MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Səcdə ayələri

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> QUR'AN
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: B.e. Avq. 14, 2006 10:52 pm    İsmarış mətni: Səcdə ayələri Sitatla cavab ver

Səcdə ayələri


1.
Rəbbinin yanında olanlar (Allaha yaxın olan mələklər) Ona ibadət etməyi özlərinə ar bilməzlər. Onu pak, müqəddəs tutub şə'ninə tə'riflər deyər və ancaq Ona səcdəyə qapanarlar! (əl-Ə'raf, 206)

2. Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər! (Yer üzündəki mö'minlər sidqi-ürəkdən istəməyərək, lakin dünyada müəyyən bir mənfəət əldə etmək xatirinə və ya kiminsə, nəyinsə qorxusundan Allaha səcdə edərlər!) (ər-Rə'd , 15)

3.
Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər! (ən-Nəhl, 49)

4. (Ya Muhəmməd, müşriklərə) de: “İstər (Qur'ana) inanın, istərsə də inanmayın. Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr (özlərinə Tövrat və İncil verilmiş kitab əhli) yanlarında (Qur'an) oxunduğu zaman üzü üstə səcdəyə qapanar, (əl-İsra, 107)

5.
Bunlar Adəmi və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yə'qubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın ne'mət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar. [İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun gəmisində olanlardan birinin), İsmail, İshaq, Yə'qub İbrahimin nəslindən, Musa, Harun, Zəkəriyya və İsa isə Yə'qubun nəslindən olan peyğəmbərlərdəndir]. (Məryəm, 58)

6. İnsanların içində (Əbu Cəhl kimi) eləsi də vardır ki, heç bir şey bilmədən, haqq yolu göstərən heç bir rəhbəri (yaxud tutarlı dəlili) və nurani (səmadan endirilib hökmünü açıq bildirən) kitabı olmadan Allah barəsində mübahisə edər. (əl-Həcc, 8)

7. Onlara (müşriklərə): “Rəhmana (rəhmli olan Allaha) səcdə edin!” –deyildiyi zaman, onlar: “Rəhman nədir? Bizə əmr etdiyin şeyə səcdəmi edəcəyik?” –deyə cavab verərlər. Bu (səcdə əmri) onların (imana olan) nifrətini daha da artırar. (əl-Furqan, 60)

8. Göylərdə və yerdə pünhan olanı (yağışı, bitkiləri) aşkara çıxardan, onların gizlində və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə (Şeytan belə etmişdir). (ən-Nəml, 25)

9. Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər.(əs-Səcdə, 15)

10. (Bu sözləri eşidən Davud o biri iddiaçı ağzını açmağa macal tapmamış) dedi: “O sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, sənə zülm etmişdir. Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib yaxşı işlər görənlərdən savayı! Onlar da (təəsüf ki) çox azdırlar!” (İddiaçılar bir-birinə baxıb güldükdən, yaxud çıxıb getdikdən sonra) Davud (bu işdən şübhəyə düşərək) Bizim onu imtahana çəkdiyimizi güman etdi. O dərhal Rəbbindən öz bağışlanmasını dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq tövbə etdi. (Sad, 24)

11. Gecə və gündüz, günəş və ay Onun (vəhdaniyyətinə, qüdrət və əzəmətinə dəlalət edən) əlamətlərindəndir. Günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin! Əgər Ona ibadət edirsinizsə (heç bir şərik qoşmadan ibadət edin)! (Fussilət, 37)

12. (Ey insanlar!) Gəlin Allaha səcdə edin, (Allaha) ibadət edin! (Ondan başqasına itaət etməyin!) (ən-Nəcm, 62)

13. Özlərinə Qur'an oxunduqda səcdə etmirlər? (əl-İnşiqaq, 21)

14. Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş! (əl-Ələq, 19)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ç.a. Mar. 27, 2007 4:01 pm    İsmarış mətni: Sitatla cavab ver

Tilavət səcdəsi.

Tilavət səcdəsi Quran oxuyarkən (Ərəb dilində) səcdə edilməsi əmr edilmiş ayəni oxuduqdan sonra səcdə etməyə deyilir. Bu ibadətin Şəriət baxımından hökmü istər namaz daxilində, istərsə də sadəcə Quran oxuyarkən sünnədir, vacib deyil. Buna dəlil Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) Ömərdən və Zeyd ibn Tabitdən (Allah onlardan razı olsun) rəvayət edilmiş hədisləridir.
Yanlış fikirlərdən biri də Quran oxunularkən başın hökmən bağlı olmasına dairdir. Əsl həqiqətdə isə bu barədə heç bir dəlil gəlmədiyindən, Quran oxuyarkən belə etmək vacib deyildir.
Şeyx Useymin (Allah ona rəhmət eləsin) :” Tilavət səcdəsi Quran oxuyarkən edilməlidir. Bu səcdə istənilən vəziyyətdə Quran oxuyarkən edilə bilər, hətta açıq başla və s. olsa da, çünki burdakı qayda (hicab geymək) namazdakı qayda ilə eyni deyil.”
Fataawa al-Jaami’ah li’l-mar’ah al-Muslimah, 1/249.

Eyni zamanda qeyd etmək lazımıdr ki, Quran oxuyarkən dəstəmazlı olmaq fərz yox, müstəhəb (əlavə savab gətirən) əməldir. Bu anoloj olaraq, tilavət səcdəsinə də aiddir. Yəni bunu tmək üçün dəstəmazlı olmaq gərək deyil.
Heyzli qadın əzbərdən Quran oxuyursa (yəni kitaba toxunmadan), yaxud da Qurana qulaq asırsa və bu zaman Tilavət səcdəsi əmr olunan ayəyəyə gəlib çatırsa, heyzli olmasına baxmayaraq, o da tilavət səcdəsi edə bilər.
Tlavət səcdəsi bir səcdədən ibarətdir. Əgər müsəlman namaz zamanı Quran oxuyarkən səcdə ayəsinə gəlib çatırsa, təkbir (Allahu Akbar) deyərək tilavət səcdəsi edir və daha sonra yenə təkbir gətirərək qalxıb namazı qaldığı yerdən davam etdirir.
Əgər tilavət səcdəsi namaz vaxtı yox, müsəlman Quran oxuyarkən (Qurana qulaq asarkən) edilməlidirsə, bu zaman təkbir gətirmədən sadəcə səcdəyə getmək kifayətdir.
Tilavət səcdəsində aşağıdakı zikrləri etmək Sünnədəndir:
1. Səcədə vəchiyə lilləzi xaləqahu, və şəqqa səm`ahu, və bəsarahu bihəulihi və quvvətihi (fə təbarəkallahu əhsənu)-xaliqin”
Tirmizi, Əhməd. Hakim onu səhih hesab etmiş və əz-Zəhəbi bunu təsdiqləmişdir. Mötərizədəki əlavə də onundur.
Tərcüməsi: Üzüm onu yaradana, Öz qüdrət və gücü ilə onda göz və qulaq açana səcdə etdi. Yaradanların ən gözəli olan Allah nə qədər xeyirxahdır.
2. “Allahummə məktub li bihə indəkə əcran, və da`anni bikə vizran, vəca`lhə li indəkə zuxran, və təqabbəlhə minni kəmə təqabbəltəhə min abdikə Davud”Tirmizi, Hakim hədisi səhih hesab etmiş, əz-Zəhəbi də onu təsdiqləmişdir.
Tərcüməsi: ”Allahım! Bunun sayəsində mənə Öz yanında mükafat yaz, onun səbəbilə məndən yükü götür (günahımı sil), onu mənim üçün Öz yanında saxla və onu bəndən Davuddan qəbul etdiyin kimi məndən də qəbul elə”

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 316
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: Ç.a. Mar. 27, 2007 8:46 pm    İsmarış mətni: Re: Səcdə ayələri Sitatla cavab ver

Sitat:
Səcdə ayələri


1.
Rəbbinin yanında olanlar (Allaha yaxın olan mələklər) Ona ibadət etməyi özlərinə ar bilməzlər. Onu pak, müqəddəs tutub şə'ninə tə'riflər deyər və ancaq Ona səcdəyə qapanarlar! (əl-Ə'raf, 206)

2. Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər! (Yer üzündəki mö'minlər sidqi-ürəkdən istəməyərək, lakin dünyada müəyyən bir mənfəət əldə etmək xatirinə və ya kiminsə, nəyinsə qorxusundan Allaha səcdə edərlər!) (ər-Rə'd , 15)

3.
Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər! (ən-Nəhl, 49)

4. (Ya Muhəmməd, müşriklərə) de: “İstər (Qur'ana) inanın, istərsə də inanmayın. Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr (özlərinə Tövrat və İncil verilmiş kitab əhli) yanlarında (Qur'an) oxunduğu zaman üzü üstə səcdəyə qapanar, (əl-İsra, 107)

5.
Bunlar Adəmi və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yə'qubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın ne'mət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar. [İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun gəmisində olanlardan birinin), İsmail, İshaq, Yə'qub İbrahimin nəslindən, Musa, Harun, Zəkəriyya və İsa isə Yə'qubun nəslindən olan peyğəmbərlərdəndir]. (Məryəm, 58)

6. İnsanların içində (Əbu Cəhl kimi) eləsi də vardır ki, heç bir şey bilmədən, haqq yolu göstərən heç bir rəhbəri (yaxud tutarlı dəlili) və nurani (səmadan endirilib hökmünü açıq bildirən) kitabı olmadan Allah barəsində mübahisə edər. (əl-Həcc, 8)

7. Onlara (müşriklərə): “Rəhmana (rəhmli olan Allaha) səcdə edin!” –deyildiyi zaman, onlar: “Rəhman nədir? Bizə əmr etdiyin şeyə səcdəmi edəcəyik?” –deyə cavab verərlər. Bu (səcdə əmri) onların (imana olan) nifrətini daha da artırar. (əl-Furqan, 60)

8. Göylərdə və yerdə pünhan olanı (yağışı, bitkiləri) aşkara çıxardan, onların gizlində və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə (Şeytan belə etmişdir). (ən-Nəml, 25)

9. Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər.(əs-Səcdə, 15)

10. (Bu sözləri eşidən Davud o biri iddiaçı ağzını açmağa macal tapmamış) dedi: “O sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, sənə zülm etmişdir. Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib yaxşı işlər görənlərdən savayı! Onlar da (təəsüf ki) çox azdırlar!” (İddiaçılar bir-birinə baxıb güldükdən, yaxud çıxıb getdikdən sonra) Davud (bu işdən şübhəyə düşərək) Bizim onu imtahana çəkdiyimizi güman etdi. O dərhal Rəbbindən öz bağışlanmasını dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq tövbə etdi. (Sad, 24)

11. Gecə və gündüz, günəş və ay Onun (vəhdaniyyətinə, qüdrət və əzəmətinə dəlalət edən) əlamətlərindəndir. Günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin! Əgər Ona ibadət edirsinizsə (heç bir şərik qoşmadan ibadət edin)! (Fussilət, 37)

12. (Ey insanlar!) Gəlin Allaha səcdə edin, (Allaha) ibadət edin! (Ondan başqasına itaət etməyin!) (ən-Nəcm, 62)

13. Özlərinə Qur'an oxunduqda səcdə etmirlər? (əl-İnşiqaq, 21)

14. Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş! (əl-Ələq, 19)


Ablam secdeni namazdaki kimi etmeliyik? ve hansi sozler deyilir? Allah razi olsun!!!
_________________
Dunya bir gun, O da bu gun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> QUR'AN Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.