MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Duanın növləri.

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> ZİKR
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: C.a. Mar. 15, 2007 4:00 pm    İsmarış mətni: Duanın növləri. Sitatla cavab ver

Duanın növləri.

Dua iki növ olur:
1. İstək duası;
2. İbadət duası.
Qulun Allaha əl açaraq ehtiyaclarını istəməsi istək duasındandır.
Namaz, oruc, sədəqə, qurban kəsmək və digər ibadətlər isə ibadət duasındandır.
Oruc tutan, sədəqə verən, namaz qılan insan öz əməli ilə Allahdan istədiyi üçün bu növ dualara ibadət duası deyilir.
İbadət duasını heç bir şəkildə Allahdan qeyrisinə yönəltmək olmaz.
İstək duasını da Allahdan qeyrisindən istəmək olmaz. Lakin dörd şərt istisna olmaqla:
1. Diri olmalı.
Yəni ölüdən dua edib, nəsə kömək və s. istəmək olmaz.
2. Qadir olmalı.
Yəni yağış, şəfa vermək kimi istəkləri yerinə yetirməyə yalnız Allah qadir olduğu üçün bu növ istəkləri Yaradandan qeyrisindən istəmək şirk (Allaha nəyisə(kimisə) şərik qoşmaq), böyük günah sayılır.
3. Eşitməli.
Yəni diri olmalı və eşitməlidir. Yanında olmayıb hansısa məsafədə səndən uzaqdadırsa onu da çağırıb ondan yardım istəmək şirk sayılır.
4. Hazır olmalı.
Yəni qeybdə olmamalıdır. Məsələn, cinlər, mələklər və ya ölmüş birisindən istəmək bu şərtə ziddir.
Beləliklə, biz artıq bildik ki, dua iki növ olur. Unutmayaq ki, müqəddəs kitabımız Qurani-Kərimdə rastlaşdığımız dua sözlərində hər iki dua növü qəsd olunur.
Dua əzəmətli ibadətlərdən biridir. Bu fikri Allah Rəsulundan (səllallahua elyhi və səlləm) "dua ibadətdir" hədisi təsdiq edir.
Rəbbimiz buyurur:
"Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!"
(Quran, Ğafir, 60)
Bu ayədə Uca Allah duanı ibadət adlandırdı.
Dua əzəmətli ibadətdir və içərisinə dinimizin əsas təməl prinsipi olan Tövhidin 3 qismini də alır:
1) Rübubiyyə 2) Uluhiyyə 3) Ad və Sifətlər
Ümumi olaraq, duanı saleh əməllərin qarşısında, ortasında və ondan sonra da istifadə etmək olar.
Allah Taala buyurur:
"Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər.
Və belə deyərlər:" Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir!"

(Quran, Furqan, 64-65)
Həmçinin İbrahim Peyğəmbər (əleyhis salam) oğlu İsmayılla (əleyhis salam) bərabər Kəbənin əsaslarını yenidən qurduqları zaman belə dua edirdilər:
"Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünovrəsini ucaltdıqları zaman:"Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən doğrudan da (hər şeyi) eşidənsən, bilənsən!"- deyə dua etdilər"
(Quran, Bəqərə, 127)
Məşhur İslam alimlərinin bu barədə dediklərində də böyük ibrətlər vardır. Onlardan biri deyib: "Adəm övladı (ondan nəsə) istəyəndə qəzəblənir, Allah isə (Ondan nəsə) istəməyəndə".
Bütün yaranış, cinlər və insanlar bir yerə yığılıb Allahdan bütün ehtiyaclarını istəsələr, onların istəklərinin qarşılığını versə, bu Onun dərgahından bir iynənin dənizə batırılıb çıxarıldığı zaman dənizdən nə azaldarsa, Yaradanın da dərgahından o qədər azaldar.
Elə isə daim Əsirgəməyən Allahdan istəmək əvəzinə nəyə görə özü möhtac və istəyən olan Adəm övladından istənilməlidir?!
Dəyərli müsəlmanlar! Daim Allaha dua edin, bütün ehtiyaclarınızı yalnız Ondan istəyin və Ona heç nəyi şərik qoşmayın.
Doğru əqidə və doğru yol məhz budur.
Allah bizi daima Ona möhtac olanlardan və yalnız Ondan istəyənlərdən etsin...Amin!

Tərtib etdi: Abdullah.

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> ZİKR Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.