MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

MÜSƏLMAN ALIMLƏRININ DƏQIQ ELMLƏR SAHƏSINDƏ NƏALİYYƏTLƏRİ

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İSLAMA DƏVƏT
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: B. Yan. 28, 2007 11:26 pm    İsmarış mətni: MÜSƏLMAN ALIMLƏRININ DƏQIQ ELMLƏR SAHƏSINDƏ NƏALİYYƏTLƏRİ Sitatla cavab ver

MÜSƏLMAN ALIMLƏRININ DƏQIQ ELMLƏR SAHƏSINDƏ ƏLDƏ ETDIKLƏRI NAILIYYƏTLƏR

VIII–XIII əsrlərdə islam ölkələrində elmə verilən böyük qiymətin sayəsində bir sıra alimlər yetişmiş və elm aləminə böyük töhvələr vermişdir. Müsəlman ölkələrində elm Avropa ölkələrinə nisbətən daha geniş yayılmışdı. Bu hər şeydən əvvəl islamın sayəsində mümkün olmuşdu. Məhəmməd peyğəmbər (s.ə.s.) buyurmuşdu: «İnsan beşik evindən məzar evinə qədər elm öyrənməlidir».
Ərəbistanda, islamı qəbul etmiş ölkələrdə və orta Asiya ölkələrində astronomiyanın, eləcədə elmin digər sahələrinin inkişafı davam edirdi. Böyük karvan yolları və dənizçilik, mürəkkəb Ay təqvimi sistematik müşahidələr və astronomiya haqqında bilik tələb edirdi. Ona görə də bir çox müsəlman ölkələrində elmi mərkəzlər və xüsusi rəsədxanalar yaradılırdı. Bu yaradılan rəsədxanarda daimi müşahidələr aparılırdı. Orta şərqdə yerləşən ölkələrdə astronomiya və fəlsəfə yüksək inkişaf mərhələsinə çatmışdı.
İslamın qəbulundan sonra müsəlmanlar arasında yunan, Bizans və Sasani mədəniyyətlərinin elmi irsinə misli görünməmiş bir maraq yarandı. Çox böyük zəhmət və ciddi cəhdlər hesabına islam dünyası bir neçə əsr ərzində dünyanın elm və mədəniyyət mərkəzinə çevrildi. Elmlə məşğul olmaq istəyənlər Çinə yox, Xilafətin paytaxtı Bağdada üz tuturdular. Məhz həmin zamanlar Pifaqor, Platon, Aristotel, Arximed, Qalen, Hippokrat, Evkilid, Ptolomey və başqalarının əsərləri ərəb dilinə tərcümə edildi.


arxasi var.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İSLAMA DƏVƏT Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.