Zəhra_H

Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
|
Göndərilib: B.e. Dek. 18, 2006 3:00 am İsmarış mətni: ELMİR QULİYEV: “HƏR ADAM QURANI TƏRCÜMƏ EDƏ BILMƏZ” |
|
|
ELMİR QULİYEV: “HƏR ADAM QURANI TƏRCÜMƏ EDƏ BILMƏZ”
Quranı rus dilinə tərcümə edən Elmir Quliyev: «Müsəlman dinini səthi bilən oxucuların böyük əksəriyyətinin bir sıra tərcümələrlə tanış olması məqsədəuyğun deyil, belə ki, bu tərcümələr müqəddəs Quranın mənasını ciddi surətdə təhrif edərək, İslam haqqında ümumi səhv bir təsəvvür yaradır».
- Son illər ərzində Qurani-Kərimin rus dilində 10-a yaxın tərcüməsi nəşr olunub. Quranın yeni bir tərcüməsini işləməyə sizi nə vadar etdi?
- Zənnimcə, məhz bu sual bir çox oxucuları maraqlandırır, çünki müqəddəs Quranın mahiyyətini öyrənmək istəyənlər ilk növbədə, bu günə qədər mövcud olan tərcümələr arasında seçim etmək məcburiyyətində qalır. Görkəmli müsəlman ilahiyyatçısı Əbdürrəhman əs-Səədi tərəfindən yazılmış Quranın təfsirinin tərcüməsinə başlayan zaman mən məhz bu problemlə üzləşdim. Əvvəllər mən Quran ayələrini müstəqil şəkildə tərcümə etməyə cürət etmirdim və mövcud tərcümələr arasından Quranın təfsirindən sitat gətirmək üçün münasibini tapmağa çalışırdım.
Boquslavskiy və Sablukov kimi Quranı ərəb dilindən rus dilinə ilk tərcümə etmiş müəlliflərin əsərlərində bir sıra ayələrin uğurlu tərcümələrinə rast gəlmək olardı, lakin ümumiyyətlə, onlar mənim tələblərimə uyğun gəlmirdi. Akademik İ.Y.Kraçkovskinin tərcüməsi əvvəlki tərcümələrlə müqayisədə bir sıra üstünlüklərə malik olsa da, ancaq qeyri-dəqiq və hətta məna baxımdan ciddi səhvlərə malik olan bu əsər geniş ədəbi redaktəyə ehtiyac duyurdu. V.Poroxovanın mənzum tərcüməsi Quranda qeyd olunan bir çox sözlərin, o cümlədən terminlərin dəqiq mənasını açmırdı. Professorlar M.-H.O.Osmanov və B.Y.Şidfarın tərcümələri fikrimcə, çoxlu sayda səhvlərə malik olub, onların bir çoxu hətta müsəlman dininin əsaslarına belə zidd idi. Bununla əlaqədar olaraq, mən təmiz müsəlman görüşlərinə uyğun gələn, yeni məna çalarlarına malik tərcüməyə başlamaq məcburiyyətində qaldım. Güman ki, hələ o zaman bu işin həyatımın ən ayrılmaz hissəsinə çevriləcəyini çox da yaxşı dərk etmirdim. |
|