. Müvəffəqiyyət Allahdandır. Həmçinin kömək qeyrilərindən deyil (mələklər , rəsullar, övliyalar, seyyidlər , qəbir sahibləri və s.) yalnız Allahdandır. Buna dəlil Qurani Kərim, Allahın sözüdür: “Kömək ancaq yenilməz qüvvət, hikmət sahibi olan Allahdandır”. (Ali İmran, 126). Həmçinin Allah təala buyurur: “Əgər Allah sizə yardım edərsə,heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər?” (Ali İmran, 160) Qurani Kərimin ayələrindən göründüyü kimi Allah təala insanları yalnız Ona ibadət etmək üçün yaratmış, rəsulları və kitabları bunu bəyan etmək üçün göndərmişdir. Allah təala buyurur: (Zariyat, 56) Bu mənada ayələr və hədislər çoxdur.
Şübhəsiz ki, dua ibadətin ən mühüm növlərindəndir. Allah təala bunu vacib etmiş və ixlasla (yalnız ona) dua etməyi əmr etmişdir: “(Şübhəsiz ki,) bütün məscidlər Allaha məxsusdur, Allahdan başqa heç kəsə ibadət (dua) etməyin”. (Cin, 18). Bu bütün məxluqata peyğəmbərlərə, övliyalara, seyyidlərə və digərlərinə də aiddir. Allah təala buyurur: “Allahdan başqa sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə (ilaha (ibadət olunan, bütlərə) ibadə etmə”. (Yunus, 106). Məlumdur ki, Allah təala peyğəmbərimiz Muhəmmədi sallallahu aleyhi və səlləm artıq şirkdən qorumuşdur və ayədən məqsəd digərlərini bu əməllərdən çəkindirməkdir. Sonra Allah təala ayənin ardınca peyğəmbərə müraciət edərək buyurur: “Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan” -deyə buyurmuşdur.
Əgər Adəm övladının Seyyidi Peyğəmbər sallallahu aleyhi və səlləm Allahdan başqasına dua etdiyi təqdirdə Allah təala onu zalım adlandırırsa, o halda başqası necə!!! Zülm isə şirk sayılır. Allah təala buyurur: “Doğurdan da Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır)”. (Loğman, 13). Bu və digər ayələrdən məlum olur ki, Allahdan başqasına mələklərə, peyğəmbərlərə, seyyidlərə, övliyalara, ölülərə, ağaclara, bütlərə və digərlərinə dua etmək Allaha şərik qoşmaqdır. Bu isə Allah təalanın qulları Özünə ibadət etmək üçün yaratdığı məqsədə qarşıdır. Lə iləhə illəllahın mənası-Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur deməkdir. Lə iləhə-deyərkən insan Allahdan başqa bütün ibadətləri inkar edir və illəllah (yalnız Allaha) deyərkən isə ibadətlərin yalnız Allah üçün olduğunu təsdiq edir. Allah təala buyurur: “Bu belədir. Çünki Allah haqq, (müşriklərin) Ondan başqa ibadət etdikləri (bütün ilahlar) isə batildir”. (Həcc, 62). Başqa ayədə buyurur: “(Ya Rəsulum!) Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: Əgər Allaha şərik qoşsan, bütün əməllərin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan! Xeyir, yalnız Allaha ibadət et və Onun (nemətlərinə) şükr edənlərdən ol.” (Zumər, 65-66)
Davami olacag inshallah
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.