MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Camaat namazi

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> NAMAZ
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: Çər. Mar. 28, 2007 4:28 pm    İsmarış mətni: Camaat namazi Sitatla cavab ver

Camaat namazının hökmü nədir? (Şeyx Useymin)

Sual: Camaat namazının hökmü nədir?

Cavab:
Alimlər ittifaq ediblər ki, camaat namazı itaətdir. Onun ən fəzilətlisidir, Allah onu Kitabında zikr etmişdir və onu hətta qorxu namazlarında da əmr etmişdir. Uca Allah belə buyurur: "(Ya Rəsulum!) Sən (əsgərlərin) içərisində olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə sailahlarını (özlərilə) götürsünlər. (Namazlarını qılıb) səcdə edən kimi sizin arxanıza (düşmənin önünə) keçsinlər. (Və ya onlar namaz qılanda digər dəstə arxalarında olsun). Sonra (namaz qılmamış) o biri dəstə öz ehtiyat vasitələrini və silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın! Kafirlər istərdilər ki, sizin silahlarınızdan və mallarınızdan heç bir xəbəriniz olmayaydı və onlar da sizin üzərinizə birdəfəlik (qəfil bir hücumla) basqın edəydilər. Yağışdan əziyyət çəkdiyiniz, yaxud xəstə olduğunuz zaman silahlarınızı (namaz vaxtı) yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı gözləyin! Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı əzab hazırlamışdır!" (ən Nisa surəsi, 102)
Peyğəmbər (s.ə.s)-in sünnəsində, namazın camaatla qılınmasına aid çoxlu sayda hədislər var. Onlara misal olaraq aşağıdakıları misal göstərə bilərik. Peyğəmbər (s.ə.s) belə buyurur : "İstədim ki, insanlara namaz qılınması üçün iqamə vermələdini əmr edim, sonra bir insana insanlara namaz qıldırmasını əmr edim, sonra əllərində odunlar olan insanlarla camaat namazına gəlməyənlərin evinə gedib və evlərini yandırım" (Səhih Buxari, 644)
Başqa bir hədisə Peyğəmbər (s.ə.s) belə buyurur : "Azanı eşidib namaza gəlməyin üzrü olmasa namazı qəbul deyil" (Səhih Buxari, 1/111)
Necə ki, Peyğəmbər (s.ə.s) onun yanına camaat namazına gəlməmək üçün izn almağa gələn kor kişidən "Azanı eşidirsənmi?" - deyə soruşur. O da "Bəli" - deyə cavab verir. Onda Peyğəmbər (s.ə.s) ona "Onda cavab ver" deyir. (Səhih Muslim, 653) İbn Məsud (r.a) deyir: "Camaat namazından ancaq nifaqı açıq aydın olan münafiqlər, xəstələr gəlmirdi" (Səhih Muslim, 654)
Səhih baxışla baxıldıqda onun vacibliyi aşkardır. Ümmət vahid bir ümmətdir. Onun kamilliyi ancaq ibadətlərində camaat olmaqla olur. İbadətlərin ən kamili isə namazdır. Alimləri camaatla namazı, namazın səhihliyinə dəlalət edən şərtlərə aid olmasında ixtilaf ediblər. Camaatsız qılınan namaz səhihdirmi?
Səhih budur ki, bu namazın vaciblərindəndir. Ancaq səhih olma şərtlərindən deyil. Ancaq onu şəri üzürsüz tərk edən günahkar olur. Namazın camaatsız qılınmasının səhihliyzz şərtindən olmamasına dəlil budur ki, onu Peyğəmbər (s.ə.s) tək qılınan namazdan fəzilətli edib.
Camaat namazının tək namazdan fəzilətli olması onu göstərir ki, tək qılınan namazda fəzilət var. Bu da ancaq səhih olduqda olur.
Hər halda, ağlı başında olan, həddi-büluğa çatmış kişi müsəlmana vacibdir ki, səfərdə və ya qeyri-səfər halında camaat namazında iştirak etsin.

Şeyx Useymin
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Hənif
idarəçi


Daxil ol: Ç.a. May 18, 2004 19:27
İsmarışlar: 127
Şəhər/ölkə: Azərbaycan. Bakı

İsmarışGöndərilib: Ş. May 19, 2007 10:47 pm    İsmarış mətni: Sitatla cavab ver

Bismilləhir-Rahmənir-Rahim!
Mövzu çox gözəl və mühüm bir mövzudur. Camaatla qılınan namaz İslamın ən əzəmətli ibadətlərindən biri olmaqla yanaşı, həmçinin şəhadət kəliməsindən sonra gələn islamın beş sütunundan biridir. Elə bu yaxınlarda oxuduğum və bu mövzu ilə bilavasitə bağlı olan bir kitab haqqında sizə danışmaq və yeri gəldikcə o kitabdan bəzi parçaları forum oxucularının diqqətinə çatdırmaq istəyirəm. Kitabın müəllifi Ramil Soltanovdur. Onun elektron ünvanı da kitabın arxasında qeyd edilib. ramil.soltanov@gmail.com ünvanına kitabla bağlı iradlarınızı və xoş sözlərinizi yaza bilərsiniz.

_________________
Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Hənif
idarəçi


Daxil ol: Ç.a. May 18, 2004 19:27
İsmarışlar: 127
Şəhər/ölkə: Azərbaycan. Bakı

İsmarışGöndərilib: Ş. May 19, 2007 10:58 pm    İsmarış mətni: Sitatla cavab ver

Camaat namazı

Artıq hər kəsin də bildiyi kimi İslamın dirəklərindən biri və kəlimeyi tövhiddən sonra ən mühümü namazdır. Namaz: lüğəti mənada dua deməkdir. Dində isə; məlum olan xüsusi kəlmələri ifadə etmək və hərəkətləri yerinə yetirməklə, təkbirlə başlayıb, təslimlə qurtaran, niyyət ilə olunan ibadətə deyilir.

Namazın hökmü
Namazın İslamda yeri böyükdür. O, Allahın təkliyinə və Muhəmmədin (Allahın ona salavatı və salamı olsun) Onun qulu və elçisi olduğuna şəhadət gətirdikdən sonra yerinə yetirilməsi vacib olan ilk əməl və dinin dirəyidir. Bütün peyğəmbərlər öz ümmətlərinə namaz qılmağı əmr etmişlər. Allah, namazı bütün ümmətlərə vacib buyurduğu kimi bizim ümmətə də vacib buyurmuşdur. Uca Allah buyurur: “Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur”.
İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dedi: “İslam beş əsas üzərində bina edilmişdir: Allahdan başqa ilahın olmaması və Muhəmmədin Onun elçisi olmasına şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq”.

Namazın ibadətlər arasında yeri
Muhəmmədə (Allahın ona salavatı və salamı olsun) ilk vəhyin gəlməsindən və ona peyğəmbərlik verilməsindən on il sonra Uca Allah namazı Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) meracda olarkən arada heç bir vasitə olmadan əmr etmişdir. Bu müddətə qədər o, insanlara tək Allaha ibadət etməyi, ona şərik qoşmamağı əmr edirdi. Müsəlmanların qəlbində əqidə möhkəmləndikdən sonra Allah onlara gün ərzində beş vaxt namaz qılmağı vacib buyurdu. Uca Allahın Quranda namazı digər ibadətlərdən çox xatırlatması namazın əzəmətini bildirir. Bu ibadətə xas olan bəzi xüsusiyyətlər vardır ki, bunlar başqa ibadətlərdə yoxdur.
Bunlardan; Uca Allah bu ibadətin yerinə yetirilməsini hər bir halda vacib etmişdir. Başqa ibadətlərdən fərqli olaraq namazı bütün insanlara; kişi və qadına, qul və azad olana, zəngin və kasıba, müsafir və səfərdə olmayana, xəstə və sağlama vacib buyurmuşdur. Həmçinin digər ibadətlərdən fərqli olaraq namazı Allah Öz peyğəmbərlərinin dili ilə hər bir ümmətə əmr etmişdir. Uca Allah İbrahimin (a.s) dili ilə buyurur: “Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et!”. Uca Allah Musaya (a.s) buyuraraq deyir: “Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!”. Həmçinin Allah Muhəmməd peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) xitab edərək deyir: “Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir” . Bu mənada olan ayələr Quranda çoxdur.
_________________
Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Hənif
idarəçi


Daxil ol: Ç.a. May 18, 2004 19:27
İsmarışlar: 127
Şəhər/ölkə: Azərbaycan. Bakı

İsmarışGöndərilib: B. May 20, 2007 10:45 pm    İsmarış mətni: Sitatla cavab ver

Camaat namazının şəriətdən olması
Uca Allah bir çox ibadətləri camaatla birlikdə yerinə yetirməyi müsəlmanlara əmr etmişdir. Bu ibadətlərdən biri də namazdır. Camaat namazı ibadətlərin ən fəzilətlilərindən biridir. Uca Allah bu ümmətə müəyyən vaxtlarda camaat namazı qılmaq üçün bir yerə toplaşmağı buyurmuşdur. Bunlardan bəzisinə hər gün, bəzisinə həftədə bir dəfə, bəzisinə ildə bir dəfə, bəzisinə isə ancaq səbəb olduqda yığışılır. Namazın camaatla qılınmasında bir çox faydalar vardır. Müsəlmanlar camaat namazına durduqda dövlətli və kasıb, ağ və qara eyni olur. Hamı Allahın qabağında baş əyir. Camaatın bu şəkildə bir yerə toplaşaraq namaz qılmalarının faydalarından; müsəlmanlar arasında sevgi, qardaşlıq, qəlblərin biri-birinə bağlanması və s. göstərmək olar. Müsəlmanlar bir yerə toplaşdıqda bir-biriləri ilə tanış olur, dərdlərinə şərik çıxır, bir-birilərinə köməklik göstərirlər.
Camaat namazına gəlməyən şəxsin isə iki halı vardır.
Birinci hal: Üzrlü səbəbdən camaat namazını tərk edir və həmin şəxsə niyyətinə görə savab yazılır.
İkinci hal: Üzrsüz səbəbdən camaat namazını tərk edir və həmin şəxs böyük savabdan məhrum olmaqla yanaşı həm də böyük günah qazanır.

Camaat namazının tarixi
Uca Allah namazı camaatla qılmağa Məkkədə icazə versə də onu vacib buyurmamışdır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) meracdan dönəndən sonra Cəbrail (a.s) gələrək Peyğəmbərlə (Allahın ona salavatı və salamı olsun) birlikdə namaz qılmışdır. Bu hadisədən sonra Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) namazları camaatla qılmağa başlamışdır. Mədinəyə gəldikdən sonra isə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) camaat namazını vacib buyurmuşdur.
_________________
Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> NAMAZ Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.