MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Birləşmiş Ərəb Əmirlikləri

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İslam aləminə səyahət
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: B.e. Avq. 21, 2006 8:02 pm    İsmarış mətni: Birləşmiş Ərəb Əmirlikləri Sitatla cavab ver

Birləşmiş Ərəb Əmirlikləri.

Adminstrativ bölünüşü: BƏƏ 7 əmirlikdən ibarətdir: Əbu Dabi, Dubay, Şarja, Acman, Ümm-əl-Küveyn, Ras-əl-Xeyma və Əl-Fuceyra.
Dövlət quruculuğu: BƏƏ Ali Məclisinə 7 əmirliyin idarəediciləri daxildir. Prezident Əbu Dabi əmiri, viste-prezident isə Dubay əmiridir. Ümumilikdə isə hər bir əmirlik müəyyən bir sfera üzrə məsuliyyətlidir, məs., təhsil, xarici siyasət, təhlükəsizlik və s.
Ərazisi: 77 830 - 83 600 kv.kilometr.
Əhalisi: 2 milyon nəfər.
Milli tərkibi: Böyük əksəriyyət olaraq, ərəblər.
Din: İslam
Dil: Ərəb dili.

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: B.e. Avq. 21, 2006 8:35 pm    İsmarış mətni: Sitatla cavab ver

Əbu-Dabi.

Əbu Dabi qədim tarixə malik olan bir əmirlikdir. Məhz bu xüsusiyyətinə görə də müasir turzm mərkəzlərinin içində ən gözəgəlimlilərindən hesab olunur.
İdel düzgün formalı magistral yollar hörümçək toruna bənzər qanunauyğunluqla həyata keçirilmişdir.
İstər yerliləri, istər isə tursitləri heyan edən ən gözəl tikililər sahil xəttindəki Şeyx Xəlif, Şeyx Həmədan, Şeyx Zayed küçələrində yerləşir.
Əbu Dabi də digər əmirliklər kimi öz müsəlman dəsti-xətti ilə seçilir. Hər küçəni bəzəyən, insanları 5 vaxt namaza səsləyən minarələri ilə irili-kiçikli məscidlər ƏbuDabiyə xüsusi şərq havası verir.
Bura həmçinin öz yaşıl örtüyü ilə də seçilən əmirlikdir.
Əbu Dabidə həmçinin 20 iri ictimai park və bağlar var ki, harda təbiətin qoynunda istirahət etmək insana xüsusi zövq verir.











_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ç.a. Avq. 22, 2006 10:38 pm    İsmarış mətni: Sitatla cavab ver

Dubay.

Ərazisinin böyüklüyünə görə Dubay əmirliklər arasında Əbu-Dabidən sonra ikinci yeri tutur. Bu əmirlik həmçinin ticarət sahəsində də bütün İran körfəzindəki ölkələrin öndə gedəni, "ürəy"i hesab olunur.
Dubay həmçinin gözəl istirahət etmək istəyənlərin sevimli məkanı hesab olunur. Dünyanın ən böyük qolf-klubu, at üstündə idman, paraşütdən tullanma, oxçuluq, sualtı və suüstü idman növləri ilə maraqlananlar da Dubayda öz maraqlarına cava tapa bilərlər. Bir sözlə bura su və quruda idmanın nəbzini tutur.
Dubay həmçinin özünün çoxsaylı mehmanxanaları, otel və motelləri, restoran və kafeləri ilə fəxr edə bilər.
Dubayda aktiv yox, passiv istirahətə üstünlük verənlər üçün çoxlu parklar da mövcuddur. Əl-Səfa, Əl-Müşrif, Cumeyra-Biç bunlardan yalnız bir neçəsidir. İstər yerli, istər gəlmə turistlərin ən sevimli parkı isə şübhəsiz ki, Krik-Park hesab olunur.
Belə demək mümkündürsə, Dubay özündə həm Şərqi, həm də Qərbi birləşdirmişdir.










_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Çər. Avq. 23, 2006 9:49 pm    İsmarış mətni: Sitatla cavab ver

Şarja.

Bu əmirlik Dubayla qonşuluqda yerləşir və ilk baxışda bənzərliklərinə görə sərhəddi necə keçdiyinizi demək olar ki, anlamaq mümkün deyil. Şarj 7 əmirliyin tam ortasında, mərkəzinə yerləşir.
Əsas gəlir neft və qaz biznesindən əldə olunur. Hımçinin burada sement istehsalı ilə də məşğul olurlar.
Şarjın ən görməli yerlərinin başında şübhəsiz ki, böyüklüyünə görə bütün Birləşmiş Əmirliklərdəki məscidlərdən fərqlənən Şah Feysal Məscdidir (King Faisal Mosque), harda ki, 3000 yaxın müsəlman ibadət edə bilər.
Həmçinin arxeoloji muzey, qızıl bazarı da "həm ziyarət, həm ticarət" deyən yerli və gəlmə turistlərin istəklərini reallaşdırmaq imkanındadır.
Yüksəkliyinə görə Cenevrə və Ciddədən sonra üçüncü yeri tutan fontan da məhz Şarjda yerləşir.
Həmçinin sualtı üzgüçülüklə məşğul olmağı sevənlər də bu əmirliyə üz tuta bilərlər.
Şarjı da "Torqovıy" küçəsi var. 2 kilometr uzunluğu olan bu Əl-Vaxda küçəsində ticarət daima qaynayır. Burda qədim xalça, qızıl mağazalarından əlavə ən müasir dəbli butikləri də görmək normaldır.
Şarjın maraqlı məkanlarını yazmaqla bitirmək olmaz, yaxşı olar ki, "gələrsən, görərsən" prinsipinə əsaslanasınız.









_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ş. Avq. 26, 2006 9:46 pm    İsmarış mətni: Sitatla cavab ver

Acman.

Acman Ərəb Əmirliklərinin ərazisinə görə ən kiçiyidir, Dubay hava limanından 30 dəqiqəlik məsafədə yerləşir. Diər əmirliklər kimi əsas gəliri neft ixracatından və istehsalından gəlməsə də, bu kiçik əmirlik də öz məziyyətlərinə görə turistlərin sevimlik məkanlarından hesab olunur. Acman "Y" formasında olan körfəz sahilində yerləşir.
Nə vaxtlarsa bu əmirlik mirvari istehsalı mərkəzi kimi tanınardı. İndi isə mirvari istehsalı Acmanın əsas gəlir mənbəyi olmasa da, bütün ölkədə məşhur olan "dou" ərəb gəmiləri məhz burada hazırlanır. Yüngül lakin olduqca möhkəm olan bu gəmilər 90-cı illərdən etibarən istər yerli balıqçıların, istərsə də gəlmə turistlərin dəniz səyahətləri zamanı ən yaxşı köməkçisi hesab olunur.
Acmanın tairix məkanları arasında kvadratvari formaya malik olan qala və Milli Tarixi muzey və Şeyxin sarayı xüsusi əhəmiyyət kəsb edir.
Acman həmçinin mineral su yataqları ilə də məşhurdur, əmirliyin bütün içməli su ehtiyacı bu yataqlardan təmin olunur.
Acmanın təiət gözəllikləri qələbəlikdən qaçıb sakitlikdə istirahət etməm istəyənlərin ürəyini oşayır. Ekzotika sevənlər isə səhrada təşkil olunan dəvə yarışlarında iştirak edə bilərlər.











_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: B. Avq. 27, 2006 9:25 pm    İsmarış mətni: Sitatla cavab ver

Ümm əl-Küveyn.

Ümm əl-Küveyn demək olar ki, bütün əmirliklər içərisində ərazisinin ölçüsünə görə ən kiçiklərindən biridir, bununla belə turistlərin sevimli məkanlarından biridir. Ümm əl-Küveyn o qədər kompakt quruluşa malikdir ki, bütün əmirliyi piyada səyahət etmək mümkündür. Şəhərdə fort, keşikçi qalalar və 19-cu əsrdə inşa edilmiş məscid görməli tarixi məkanlardan hesab olunur.
Kiçik, sakit şəhərciyi olan Ümm əl-Küveyndə balıqçılıq xüsusi inkişaf etmişdir. Gün cıxan və gün batan zamanlarda "dou" gəmilərinin sahildən uzaqlaşır, sonra isə geri qayıdırlar. Bu olduqca xoşaələn mənzərələrdən biridir. Əmirlikdə Balıqçılıq Mərkəzi və dəniz məmulatları istehsal edən məntəqələr mövcuddur.
Əyləncə mərkəzləri arasında akva-park "Dreamland" istər yerli istərsə də gəlmə turist ailələrinin sevimli məkanlarındandır.







_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Çər. Avq. 30, 2006 10:08 pm    İsmarış mətni: Sitatla cavab ver

Səhrada buz meydançası.

Dubay ticarət mərkəzi olan Emireyts Mollda hazırlanmış buz meydançasında yerli ərəblər və gəlmə turistlər buz üstündə sürüşür, qartopu oynayırlar. Onu da qyed etmək gərəkdir ki, bu olduqca bahalı əyləncə növüdür.





_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 908

İsmarışGöndərilib: Ş. Sen. 16, 2006 9:30 pm    İsmarış mətni: Sitatla cavab ver

Salam aleykum.
Deyilenlere gore bu Guranin yerinde evveller butperestlerin sitayish etdiyi boyuk bir but dururmush. Onu dagidib yerine Guranin boyuk formasini insha edibler:

Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ç.a. Okt. 31, 2006 10:53 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

AsSalamu alaikum.

Ərəb Əmirliklərində Bayram Namazı.






_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Secim



Daxil ol: C.a. Noy. 09, 2006 15:20
İsmarışlar: 6
Şəhər/ölkə: Azerbaycan/Baki

İsmarışGöndərilib: C. Noy. 10, 2006 6:41 pm    İsmarış mətni: Sitatla cavab ver

Butun muselmanlari salamlayiram.Allahin salami uzerinize olsun.Belke azerbaycanida bura elave edesiniz.Cox gozel olardi.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər AIM ünvanı Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: C. Noy. 10, 2006 6:47 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

Va alaikum asSalam, Secim. Allah razı olsun, təklifinizə görə..Amin!
İnşaAllah, Azərbaycan haqqında da mövzu olacaq. Hələlik materiallar və şəkillər yığıram, inşaAllah yaxın vaxtlarda məscidlərimizi, şəhərlərimizi və tarixi abidələrimizi tanıtdıran rənagərng və geniş bir mövzu açılacaq.
AsSalamu alaikum va RahmatuLlah.

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İslam aləminə səyahət Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.