Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Ş. İyun 24, 2006 5:00 am İsmarış mətni: Peyğəmbərin əxlaqı - Muhəmməd ibn İsmail əl-Buxari
Peyğəmbərin əxlaqı -Muhəmməd ibn İsmail əl-Buxari
1-ci fəsil. “Biz insana ata-anası ilə gözəl davranmağı buyurduq" (Quran, Ənkəbut, 8)
(1) – Əbu Amr əş-Şeybani əli ilə Abdullah ibn Məsudun (r.a.) evini göstərib dedi: “Bu evin sahibi bizə belə rəvayət etdi:
“Mən Peyğəmbərə (səlləlləhu aleyhi və səlləm) dedim: “Qüdrətli və əzəmətli Allahın ən çox xoşuna gələn (ən yaxşı əməl) hansı əməldir?†O (səlləlləhu aleyhi və səlləm)buyurdu: “Vaxtında qılınan namazâ€. Mən dedim: “Sonra hansıdır?†O (səlləlləhu aleyhi və səlləm)buyurdu: “Sonra valideynlərin qayğısına qalmaqdırâ€. Mən dedim: “Bəs sonra hansıdır?†O (səlləlləhu aleyhi və səlləm)buyurdu: “Sonra Allah yolunda cihad etməkdirâ€. (Hədisi rəvayət edən) deyir ki, o (səlləlləhu aleyhi və səlləm)mənə bunları söylədi. Əgər soruşsaydım, yenə əlavə edərdi.
[Səhihdir] (2) – Abdullah ibn Ömər (r.a) demişdir: “Rəbbin razılığı valideynin razılığına görə, qəzəbi də valideynin qəzəbinə görədir!â€
[Həsəndir] _________________
Redaktə edən: Humeyra, son redaktə tarixi: Ş. İyul 01, 2006 6:29 pm, cəmi 1 dəfə
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Ş. İyun 24, 2006 5:04 am İsmarış mətni:
2-ci fəsil. Ananın qayğısına qalmaq
(3) – Bəhz ibn Həkim atasından, o da babasından (r.a) rəvayət edir ki, mən Peyğəmbərdən (səlləlləhu aleyhi və səlləm)soruşdum: “Ey Allahın elçisi! Ən çox kimə qayğı göstərilməlidir?†Dedi: “Anana!†(Yenə) soruşdum: “Ən çox kimə qayğı göstərilməlidir?†Dedi: “Anana!†(Yenə) soruşdum: “Ən çox kimə qayğı göstərilməlidir?†Dedi: “Anana!†(Yenə) soruşdum: “Ən çox kimə qayğı göstərilməlidir?†Dedi: “Atana! Sonra da ən yaxın və ən yaxın olanlaraâ€.
[Həsəndir] (4) – İbn Abbas (r.a) rəvayət edir ki, bir kişi onun yanına gəlib dedi: “Mən bir qadına elçi göndərdim, o isə mənə ərə gəlməkdən imtina etdi. Lakin başqa birisi ona elçi göndərdi, ona ərə getməyə razılıq verdi. Mən də qısqanclıq üzündən qadını öldürdüm. Hərgah tövbə etsəm, qəbul olarmı?†İbn Abbas (r.a) soruşdu: “Anan sağdırmı?†O: “Xeyr!â€- deyə cavab verdi. İbn Abbas (r.a) dedi: “Qüdrətli və əzəmətli Allaha tövbə et və bacardığın qədər Ona yaxınlaş!â€
(Əta ibn Yəsar deyir ki,) mən gedib ibn Abbasdan soruşdum: “Nə üçün ondan anasının sağ olub-olmadığını soruşdun?†O dedi: “Çünki mən qüdrətli və əzəmətli Allahın yanında ana qayğısını çəkməkdən daha yaxın bir əməl bilmirəmâ€.
[Səhihdir] _________________
Redaktə edən: Humeyra, son redaktə tarixi: Ş. İyul 01, 2006 6:28 pm, cəmi 2 dəfə
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Ş. İyul 01, 2006 6:23 pm İsmarış mətni:
3-cü fəsil. Atanın qayğısına qalmaq
(5) – Əbu Hureyra (r.a) rəvayət edir ki, bir nəfər Peyğəmbərdən (səlləlləhu aleyhi və səlləm) soruşdu: “Ey Allahın elçisi! Mən kimə qayğı göstərməliyəm?†O dedi: “Anana!†Yenə soruşdular: “Sonra kimə?†O dedi: “Anana!†Bir də soruşdular: “Sonra kimə?†O dedi: “Anana!†(Dördüncü dəfə): “Sonra kimə?â€- dedikdə, o: “Atana!â€- dedi.
[Səhihdir] (6) – Əbu Hureyra (r.a) rəvayət edir ki, bir kişi Allahın peyğəmbərinin (səlləlləhu aleyhi və səlləm) yanına gəlib dedi: “Mənə nə əmr edirsən?†(Peyğəmbər (səlləlləhu aleyhi və səlləm)): “Ananın qayğısına qal!â€- dedi. O, (sualını) təkrar etdi. (Peyğəmbər (səlləlləhu aleyhi və səlləm)): “Ananın qayğısına qal!â€- dedi. O, (sualını) təkrar etdi. (Peyğəmbər (səlləlləhu aleyhi və səlləm)): “Ananın qayğısına qal!â€- dedi. O (dördüncü dəfə sualını) təkrar etdi. O beşinci (dəfə sualını) təkrar etdi. (Peyğəmbər (səlləlləhu aleyhi və səlləm)): “Atanın qayğısına qal!â€- dedi.
[Səhihdir] _________________
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B.e. İyul 17, 2006 7:22 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
4-cü fəsil. Valideynlər zülm etsələr belə yenə onların qayğısına qalmaq.
(7) – İbn Abbas (r.a) dedi: "Savab qazanmaq üçün səhər-səhər müsəlman valideynlərinin hər ikisini sevindirən elə bir müsəlman yoxdur ki, Allah (ona) Cənnətdən iki qapı, – və əgər onlardan biri sağdırsa –, bir qapı açmasın. Əgər onlardan birini qəzəbləndirsə, valideyn ondan razı qalmayınca Allah da ondan razı qalmaz".
Soruşdular: "Valideynlər ona zülm etsələr belə?" O: "“Valideynlər ona zülm etsələr belə!"- dedi.
[ Zəifdir ] _________________
(8) – Teysələ ibn Məyyas rəvayət edir ki, "Mən Nəcdatlarla həmrəy idim. Bir gün böyük günahlardan hesab etdiyim bir günahı işlətdim, sonra da bunu ibn Ömərə (r.a) dedim. İbn Ömər: (r.a): "Nədir onlar?"- deyə soruşdu. Mən dedim: "Filan, filan (işləri görmüşəm)". O dedi: "Bunlar ki, böyük günahlardan deyil. Böyük günahlar doqquzdur; Allaha şərik qoşmaq, adam öldürmək, cihaddan qaçmaq, ismətli qadına böhtan atmaq, sələm yemək, yetimin malını yemək, məsciddə günah işlətmək, (dini) məsxərəyə qoymaq və valideynlərin üzünə ağ olub onları ağlatmaq”. (Sonra) ibn Ömər (r.a) mənə dedi: “Cəhənnəm odundan çəkinib Cənnətə girmək istəyirsənmi?” Mən: "Bəli, vallahi ki, (istəyirəm)"- deyə cavab verdim. O soruşdu: “Valideynin sağdırmı?” Dedim ki: “Yalnız anam yanımdadır!” O dedi: “Allaha and olsun ki, əgər onunla mülayim danışsan və ona yemək-içmək versən, böyük günahlardan çəkinsən, mütləq Cənnətə girəcəksən."
[ Səhihdir ][/b
][b](9) – Urva (r.a): “Onların hər ikisinə rəhm edərək mərhəmət qanadının altına al.” ayəsini izah edib demişdir: “Onların istədiyinə mane olma!”
[ İsnadı səhihdir ] _________________
Redaktə edən: Humeyra, son redaktə tarixi: Ş. Avq. 26, 2006 9:31 pm, cəmi 1 dəfə
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Ş. Avq. 19, 2006 10:17 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
6-cı fəsil. Valideynlərə etdiklərinin əvəzini vermək
(10) – Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər belə dedi: “Övlad valideynə onun üçün etdiklərinin əvəzini (heç nə ilə) qaytara bilməz. Yalnız onu kölə ikən alıb azad etməsi istisnadır.
[Səhihdir]
(11) – Əbu Burdə (r.a) deyir ki, mən ibn Ömərlə (r.a) bir yerdə idim. Yəmənli bir kişi öz anasını kürəyində daşıyaraq Kə'bəni təvaf edir və deyirdi:
Doğrusu, anamın müti dəvəsiyəm,
Dəvə yorulsa da yorulan deyiləm.
Sonra kişi dedi: “Ey ibn Ömər! Bir de görüm, anamın mənə elədiklərinin əvəzini verdimmi?” İbn Ömər (r.a) dedi: “Xeyr! (Bu elədiyin, heç doğuş zamanı olan) bir iniltini belə əvəz etmir”.
Bunun ardından ibn Ömər (r.a) təvaf etdi. (Kə'bəni təvaf edib bitirən kimi) İbrahim məqamına gəlib iki rükət namaz qıldı. Sonra da dedi: “Ey ibn Əbu Musa! Həqiqətən, hər iki rükət namaz onlardan öncəki günahları silir”.
[İsnadı səhihdir]
(12) – Mərvan (hərdən) Əbu Hureyranı (r.a) başçı təyin edərdi. O zaman Əbu Hureyra (r.a), zil-Huleyfədə olarkən, anası bir evdə, özü də başqa bir evdə olardı. Bayıra çıxmaq istəyəndə anasının qapısı önündə durub deyərdi: “Sənə salam olsun, ay ana! Allahın mərhəməti və Onun bərəkəti (sənə yetişsin)” Anası isə deyərdi: “Sənə də salam olsun, ey oğlum! Allahın mərhəməti və Onun bərəkəti (sənə də yetişsin)!” O yenə deyərdi: “Məni körpəliyimdən tərbiyə edib bəslədiyin kimi Allah da sənə rəhm etsin!” Anası isə deyərdi: “Sən mənə qocalığın ən düşkün dövründə qayğı göstərdiyin kimi Allah da sənə rəhm etsin!” Sonra (Əbu Hureyra (r.a) evinə qayıtdıqda bunları eynilə təkrar edərdi.
[İsnadı zəifdir]
(13) – Abdullah ibn Amr (r.a) demişdir: “Bir kişi ata-anasını gözüyaşlı qoyub Peyğəmbərin yanına gəldi ki, hicrət (cihad) etmək üçün ona bey'ət etsin. Peyğəmbər dedi: “Onların yanına qayıt! Onları necə ağlatmısansa, eləcə də güldür”.
[Səhihdir] _________________
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B.e. Avq. 21, 2006 9:35 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
7-ci fəsil. Valideynlərin üzünə ağ olmaq.
(15) – Əbu Bəkrə (r.a) rəvayət edir ki, Peyğəmbər üç dəfə dedi: “Sizə günahların ən böyükləri barədə xəbər verimmi?” (Səhabələr): “Əlbəttə, ya Rəsulallah!”- deyə cavab verdilər. O: “(Ən böyük günah) Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaqdır, – (deyib) söykəndiyi yerdən qalxıb oturdu (və) –, yalan söz danışmaqdır”- dedi. O bunu dalbadal o qədər təkrar etdi ki, mən öz-özümə dedim: “Nə olaydı o susaydı”.
[Səhihdir]
(16) – Vərrad deyir ki, Muaviyə (r.a) Muğiraya (r.a) belə bir məktub yazdı: “Mənə Peyğəmbərdən eşitdiyin hədislərdən (birini) yaz”. Muğira (r.a) mənə diktə etdi, məndə bu əllərimlə yazdım: “Həqiqətən, mən ondan; çox sual verməyi, var-dövləti israf etməyi və söz gəzdirməyi qadağan etdiyini eşitdim”.
[Səhihdir] _________________
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: C. Avq. 25, 2006 12:58 am İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
8-ci fəsil. Valideynlərinə lənət oxuyana Allah lənət edər.
(17) – Əbu Tufeyl deyir ki, Əlidən (r.a) soruşdular: “Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) sizə məxsusi olaraq elə bir şey ayırıb veribdirmi ki, onu başqa insanlara vermiş olmasın?” O dedi: “Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) başqa insanlara deyil, yalnız bizə məxsusi olaraq elə bir şey qoymamışdır. Yalnız qılıncımın qıınakı istisnadır”. Sonra o, (qılıncının qınından) bir vərəq çıxartdı. Orada yazılmışdı: “Allahdan başqasına qurban kəsənə Allah lənət eləsin. Yer üzündəki sərhədləri pozana Allah lənət eləsin. Valideynlərinə lənət oxuyana Allah lənət eləsin. Cinayətkara yardım edənə Allah lənət eləsin”.
[Səhihdir] _________________
Redaktə edən: Humeyra, son redaktə tarixi: Ş. Avq. 26, 2006 9:18 pm, cəmi 1 dəfə
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Ş. Avq. 26, 2006 9:15 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
9-cu fəsil. Günah işlərdən başqa (hər bir işdə) valideynlərin qayğısına qalmaq.
(18) – Əbud-Dərda (r.a) rəvayət edir ki, Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) mənə doqquz şeyi tövsiyə etdi: “Tikə-tikə edilsən, yaxud yandırılsan belə heç nəyi Allaha şərik qoşma. Bilərəkdən vacib namazları tərk etmə. Belə ki, bilərəkdən onu tərk edən kimsə xata-baladan qorunmaz. Şərab içmə. Çünki o, hər bir şər əmələ açardır. Valideynlərinə itaət et. Əgər sənə dünya işlərindən əl çəkməyi əmr etsələr, onlara görə (bundan) əl çək. Özünün haqq olduğunu bilsən də ixtiyar sahibləri ilə mübahisə etmə. Həlak olsan da, yoldaşların cihaddan qaçmış olsa da sən qaçma. Varından öz ailənə xərclə, dəyənəyini onların üzərindən qaldırma və onları qüdrətli və əzəmətli Allahla qorxut”.
[Həsəndir] (19) – Abdullah ibn Amr (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm) yanına gəlib dedi: “Mən ata-anamı gözüyaşlı qoyub gəlmişəm ki, hicrət (cihad) etmək üçün sənə bey'ət edim”. Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) dedi: “Ata-ananın yanına qayıt! Onları necə ağlar qoyubsansa, elə də güldür”.
[Səhihdir] (20) – Abdullah ibn Amr (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm) yanına gəlib cihada getmək istədiyini ona bildirdi. Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) soruşdu: “Valideynlərin sağdırmı?” O: “Bəli!”- deyə cavab verdi. Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) dedi: “Elə isə onlar üçün çalış”.
[Səhihdir] _________________
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B.e. Avq. 28, 2006 11:00 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
10-cu fəsil. Valideynləri qocalanadək onlarla yaşayıb, sonra da Cənnətə daxil olmayan kəs.
(21) – Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) dedi: “Zəlil oldu, zəlil oldu, zəlil oldu!” (Səhabələr) dedilər: “Kim, ya Rəsulallah?” O dedi: “Valideynləri, yaxud ikisindən biri qocalanadək onlarla yaşayıb, sonra da (üzlərinə ağ olub) Cəhənnəmə girən kəs”.
[Səhihdir] _________________
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: C. Sen. 01, 2006 8:53 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
11-ci fəsil. Kim valideynlərinin qayğısına qalsa, Allah onun ömrünü uzadar
(22) – Muaz ibn Ənəs (r.a) rəvayət edir ki, Peyğəmbər dedi: “Kim valideynlərinin qayğısına qalsa, ona xoş güzəran nəsib olar, qüdrətli və əzəmətli Allah onun ömrünü uzadar”.
[Zəifdir] _________________
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Ş. Sen. 02, 2006 10:25 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
12-ci fəsil. Müşrik ata üçün bağışlanma diləməmək
(23) – İbn Abbas (r.a) demişdir: “Qüdrətli və əzəmətli Allahın “Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək mərhəmət qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”- de” ayəsi, Bəraə surəsindəki “Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara (iman gətirənlərə) bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz.” ayəsi ilə ləğv edilmişdir.
[İsnadı həsəndir] _________________
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B. Sen. 03, 2006 8:22 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
13-cü fəsil. Müşrik valideynin qayğısına qalmaq.
(24) – Sə'd ibn Əbi Vəqqas (r.a) demişdir: “Uca Allahın Kitabında mənim barəmdə dörd ayə nazil olmuşdur;
(Birincisi) Anam and içdi ki, mən Muhəmməddən (səlləlləhu aleyhi və səlləm) ayrılmayınca yeməyəcək, içməyəcəkdir. Qüdrətli və əzəmətli Allah da bu ayəni nazil etdi:
“Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səninlə mübarizə aparsalar, onlara itaət etmə. Dünyada onlarla gözəl davran.” (Quran, Loğman, 15)
İkincisi: Mən (qənimətdən) xoşuma gələn bir qılıncı götürüb: “Ey Allahın elçisi! Bunu mənə bağışla”- dedim. Bu vaxt ayə nazil oldu:
“Səndən qənimətlər (onların bölünməsi) haqqında soruşurlar...” (Quran, əl-Ənfal, 1)
Üçüncüsü: Mən xəstələnmişdim. Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) mənə baş çəkdi və mən soruşdum: “Ey Allahın elçisi! Mən varımı bölmək istəyirəm. Yarısını vəsiyyət edə bilərəmmi?” O: “Xeyr!”- deyə cavab verdi. Mən yenə soruşdum: “Bəs üçdə birini?” O susdu. Bu hadisədən sonra malın üçdə birinin vəsiyyət edilməsinə izn verildi.
Dördüncüsü: Mən ənsarla (Ənsar - Peyğəmbərə (səlləlləhu aleyhi və səlləm) və mühacirlərə sığınacaq verib kömək edən Mədinə sakinləridir.) birgə şərab içdim. Onlardan biri (Mədinə yaxınlığındakı) Luha-Cəməldə mənim burnuma vurdu. (Ertəsi gün)
mən Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm) yanına gəldim. Bu vaxt qüdrətli və əzəmətli Allah şərabın haram olması barədə ayə (Quran, əl-Maidə, 90-91) nazil etdi.
[Səhihdir] (25) – Əsma bint Əbu Bəkr (r.a) rəvayət edir ki, Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm) dövründə anam mənimlə görüşmək üçün yanıma gəldi. Mən Peyğəmbərdən(səlləlləhu aleyhi və səlləm) : “Onunla görüşümmü?”- deyə soruşdum. O: “Bəli!”- deyə cavab verdi.
(Hədisi danışan ravi) ibn Uyeynə deyir ki, qüdrətli və əzəmətli Allah onun barəsində ayə nazil etdi.
“Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etmir. Həqiqətən, Allah ədalətli olanları sevir!” (Quran, əl-Mumtəhinə, 8)
[Səhihdir] _________________
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Çər. Sen. 06, 2006 10:12 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
14-cü fəsil. Valideynləri söyməmək.
(27) – Abdullah ibn Amr (r.a) rəvayət edir ki, Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) buyurdu: “Kişinin öz valideynlərini söyməsi böyük günahlardandır”. (Səhabələr) dedilər: “Heç (adam da öz valideynini) söyərmi?” O dedi: “Birisini söyür, o da onun ata-anasını söyür”.
[Səhihdir] (28) – Abdullah ibn Amr (r.a) deyirdi ki, kişinin öz valideynlərini söydürməsi Uca Allah yanında böyük günahlardandır”.
[İsnadı həsəndir] _________________
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: C. Sen. 08, 2006 12:39 am İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
15-ci fəsil. Valideynlərin üzünə ağ olmağın aqibəti
(29)– Əbu Bəkrə (r.a) rəvayət edir ki, Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) buyurdu: “(Allah tərəfindən) günah sahibinə verilən cəzanın (Axirət gününə) saxlanılması ilə yanaşı (həmin cəzanın dünyada da) ona tezliklə verilməsi verilməsi üçün (ata-anaya qarşı) azğınlıq etmək və qohumluq əlaqələrini kəsmək kimi günahdan daha münasib bir günah yoxdur”.
[Səhihdir] (30)- İmran ibn Hüseyn (r.a) rəvayət edir ki, Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) demişdir: “Zina, şərab içmək və oğurluq barədə nə deyə bilərsiniz?” Biz dedik: “Allah və Onun elçisi daha yaxşı bilir!” O buyurdu: “Bunlar çirkin əməllərdir və onların cəzası vardır. Sizə ən böyük günahlar barədə xəbər verimmi? (Ən böyük günah) Allaha şərik qoşmaq və valideynlərin üzünə ağ olmaqdır”. Sonra söykəndiyi yerdən qalxıb dizi üstə oturdu və əlavə etdi: “Yalan söz danışmaqdır”.
[İsnadı zəifdir] _________________
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Çər. Sen. 13, 2006 12:20 am İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
17-ci fəsil. Valideynlərin duası.
(32) – Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) demişdir: “Üç (kimsənin etdiyi) dua var ki, onların qəbul olunmasına heç bir şəkk-şübhə yoxdur; məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”.
[Həsəndir]
(33) – Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm) belə dediyini eşitdim: “Doğulan körpələrdən beşikdə ikən ancaq Məryəm oğlu İsa – Allahın ona salavatı və salamı olsun –, və Cureycin sahibi danışmışdır”. (Səhabələr) soruşdu: “Ey Allahın peyğəmbəri! Cureycin sahibi kimdir?” O dedi: “Cureyc rahib olub. Onun bir koması var idi. O vaxtlar mal-qara otaran naxırçı onun komasının aşağı tərəfinə gələr, kənd sakinlərindən olan (pozğun) bir qadın da həmin naxırçı ilə yaxınlıq edərdi. Günlərin bir günü (Cureycin) anası gəlib: “Ey Cureyc!” deyə onu çağırdı. Bu vaxt o, namaz qılırdı. Odur ki, namazda ikən öz-özünə: “Anammı ya namazmı?”- dedi, sonra da namazı (anasından) üstün tutmaq qərarına gəldi. Anası ikinci dəfə onu çağırdı. O yenə də öz-özünə: “Anammı ya namazmı?”- dedi, sonra da namazı üstün tutmaq qərarına gəldi. Anası üçüncü dəfə onu çağırdı. O yenə də öz-özünə: “Anammı ya namazmı?”- dedi, sonra da namazı üstün tutmaq qərarına gəldi. Elə ki anasına cavab vermədi, anası: “Ey Cureyc! Zinakar qadınların üzünə baxmayınca Allah səni öldürməsin!”- dedi, sonra da çıxıb getdi. (Naxırçı ilə yaxınlıq etmiş) o qadını (zinadan doğulmuş) körpəsi ilə birgə padşahın yanına gətirdilər. Padşah soruşdu: “(Uşaq) kimdəndir?” Qadın: “Cureycdəndir!”- deyə cavab verdi. Padşah yenə soruşdu: “Komanın sahibimi?” Qadın: “Bəli!”- deyə cavab verdi. Padşah dedi: “Onun komasını dağıdın, özünü də yanıma gətirin!” Onun komasını yerlə yeksan olana qədər balta ilə qırıq-qırıq etdilər. Əllərini iplə boynuna bağladılar. Sonra da onu (padşahın yanına) apardılar. Cureyc zinakar qadınların yanından keçərkən onları görüb gülümsədi. Onlar da camaatın arasında ona baxırdılar. Padşah dedi: “Bilirsənmi bu qadın nə iddia edir?” Cureyc soruşdu: “Nə iddia edir ki?” Padşah dedi: “İddia edir ki, uşağı səndəndir”. Cureyc (qadına) dedi: “Doğrudanmı sən (belə) iddia edirsən?” Qadın: “Bəli!”- deyə cavab verdi. Cureyc soruşdu: “O körpə haradadır?” Dedilər: “Budur, qadının otağında!” Cureyc ona yaxınlaşıb soruşdu: “Atan kimdir?” (Körpə): “Naxırçıdır!”- deyə cavab verdi. Padşah (Cureycin taqsırı olmadığını anlayıb) dedi: “Komanı qızıldan düzəldəkmi?” O: “Xeyr!”- deyə cavab verdi. Padşah dedi: “Bəs gümüşdən necə?” O yenə də: “Xeyr!”- deyə cavab verdi. Padşah dedi: “Bəs necə edək?” O dedi: “Onu əvvəlki şəklinə qaytarın!” Padşah dedi: “Bəs nə üçün gülümsədin?” O: “Bildiyim bir şeyə gülümsədim, anamın duası mənə yetişdi”- dedi, sonra da (başına gələni) onlara danışdı”.
[Səhihdir] _________________
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Ş. Sen. 16, 2006 9:43 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə.
18-ci fəsil. Xristian anaya İslam dinini bəyan etmək
(34)– Əbu Hureyra (r.a) demişdir: “Mənim barəmdə eşidən elə bir yəhudi, yaxud nəsrani yoxdur ki, məni sevməsin. Mən anamı İslam dininə dəvət edirdim, o isə bunu rədd edirdi. Bir gün yenə dəvətimi rədd etdikdə Peyğəmbərin(səlləlləhu aleyhi və səlləm) yanına gəlib dedim: “Onun üçün Allaha dua et”. O da dua etdi. Sonra mən anamın yanına qayıtdım. Anam qapını üzümə bağlamışdı. O dedi: “Ey Əbu Hureyra! Mən müsəlman oldum”. Bunu Peyğəmbərə (səlləlləhu aleyhi və səlləm)xəbər verdikdən sonra dedim: “Mənim üçün də anam üçün də Allaha dua et”. O da dua etdi: “Allahım! Qulların olan Əbu Hureyra və onun anasını insanlara sevdir!”
[Həsəndir] _________________
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B. Sen. 17, 2006 11:00 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
19-cu fəsil. Valideynlər öldükdən sonra da onların qayğısına qalmaq
(35) – Əbu Useyd Malik ibn Rabia (r.a) camaata rəvayət edib dedi: “Biz Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm)yanında idik. Bir kişi belə dedi: “Ey Allahın elçisi valideynlərimin vəfatından sonra onlar üçün edə biləcəyim elə bir yaxşılıq qalıbmı?” O dedi: “Bəli dörd şey; onlar üçün dua etmək və bağışlanma diləmək, onların verdiyi əhdi yerinə yetirmək, onların dostuna yaxşılıq etmək, onlar tərəfdən olan qohumlarla əlaqələri möhkəmləndirmək”.
[Zəifdir] (36) – Əbu Hureyra (r.a) dedi: “Ölən adamın dərəcəsi onun vəfatından sonra da qaldırılar. O da: “Ey Rəbbim! Bu nəyə görədir?” deyə soruşar”. (Ona) “Övladın sənin üçün bağışlanma diləmişdir”- deyirlər”.
[İsnadı həsəndir] (37) – Muhəmməd ibn Sirin rəvayət edir ki, bir gecə biz Əbu Hureyranın (r.a) yanında idik. O dedi: “Allahım! Əbu Hureyranı, onun anasını və onlar üçün bağışlanma diləyən kimsələri bağışla!” Biz onlar üçün bağışlanma dilədik ki, Əbu Hureyranın duası bizə də yetişsin.
[İsnadı səhihdir] (38) – Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (səlləlləhu aleyhi və səlləm)buyurdu: “Bəndə ölən kimi onun bütün əməlləri kəsilir. Yalnız üç şey istisnadır; Davamlı sədəqə, yaxud fayda verən elm və ya onun üçün dua edən əməlisaleh övlad”.
[Səhihdir] (39) – İbn Abbas (r.a) rəvayət edir ki, bir kişi dedi: “Ey Allahın elçisi! Anam vəfat etmiş və heç nə vəsiyyət etməmişdir. Anamın əvəzinə sədəqə verməyim ona fayda verərmi?” Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) : “Bəli”- deyə cavab verdi.
[Səhihdir] _________________
Redaktə edən: Humeyra, son redaktə tarixi: B.e. Sen. 18, 2006 8:48 pm, cəmi 1 dəfə
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B.e. Sen. 18, 2006 8:46 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
20-ci fəsil. Atanın dostu olan kimsələrlə əlaqələri möhkəmləndirmək
(40)– İbn Ömər (r.a) rəvayət edir ki, bir bədəvi ərəb səfərdə ikən onunla rastlaşdı. Bədəvinin atası Ömərin dostu olmuşdu. Bədəvi dedi: “Sən filankəsin oğlu deyilsənmi?” İbn Ömər: “Bəli”- dedi. Sonra da əmr etdi ki, ehtiyat üçün saxlanılan uzunqulağı ona versinlər. Üstəlik əmmaməsini də başından çıxarıb ona verdi. İbn Ömərlə birlikdə olanlardan bəzisi dedi: “Ona iki dirhəm bəs etməzdimi?” O dedi: “Peyğəmbər(səlləlləhu aleyhi və səlləm) demişdir: “Atanın dostuna sadiq ol, onunla əlaqəni kəsmə ki, Allah sənin nurunu söndürməsin”.
[Zəifdir] (41) – İbn Ömər rəvayət edir ki, Peyğəmbər (səlləlləhu aleyhi və səlləm)dedi: “Həqiqətən də ən gözəl yaxşılıq adamın öz atası ilə dost olmuş insanlarla olan əlaqələrini möhkəmləndirməsidir”.
[Səhihdir] _________________
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.