MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Nafilələr: İstisqa namazı

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> NAMAZ
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: C. Noy. 10, 2006 8:49 pm    İsmarış mətni: Nafilələr: İstisqa namazı Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

İstisqa namazı.

"İstisqa"
- dua edib, Allah Taaladan yağış nazil etməsini istəmək deməkdir.
Sünnədə xüsusən quraqlıq olduqda (ümumən isə istənilən vaxt) dua edib Allahdan yağış nazil etməsini istənilən zaman iki rükətli səslə qılınan sünnət namaz İstisqa namazı adlanır. Bu namazdan nə sonra, nə də əvvəl sünnə namazı qılınmır.
Abdullah ibn Zeyd ibn Asim əl-Mazini (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) yağışın nazil olmasını Allahdan istəmək üçün əbasını tərsinə çevirib (geyindi), qiləyə tərəf döndü və dua etdi. Sonra iki rükət səslə namaz qıldı.
Buxari, Müslim.
Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Cümə günü bir kişi məscidə Ömərin (Allah ondan razı olsun) evinin istiqamətində olan qapıdan daxil oldu və ayaq üstə xütbə verən Peyğəmbərə (səllallahu aleyhi və səlləm) yaxınlaşıb dedi:"Ey Allahın elçisi! Mal-qara həlak olur, səfərlər də dayandırlıb (quraqlıq olduğu üçün dəvələrlə səfərə çıxmaq olmur). Allahın bizı yağış nazil etməsi üçün dua et!" Peyğəmbər (səllallahu aleyhi və səlləm) əllərini qaldırıb üç dəfə "Allahın bizə yağış endir!" deyə dua etdi.
Ənəs (Allah ondan razı olsun) deyir:"Allaha and olsun ki, göydə nəinki bulud, heç bulud parçası da yox idi. Bizimlə Səlin (Mədinə şəhərindəki dağın adıdır) arasında da nə bir ev, nə də bir koma var idi. Birdən Səlin arxasından qalxanabənzər bir bulud göründü. Bulud gəlib səmanın ortasına çatdıqda yayıldı və yağış yağıdı. Allaha and olsun ki, bir həftə gün üzü görmədik. Cümə günü bir kişi yenə məscidə Ömərin (Allah ondan razı olsun) evinin istiqamətində olan qapıdan daxil oldu və ayaq üstə xütbə verən Peyğəmbərə (səllallahu aleyhi və səlləm) yaxınlaşıb dedi:"Ey Allahın elçisi! Mal-qara həlak olur, səfərlər də dayandırlıb (yolları su basdığı üçün dəvələrlə səfərə çıxmaq olmur). Allaha, yağışı dayandırmağı üçün dua et!" Peyğəmbər (səllallahu aleyhi və səlləm) əllərini qaldırıb dua etdi və dedi:"Allahummə həvaleynə va lə aleynə, Allahummə alə-l-əkəm va-z-zirab va mənabiti-l-əşcar" Bu duadan sonra buludlar çəkildi və biz qızmar günəşin altında gəzişməyə başladıq" (Allahım, bu yağışı bizim üzərimizə yox, ətraf yerlərə endir! Allahım bu yağışı yaylaların, təplərin, vadilərin üzərinə və ağacların dibinə endir!"
Şureyk deyir:"Mən Ənəsdən (Allah ondan razı olsun):"O, (ikinci dəfə gələn kişi) həmən kişi (birinci dəfə gələn) idi?" deyə soruşduqda o "bilmirəm" deyə cavab verdi.

Buxari, Müslim.
Həmçinin hədisdə varid olan duadan əlavə yağış duaları haqqında öyrənmək istəyənlər "Müsəlman qalası" kitabçasındakı zikrləri oxuya bilərlər.

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ş. Noy. 11, 2006 8:34 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

İstisqa namazının qılnması.


İmam birinci rükətdə ihram təkbirindən ("Allahu Akbar" deyib namaza girmək) və istiftah ("Fatihə" surəsindən əvvəl oxunan dua) duasını oxuduqdan sonra 6 dəfə təkbir etməli və adi sünnət namazının qılındığı qaydada həmin rükəti tamamlamalıdır. İkinci rükətə qaldıqdan sonra isə 5 dəfə təkbir etməli və adi sünnət namazının qılındığı qaydada ikinci rükəti də tamamlamalıdır. Camaat da imama tabe olaraq, bu hərəktəlrəi yerinə yetirməlidirlər. İmam Allaha həmd-səna etməklə, Ondan bağışlanma diləməklə xütbəni başlamalı, sonra möminləri Cənnətlə müjdələməli, Cəhənnəm əzabından çəkindirməli, günahlara görə tövbə etmələrini, bir-birlərinə nifrət etməmələrini və s. lazımi nəsihətləri verməlidir. Sonra əllərini göyə tərəf qaldırb Allahdan yağışın nazil edilməsi üçün dua etməlidir.

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> NAMAZ Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.