Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
|
Göndərilib: B.e. İyun 12, 2006 9:39 pm İsmarış mətni: Qadın qayınatasının qulluğunda durmağa məcburdurmu? |
|
|
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
Qadın qayınatasının qulluğunda durmağa məcburdurmu?
Sual:
Yoldaşımın atası qocadır və xəstəliklə əlaqədar bizdə yaşayır və bu bizim evimizdə bir sıra narazıçılıqlar törədir. Mənim sualım: İslama əsasən konkret olaraq, qayınatama qarşı məcbur olduğum vəzifələr hansılardır?
Cavab:
Allaha həmd olsun!
Qadını öz həyat yoldaşının valideylərinə yaxud hansısa qohumlarının qulluğunda durmağa İslam baxımından heç nə məcbur etmir. Lakin gözəl əxlaq və savab qazanmaq baxımından onlara hörmət etmək, mümkün qədər qulluqlarında dayanmaq daha yaxşı olardı. Lakin ər bilməlidir ki, onun öz zövcəsini buna məcbur etməyə haqqı yoxdur. Əgər qadın öz istəyi ilə bunu edirsə, bilsin ki, bu işdə pis heç nə yoxdur, əksinə yoldaşının valideynlərinə kömək etməklə o savab qazanmaqla yanaşı həmçinin ərinin ona olan məhəbbətini də artırmış olur.
Şeyx Muhəmməd ibn Salig əl-Usyemin "Fətava əl-Uləma fi Uşrat əl-Nisə və hal əl-Müuşkilat", 128 _________________
 |
|