Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: Ç.a. Sen. 05, 2006 2:07 am İsmarış mətni: Gecikmiş etiraflar
GECİKMİŞ ETİRAFLAR.
Müqəddimə.
Allaha həmd və səna, seçilmiş Peyğəmbərə, ailəsinə, mömin və şərəfli əshabələrinə salavat və salam olsun! (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!)
Bunlar kütlənin yaxşı tanıdığı, uzun-uzadı gurultulu alqışlarla qarşıladığı, adları və şəkilləri ərəb və dünya qəzet və jurnallarının geniş səhifələrindən əskik olmayan bəzi məşhur adamların vaxtı ötmüş etiraflarıdır.
Bunlar həmçinin başqa filosof, ədib, mütəfəkkir, iş adamlarına da məxsus etiraflardır ki, onları hazırki və gələcək nəsillərin qarşısına qoyub Allahın izni ilə onlardan ibrət və öyüd alacaqlarına ümid edirəm. Mən bu etiraflara bəzi qısa şərhlər də vermişəm. Böyük qüdrət və cəlal sahibi Mövlamızdan bunu və başqa işlərimi qəbul etməyini rica edirəm. Allah uğurlar bəxş edəndir!
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: Ç.a. Sen. 05, 2006 6:19 pm İsmarış mətni:
Qərb mədəniyyəti, İslam və Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) haqqında etiraflar.
Qərb mədəniyyətinə, istəsən, deyə bilərsən, qərb pəyəsinə uymuşlar nə qədər də çoxdular! Bəli, içərisi insan surətində olan danışan heyvanlarla dolu böyık bir pəyə! Allah-təalanın buyurduğu kimi: Onlar heyvan kimidirlər. Bəlkə ondan daha çox yol azmışlar(əl-Furqan,44). Bu adamlar müəyyən bir maddi tərəqqiyə nail ola bilmişdir. Lakin millətlər öz əxlaqı, ədəb-ərkanı ilə tanınır, maddi tərəqqi və sənayesilə yox. Qədim bir ərəb şairi demişdir:
Əxlaqlı millətlər qalmadı,
Hamısı məhv olub getdilər.
Qalansa onların əxlaqı oldu.
Allaha and olsun, çox doğru deyilibdir. Budur, yüksək mədəniyyətə malik olduqlarını iddia edirlər, lakin əxlaqdan məhrumdurlar, dəyərləri yoxdur. Lakin onlar ölüm ayağındadırlar, çapalayırlar, sönüb gedirlər.
Bunu onların filosofları, mütəfəkkirləri və alimləri deyirlər. Onların dediklərindən bəziləri:
Bu əsrin tanınmış alimlərindən biri olan Aleks Karel yazır:
Müasir (qərb) mədəniyyəti (bu gün) çox ağır vəziyyətdədir. Çünki o, bizə uyğun gəlmir, həqiqi xarakterimizi bilmədən yaradılmışdır. Bu mədəniyyət elmi kəşflər romantikasının, insanların ehtiras, istək,arzu və illüziyalarının məhsuludur. O, bizim səylərimizlə yaradılsa da, nə məzmunumuza, nə də formamıza uyğun gəlir.
Prezident Vilson (ABŞ-tərc) ölümündən bir neçə həftə qabaq demişdir: Bizim mədəniyyətimiz mənəvi dəyərlərini özünə qaytarmasa, yalnız maddi əsaslarla qala bilməz.
Nəhayət, müasir ingilis filosofu Bertrand Rasselin dediklərini göstərək:
Ağ adamın hökmran olduğu dövr başa çatdı. Bəli,o dövr başa çatdı, gələcək Allahın iznilə bu dinə məxsusdur Gələcək İslamındır.
Sizi Qərbin bir sıra filosof və mütəfəkkirlərinin bu etirafları ilə təkbətək qoyuram ki, müasir mədəniyyətləri barədə hər şeyi açıq danışsınlar:
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: Ç.a. Sen. 05, 2006 6:19 pm İsmarış mətni:
Bizim qərb mədəniyyətimiz ölüm ayağındadır
Bu etiraf Cenevrə Şərq tədqiqatları mərkəzinin direktoru, professor Simon Jorjeyə məxsusdur:
Mən bizim maddi qərb mədəniyyətimizin çatmış olduğu səviyyə üçün qorxu və təlaş içində yaşayanlardan biriyəm. Biz boğucu bir vicdan və qeyrət böhranı içindəyik. Mən bizim qərb mədəniyyətimizin öz qədim və ənənəvi anlamında indi ölüm ayağında olmasını düşünənlərdən biriyəm. Biz indi bir növ keçid dalğasındayıq, amma bunun nə ilə nəticələnəcəyini bilmirik. Biz çırpınan və ölümə yaxınlaşan bir mədəniyyətin şahidiyik. Şübhəsiz o, öləcəkdir, o ölür! Ondan yeni bir mədəniyyətin meydana gəlməsi labüddür. Əgər səbəb barədə soruşulsa, bunun çoxlu səbəbi vardır. Bunlardan biri odur ki, qərb söykəndiyi, əsaslandığı mənəvi, mədəni və dini dayaqlarını itirir, onun əsaslandığı bir şey qalmayıbdır. Xristian dini öz əsaslarından məhrum olmuşdur, mənəvi dəyərlərə bağlılıq sona yetmişdir, insanları tərk etmişdir. Qərb bir növ vakuum içərisindədir, bütün gənc nəsillərin əziyyət çəkdiyi hərtərəfli yol azmaq hər yeri bürümüşdür. Buna ən böyük dəlil universitetlərimizdə bizim Dinlər tarixi adlandırdığımız fənnə qərb gəncləri arasında böyük marağın mövcudluğudur.
Biz indi qaranlıq bir tuneldəyik. Bizə yol göstərəcək nurun intizarındayıq.Burda onun sözü bitir. Çübhəsiz ki, onlara haqqın yolunu göstərəcək, onları zülmətdən işığa çıxaracaq nur İslamdır. Allah-təala buyurur: Lakin biz onu bəndələrimizdən istədiyimizə haqq yolu göstərmək üçün bir nur etdik (əş-Şura,52).
Lakin bu nə vaxt olacaqdır. Yalnız Allah bunu bilir!
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: Çər. Sen. 06, 2006 10:00 pm İsmarış mətni:
Biz qəlbimiz və ruhumuzla sizinləyik
Bu AFR-dan olan şirkət direktoru, Man şirkətinin idarə heyətinin üzvü doktor Haynze Selencerin Səydiyyə Ərəbistanı iş adamları qarşısında etmiş olduğu açıq və aşkar etirafdır.
Mən sizi yalnız Man şirkəti adından deyil, Ərəb və ərəbliyə məhəbbət, sədaqət və hörmət hissi bəsləyən, xalqınıza dost olan alman xalqı adından salamlayıram. Siz uzaq bir ölkədən, parlaq günəş işığı ölkəsindən, bilik və qədim mədəniyyət öcağından, Allahın Quranı nazil etməklə şərəfləndirdiyi bir ölkədən gəlmişsiniz. Sizin müqəddəs ölkəniz ilahi səmavi dinlərin beşiyidir. Bura Allahın şəriətilə idarə edilir. Biz almanlar sizə dərin hörmət və ehtiram hissi ilə baxırıq.
Mən hamının qarşısında elan edirəm ki, biz almanlar qəlbimiz, ağlımız və ruhumuzla sizinləyik.
Pozğunluq və fitnə-fəsad dindən üz döndərdiyimiz gündən bizim sümüklərimizə belə işləmişdir. Budur, Avropa əxlaq uçurumuna yuvarlanır.
Siz Səudiyyə Ərəbistanı krallığında mənim və mənim kimiləriin çoxunun fikrincə şərəfə, dinə və Rəbbə aparan yolun dərkinə qayıdışda bütün dünyanın ümidisiniz. Mən qorxmuram, bunu ucadan deyirəm: Biz qəlbimiz, ağlımız və ruhumuzla sizinləyik! Nə təhdiddən, nə də hədə-qorxudan çəkinirik! Siz yaxşı bilirsiniz ki, biz sizə qarşı durduğumuz vaxt iradəmizi sizə qarşı yönəldən, bizim qüvvəmiz xaricində duran bir qüvvə var idi. Lakin hökumətlər hökumətləri hərəkətə gətirir.
Ərəblərin və müsəlmanların dostu Alman xalqı bu təzyiq və iddiaların təsiri altına düşmədən, qəlbində sizə məhəbbət və hörmət hissi daşıyır. Biz böyük hörmət və ehtiramla sizin bütün sahələrdə mübarizənizi dərin heyranlıqla iki şərafətli Həramın xidmətçisinin rəhbərliyi altında hökumətinizin yeritdiyi müdrik siyasəti izləyirik. Biz inanırıq ki, dünyaya ruhi rəhbərlik iki şərafətli Həramın yerləşdiyi Səudiyyə Ərəbistanı torpağından başlayır.Mən sizin ilahi Quranınızı böyük diqqət və heyranlıqla oxuyuram, sizə olan simpatiyamı hiss edirəm. Mən burada, şirkətdə tutduğum rəsmi mövqedən, (sizin aramızda olmağınızdan) məmnunlüq duyuram.Hiss edirəm ki, Allah bizimlədir.Allah sizi bizə yalnız maddi mənfəət almağımız üçün göndərməmişdir, tam səmimiyyətlə sizdən əxlaq və din baxımından da faydalanmağı arzulayıram.
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: C. Sen. 08, 2006 12:17 am İsmarış mətni:
Mən xristian idim
Bunlar əvvəllər xristian olub dərin düşüncələrdən və bir neçə il davam edən bir şəxsin etiraflarıdır:
Təqribən iyirmi il xristianlığa mənsub bir adam kimi yaşadım. Lakin bu həyatda tutduğum həqiqi mövqeyimi aydınlaşdırdıqda, keçdiyim həyat yoluna nəzər saldıqda İslamı qəbul etdim, tam rahatlıq hiss etdim, sözlə ifadə edə bilmədiyim bir həddə sakitlik tapmış oldum.Həqiqi sonluğa çatdım, istədiyim və həmişə arzusunda olduğum bir zirvəyə yüksəldim. Elə bil yolumun lap başlanğıcında məqsədim və qayəm İslam olmuşdur. Bütün bunlar İslamı qəbul etdikdən sonra bir neçə dəqiqə ərzində baş verdi. İtirdiyim miqdarını dərk edə bilmədim, ömrümün zülmət və dərin yuxu içində puç olduğunu başa düşdüm. Sübh açıldı, illüziyadan ayrılıb həqiqətə qovuşdum, nəfsimdə olan hər şeyin dəyişməyə, saflaşmağa və aydınlaşmağa başladığını hiss etdim.
Bu doğrudan da çox əcaib bir vəziyyət idi. Onu sözlə ifadə etmək olmur. Bu elə bir sınaq idi ki, onu yalnız onun şirinliyini dadanlar, həmin anlarda ani fikirlərilə buna qədərki anlardakı fikirləri arasında böyük həqiqi fərqi hiss edənlər başa düşə bilərdi.
Əgər desəm ki, şüursuz idim, birdən ağıla gəldim, şüurlu adam oldum, yaxud desəm ki, mən qaranlıq zülmət içində kor idim, birdən gözlərimə işıq gəldi, ətrafımda hər şeyi olduğu kimi gördüm, yaxud da ki, həyatımda keçən hər şey bir illüziya idi, yuxu idi, mən ayıldım
Bütün bunları deməklə mən vəziyyəti tam doğruluğu və həqiqiliyilə vəsf və ifadə etmiş olaram. Mən öz insanlığımı, varlığımı hiss etmiş oldum, özümə nəzər yetirdim.
Daha sonra yazır:
Doğrusu İslamı qəbul etməyim barədə bu son qərarımın nəfsimdə, şüurumda bir neçə dəqiqə ərzində belə dəyişikliklər doğura biləcəyini gözləmirdim. Başımda dolanan qorxu və həyəcan hissi yox oldu. Məndə hər cür ehtimallara qarşı durmaq üçün kifayət edən şücaət hissi meydana gəldi. Bütün yer qüvvələri gözüm qabağında puç oldu. Mən əmin idim ki, gördüyüm hər bir savab iş kainatın əzəmətli Xaliqinin məndən istədiyidir. Bundan sonra hansı qüvvə məni qorxuda bilərdi.
Bu sözlər uzun axtarışlardan sonra İslama qovuşan professor Vasif ər-Ra,uyə məxsusdur. Biz bu sözləri bütün xristianlara və başqalarına ünvalayırıq, onları ehtiras, təəssüb və kor-koranə təqliddən uzaq olub həqiqəti axtarmağa çağırırıq. Allah-təala buyurur: Kim İslamdan başqa bir din seçsə, bu istək qəbul olunmaz və o, axirətdə zərər çəkənlərdən biri olacaqdır (Ali-İmran,85).
Allah-təala buyurur: Ey kitab əhli! Siz göz görə-görə nə üçün Allahın ayələrini inkar edirsiniz (Ali-İmran,70).
Sübhanəhu təala buyurur: Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən Məryəm oğlu İsa Məsih Allahın elçisi, Məryəmdə yerləşdirdiyi sözü və Onun ruhudur. Allaha və peyğəmbərlərinə iman gətirin, Onun barəsində üçlük deməyin, ona son qoyun, bu sizə xeyirdir. Allah pak bir tanrıdır. Sübhanəhu O, övlada malik olmaqdan uzaqdır, göylərdə və yerdə olan hər şey Ona məxsusdur, Allahın hər şeyə vəkil olması kifayətdir! (ən-Nisa,171).
Haqqı bilmək istəyənlər üçün bu məzmunda ayələr çoxdur, Allah haqq və düzgünlük yoluna yönəldəndir!
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: C. Sen. 08, 2006 10:11 pm İsmarış mətni:
Millətimin nümayəndələri Məhəmmədin dinini qəbul edirlər
Bunlar tanınmış İrland yazıçısı Corc Bernard Şounun etiraflarıdır. Onun dedikləri dünyəvilər bunu istəsələr də, istəməsələr də az qala bizim dövrümüzdə həyata keçməkdədir, ya da ki, İnşAllah gələcəkdə baş verəcəkdir.
Bernard Şou yazır:
Mən həmişə Məhəmmədin dininə, onun həyatiliyinə görə böyük hörmət hissilə yanaşmışam. Mənə elə gəlir ki, o hər zaman və hər yerdə cazibəli ola bilən və həyatın ən müxtəlif sahələrində məişət üçün yararlı olan yeganə dindir. Orta əsrlər xristian ruhaniləri ya öz nadanlığı, ya da ki, təəssübkeşliyi üzündən İslamı ən tutqun boyalarla təsvir etmişlər.
O daha sonra yazır:
Mən Məhəmmədi dahi bir şəxsiyyət kimi öyrəndim, əmin oldum ki, o, Məsih İsayla düşmənçilikdən uzaqdır. Biz onu mütləq Bəşəriyyətin xilaskarı adlandırmalıyıq. Mən inanıram ki, onun kimi bir adam müasir dünyanın başında dursa, onda ən çox ehtiyacı olduğu sülh və səadət bərqərar etməklə onun bütün problemlərini uğurla həll edər. Mənim millətimin nümayəndələri olan avropalılar Məhəmmədin dinini qəbul edirlər, biz hətta deyə bilərik ki, Avropanın İslama keçidi başlanmışdır. İyirmi birinci əsr başa çatmamış Avrop a öz problemlərinin həlli üçün İslamdan kömək diləməyə başlayacaqdır.
Bernard Şou belə bir uzaqgörənliklə çıxış etdi. Görünür ki, bu uzaqgörənlik gerçəkləşməyə başlamışdır. Amerikanın Nyu- York tayms qəzeti yazır ki, İslam diqqəti cəlb edəcək dərəcədə yüksək sürətlə yayılmaqdadır Qəzet əlavə edib yazır ki, Nyu-York, Los- Anjelos, Çikaqo və Deytrot şəhərəlri İslam dininin böyük mərkəzləri olmuşdur.
Taym jurnalı Amerikalılar gündə beş dəfə Məkkəyə üz tuturlar adlı tədqiqat dərc etmişdir. Bu yazıda deyilir: Amerikada müsəlmanların səsi eşidilməkdədir, onlar keçmişdə olduğundan daha artıq öz sözlərini deyə bilirlər. Bu da sionist lobbisinin yüksək mövqeyə malik olduğu, iyirmi ildən artıq bir müddətdən bəri amerikalıların İslama geridə qalmış ibtidai dinlərdən biri kimi baxdıqları bir vaxtda baş verir. Lakin, ağlardan və qaralardan olan çoxsaylı mühacirlər İslamı qəbul etdikdən sonra amerikalıların İslam və müsəlmanlara baxışı da dəyişdi.
Allah-təala necə də doğru buyurur: Müşriklərin xoşuna gəlməsə də İslamın bütün başqa dinlərdən üstün olduğunu göstərmək üçün öz Peyğəmbərini doğru yolu göstərən (Quranla) və haqq din ilə göndərən Odur! (əs-Səff,9).
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: B. Sen. 10, 2006 3:00 am İsmarış mətni:
Peyğəmbərimiz Məhəmməd (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) haqqında etiraflar
On doqquzuncu əsrin tanınmış filosofarından olan Kar Layl yazır: Dinləməyə və qəbul edilməyə ən layiq sözlər Məhəmmədin (s.s) sözləridir. Çünki, yalnız onun dedikləri həqiqəti əks etdirirlər.
Vyana universitetinin dekanı professor Şepel 1927-ci ildə hüquqşünasların konfransında demişdir:
Bəşəriyyət Məhəmməd (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) kimi bir adamın ona mənsubiyyəti ilə fəxr edir. Belə ki, öz savadsızlığına baxmayaraq bir neçə on yüz illik qabaq elə bir şəriətlə gəlmişdir ki, biz avropalılar əgər min ildən sonra onun qiymətini dərk etsək çox xoşbəxt olarıq.
Biz bu deyimləri müsəlman olduqlarını iddia edib, lakin Allahın nazil etmədiyi və insanın icad etdiyi qanunlarla hökmlər verənlərə ünvanlayırıq.
Allah-təala məhz onlar barədə buyurur: (Ya Məhəmməd!) Sənə nazil edilən Quranla və səndən əvvəl nazil edilənlərə (Tövrata və İncilə) iman gətirdiklərini iddia edənləri görmürsənmi Onlar Tağutun hüzurunda mühakimə olunmaq istəyirlər. Halbuki onlara Şeytana inanmaları əmr olunmuşdu. Şeytansa onları haqq yolundan azdırmaq istəyir. Onlara: Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin! deyildiyi zaman, münafiqlərin səndən bütünlüklə üz döndərdiklərini görərsən (ən-nisa, 60-61).
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: B.e. Sen. 11, 2006 12:48 am İsmarış mətni:
Qadın azadlığı deyilən şey, onun nəticəsi, hər iki cinsin bərabərliyi və qarışması barədə etiraflar: Çağırışımın təhlükəsini başa düşdüm. Allah şükür olsun ki, bunun qarşısını aldı.
Bu etiraf Misirdə qadın azadlığı ideyası ilə çıxış edən Qasım Əminə məxsusdur.
Bunun mahiyyəti qadını Allaha qul olmaqdan xilas edib şeytana, nəfsə və pis işlərə qul olmağa çevirmək idi. Mərhum İbn əl-Qiyəm demişdir: Yarandıqları bəndəlikdən onlar qaçdılar. Amma nəfsə və şeytana qul oldular.
Qasım Əmin öz çağırışını elan etdikdən və xalq içində yaydıqdan sonra öz fikirlərindən əl çəkib çağırışlarından imtina edərək demişdir:
Bu ana qədər mən Misirliləri qadın azadlığı məsələsində avropalılardan nümunə götürməyə çağırırdım. Mən bu mənada mübaliğəyə yol verib hətta arada olan bu pərdəni götürməyə, qadınların bütün işlərdə, ziyafətlərdə və banketlərdə özləri ilə birlikdə iştirakını təmin etməyə çağırmışam. Lakin, mən yalnız iinsanların əxlaqında edilən təcrübələrə əsaslanıb bu çağırışın təhlükəsini dərk etdim.Mən Qahirədə və İsgəndəriyyədə çoxlu qadının hərəkətlərini izlədim ki, insanların onlara münasibətini öyrənim. Bu qadınlara münasibət necə ola bilər ki, onlar bayıra çılpaq çıxırlar! Mən kişilərin əxlaqının necə pozulduğuna şahid oldum. Təəssüflə Allaha dua etdim ki, mənim çağırışlarım puç olsun və camaat mənə qarşı çıxsın. Elə bir qadın və ya qız olmurdu ki, abırsız dillər ona sataşmasın. Sonra elə bir kişi dəstəsi görmədim ki, yoldan keçən qadına həm dillə, həm də əllə sataşmasınlar və i.a. Bütün bunları müəllif vəfatından iki əvvəl demişdi və bu etirafını ət-Tahir qəzetində 1906-cı ildə nəşr etdirmişdir.
Qadın azadlığı barədə iddialarla çıxış edənlər bu gün nə deyirlər Bu məsələ barədə danışılan hekayələr çox maraqlıdır. Deyirlər ki, İslam Tarixçisi Rəfiq əl-Əzm Qasım Əminə işində məğlubiyyətə uğradığını əməldə sübut etmək məqsədilə bir dəfə onun evinin qapısını döyür. Xidmətçi onu görəndə tezcə Qasım Əminə xəbər verir. Qonağı o özü qarşılşayır. Rəfiq əl-Əzm ona deyir:
-Bu dəfə sizin yoldaşınızın ziyarətinə gəlmişəm. Gəlmişəm ki, onunla bir sıra ictimai problemləri müzakirə edim.
Qasım Əmin onun tələbini rədd etdikdə Rəfiq əl-Əzm təəccüb içində soruşur:
- Necə olur başqalarını görməyə çağırdığın bir işi öz arvadına yasaq edirsən
Deməli sən milləti özünə rəva bilmədiyin bir işə çağırırsan
Qasım Əmin deyir:
- Həyat yoladaşım tərbiyəsini (deməli adətlərini də) valideynlərindən almışdır.
O mənim çağırışlarımı xoşlamır.
Rəfiq əl-Əzm gülə-gülə deyir:
- Hamımız beləyik! Yaxşısı budur! Qadının işkişafı heç də onun kişilərlə görüşməsi demək deyildir. Mən sənə sübut etmək istədim ki, sənin çağırışlarını nəinki camaat, hətta öz ailən belə rədd edir.
Biz bu gün qadın azadlığı iddiasında olanlara mərhum Rəfiq əl-Əzmin dediklərini deyirik: Məgər siz öz qadınlarınıza və qızlarınıza dünya qadınlarını əməl etməyə çağırdığınız bədəni və üzü açıqlığı, açıq-saçıqlığı, kişilərlə bir yerdə olmağı rəva bilərsinizmi! Düzünü deyin, əgər düz adamsınızsa
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: B.e. Sen. 11, 2006 10:46 pm İsmarış mətni:
Qarışmağa mane olun, qızların azadlığını məhdudlaşdırın
Bu etiraf ABŞ jurnalisti, dünyanın müxtəlif ölkələrini gəzib 250-dən artıq qəzet yazılar göndərən, milyonlarla adamın oxuduğu gündəlik rubrikaya malik Heylsian Snasperiyə məxsusdur. O, iyirmi ildən artıq bir müddət ərzində radioda, televiziyada və qəzetlərdə işləmiş, əlli beş yaşlı bu qadın dünyanın bütün ölkələrini gəzmişdir.
O, Qahirədə də bir neçə il yaşamış, cəmiyyətdə gənclərin və ailənin problemlərini öyrənmək məqsədilə məktəblərdə, universitetlərdə, gənclər düşərgələrində, ictimai təşkilatlarda, ana, uşaq və yeniyetmələrin problemlərini öyrənən mərkəzlərdə və habelə şəhərin müxtəlif məhəllələrində, bəzi ailələrdə olmuşdur. Bu səfərin sonunda aşağıdakı etiraflardan ibarət yazını qələmə alır:
Ərəb müsəlman cəmiyyəti mükəmməl və sağlamdır. Bu cəmiyyətin xarakterik cəhəti qızları və gəncləri ağlauyğun bir çərçivə daxilində məhdudlaşdırmaqdan ibarət adət və ənənələrinə sadiq olmaqdır. Bu cəmiyyət Avropa və Amerika cəmiyyətindən fərqlənir. Sizdə qadına aid edilən məhdudiyyətləri, ata-anaya hörməti vacib edən keçmiş nəsillərdən miras aldığınız bir əxlaq hakimdir. Bu əxlaq daha çox iş görür: Avropada və ABŞ-da cəmiyyət və ailəni dağıdan qərb nihilizminin (ifrat dərəcədə sərbəstliyin-tərc.) olmaması! Sizin cəmiyyətinizin qızlara tətbiq etdiyi məhdudiyyətlər xeyirlidir və onların mənafeyinə uyğundur. Buna görə də sizə adət-ənənələrinizə və əxlaqınıza sadiq qalmağı məsləhət görürəm. Qarışmağa (qadınlarla kişilərin bir-birinə qarışmasına-tərc.) mane olun, qızların azadlığını məhdudlaşdırın! Hicab dövrünə qayıdın! Bu sizə Avropa və Amerika ifrat sərbəstliyindən, nihilizmindən, pozğunluğundan və abırsızlığından daha xeyirlidir. Kişilərlə qızların ünsiyyətinə mane olun. Biz Amerikada bu bəladan çox əziyyət çəkirik. Amerika cəmiyyəti iflic və həyasız bir topluma çevrilmişdir. Qarışmanın qurbanları həbsxanaları, küçələri, barları və gizli görüş yerlərini doldurmuşlar. Bizim gənc qızlarımıza və oğlanlarımıza verdiyimiz azadlıq onları gənc quldur dəstələrinə, narkomanlara və qullara çevirmişdir.
Avropa və Amerika cəmiyyətindəki qarışma, nihilizm və azadlıq sabitliyini təhlükə altına almış, dəyərləri və əxlaqı titrətmişdir
Təcrıbəli bir qadına məxsus açıq-saçıq sözlər sonra yetdi. Biz bu deyimləri bütün İslam ölkələrində olan qarışma carçılarına və aldadılmış qızlarımıza ünvanlayırıq. Kaş başa düşən olaydı!
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: Çər. Sen. 13, 2006 12:52 am İsmarış mətni:
Mənzilində körpə olan sadə kəndli qadın millət və ölkə üçün minlərlə prokuror və ya vəkil qadından daha yaxşı və daha xeyirlidir
Bu etiraf Əzizə Abbas Əsfur adlı misirli professor qadına məxsusdur. O bunları Misir ədliyyə nazirinin yeniyetmələrin işləri üzrə təhqiqat idarələrinə bəzi hüquqşünas qadınları təyin etməsi əmrinə şərh olaraq yazmışdır: Ədliyyə nazirinin Hüquqşünas qadınları yeniyetmələrin işləri üzrə təhqiqat idarələrinə təyin etməsi qərarı qadın üçün bir xeyirli iş olarsa, mən Allaha dua edib qadınları təbrik edən ən birinci adam olaram. Lakin, mən hüquq fakultəsinin birinci dəstə məzunlarındanam, iyirmi ildən artıq vəkil işləmişəm, mən bu işin həm şirinliyini, həm də acılığını dadmışam. Mən açıq şəkildə bildirirəm ki, istər prokurorliq, istərsə də vəkillik olsun, qadının təbiətinə ziddir və onun mənafeyinə uyğun deyildir. Mən hələ bu acı və ağır təcrübəni keçməmiş yerdə qalan bütün savadlı qızlarımız üçün narahatlıq keçirtdiyimi bilidirirəm, onları bu cür həyatın yalnız gerçəklikdə yaşadıqdan, öz əllərilə öz səadət qəsrini yerlə yeksan edəndən sonra dərk etdikləri bir aqibətdən xilas olmağa çağırıram. Biz vəkillərin əsəbləri sənətimizin ağırlığından və həssaslığından, gerçəkliklə müharibələrimizdən və reallığdan uzaqlaşmağımızdan pozulmuşdur. Allaha and olsun, görəsən prokuror qadın öz təbiətinə tabe olub və həyatdakı vəzifəsini yerinə yetirərək ərə getsəydi, uşaqlar dünyaya gətirsəydi aqibəti necə olacaqdı! Ərini evdar, uşaqlara tərbiyəçi və körpələrə baxan səviyyəsinə endirib özü isə evdən xaricdədir, hər yeri gəzir, elə bil ki, gəzəyən kişidir, gecə yarısı, günün günorta çağı evdən çıxır. Ailəsindən aralı, işçilərin istirahət yerindən başqa bir mənzili olmayan bir şəhərə prokuror təyin edilən qadın nə etməlidir O, gecəni öz kişi həmkarları ilə birlikdə keçirməlidir Din, əxlaq və normal davranış qaydaları qadının fitnə-fəsad, ehtiras, səhvlər doğura bilən yerlərdən uzaq yaşamağını, onu aşkar təhlükəyə və qaçışlmaz zərərə məruz qoyan, adını adamların dilinə məzəmmət, söyüş və danlaq mövzusu kimi salan bu cür ünsiyyətdən çəkinməyini bir zərurət hesab edir.
Qadının həyatdakı vəzifəsinin öz əzəməti və qüdsiliyi vardır ki, ona verilən hüquqlar və bəxş edilən imtiyazlar nə qədər çox olsalar da, bu həyat vəzifəsinə tay ola bilməzlər.
Mənzilində körpə olan sadə kəndli qadın millət və ölkə üçün minlərlə prokuror və ya vəkil qadından daha yaxşı və daha xeyirlidir. Allahın hikməti belədir ki, qadın ana olmalıdır
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: Çər. Sen. 13, 2006 9:18 pm İsmarış mətni:
Avropa ailəsindən nümunə götürmə!
Ərəb jurnalından biri İslam incəsənəti mütəxəssisi Fransalı qadın Nadiya Oberye ilə görüş keçirmişdir. O demişdir: Mən müsəlman ərəb qadınının Avropalı qadınla müqayisədə öz evi daxilində daha çox hörmətə malik olduğunun, daha yüksək qiymətləndirildiyinin şahidi oldum. Mənim fikrimcə ərəb qadını və anası bizdən daha üstün bir xoşbəxt həyat yaşayır. Ola bilsin ki, ev işlərindən əlavə çoxlu işlərin ağırlığını da üzərinə daşıyan işləyən qadınlara münasibətdə bu məsələ fərqli şəkildədir.
O, müsəlman qadınlara üz tutaraq məsləhət verir: Avropa ailəsindən nümunə götürmə, çünki bu ailələr pis örnək olub nümunəvi olmağa yaramırlar.
Qadının evində oturması, öz ərinin, uşaqlarının qayğısına qalması onun uğurunun, səadətinin, ailədə sabitliyin və bütövlüyün əsas şərtidir. Xüsusilə İslam qadına yaxşı işlərdə ərə tabe olmağı, kişiyə isə qadına hörmət, qayğı və məhəbbətlə yanaşmağı əmr edir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) demişdir: Qadınlarla xeyirxah olmağı özünüzə borc bilin.
Qadının evdə oturması filosof və mütəfəkkirlərin göstərdiyi kimi həm də bütövlükdə millətin uğurluluğunun və üstünlüyünün əsas şərtlərindən biridir. Qadının bayıra çıxması, açıq gəzməsi və kişilərlə ünsiyyətdə olması millətlərin məhvinin və mədəniyyətlərin süqutunun səbəblərindən biridir. Roma mədəniyyəti buna misaldır.
On doqquzuncu əsrin ensiklopediyasında deyilir: Romalıların qadınları kişilər kimi əməklə bağlı idilər. Onlar evlərində işləyirdilər. Ərlər və atalarsa hərbi məcaralara qurşanmışdılar. Qadınlar ev işlərindən sonra toxuculuq və yun əyirməklə məşğul olurdular.
Sonra əyləncə və dəbdəbə həvəskarları peyda oldular və Romalı kişiləri öz qadınlarını evlərdən çıxarıb özlərilə içki və keyf məclislərinə gətirməyə çağırdılar.Qadınlar evdən ayrıldılar, elə bil ürək qabırğaları yarıb çıxdı. Kişi öz taleyinə bilərəkdən hökm oxuyaraq qadının əxlaqını pozdu, paklığını murdarladı, həyasını apardı. İş o yerə çatdı ki, qadınlar rəqs edilən yerlərə, mahnı oxunan yığıncaqlara da gəldilər. Cəmiyyətdə qadın hökmran oldu, siyasi xadimlərin vəzifələrə qoyulmasında və ya kənar edilməsində ilk söz qadınlara məxsus oldu. Roma dövlətinin bu vəziyyəti uzun sürmədi. Tezliklə dövlət dağıldı. Necə oldu, hardan gəldi bu dağıntı, bilən olmadı.
Mədəniyyətlər bu yolla məhv olmuş, süquta uğramışlar. Budur, qərb mədəniyyəti, aqillərin dediyi kimi, ölüm yatağında can verir.
Səbəb yalnız elə deyiləndir, başqası yox!
Görəsən bundan ibrət alırıqmı
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: C.a. Sen. 14, 2006 9:43 pm İsmarış mətni:
Moda evləri məni sadəcə olaraq hərəkət edən bir bütə çevirdilər
Məşhur maniken qız, iyirmi səkkiz yaşlı Fabian ətirləri, xəzləri və geyim dünyasını tərk edərək Əfqanıstan sərhəddinə köçüb qalan ömrünü müsəlman ailəsində keçirmək qərarına gəlir.
Fabian bunları etiraf edir:
Əgər Allahın kəramət və mərhəməti olmasaydı həyatım, insanın alçalıb bir heyvan səviyyəsinə endiyi dünyada keçərdi. Belə insanın bütün qayğısı öz istəyini , ehtirasını ödəməkdir. O, dəyərsiz və prinsipsiz bir varlıqdır.
Daha sonra o yazır:
Tutduğum yol çox asan idi, yaxud mənə belə gəlirdi Şöhrət ləzzətini dadan kimi heç yuxuma gəlməyən qiymətli hədiyyələr üstümə töküldü. Lakin bunun müqabilində verdiklərimin qiyməti daha çox idi. Hər şeydən əvvəl mən öz insanlığımdan özümü təcrid etməli idim, uğurun, şöhrətin şərti öz prinsiplərimdən və fikirlərimdən məhrum olmağım, içində böyüdüyüm həyatımdan imtina etməyim idi. Mən ağlımı itirməli idim, bədənin hərəkətlərindən və musiqi ritmindən başqa bir şey barədə fikirləşməməli idim. Mən həmçinin bütün ləzzətli yeməklərdən imtina etməli idim, kimyəvi vitaminlərlə, bədəni gücləndirən və fəallaşdıran həblərlə yaşamağa məhkum edilmişdim. Bütün bunlardan da qabaq mən öz insani hisslərimi itirməli idim: nə sevməli, nə nifrət etməli, nə də edilən təklifləri rədd etməli
Daha sonra bunları da eitraf edir:
Moda evləri məni sadəcə olaraq hərəkət edən bütə çevirdilər. Onun vəzifəsi qəlblər və ağıllarla əylənmək idi. Mən çox sərt və soyuq, daxilən boş, laikn məğrur görünməyi öyrəndim. Mən sadəcə olaraq paltar geyən çərçivədən başqa bir şey deyildim. Hərəkət edən, gülümsəyən, lakin şüuru olmayan donuq heykəl idim.
Bu vəziyyətdə yalnız mən deyildim. Maniken öz insanlığından və adamlığından daha çox təcrid olunduqda onun taleyi bu soyuq və sərt dünya ilə daha çox bağlanırdı. Əgər o , modelyerin göstərişlərinə qarşı çıxsaydı, onda özünü müxtəlif növ mənəvi və cismani cəzalara məruz qoymuş olardı.
Dünyəvi yeni modalar nümayiş etdirmək məqsədilə şeytanın istəyinə uyğun yarıçılpaq, qürur hissilə gəzir, qadının cazibədarlığını utanmadan, xəcalət çəkmədən və həya etmədən göstərirdim.
Fabian həyəcan içində deyir:
Mən çılpaq bədənimi örtmüş paltarların gözəlliyini yox, yalnız, şıltaqlıq və qəddarlığı duyur, eyni zamanda mənə dikilmiş alçaldıcı baxışları, şəxsiyyətimə qarşı təhqiramiz münasibəti, yalnız əynimdəki paltarıma olan hörməti hiss edə bilirdim.
Bütün bunları gənc fransız manikeni İslamı qəbul edərək o dözülməz cəhənnəmdən qaçıb canını qurtardıqdan sonra demişdir. Bunlar açıq-saçıq sözlərdir, heç bir şərhə ehtiyacı yoxdur
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: Ş. Sen. 16, 2006 10:02 pm İsmarış mətni:
Mən qadınam Qadınlığımla fəxr edirəm Mən qadınam
Bu etiraf Küveyt yazıçısı Leyla əl-Osmana məxsusdur. O yazır:
Mən bu gün etiraf edirəm ki, çox yerdə qadın azadlığı deyilən şeyin əleyhinəyəm. Bu azadlıq ona qadınlığının əvəzində verilir, kəramətinin hesabına verilir, evin, övladların hesabına verilir
Deyirəm: Mən bir çoxları kimi qadınla kişi arasında bərabərlik şüarını qaldırmaq yükünün ağırlığını üzərimə götürmürəm.. Bəli, mən qadınam!
Məgər bu (qadın azadlığı-tərc.) o deməkdir ki, qadın üçün cənnət olan evə əbədi bir dustaq, uşaqlara boyuna keçirilmiş bir ip, ərəsə onu qabaqlaya biləcəyimdən qorxaraq ayaqlarıma qandallar keçirən zalım bir həbsxana məmuru kimi baxmalıyam
Yox.. Mən qadınam, qadınlığımla fəxr edirəm Mən qadınam, Allahın mənə rəva bildiyi ilə fəxr edirəm.. Mən evin xanımıyam. Yalnız bundan sonra evdən kənarda işləmək olar.
Lakin, ya Rəbb, mən şəhadət verirəm: Əvvəla evim, sonra yenə də evim Daha sonra kənar aləm.
Hər bir işdə qadınla kişinin bərabərliyi şüarı həm şəriət, həm də ağıl baxımından qəbul edilməzdir. Şəriət baxımından Allah bir kişinin şahidliyini, iki qadının şahidliyinə bərabər tutur. Miras məsələsində də bir kişi cinsindən olanın payı, iki qadın cinsindən olanın payına bərabərdir. Qadın üçün verilən ödənc, kişi üçün verilənin yarısı qədərdir. Allah-təala əziz kitabında buyurur: Kişi cinsindən olan, qadın cinsindən olan kimi deyildir (Ali-İmran,36).
Ağıl baxımından da aydındır; qadın elə şeylərə məruz qalır ki, kişi bunlardan uzaqdır. Qadın hamilə olur, doğur, aybaşı olur, doğuşdan sonrakı təmizlənmə keçirir. Yalnız bunlar hər iki cins arasındakı bərabərliyin mümkün olmadığını demək üçün kifayətdir.
Müasir elm qadının əqli göstəricilərinin kişi ilə müqayisədə nöqsanlı olduğunu və ondan fərqləndiyini sübut edir.Son illərdə Kaliforniyada elmi-tədqiqat simpoziumları keçirilmiş, bunlarda təqribən 10 il ərzində aparılan araşdırmaların nəticələri iştirakçıların nəzərinə çatdırılmışdır. Bunların arasında doktor Eleanor Makkobinin son qırx ilin statistik məlumatları əsasında hazırladığı və kişi ilə qadın arasındakı əqli fərqlərə həsr edilmiş məruzəsi diiqəti cəlb edir. Eleanor Makkobinin gəldiyi ən maraqlı nəticələrdən biri də budur ki, kişilər qadınlarla müqayisədə, işdə daha çox məhsuldar və daha artıq yaradıcıdırlar. Hətta Humanitar elmlər sahəsində də bu belədir. Bu fərqlər həm də universitetlərə qəbul zamanı hər iki cinsdən olanlarla aparılan təcrübələrdə də özünü göstərmiş oldu. Beləki məlum oldu ki, gənc oğlanlar arasında zəkalı olanlar qızlarla müqayisədə daha çox olmuşlar.
Tədqiqatçılar bu fərqin səbəbini qadınların ağlının analitik təhlil qabiliyyətinin nisbətən aşağı səviyyədə olmasında görmüşlər. Eleanor Makkobi müstəqil düşünmək, başqasına əsaslanmağın dərəcəsi, müxtəlif problemlərin təhlili və fikri bir yerə toplamaq dərəcəsi baxımından əqli qabiliyyəti aşkar edən çoxsaylı təcrübələri apardıqdan sonra bu göstərilən nəticələri əldə etmişdir.
Doktor E. Makkobi yazır: Gənc qızlar ağlın itiliyi baxımından oğlanlardan fərqlənirlər. Onlar hərtərəfli və ümumi baxışa daha çox meyl edirlər, təhlil məsələsinə nisbətən az qabildirlər.
Bu məsələdə doktor Eleanor Makkobinin rəyinə şərik çıxan başqa bir tədqiqatçı da vardır. Bu tədqiqatçı Mariya Mandır. O yazır:
Qadınlar əqli çaşqınlığa məruz qalıb elə düşünürlər ki, qadınlıq onlar üçün səadətə zəmanət üçün bir nümunədir. Onlar oncə, zərif, şən, şirindil, cinsi cazibəli olmaq istəyirlər, yemək hazırlamaq, uşaqların tərbiyəsi və ərə kömək etmək sənətinə yiyələnmişlər
Bu iki qadının dedikləridir. Onlardan biri həkim, digərisə tədqiqatçı alimdir. Onların dedikləri qızlara ünvanlanmışddır. Bu qadınlar sübut edirlər ki, qadınlar ağlın təhlil qabiliyyəti baxımından kişilərlə müqayisədə geri qalırlar. Bu bir daha Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) dediyini təsdiq edir: Ağılda və dində bir nöqsan görsəniz, sizdən daha ağıllı olan kişinin ağlına əsaslanın (hədis).
Əlbəttə, biz müsəlmanlar Allahın və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) fikrindən sonra başqa bir kəsin fikrinə möhtac deyilik. Lakin bəzi əqli xəstə adamlar yalnız ayrı-ayrı şəxslərin dediklərini, bunlar hətta Allahın və Onun peyğəmbərinin kəlamına zidd olsa belə qəbul edirlər. Mən bu deyilənləri misal gətirdim ki, bir bəhanə yeri qalmasın. Allah daha ülvidir. O hər şeyi biləndir.
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: C.a. Sen. 21, 2006 1:20 am İsmarış mətni:
Qarımış qızların etirafları Diplomu yandırmaq barədə fikirləşirəm:
Bu günlərdə qarımış qızlar hadisəsi qorxunc bir kabus olub çoxsaylı, xüsusilə oxumaq və işləmək bəhanəsilə vaxtında ərə getməyən, işləyən və yaxud oxuyan qızların həyatını təhlükə altına almışdır. Nəticə onlar üçün çox acı oldu: ərə gedə bilmirlər. Onlardan biri deyir:
Gənc yaşlarımda idim. Ali təhsil arzusuyla yaşayırdım. Əlbəttə, mən gələcəkdə ana və arvad olmaq arzusunda olduğumu da gizlətmirəm. Lakin ali təhsil mənim üçün hər bir işdən əhəmiyyətli idi. Bu istək o qədər güclü idi ki, mən ərə getmək istəyimi belə gizlətməli olurdum.
Magistr dərəcəsi alana qədər belə qaldım.Təhsil yollarıyla səfər ağırlığı başa çatdı. Daxilimdəki boşluq daha da dərinləşdi. Həqiqətə göz açdım, dərin yuxudan oyandım. Ərə getmək istəyim daha da artdı.
Atam qapını elçilərin üzünə açdı. Hər dəfə qapıya gələn gənclər mənim və atamın irəli sürdüyümüz şərtlər, ölçülər və tələblət üzündən bizdən qaçırdılar. Doğrusunu deyim ki, atam məni çox istədiyindən sözümdən çıxmırdı, razı olmadığım bir işə məni məcbur etmirdi.
Ali məktəbi bitirdiyimdən altı il keçdi. Yaşım artıq otuzu ötmüşdü. Qoyduğumuz şərtlərə tamamilə cavab verən son elçi gənc gənc gəldikdən sonra ağır zərbəyə məruz qaldım. Bu dəfə şərtlər qoymaq haqqını oğlan özündə saxladı. Lakin yaşımı biləndə çantalarını yığışdırıb getdi. Gedəndə açıq və aydın şəkildə dedi: Az qala həyatda ümidini itirmək yaşına çatan bir qız nəyimə gərəkdir.
Bu sözləri eşidəndə acı bir məğlubiyyətə uğradığımı dərk etdim. Mən kütləvi infiormasiya vasitələrinin vaxtaşırı haqqında danışdıqları qarımış qızlıq vaxtına çatdığımı yəqin etdim.
Bu gün, vaxtilə öz arzular cəngavərinə, şərtlər və tələblər qoyan, arzularıyla yüksəkliklərdə cövlan edən bir qızın üzünə ölçülər deyilir. Bu məni hər hansı bir rəğbət hissindən məhrum etmiş, bütün diplomlarıma od vurub yandırmaq barədə dəfələrlə fikirləşməyə sövq etmişdir.
Öz böyük həyat təcrübəsinə əsaslanıb taleyimi müəyyənləşdirməkdə mənə kömək edə bilməyən sevimli atama da yazığım gəlirdi.
Bəli, təhsilim mənim şüur və mədəniyyət səviyyəmi artırdı, lakin hər dəfə biliyim dərinləşdikcə, mədəniyyətim yüksəldikcə ana və arvad olmaq istəyim də artırdı.
Çünki mən, əvvəl və axır qadınam.. Hər bir insan öz fitrətilə yaranmışdır.
Daha sonra o deyir: Mən bunları sizə yalnız ibrət almaq, dərs almaq üçün deyirəm. Bir daha deyirəm:
Bəli - həyata!
Bəli - ailəyə!
Yox - ərsiz qarıya!
Bütün bunlarla susmaq dövrünə soy qoydum. Görəsən arzularımın cəngavəri kimdir O kimdir ki, onunla birlikdə biz öz bəzi şərtlərimizdən əl çəkib həyat yolumuzu başa vuraq.
Bacınız L.Ə.S. Ciddə şəhəri.
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: C.a. Sen. 21, 2006 11:56 pm İsmarış mətni:
Götürün, diplomun əvəzinə mənə ər verin
Bu etiraf Səudiyyə Ərəbistanından olan otuz yaşına çatmıl, lakin ərə gedə bilməyən bir həkim qıza məxsusdur. O, göz yaşları içində deyir:
Götürün diplomumu, əvəzində mənə ər verin!
Daha sonra etitaf deib deyir:
Hər gün səhər saat yeddidə ayıldığım vaxt məni dəhşət bürüyür, göz yaşlarım sel kimi axır. Sürücünün arxasında oturub poliklinikama, yox, məzarıma doğru gedirəm, yaxud da həbsxana kamerama qayıdıram. Mənzil başına çatanda uşaqları ilə yolumu gözləyən qadınları görürəm. Onlar mənim ağ xalatıma elə baxırlar ki, elə bil o, zərif fars ipəyindən olan plaşdır. Bu başqalarının gözündə belədir. Mənim gözümdəsə o, matəm paltarıdır!
Etirafını davam etdirərək deyir:
Poliklinikaya girirəm. Xəstələrə qulaq asmaq üçün fonendoskopu götürüb boynumdan asıram. Elə bir dar ağacı kəndirini boğazıma keşirirəm, boynuma dolayıram. İndi artıq boğazıma doladığım kəndirə sanki üçüncü düyünü vururam. Gələcəyim üçün bədbinlik içində yaşayıram. Bir daha hıçqırtı içində deyir: Götürün diplomumu, götürün xalatımı, götürün kitablarımı, yalançı səadət rəmzi olan hər şeyi götürün! Mənə yalnız Ana sözünü eşitdirin
Həkim qız sonra deyir:
İstəryirdim məni həkim deyə çağırsınlar,
Dedilər, nə olsun, qoy desinlər,
Nəyə nail oldum bununla mən
Məndən nümunə götürən qızlara üz tutub bunları de sən:
Öz halına ağlayır bu gün həkim
Deyir: adamlar içində olsam da, təkəm,
İstəyi bir körpədir, bağrına bassın
Heç olarmı bunu pulla, sərvətlə alsın
İmza: S.A.Q. Ər Riyad.
Bu etirafı nəyin bahasına olursa-olsun, şöhrət əldə etmək istəyən gənclərə ünvanlayırıq. Bu nəticələr həmişə vaxt ötüb keçəndən sonra üzə çıxır.
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: B.e. Sen. 25, 2006 7:50 am İsmarış mətni:
Cəhənnəm əhlinin etirafları:
Kaş ki, Allaha, Peyğəmbərə itaət edəydik
Bu etirafları Qurani-kərim Cəhənnəm odunda yanan adamların dilindən verir. Bu, Qiyamət günü baş verəcəkdir: Elə bir gün ki, zalimlərə üzrxahlıqları heç bir fayda verməyəcəkdir. O gün onları lənət və axirət yurdunun pis əzabı gözləyir (Fafir və ya əl-Mu,min,52).
Bu, Cəhənnəm əhlinin çox saylı etiraflarından biri olub onların qəbrdən çıxdıqları gündən başlayır və ölənəcən davam edir. Onlar Cənnətlə Cəhənnəm arasında dururlar. Bu zaman çağırırlar:
Ey Cənnət əhli, ölüm yox, dirilik! Ey Cəhənnəm əhli ölüm yox, dirilik!
Şeypur ikinci dəfə çalındıqdan sonra hamı qəbrlərdən qalxır, şiddətli bir qorxu içində nəzərlərini yerə dikərək uyduqları vəhmdən əzab çəkə-çəkə sürətlə addımlayırlar. Onlar deyəcəklər: - Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı (Yasin,52). Sonra təəccüb hissi onları tərk edir və deyirlər: Bu, Rəhmanın məxluqata buyurduğu vəddir. Peyğəmbərlər doğru deyirlərmiş! (Yasin,52). Bu zaman kafirlər təəssüf və peşmançılıqla əllərini çeynəyə-çeynəyə deyəcəklər: O gün zalim əllərini çeynəyib deyəcəklər: - Kaş ki, mən Peyğəmbər vasitəsilə doğru bir yol tutsaydım (əl-Furqan,27).
Belə adam şər və yol azmış adamlarla dostluq etdiyinə görə peşman olub deyəcəkdir: Vay halıma, kaş filankəsi özümə dost etməyəydim; mənə Quran çatandan sonra onu zikr etməkdən məni sapdıran da o idi. Şeytan insanı rüsvay edər. (əl-Furqan,28-29).
Bu halda kafirlər öz Rəbbinə və Xaliqinə üz tutub deyərlər: Ya Rəbb! Sən bizi iki dəfə öldürüb iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik. İndi bir çıxış yolu varmı (əl-Muminun,11).
Lakin heyhat Dünyada idilər, imana dəvət edilirdilər, amma bunu rədd edirdilər. Sonra Allah Sübhanəhu təala son hökm vermək üçün enir. Onun hökmü vəhşi heyvanları belə əhatə edir, tüksüz qoçla tüklü qoçun fərqi belə Onun hökmündən kənarda qalmır. Bu, Allahın hökmünün nə qədər ədalətli olduğunu göstərir.
Allah heyvanlara: Torpaq olun! deyə əmr edir. Onlar torpağa çevrilirlər. Bunu görən kafir: Kaş torpaq olaydım! - deyəcəkdir (ən-Nəbə,40).
Bundan sonra Allah bəndələr arasında hökm verir. Hər adama onun əməl dəftəri təqdim edilir. Kafirlər dəftərləri sol çiyinləri üzərindən arxa tərəfdən alırlar. Onlar dəftərlərə baxdıqda deyərlər: Vay halımıza! Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günahlarımızı nəzərdən qaçırmadan hamısını sayıb qeydə almışdır. Onlar dünyada etdikləri bütün əməllərini öz qarşılarında hazır görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (əl-Kəhf,49).
Bu zaman qəlbi ağrı içində sıxılan kafir deyəcək: Kaş əməl dəftərim mənə verilməyəydi! Hesabımın da nə olduğunu bilməyəydim! Mal-dövlətim mənə heç bir fayda vermədi. Mülküm, səltənətim də məhv olub getdi! (əl-Haqqə,25-29).
Allah-təala mələklərə əmr edib deyir: Onu tutub qandallayın! Sonra da Cəhənnəmə atın! Daha sonra onu yetmiş arşın uzunluqla zəncirlə bağlayın! (əl-Haqqə,30-32).
Kafirlərin qollarına və boyunlarına qandallar geydirilir, ayaqlarına zəncirlər vurulur, üzü üstə oda süründürülür O üzlər ki, dünya evində Allaha səcdə etməyi rədd etdilər. Onların üzləri odun içində o tərəfə, bu tərəfə çevriləcək, özlərisə ağrının şiddətinə dözməyib çığıracaqlar: Kaş Allaha itaət edəydik! Kaş Peyğəmbərə itaət edəydik!(əl-Əhzab, 66). Sonra xatırlayacaqlar ki, cəhənnəmə məhkum olunmaqlarının səbəbi yol azmış ağalara və millət rəhbərlərinə uymaqları olmuşdur: Pərvərdigarə! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar. Pərvərdigarə! Onlara ikiqat əzab ver, onları böyük bir lənətə düçar et! (əl-Əhzab,67-68).
Bundan sonra kafirlər dəstə-dəstə Cəhənnəm oduna atılır: Hər dəfə Cəhənnəmə bir kafir dəstəsi atıldıqda gözətçilər onlardan soruşurlar: - Məgər sizi xəbərdar edən bir peyğəmbər gəlmədimi (əl-Mülk,8).
Onlar etiraf edib belə cavab verəcəklər: Bəli, bizi xəbərdar edən peyğəmbər gəlmişdi. Lakin biz onu təkzib etdik və dedik: - Allah heç bir şey nazil etməmişdir. Siz sadəcə olaraq çox azmışsınız! (əl-Mülk,9).
Peşman olan kafirlər deyəcəklər: Əgər biz (peyğəmbərlərə) qulaq asıb ağlımızı başımıza yığsaydıq Cəhənnəm əhli içində olmazdıq! (əl-Mülk,10). Beləliklə onlar: Öz günahlarını etiraf edəcəklər. Məhv olsun Cəhənnəm əhli! (əl-Mülk,11). Öz Rəbbini çağırıb deyirlər: Ya Rəbb! Bizi buradan çıxart ki, yaxşı əməllər edək. Daha dünyada etdiyimiz əməlləri yox! (Fatir,37).
Bütün bu həyəcanlara, ağrı-acılara, qəm-kədərə və əzablara rəğmən onlarda cəhənnəm odundan nicat tapacaqları və buradan çıxacaqlarına bəslədikləri ümid şöləsi qalmaqdadır və onlar Rəbbi Həzin və zəif bir səslə çağırıb deyəcəklər: Ya Rəbb! Bədbəxt taleyimiz bizə qalib gəldi və biz haqq yolundan azan bir camaat olduq; Ya Rəbb! Bizi buradan çıxart! Əgər yenə də (pis əməllərə) qayıtsaq özümüzə zülm etmiş olarıq (əl-Muminun,106-107).
Bir qədər keçəndən sonra Allah onlara belə cavab verir: Orada zəif və məyus bir halda qalın və Mənə bir söz deməyin! (əl-Muminun,108). Bundan sonra onların ümidləri üzülür, öz cəzalarını çəkərək törətdikləri əməllərə görə əbədi Cəhənnəm odunda qalırlar: Beləcə də qiyamətdə Allah onlara əməllərinin yalnız peşmanlıqdan ibarət olduğunu göstərir və onlar Cəhənnəm odundan çıxa bilməzlər (əl-Bəqərə,167).
Bunlar Cəhənnəm əhlinin bəzi etiraflarıdır. Qurani-kərimdə bu cür etiraflar qeyd etdiklərimizdən qat-qat çoxdur. Allah Özü kömək olsun!
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: C.a. Sen. 28, 2006 12:02 am İsmarış mətni:
AYRI-AYRI ETİRAFLAR İslam birliyi ən böyük təhlükədir
Son vaxtlar Britaniya müstəmləkələr naziri Ramsey Conun baş nazirə ünvanladığı yazılı sənəd üzə çıxmışdı. Bu yazıda deyilir:
Müharibə bizə sübut etdi ki, İslam birliyi İmperiyanın qorunması və döyüşməli olduğu ən böyük təhlükədir. Bu təkcə İngiltərənin vəzifəsi deyildir, bu həm Fransaya da aiddir. Bizi sevindirən də budur ki, İslam xilafəti artıq məhv olmuşdur. O getdi, arzumuz budur ki, bir daha qayıtmasın. Bizim siyasətimiz həmişəlik və həmişə İslam birliyinə və İslam həmrəyliyinə qarşı yönəlir və yönələcəkdir. Bu siyəsət bu cür də qalmalıdır
Biz Sudanda Nigeriyada, Misirdə və başqa İslam dövlətlərində məhəlli millətçiliyi qüvvətləndirdik və bu işdə yanılmadıq. Bu, İslam birliyindən və ya İslam həmrəyliyindən daha az təhlükəlidir. Ərəb birliyinin İslam birliyinin yaranması üçün hazırlıq mərhələsi olması xüsusilə təhlükəlidir. Bu növ təhlükədən qorunmaq zəruridir ki, müstəmləkəçilik İslamın qayıdışı ilə üzləşməsin. Bu planın qəbul edilməsi zəruridir.
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: Ş. Sen. 30, 2006 8:32 pm İsmarış mətni:
Namaz və orucluq haqqında:
Filosof Renan deyir:
Mən hər dəfə namazda səf-səf düzülmüş müsəlmanları görəndə müsəlman olmamağıma təəssüflənirəm.
Almaniyada bir neçə xəstəni müayinə etmək üçün tibbi konsilium toplandı.Xəstələr arasında bir müsəlman da var idi. O ya heç namaz qılmırdı, ya da ki, namazı lazım olduğu qədər qılmırdı. Həkimlərdən biri belə bir fikir irəli sürdü, başqaları da bununla razılaşdılar. Biz beldə disk adlandırılan qığırdaq sürüşməsi xəstəliyini müalicə edirik. Müsəlmanlar bu xəstəliyə çox az tutulurlar. Çünki onların gündə beş dəfə qıldıqları namaz ən yaxşı idman məşqidir ki, disk xəstəliyinin meydana gəlməsinə mane olur.
Pakistanda bir kəndə gələn İsveç alimini müsəlmanların imanı və səbri heyran qoydu. O, müsəlmanların müəyyən edilmiş vaxt ərzində yemək və içməkdən imtina etmələrinin, yalnız müəyyən vaxtda yeyib içdiklərinin şahidi olur. Həm də bu halda heç kəs onlara nəzarət etmirdi. Bu alim deyir: Doğrudan da bu dinin təlimləri bəşər övladının məhsulu deyildir. Bu, Allahdan nazil olmuşdur. Möminlər inanır ki, O onları görür, onlar Onu görməsələr də.
Məşhur fransız həkimi deyir: İslam əgər yalnız oruc tutmaqdan və spirtli içkilər içməyi haram bilməkdən ibarət olsaydı belə, yalnız buna görə də bu dinə iman gətirməyə dəyərdi! Beləki, bu qadağanın təsirilə mədə, qara ciyər və bədənin digər üzvləri öldürücü müsibətlərdən qorunur.
AFR-də psixiatr həkimlərin həmkarlar birliyinin sədri deyir: Müsəlmanları namaza çağıran əzanın sözləri əsəb xəstəliyinə tutulmuş xəstənin qəlbinə sakitlik gətirir, hətta əgər o bu sözlərin mənasını bilmirsə.
Daha sonra o deyir: Əzan həzin, özünə inamı itirmiş, həyata nifrət edən və uğursuzluq qorxusuna məruz qalan xəstələrin qəlbinə nur və iman hissləri səpir.
Xüsusilə qeyd edilməlidir ki, Qərbi Almaniya psixiatr həkimlər birliyinin rəhbəri əvvəllər əzan sədalarını, bunun ərəb dilində deyilən İslami çağırış olduğunu bilmədən öz işində tətbiq edirdi.
Məlumdur ki, əzan sədasını eşidən qaz buraxa-buraxa qorxub qaçır. Bu barədə Allah Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) xəbər verir.
Bununla yanaşı bu gün elə müsəlmanlar vardır ki, əzan sədası onları narahat edir.
İddia edirlər ki, guya əzan onlarda narahatçılığa səbəb olur. Allaha and olsun ki, bu adamlar üçün şeytan zurnaları çalınsaydı, onlar sevinc və şadlığa qərq olardılar.
Allah vahid olaraq zikr edildiyi zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolar. Allahdan başqaları (bütlər, tanrılar) yad edildiyi zamansa onları sevinc bürüyər (əz-Zumər,45).
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.