MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Xauf (Qorxu) namazı.

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> NAMAZ
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: C.a. Noy. 16, 2006 12:06 am    İsmarış mətni: Xauf (Qorxu) namazı. Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

Xauf namazı.


Uca Allah buyurur:
"Əgər (düşməndən və yırtıcı heyvandan) qorxsanız, (namazınızı) piyada gedə-gedə və ya minik üstə (qılın). (Təhlükədən sovuşmağınıza) əmin olduqda isə Allahı, bilmədiyiniz şeyləri (namazı, duanı) sizə (Peyğəmbər və Quran vasitəsilə) nə cür öyrədibsə, o cür anın (zikr edin, namaz qılın)!"
(Quran, Bəqərə, 239)
"Xauf" - qorxu deməkdir (yəni hər hansı bir hadisədən yaranmış həyəcan).
Hər hansı bir namazı başqa formada qılmağa rüxsət verən üzr 3-dür:
1. Səfər;
2. Xəstəlik;
3. Qorxu.
Əgər bu yuxarıda sadalanan üzrlərdən heç biri olmasa namazı lazımından fərqli şəkildə, sayda və vaxtda qılmaq qadağandır. Qorxu namazının necə qılınması aşağıdakı kimidir:
Birinci forma: Quranda buyururlur:
"(Ya Rəsulum!) Sən (əsgərlərin) içərisində olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə silahlarını (özlərilə) götürsünlər. (Namazlarını qılıb) səcdə edən kimi sizin arxanıza (düşmənin önünə) keçsinlər. (Və ya onlar namaz qılanda digər dəstə arxalarında olsun). Sonra (namaz qılmamış) o biri dəstə öz ehtiyat vasitələrini və silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın! Kafirlər istərdilər ki, sizin silahlarınızdan və mallarınızdan heç bir xəbəriniz olmayaydı və onlar da sizin üzərinizə birdəfəlik (qəfil bir hücumla) basqın edəydilər. Yağışdan əziyyət çəkdiyiniz, yaxud xəstə olduğunuz zaman silahlarınızı (namaz vaxtı) yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı gözləyin! Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı əzab hazırlamışdır!"
(Quran, Nisa, 102)
Yezid ibn Rumən, Saleh ibn Xavvət ibn Cubeyrdən, o da Peyğəmbər (səllallahu aleyhi və səlləm) ilə bərabər "Zatu-r-Riqa" döyüşündə qorxu namazı qılan səabədən (Səhl ibn Əbi Həsmətət (Alalh ondan razı olsun)) rəvayət edir ki, bir dəstə Peyğəmbər (səllallahu aleyhi və səlləm) ilə bərabər namaza başladı, o biri dəstə isə (onları qorumaq üçün) düşmənə tərəf döndü. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bir rükət qıldıqdan sonra ayağa qalxıb səhabələr ikinci rükəti sərbəst (salam verib namazı) tamamalayana qədər hərəkətsiz dayanıb gözlədi. Dəstələr yerlərini dəyişdirdikdən sonra ikinci rükəti qıldı və o biri dəstə (birinci rükəti onunla qıldıqdan sonra) ikinci rükəti tamamlayana qədər hərəkətsiz dayanıb gözlədi. Sonra isə (onlardan əvvəl) salam verib namazı tamamladı"
Buxari, Müslim
İkinci forma: Cabir ibn Abdullah əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir:"Mən Peyğəmbər (səllallahu aeyhi və səlləm) ilə qorxu namazını qıldım. O, bizi iki cərgəyə düzdü və düşmən mövqeyi bizimlə qiblə arasında olduğu vəziyyətdə namaza başladı. Biz onunla bərabər təkbir və rüku etdik, sonra da rükudan qalxdıq. O, birinci səf ilə bərabər səcdə etdiyi zaman ikinci səf düşmənə qarşı dayanıb gözlədi. Onlar (hər iki) səcdəni etdikdən sonra ikinci səf də səcdə etdi. Ayağa qalxdıqdan sonra isə cərgələr yerlərini (1-ci cərgə 2-ci cərgənin, 2-ci cərgə də 1-ci cərgənin yerinə keçməklə) dəyişdirdi və ikinci rükəti də əvvəlki rükət kimi qıldıq. Sonra isə hamımız onunla bərabər salam verib namazı bitirdik"
Cabir (Allah ondan razı olsun) deyir ki, (onların qıldığı namaz) keşikçilərimizin əmirlərini qoruduğu zaman qıldıqları namaz kimidir"

Müslim
Başqa rəvaytdə:"O, Peyğəmbər (səllallahu aleyhi və səlləm) ilə bərabər qorxu namazını yeddinci döyüşdə - Zətu-r-Riqa döyüşündə qıldı"
Buxari.

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> NAMAZ Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.