MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Peyğəmbərin əxlaqı - Muhəmməd ibn İsmail əl-Buxari
Səhifə Əvvəlki  1, 2, 3  Sonrakı
 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> ƏXLAQ
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: C.a. Sen. 21, 2006 12:12 am    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

21-ci fəsil. Atanın dostları ilə əlaqəni kəsmə ki, nurun sönməsin

(42)
Ubadə əz-Zuraqi demişdir: “Amr ibn Osmanla birgə Mədinə məscidində oturmuşdum. Abdullah ibn Səlam bizim yanımıza qardaşı oğluna söykənərək gəldi. Abdullah məclisdən çıxıb getdikdə geriyə döndü və iki yaxud üç dəfə dedi: “Ey Amr ibn Osman, nə istəyirsən? Muhəmmədi (səlləlləhu aleyhi və səlləm) haqq ilə göndərənə and olsun ki, bu qüdrətli və əzəmətli Allahın kitabındadır. Atanın dostları ilə əlaqəni kəsmə ki, nurun sönməsin”.
[İsnadı zəifdir]

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ç.a. Sen. 26, 2006 2:10 am    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahınadı ilə!

22-ci fəsil. Sevgi (çox vaxt)
irsən keçir.

(43)
– Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm) səhabələrindən biri deyir ki, Rəsulullahın(səlləlləhu aleyhi və səlləm) belə deməsi sənə kifayət edər: “Sevgi irsən keçir”.
[Zəifdir]

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Çər. Sen. 27, 2006 5:20 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

23-cü fəsil. Atanı adı ilə çağırmamaq, ondan qabaq oturmamaq və onun önündə getməmək.

(44)
Əbu Hureyra (r.a) iki kişiyə nəzər salıb onlardan birinə dedi: “Bu sənin nəyindir?” O da: “Atamdır”- deyə cavab verdi. Əbu Hureyra (r.a) dedi: “Onu adı ilə çağırma, onun önündə getmə və ondan qabaq oturma”.
[İsnadı səhihdir]

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ş. Sen. 30, 2006 6:11 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhmətli Allahın adı ilə!

24-cü fəsil. Atanı ləqəbi ilə (Əbu filankəs deyib) çağırmaq olarmı?

(45)
Şəhr ibn Həuşəb rəvayət edir ki, biz ibn Ömərlə (r.a) birgə səfərə çıxdıq. Səlim ona dedi: “Ey Əbu Abdurrəhman! Namazdır!”
[İsnadı zəifdir]
(46) – İbn Ömər (r.a) dedi: “Lakin Əbu Həfs – Ömər (r.a) hökm verdi”.
[İsnadı səhihdir]

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ç.a. Okt. 03, 2006 11:30 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

25-ci fəsil. Qohumluq əlaqələrini möhkəmləndirməyin vacib olması.

(47)
– Kuleyb ibn Mənfəa rəvayət edir ki, babam dedi: “Ey Allahın elçisi! Ən çox kimə qayğı göstərilməlidir?” Dedi: “Anana, atana, bacına, qardaşına və himayəndə olan yaxınlarına. (Budur,) vacib haqq və qohumluq əlaqəsi!”
[Zəifdir]
(48)
Əbu Hureyra (r.a) rəvayət edir ki “Və ən yaxın qohumlarını qorxut!”(Quran, Şüəra, 214) ayəsi nazil olduqda Peyğəmbər(səlləlləhu aleyhi və səlləm) ayağa qalxıb uca səslə çağırıb dedi: “Ey Kə'b ibn Luey oğulları! Özünüzü Oddan xilas edin. Ey Abdumənaf oğulları! Özünüzü Oddan xilas edin. Ey Haşim oğulları! Özünüzü Oddan xilas edin. Ey Abdulmuttalib oğulları! Özünüzü Oddan xilas edin. Ey Muhəmmədin qızı Fatimə! Özünü Oddan xilas et. Çünki mən səni Allahın əzabından qorumağa qadir deyiləm. Yalnız sizinlə qohumluq əlaqələrim olduğu üçün sizə yaxşılıq edirəm”.
[Səhihdir]

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Çər. Okt. 11, 2006 5:28 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

26-cı fəsil. Qohumluq əlaqələrini möhkəmləndirmək.

(49)
Əbu Əyyub əl-Ənsari (r.a) rəvayət edir ki, Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) səfərdə ikən bir bədəvi gəlib ona dedi: “Mənə, məni Cənnətə yaxınlaşdıran və Cəhənnəmdən uzaqlaşdıran əməl barədə xəbər ver”. O dedi: “Allaha ibadət et, Ona heç bir şeyi şərik qoşma, namaz qıl, zəkat ver və qohumluq əlaqələrini möhkəmləndir”.
[Səhihdir]
(50) – Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (səlləlləhu aleyhi və səlləm)dedi: “Qüdrətli və əzəmətli Allah məxluqu yaratdı. Yaradılışı başa çatdırdıqdan sonra qohumluq əlaqəsi ayağa qalxdı. (Allah) dedi: “Dayan!” O dedi: “Bu, qohumluq əlaqələrini kəsməkdən Sənə sığınanın məqamıdır”. (Allah) dedi: “Səni birləşdirəni birləşdirməyimə, kəsəni də kəsməyimə razı deyilsənmi?” O dedi: “Əlbət ki (razıyam), ya Rəbb!” (Allah) dedi: “Sənin üçün məhz belə olacaq!”
Sonra Əbu Hureyra (r.a) dedi: “İstəyirsinizsə bu ayəni oxuyun:“Əgər siz başçılıq etsəniz, (yaxud haqdan üz döndərsəniz), ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz”. (Quran, Muhəmməd, 22)
[Səhihdir]
(51) – İbn Abbas (r.a):“Qohum-əqrəbaya da, yoxsula da, (yolda qalmış) müsafirə də haqqını ver...” (Quran, İsra, 26) ayəsini belə izah etmişdir: “Uca Allah ilk əvvəl ən vacib haqları ödəməyi buyurur və imkanlı adama ən fəzilətli əməlləri göstərib deyir: “Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver”. Heç bir şeyi olmayana isə nə deyəcəyini öyrədib buyurur: “Əgər Rəbbindən dilədiyin mərhəməti umaraq onların üzünə baxmırsansa (imkanın olmadığı üçün haqqı olanlara bir şey verə bilmirsənsə, heç olmasa) onlara xoş söz de”(Quran, İsra, 28). Yəni, gözəl və'd ver. Sanki belə bir şey olub və bəlkə də Allah istəsə olacaq da. “Nə əlini boynuna bağlı saxla, nə də onu büsbütün aç (nə xəsis ol, nə də israfçı). Yoxsa qınanmış və peşman olmuş vəziyyətdə qalarsan”(Quran, İsra, 29). (Ehtiyacı olana) heç nə vermirsən, yaxud hər şeyini verirsən, beləliklə də yanına gəlib səndən bir şey ala bilməyən kəs səni qınayar, çox alan isə səni peşman edər”.
[İsnadı zəifdir]

_________________


Redaktə edən: Humeyra, son redaktə tarixi: Ş. Okt. 14, 2006 11:40 pm, cəmi 2 dəfə
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ş. Okt. 14, 2006 11:38 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

27-ci fəsil. Qohumluq əlaqələrini möhkəmləndirməyin fəziləti

(52)
– Əbu Hureyra (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm) yanına gəlib dedi: “Ey Allahın elçisi! Mənim qohumlarım var. Mən onlarla əlaqələri birləşdirir, onlarsa mənimlə əlaqələri kəsirlər, mən onlara yaxşılıq edir, onlarsa mənə pislik edirlər, mən onlarla mülayim danışır, onlarsa mənimlə kobud rəftar edirlər”. O dedi: “Əgər sən deyən kimidirsə, onda elə bil ki, sən onlara isti kül yedizdirirsən. Bu cür rəftarın davam edənədək Allah tərəfindən onlara qarşı sənin yanında (onların əziyyətlərini dəf edən) köməkçi olar”.
[Səhihdir]
(53) – Abdurrəhman ibn Auf (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm)belə dediyini eşitdim: “Qüdrətli və əzəmətli Allah dedi: “Mən ər-Rəhmanam! Mən rəhmi (qohumluq əlaqəsini) yaratdım və Öz adımdan ona ad verdim. Kim onu möhkəmləndirsə, Mən onu rəhmətimə qovuşduraram. Kim onu kəssə, Mən də onu kəsərəm”.
[Səhihdir]
(54)
– Əbul Ənbəs rəvayət edir ki, mən bostana – Abdullah ibn Amrın (r.a) Taifdəki yerinə gəldim. O dedi: “Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) barmağını bizə işarə edib dedi: “Rəhm ər-Rəhmandan bir şəcnədir. Kim onu möhkəmləndirsə, O, onu rəhmətinə qovuşdurar. Kim də onu kəssə, O, onu kəsər. Qiyamət günü onun fəsahətli, bəlağətli dili olacaqdır”.
[Səhihdir]
(55)
– Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) dedi: “Rəhm Allahdan bir şəcnədir. Kim onu möhkəmləndirsə, Allah onu rəhmətinə qovuşdurar. Kim də onu kəssə, Allah onu kəsər”.
[Səhihdir]

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: C.a. Okt. 19, 2006 9:34 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

28-ci fəsil. Qohumluq əlaqələrini möhkəmləndirmək ömrü uzadır

(56) – Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər(səlləlləhu aleyhi və səlləm) dedi: “Qoy ruzisinin çoxalmasını və ömrünün uzadılmasını istəyən kimsə qohumluq əlaqələrini möhkəmləndirsin”.
[Səhihdir]
(57) – Əbu Hureyra (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm) belə dediyini eşitdim: “Qoy ruzisinin çoxalmasını və ömrünün uzadılmasını arzulayan kəs qohumluq əlaqələrini möhkəmləndirsin”.
[Səhihdir]

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
qul



Daxil ol: Çər. Okt. 11, 2006 16:43
İsmarışlar: 5
Şəhər/ölkə: Baki,Azerbaijan

İsmarışGöndərilib: Ç.a. Okt. 24, 2006 10:43 am    İsmarış mətni: Sitatla cavab ver

Sitat:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!

6-cı fəsil. Valideynlərə etdiklərinin əvəzini vermək

(10) – Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər  belə dedi: “Övlad valideynə onun üçün etdiklərinin əvəzini (heç nə ilə) qaytara bilməz. Yalnız onu kölə ikən alıb azad etməsi istisnadır.
[Səhihdir]


asSalamu Aleykum ! bele bir hedis rastima chixmishdi , sehv elemiremse "Salehler Bagi " kitabinda ! Lakin bunu yalniz ataya aid oldugu oxumushdum ananin ise haqqini hech cur vermek olmaz!(bele yazilmishdi) ... :roll:
_________________
60. Həm də gülürsünüz, heç ağlamırsınız! 61. Siz (qəflət içində) oynayır-əylənirsiniz (ona e'tina etmirsiniz). 62. (Ey insanlar!) Gəlin Allaha səcdə edin, (Allaha) ibadət edin! (Ondan başqasına itaət etməyin!)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ç.a. Okt. 24, 2006 3:55 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

Va alaikum asSalam, qul.
Siz düzsünüz, maşaAllah. Doğrudan da ananın haqqı atanınkından daha üstündür. Və ananın haqqı o qədər böyükdür ki, onu heç nə ilə ödəmək mümkün deyil. Bunu mövzudakı 6-ci fəsil, 11-ci hədis də təsdiqləyir.
Bununla belə, əgər müsəlmanın əlində istər valideynini kölə ikən azad etmək, istərsə də onun üçün başqa bir xeyirxah iş görmək imkanı varsa, heç bir dəqiqə də düşünmədən, ata-ana fərqi qoymadan bunu etməlidir, inşaAllah. Çünki valideyn haqqı Allah haqqından sonra ikinci yerdə gəlir.
AsSalamu alaikum.

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ç.a. Okt. 24, 2006 3:58 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!


29-cu fəsil. Kim qohumluq əlaqələrini möhkəmləndirsə, əhli onu sevər

(58)
– İbn Ömər (r.a) dedi: “Rəbbindən qorxan və qohumluq əlaqələrini möhkəmləndirən kimsənin əcəli uzanar, var-dövləti artar və əhli onu sevər”.
[Həsəndir]
(59) – İbn Ömər (r.a) dedi: “Rəbbindən qorxan və qohumluq əlaqələrini möhkəmləndirən kimsənin ömrü uzanar, var-dövləti artar və əhli onu sevər”.
[Həsəndir]

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: C.a. Okt. 26, 2006 10:48 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

30-cu fəsil. Ən yaxın və ən yaxın olanların qayğısına qalmaq

(60)
– Miqdam ibn Mə'di (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm)belə dediyini eşitdim: “Həqiqətən, Allah sizə analarınızın qeydinə qalmağı, sonra (yenə) analarınızın qeydinə qalmağı, sonra atalarınızın qeydinə qalmağı, sonra da ən yaxın və ən yaxın olanların qeydinə qalmağı buyurur”.
[Səhihdir]
(61)
– Əbu Əyyub Suleyman rəvayət edir ki, Əbu Hureyra (r.a) cümə axşamından cüməyə keçən gecə yanımıza gəlib dedi: “Qohumluq əlaqələrini kəsən kimsə varsa ayağa qalxsın, onu tənbeh edəcəyəm”. O bunu üç dəfə təkrar etdi, lakin heç kəs yerindən qalxmadı. Sonra bir cavan iki ildən bəri əlaqələrini kəsdiyi bibisinin yanına gəldi. Bibisi dedi: “Qardaş oğlu! Səni bura gətirən nədir?” O dedi: “Mən Əbu Hureyranın (r.a) belə-belə dediyini eşitdim”. Bibisi dedi: “Onun yanına qayıt və ondan nə üçün belə deməsini soruş. (O, bunun səbəbini Əbu Hureyradan (r.a) soruşduqda) dedi: “Mən Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm) belə dediyini eşitdim: “Adəm oğullarının əməlləri hər cümə axşamından cüməyə keçən gecə uca və ulu Allaha ərz edilir. O zaman qohumluq əlaqələrini kəsən kimsənin əməlləri qəbul olunmur”.
[Zəifdir]
(62)
– İbn Ömər (r.a) demişdir: “Savab qazanmaq məqsədilə malından özünə və ailəsinə xərcləyən elə bir adam yoxdur ki, bu əmələ görə Uca Allah onu mükafatlandırmasın”. Elə isə, əvvəlcə ailəndən başla. Malından artıq qalanı varsa, onu ən yaxın və ən yaxın olanlara ver. Yenə artıq qalsa, onu dilədiyinə ver”.
[İsnadı zəifdir]

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: B.e. Okt. 30, 2006 5:05 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

31-ci fəsil. Aralarında qohumluq əlaqələrini kəsən bir kimsə olan camaata rəhmət nazil olmur .

(63)
– Abdulla ibn Əbi Aufə (r.a) rəvayət edir ki, Peyğəmbər  dedi: “Aralarında qohumluq əlaqələrini kəsən bir kimsə olan camaata rəhmət nazil olmaz”.
[Zəifdir]

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ç.a. Okt. 31, 2006 10:02 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

32-ci fəsil. Qohumluq əlaqələrini kəsənin günahı

(64)
– Cubeyr ibn Mut'im (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm)belə dediyini eşitdim: “Qohumluq əlaqələrini kəsən kimsə Cənnətə daxil olmaz”.
[Səhihdir]
(65) – Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) dedi: “Qohumluq əlaqəsi ər-Rəhmandan bir şəcnədir (Allahın mərhəməti ilə bağlı olan rəhmət əlamətlərindəndir). O deyir: “Ey Rəbbim! Mənə zülm edildi. Ey Rəbbim! Məni kəsdilər. Ey Rəbbim! Mənə, mənə”. Rəbbi də ona: “Səni kəsəni kəsməyimə, birləşdirəni də birləşdirməyimə, razı deyilsənmi?!”- deyə cavab verir.
[Həsəndir]
(66) – Səid ibn Səm'an deyir ki, mən Əbu Hureyranın (r.a) körpələrin və səfehlərin hökmranlığından Allaha sığındığını eşitdim. İbn Həsənə əl-Cuhəni deyir ki, mən Əbu Hureyradan (r.a) soruşdum: “Bunun əlaməti nədir?” O dedi: “(O vaxt) qohumluq əlaqələri kəsiləcək, azğınlığa aparan adama itaət ediləcək və doğru yol göstərəni saymayacaqlar”.
[Səhihdir]

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Çər. Noy. 01, 2006 10:20 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

33-cü fəsil. Qohumluq əlaqələrini kəsənin dünyadakı aqibəti

(67)
– Əbu Bəkrə (r.a) rəvayət edir ki, Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) dedi: “Allah tərəfindən günah sahibinə verilən cəzanın (Axirət gününə) saxlanılması ilə yanaşı (həmin cəzanın) dünyada da ona tezliklə verilməsi üçün (ata-anaya qarşı) azğınlıq etmək və qohumluq əlaqələrini kəsmək kimi günahdan daha münasib bir günah yoxdur”
[Səhihdir]

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: C. Noy. 03, 2006 10:15 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

34-cü fəsil. Qohumluq əlaqələrini qarşılıqlı olaraq saxlayan adam, əlaqə quran bir kimsə sayıla bilməz

(68)
– Abdullah ibn Amr (r.a) rəvayət edir ki, Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) dedi: “Qohumluq əlaqələrini qarşılıqlı olaraq saxlayan adam, əlaqə quran bir kimsə sayıla bilməz. Həqiqi əlaqə quran o kimsədir ki, qohumu onunla əlaqələri kəssə belə onu yenidən qursun”.
[Səhihdir]

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ç.a. Noy. 07, 2006 9:17 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

35-ci fəsil. Zalım qohumla əlaqələri möhkəmləndirməyin fəziləti

(69)
– Bəra (r.a) rəvayət edir ki, bir bədəvi gəlib dedi: “Ey Allahın peyğəmbəri! Mənə elə bir əməl öyrət ki, o məni Cənnətə salsın”. O dedi: “Müraciəti qısa etsən də, məsələni (məna baxımından) genişlətmiş oldun. Kölə azad et, yaxud kimsəni köləlikdən azad et”. (Bədəvi) dedi: “Məgər ikisi də bir şey deyilmi?” O dedi: “Xeyr! Kölə azad etmək (yalnız öz vəsaitinlə) onu azad etmən, kimsəni köləlikdən azad etmək isə kölənin azad edilməsinə köməklik göstərməndir. (Habelə yaxınlarına) bol-bol süd verən qoyun bağışla, qohumlara qənimətdən pay ver. Bunu bacarmasan, (insanlara) yaxşı işlər görməyi əmr et və (onları) pis işlərdən çəkindir. Bunu da bacarmasan, onda heç olmasa dilini saxla, ancaq xeyir söylə”.
[Səhihdir]

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: C. Noy. 10, 2006 7:49 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

36-cı fəsil. Cahiliyyət dövründə qohumlarına baş çəkən, sonra da müsəlman olan kəs.

(70)
– Həkim ibn Hizam Peyğəmbərə (səlləlləhu aleyhi və səlləm)dedi: “Bir de görüm cahiliyyət dövründə qohumluq əlaqələrini möhkəmləndirmək, qul azad etmək və sədəqə vermək kimi gördüyüm yaxşı işlərə görə mənə savab yazılıbmı?” Rəsulullah  dedi: “Olub-keçən yaxşılıqlarla bərabər müsəlman oldun!”
[Səhihdir]

_________________


Redaktə edən: Humeyra, son redaktə tarixi: C.a. Noy. 23, 2006 11:36 pm, cəmi 1 dəfə
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ş. Noy. 11, 2006 8:25 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

37-ci fəsil. Müşrik qohumla əlaqələri möhkəmləndirmək və ona hədiyyə vermək

(71)
– İbn Ömər (r.a) rəvayət edir ki, Ömər (r.a) (satılan) siyra bürüncəyini görüncə dedi: “Ey Allahın elçisi! Bəlkə bunu alıb həm cümə günü, həm də yanına (qəbilələrdən) nümayəndələr gəldikdə geyəsən”. O dedi: “Ey Ömər! Bunu ancaq (Axirətdə) heç bir payı olmayanlar geyər!” Sonra həmin bürüncəkdən bir neçəsini Peyğəmbərə (səlləlləhu aleyhi və səlləm) pay verdilər. O da Ömərə (r.a) bir bürüncək hədiyyə göndərdi. Ömər (r.a) Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm) yanına gəlib dedi: “Bunu mənə göndərmisən. Hərçənd ki, sən onun haqqında dediyini artıq demisən.” O dedi: “Mən onu sənə verməmişəm ki, geyəsən. Vermişəm ki, onu satasan ya da başqasına bağışlayasan”. Ömər (r.a) onu anadan bir olan müşrik qardaşına hədiyyə verdi.
[Səhihdir]

_________________


Redaktə edən: Humeyra, son redaktə tarixi: C.a. Noy. 23, 2006 11:31 pm, cəmi 1 dəfə
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Çər. Noy. 15, 2006 11:47 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

38-ci fəsil. Qohumlarınızla əlaqələri möhkəmləndirmək üçün əsl-nəcabətinizi öyrənin

(72)
– Cubeyr ibn Mut'im (r.a) rəvayət edir ki, mən Ömərin (r.a) minbərdə belə dediyini eşitdim: “Əsl-nəcabətinizi öyrənin, sonra da qohumlarınızla əlaqələri möhkəmləndirin. Allaha and olsun ki, hər kəsin öz qardaşı ilə aralarında inciklik ola bilər. Əgər qardaşından inciyən kimsə aralarındakı qohumluq əlaqəsinin mahiyyətini bilsə, bu onu əlaqələri kəsməməyə təhrik edər ”.
[İsnadı həsəndir]
(73) – İbn Abbas (r.a) demişdir: “Əsl-nəcabətinizi qoruyun, qohumlarınızla əlaqələri möhkəmləndirin. Çünki qohum nə qədər uzaq olsa da sən onunla əlaqəni möhkəmləndirsən uzaq sayılmaz, həmçinin qohum nə qədər yaxın olsa da sən onunla əlaqəni kəssən yaxın sayılmaz. Qiyamət günü hər bir qohumluq əlaqəsi öz sahibinin önünə gələcək və əgər qohumluq əlaqələrini möhkəmləndirmişsə, möhkəmləndirdiyinə, onu kəsmişsə, kəsdiyinə şahidlik edəcək”.
[İsnadı səhihdir]

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> ƏXLAQ Bütün saatlar GMT + 4 Saat
Səhifə Əvvəlki  1, 2, 3  Sonrakı
2 səhifə (Cəmi 3 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.