Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Ş. Noy. 18, 2006 9:32 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
Səfər namazı.
"Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq (dörd rəkətli namazı iki rəkət qılmaq) sizə günah hesab edilməz..." (Quran, Nisa, 101) Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, səfərdə və evdə iki rükət qılınan namazlar fərz edildi, səfərdə qılınan namazlar təsdiq olundu, evdə qılınan namazlara isə (bir və ya iki rükət) əlavə olndu. Buxari 350, Mslum 1568
Səfərdə namazları qısaltmaq və cəm şəkildə qlmaq Uca Allah tərəfindən verilmiş rüxsətdir. Bilərəkdən səfərdə namazları tam qılmaq məkruhdur (bəyənilmir), cəm şəkildə qılmaq isə sünnədir.
Yalnız yerli sakinlərdən olan imamın arxasında namaz qılan müsafir imama tabe olaraq, namazını tam qılmalıdır.
Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) səfərdə olduğu müddətdə Zöhrlə Əsr namazını, Məğriblə də İşa namazını cəm edərdi. Buxari, 1107 Zöhrlə Əsr namazını Zöhrün əvvəl vaxtından Əsrin axır vaxtınadək, Məğriblə də İşa namazını Məğribin əvvəl vaxtından İşanın axır vaxtınadək qılmaq olar.
Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir:"Mən Peyğəmbərə (səllallahu aleyhi və səlləm), Əbu Bəkrə, Ömərə və Osmana (Allah onlardan razı olsun) ryol yoldaşı oldum. Onlar səfərdə olduqları müddətdə namazları iki rükətdən artıq qılmazdılar." Buxari 1102, Müslim 1577
Yalnız dörd rükətli namazlar iki rükət qısaldılmış şəkildə qılınır. Məğrib namazı isə tam üç rükət qılınır.
Abdullah ibn Ömər (Allah onların ikisindən də razı olsun) rəvayət edir:"Mən Peyğəmbərin (səllallahu aleyhi və səlləm) səfərdə Məğrib namazını üç rükət qıldığını və təxirə saldığını gördüm..." Buxari, 1092.
Peyğəmbərin (səllallahu aleyhi və səlləm) sünnəsini araşdırıb, onun (səllallahu aleyhi və səlləm) müsafirə iki rükət namaz qılmağı buyurduğunu, səfər üçün nə məkan, nə də üç ya da dörd, ya on iki, ya da on beş gün məhdudlaşdırmadığını görən hər bir şəxs səfərdə namazı qəsr etməlidir (qısaltmalıdır). Necə ki, sələfdən (keçmiş saleh müsəlman nəslindən) bunu edənlər olub. Müsəlmanlar "Nəhavənd"də altı ay namazlarını qəsr ediblər.
"Məcmu Fətava", 24/18.
El arasında səfər hesab olunan məsafədə səfər qılmaq caizdir (icazəlidir).
"əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi", 4/498 _________________
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B.e. Noy. 20, 2006 11:52 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
Səfərlə əlaqəli bəzi məsələlər.
Birinci məsələ- təkbir gətirib (namaza başladıqdan sonra) hər hansı nəqliyyat vasitəsilə səfərə çıxan şəxs namazını tam qılmalıdır;
İkinci məsələ- təkbir gətirib (namaza başladıqdan sonra) hər hansı nəqliyyat vasitəsilə vətəninə daxil olan şəxs də namazını tam qılmalıdır.
Üçüncü məsələ-evdə qılınan namazın batil olduğunu səfərdə xatırlayan şəxs həmin namazı tam qılmalıdır;
Beşinci məsələ- müsafir, yerli sakinlərdən olan imamın arxasında qıldığı namazı imama tabe olaraq, tam qılmalıdır;
Altıncı məsələ-arxasında namaz qıldığı imamın müsafir yoxsa yerli sakin olduğunu bilməyən şəxs imamla namazını tam qılacağını niyyət edib ona tabe olmalıdır (yəni tam qılarsa tam qılmalı, qəsr edərsə, qəsr etməlidir);
Yeddinci məsələ- imama tabe olaraq, namazı tam qılmağa niyyət edən müsafirin namaz əsnasında dəstəmazı pozularsa o nə etməlidir?
1) Dəstəmaz aldıqdan sonra tərk etdiyi camaat namazına çatarsa, onu tam qılmalıdır;
2) Namaz qılınıb qurtardıqdan sonra o namazı tək qılarsa, bu halda o namazı qəsr etməlidir;
Səkkizinci məsələ- namazın vaxtı girdikdən sonra ( o namazı qılmayıb) səfərə çıxan şəxs həmin namazı səfərdə qəsr etməlidir$
Doqquzuncu məsələ- namazın vaxtı girdikdən sonra (o namazı qılmayıb) vətəninə daxil olan şəxs həmin namazı tam qılmalıdır$
Onuncu məsələ- namazı tam və ya qəsr qılmağı niyyət etmədən namaza başlayan müsafir namazını qəsr etməlidir;
On birinci məsələ-müsafirin səfərdə namaz qılmasına zaman məhdudiyyəti yoxdur.
Daxil ol: Ş. Sen. 10, 2005 08:42 İsmarışlar: 139 Şəhər/ölkə: Baku, Azerbaijan
Göndərilib: C. Noy. 24, 2006 11:09 am İsmarış mətni: Sefer Namazi
Salam Aleykum. Humeyra Baci, 1 defe Gamet gardashdan sorushdum Sefer Namazi hagda dediki, eger gayidacagun gunu bilirsense onda tam gil.
Əgər yolçu bir yerdə 4 gün və artıq qalmağa niyyət edərsə yol xaric qaldığı müddət namazlarını qısaltmadan tam qılar.(İmam Malik, İmam Şafii, İmam Əhməd) 4 gündən az qaldıqda iki rükət qılar. 15 gün deyənlər də olmuşdur. (Əbu Hənifə) Əksər alimlər: “əgər adam nə qədər qalacağına niyyət etməzsə onda onun səfərililiyi illərlə davam edər. İbni Abbas və İbni Ömər (r) səfəri olduğun halda 15 gün qalmağa niyyət edərsənsə namazını tam qıl. Əgər oradan nə zaman yola çıxacağını bilməzsənsə namazını qısalt.” İbni Ömər Azərbaycanda 6 ay qalmış və namazını qısaltmış.
BU hagda ne deye bilersiz? _________________ Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Ş. Noy. 25, 2006 11:13 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
Va alaikum asSalam va RahmatuLlahi va Barakatu, qardaş.
Yazdığım məumat Mədinə Beynəlxalq İslam Universiteti tələbələrindən Əlixan Musayevin "Şəriət risaləsi" adlı kitabındandır. İnşaAllah, suallarınz barədə çoxlu dəlilli fətvalar tapmışam. Sabah ya birigün Allahın izni ilə saf-çürük edib, tərcümə edəcəm və yerləşdirəcəm. Hələlik haqqınızı halal edin, inşaAllah.
Fi amani Allah.
AsSalamu alaikum va RahmatuLlah. _________________
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B. Dek. 10, 2006 11:24 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum, qardaş.
Vaxtımızn azlığından tərcüməyə başlaya bilməmişəm, halal eləyin. Elə bilməyin ki, unutmuşam. İnşaAllah, hələlik aşağıdakı səhifədə ingiliscə bütün fətvalar var səfər namazı barədə, onlara baxa bilərsiniz:
http://www.islam-qa.com/index.php?cref=438&ln=eng
Mən də vaxtım olduqca yavaş-yavaş onları ümumiləşdirib, məqalə şəklində yerləşdirəcəm.
AsSalamu alaikum.
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 321 Şəhər/ölkə: Baku/Azebaijan
Göndərilib: Ç.a. Dek. 26, 2006 9:05 am İsmarış mətni:
Selamun aleykum Humeyra baci sene bele bir sualim var.
Qatarda namaz qilmaq olarmi? Niye bu suali verdim deye sorsan kendine.Cunki qatar 2 deqiqeden bir saga-sola donur ve qible deyisir.
cavab gelse sevinerem Allah razi olsun bacim _________________ Deqiq qerezsiz vicdanli.Xeberden xeberiniz olsun.
Va alaikum asSalam va RahmatuLlah, ya islam ya olum.
Bəli, təbii ki, olar, qardaşım. Bilirəm ki. çox müsəlmanlar özlərini aldadaraq, namazlarını qəza edirlər ki, ya vaxtım çatmır, ya işdə qoymurlar, ya namaz vaxtı yolda oluram və s. Halbuki nəinki qatarda, eləcə də avtobusda, təyyarədə, metroda və ya başqa miniklə getdikdə və dayanıb namaz qılmağa imkan olmadıqda(fərz namazları əgər imkan varsa, normal halda qılmaq yaxşıdır, sünnə namazları isə zərurət olmasa belə minikdə gedə-gedə də qılmaq olar), onda namazı bu şəkildə qılmaq olar. Bu zaman namaza başlayan ilk anda qiblənin yeri ya dəqiq ya da təxmini (kompas filan yoxdursa) müəyyənləşdirilir, təkbir gətirilib namaza başlanılır, sonra isə qatarın hansı istiqamətə dönməsindən asıl olmayaraq, namaz davam etdirilir.
"Bəzən öz dəvəsinin belində namaz qılmaq istəsəydi, dəvəni qibləyə yönəldib təkbir edərdi. Sonra dəvəsinin yönəldiyi istiqamətdə namazını qılardı" Əbu Davud, İbn Hibban. _________________
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.