MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Kişi zövcəsinin məsləhətlərinə qulaq asmalıdırmı?

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Qardaşlar üçün
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: B.e. İyun 05, 2006 9:01 pm    İsmarış mətni: Kişi zövcəsinin məsləhətlərinə qulaq asmalıdırmı? Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

Kişi öz zövcəsinin məsləhətlərinə qulaq asmalıdırmı?


Uca Allah Quranda kişilərə qadınlarına qarşı mehriban olmağı buyrur:
"Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin"
(Quran, Nisa, 19)
Peyğəmbərimiz (səlləlləhu aleyhi və səlləm) isə demişdir:"Və qadınlarınıza mehriban davranın və qadınlarınıza mehriban davranın"
(Buxari 5186, Müslüm, 1468)
Həmçinin başqa bir hədisdə Məhəmməd (səlləlləhu aleyhi və səlləm) buyurmuşdur:"Sizdən ən xeyirliniz qadınlarına qarşı ən yaxşı davranandır və mən qadınlara yaxşı davrandığımdan sizin ən xeyirlinizəm"
(Tirmizi,3895. Albani (Allah ona rəhmət eləsin) bu hədisi öz "Səhih əl Cami" (3314)sində səhih kimi qeyd etmişdir)
Şübhəsiz ki, kişinin öz zövcəsinin məsləhətlərinə qulaq asması, (bir işi görərkən) onun fikirlərindən faydalanmağı yuxarıdakı Quran və Sünnədən gətirilən dəlillərdə göstərilən gözəl rəfatrın nümunəsidir. Belə etdikdə, qadın ailəsinə qarşı daha da yumşaqlaşır, daha məsuliyyətli olmağa, öz rəylərini, fikirlərini ölçüb-biçməyə başlayır, çünki başa düşür ki, onun fikirlərindən təkcə özünün yox, yaxınlarının da aqibəti asılıdır. Kişi öz zövcəsində düzgün məntiqi, müdrikliyi, ağlının emosiyalarına qalib gəlməyi kimi məziyyətləri xüsusən qiymətləndirməlidir.
Lakin bəzi hallar ola bilər ki, qadın öz emosional vəziyyəti yaxud sağlamlığı ilə əlaqədar məsləhətlərində müəyyən qədər subyektiv ola bilər və onun məsləhəti kişi üçün bir o qədər də faydalı olmaz. Hətta bu halda belə kişi zövcəsinin fikri, məsləhəti ilə razı olmadığını kobud şəkildə yox, nəvazişlə, şirin sözlərlə bildirməlidir.
Bəzən isə ola bilər ki, kişi zövcəsinin məsləhətinə uyğun hərəkət etdikdə ziyana düşür. Bu halda müsəlman kişinin zövcəsinə acıqlanmağa, onu günahkar bilməyə, "əgər sən deməsəydin filan şey olmazdı" deməyə haqqı yoxdur. Çünki bütün olub keçənlər Allahın qədəri üzrədir və müsəlmana düşən belə hallarda "Bu, Allahın qəza-qədəridir. O istədiyini etdi" (Qadəru-LLahi va mə şə`ə fə`alə) deməkdir, çünki "əgər"sözü şeytan əməli üçün meydan açır.
(Müslüm,4/2052)
Qadınların müdrik məsləhətlərindən hətta peyğəmbərlər də faydalanardılar. Quran və Sünnədə bunun bir çox nümunələri var.
Hudeybiyyə hadisəsinə baxmaq ağıllı və müdrik qadının məsləhətinin nə dərəcədə faydalı olduğunu anlamaq üçün kifayətdir. Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) Hudeybiyyə adlı yerdə Qureyşlə Məkkəyə həmin il Həcc üçün daxil olmamaq barədə razılığıa gəldikdən sonra , o (səlləlləhu aleyhi və səlləm) öz səhabələrinə 3 dəfə "durun və öz qurbanlarınızı (Məkkədə yox, burda) kəsin" deməyinə baxmayaraq, səhabələrdən heç biri doğulub böyüdükləri doğma Məkkəni bir il də görmək imkanlarının olmamağı ilə əmələ gələn kədər hissindən yerlərində qalxmamışdı. Bunu görən Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) ÜmmSələmənin (Allah ondan razı olsun) yanına daxil olur və baş verənləri danışır. ÜmmSələmə (Allah ondan razı olsun) isə öz sevimli ərinə (səlləlləhu aleyhi və səlləm) belə bir məsləhət verir:"Ya RəsulAllah, elə istədiyin budur? Onlarla öz qurbanını kəsmədən və öz dəlləyini başını qırxmağa çağırmadan əvvəl bir kəlmə kəsmə". Peyğəmbər (səlləlləhu aleyhi və səlləm) zövcəsinin dediyi kimi elədi və bundan sonra da səhabələr də yerlərindən qalxaraq, qurbanlarını kəsdilər.
Əl Hafiz İbn Həcər (Allah ona rəhmət eləsin!) bu hadisə barədə belə deyir: Bu, kişinin öz zövcəsi ilə məsləhətləşməsinin yaxşı iş olduğunu göstərir.
Həmçinin Musa peyğəmbərin (Ona salam olsun!) Allahın istəyi ilə Fironun evində böyüyüb tərbiyə almasında Fironun zövcəsi Asyanın məsləhətinin faydasına bir baxın:
"Fironun qadını (Asiyə) dedi: “Bu uşaq mənim də, sənin də göz bəbəyimiz (gözaydınlığımız, gözümüzə sevinc olsun). Onu öldürməyin. Ola bilsin ki, (o böyüyəndə) bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik!” Onlar (işin nə yerdə olduğunu, bu uşağın əlində həlak olacaqlarını) bilmirdilər. "
(Quran, Qəsəs, 9)
Həmçinin həmin surədə Musa peyğəmbərin (Ona salam olsun!) Mədyən kənarındakı quyu başında rast gəldiyi iki qızdan birinin işçi götürməkdə tələb olunan şərtlərlə bağlı atasına elədiyi məsləhətdəki müdrikliyə, təmkinə bir baxın:
"(Musa) Mədyən kənarındakı bir quyuya çatanda onun başında (heyvanlarını sulayan) bir dəstə adam və onlardan başqa (qoyunlarını özgə heyvanlara qarışmasın deyə) geri çəkən iki qadın (qız) görüb dedi: “Sizə nə olub (dərdiniz nədir)?” Onlar: “Çobanlar (heyvanlarını) sulayıb getməmiş biz (qoyunlarımıza) su vermirik. Atamız da ixtiyar bir qocadır (buna görə qoyunları sulamağa biz gətiririk)”, - deyə cavab verdilər.
(Musa) onlar üçün (yaxınlıqdakı başqa bir quyudan su çəkib qoyunlarını) suladı, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!” (Musa yeddi gün idi ki, çöldəki otlardan başqa yeməyə bir şey tapmırdı. Buna görə də Allahdan yemək üçün bir ruzi dilədi).
Sonra (o iki qadından, qızdan) biri utana-utana (Musanın) yanına gəlib dedi: “Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni çağırır!” (Musa gördüyü işin müqabilində heç bir muzd, mükafat almamaq üçün ürəyində and içdi). (Musa qocanın) yanına gəldikdə başına gələnləri (Fironla olan əhvalatı) ona söylədi. O kişi (Şüeyb peyğəmbər) dedi: “Qorxma, artıq zalım tayfanın əlindən qurtarmısan!”
(O iki qızın) biri dedi: “Atacan! Onu muzdla (çoban) tut, çünki bu güclü, etibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır!”

(Quran, Qəsəs, 23-26)
Və Allah yenilməz güc, qüvvət sahibidir!

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: Ş. İyun 02, 2007 3:48 pm    İsmarış mətni: Sitatla cavab ver

Zövcenin oz erine meslehet vermesi

Sual: Eger zövce mescidde namaz qılmağa tenbellik eden erine tövsiye edibse ve ona qarşı qezeblenerse, onda zövce buna göre günahkar olurmu?

Cavab: Eger zövce öz erine Allahın haram buyurduğu şeyleri etmesine göre, meselen camaat namazını qılmamaq, alkoqol içmek ve ya gece vaxtı eylenmek kimi meselelerde meslehet vererse, onda ona heз bir gьnah yoxdur. Buna göre qadın savab qazanır. Meslehet yaxşı ve ağıllı olmalıdır. Bu yolla meslehet onun qebul olunmasını daha da asanlaşdırcaq.

Şeyx İbn Bazz. Fetva el-Merah

http://fdc-41.download.hemenpaylas.com/41A...18/meslehet.rtf
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Qardaşlar üçün Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.