MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Qurani Kərimin adları.

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> QUR'AN
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: C.a. Sen. 28, 2006 1:36 am    İsmarış mətni: Qurani Kərimin adları. Sitatla cavab ver

Quran sözünün bir çox həm lüğəti, həm də istilahi mənaları vardır. Onlardan bir neçəsinə nəzər salaq.

Quran sözünün lüğəti mənaları.

a) Quran, səslə oxumaq mənasını verən “əl-qiraət” sözündən götürülmüşdür. “əl-Qiraət” sözünün özü isə “Qara'ə” felindən götütülmüşdür. “Qara'ə” feli, cəm etmək mənasını da verir və deyilir ki, Quran sözü “qara'ə” felinin məsdəridir. Mənası da hər hansı bir şeyi bir yerə toplamaq deməkdir. Uca Allah Qurani Kərimdə belə buyurur: «Şübhəsiz ki, [sənin qəlbində] onun cəm olunması və [dilində] onun oxunması Bizə aiddir. Biz onu oxuduğumuz zaman sən onun oxunmasını təqib et. [Cəbrail onu sənə oxuduqda dinlə və sus. Sonra isə onun öyrətdiyi kimi oxu!] Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir.» (əl-Qiyamə 17-19)
b) Quran, “əl-iqtiran” sözündən götürülmüşdür. O da ittifaq, bağlılıq, birləşmək, qovuşmaq və s. mənaları ifadə edir. Sanki ayələr və surələr bir yerə toplanıb birləşmişlər və bu səbəbdən də Quran adlanmışlar.
c) İmam Şafii rahiməhullah demişdir: «Quran sözü heç bir feldən yaranmamışdır, o bir addır- və necə ki, Tövrat, İncil və Zəbur sözlərinin kökləri axtarılmır, o da açıqlanmır».
ç) İbn Munzirin “Lisanul-lisan” kitabında deyilir: «Quran; əzəmətli bir nazil olandır və Allahın Öz Peyğəmbəri Muhəmmədə (s.a.s) nazil etdiyi bu kəlamı həmçinin “Kitab”, “Furqan” və “Quran” adlanır. Quran adlanmasının səbəbi isə, onun, surələri bir yerə toplayıb, özündə cəmləşdirməsidir».
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> QUR'AN Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.