MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Qocalara qayğı.

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> ƏXLAQ
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: B.e. İyun 19, 2006 10:18 pm    İsmarış mətni: Qocalara qayğı. Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

Yaşlılara qayğı və müsəlman cəmiyyəti.

Gözəl əxlaqı tövsiyyə edib, pis əməllərdən çəkinməyə çağıran İslam mərhəmət və ədalət dinidir. Allahın buyurduqlarına tabe olmaqla bu din insana olduqca böyük qiymət verir.
İslam dinin müsəlmanları çağırdığı gözəl əxlaq nümunələrindən biri də yaşlılara hörmət və qayğıdır.
Yaşlılara qayğı və diqqət göstərmək məsələsi İslamda bir neçə aspektdən vacib və mühüm hesab olunur:

1. İnsan yaradılmışlar içərisində ən üstün məxluqdur və İslamda xüsusi hörmətli, dəyərli statusa malikdir:
Buna dəlil olaraq, uca Allahın Qurani Kərimdəki bu ayəsini göstərmək olar:
"Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik."
(Quran, İsra, 70)
Buna əsasən yaşlı insanlar da Adəm övladlarının hər biri kimi dəyərli, qiymətlidirlər və ilk növbədə insan olduqları üçün onlara hörmət və qayğı göstərilməlidir.

2. Müsəlman camaatı bir-birinə qarşı mehriban və mərhəmətlidir.
Uca Allah Quranda belə buyurur:
"Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər."
(Quran, Fəth, 29)
Həmçinin Allah iman gətirənləri belə təsvir edir:
"Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!
Onlar sağ tərəf sahibləridir! (Əməl dəftərləri sağ əllərinə verilənlərdir!)"

(Quran, Bələd, 17-18)
Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) isə öz növbəsində möminləri bir bütöv bədənə bənzədərək, belə demişdir:
"İman gətirənlər bir bədənə bənzəyirlər: əgər bədənin bir hissəsi nasazdırsa, bədənin qalan hissəsi onu sağaltmaq üçün mübarizə aparır və qızdırmadan əziyyət çəkir.(qeyd: qızdırma orqanizmin immun sistemin kənar mikrobu bədəndən çıxarmaq üçün mübarizəsi nəticəsində əmələ gəlir)."
Müslim 2586
Həmçinin Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) buyurmuşdur:
"Sizdən heç biriniz özünüz üçün istədiyinizi (din) qardaşınız üçün də istəmədikcə həqiqətən iman gətirmiş hesab olunmazsınız"
Buxari, 13
Və Məhəmməd (səlləlləhu aleyhi və səlləm) demişdir:
"Ər-Rəhman mərhəmət eləyəni bağışlayır. Yerdəkilərə qarşı mərhəmətli olun ki, göydə olan sizi bağışlasın"
Tirmizi 1924. Şeyx Albani hədisin səhih olduğunu bildirir.
Peyğəmbərimiz (səlləlləhu aleyhi və səlləm) həm də buyurmuşdur:
"Möminin iman əhli ilə münasibəti başla bədənin əlaqəsinə bənzəyir: baş ağrısı bədənə necə əziyyət verirsə, möminə də iman əhlinin çəkdiyi əzab eləcə ağrı verir"
Əhməd 32370, Şeyx Albani hədisin səhih olduğunu qeyd eləyir.

3. Müsəlman cəmiyyəti qarşılıqlı əməkdaşlıq və dəstək camaatıdır.
İbn Əbi`l-Dunya İbn Ömərin (Allah ondan razı olsun!) Peyğəmbərdən (səlləlləhu aleyhi və səlləm) belə rəvayət olunduğunu bildirir:
"Allahın ən sevimli bəndələri insanlara çoxlu xeyir gətirənləridir, əməllərdən Allah üçün ən sevimlisi isə bir müsəlmanı xoşbəxt etmək, yaxud onu çətinlikdən xilas etmək, yaxud onu borcdan xilas etmək, yaxud aclıqdan xilas etməkdir. Mənim üçün bir müsəlmanın ehtiyacını ödəmək bir ay boyunca bu məsciddə (Mədinə məscidində) etikaf eləməkdən daha əzizdir...Kim ki, bir müsəlmanın ehtiyacını ödəmək üçün gedir, Qiyamət Günü bütün ayaqlar sürüşəndə, onun ayaqları möhkəm dayanacaq."
Albani, "Səhi əl Tərğib va-l Tərhib", 2623
Həmçinin Peyğəmbərimiz (səlləlləhu aleyhi və səlləm) buyurmuşdur:
"Kim ki, müsəlmanı bu dünyadakı çətinliklərdən birindən qurtarır, Qiyamət Günü Allah da onu bir çətinlikdən qurtaracaq; kim ki, birini maddi çətinlikdən xilas eləyir, Allah ona həm bu dünyada, həm Axirətdə kömək edəcək; kim ki, müsəlmanın eyibini örtür, Allah da onun eyiblərini həm bu dünyada, həm də Axirətdə günahlarını örtəcək. Allah insana o öz (din) qardaşına kömək etdiyi müddətcə kömək edəcək"
Müslim, 2699

ARDI VAR...

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> ƏXLAQ Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.