MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Məhəbbət

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> SEVGİ
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: B. May 28, 2006 6:33 pm    İsmarış mətni: Məhəbbət Sitatla cavab ver

Məhəbbət.

Şeyx Saleh Fouzan al Fouzan (Allah onu qorusun) deyir:
Alimlərin dediyinə görə məhəbbət iki qismə bölünür:
1. İbadət məhəbbəti. Bu məhəbbət xalis Allah üçün olmalıdır. İbadət məhəbbəti ilə birlikdə, məhəbbət bəslədiyinə qarşı zəlil olmalısan. Allahdan başqasına səcdə etməyin, qurban kəsməyin, nəzir verməyin qadağan olduğu kimi, bu məhəbbəti Allahdan başqasına aid etmək olmaz.
Alimlər ibadətin tərifində deyiblər ki: "İbadət: Sonsuz sevgi ilə sonsuz zəlillikdir"
İbadət özü də üç əsas üzərində qurulur: Məhəbbət, qorxu və istək
Məhəbbət, qorxu və istək ibadaətin əsaslarıdır. Əgər bunların üçü bir yerdə gəlsə, namaz, həcc və başqa ibadətlər yerinə yetmiş və faydalı olar. Əgər bunlar olmasa, onda insan namaz qılsa, oruc tutsa, həccə getsə belə, onun ibadəti səhih sayılmır
Alimlər eləcə də deyirlər ki :
"Kim Allaha ancaq məhəbbətlə ibadət edərsə, o sufidir" Çünki sufilər iddia edirlər ki, onlar Allaha ancaq məhəbbətlərinə görə ibadət edirlər və belə deyirlər: "Biz Allaha, Cəhənnəmdən qorxduğumuza görə yox, Cənnəti istədiyimizə görə yox, Onu sevdiyimizə görə ibadət edirik" Bu zəlalətdir.
"Kim Allahdan ancaq bir şey istəməyə görə ibadət edərsə, o murciədir" Çünki murciələr, əməlləri iman çərçivəsindən çıxardırlar
"Kim Allaha ancaq qorxaraq ibadət edərsə, o xəvaricdir" Çünki xəvariclər möminləri, günahlara görə təkfir edirlər.
Murciələr ancaq istəməyi götürdülər. Sufilər ancaq məhəbbəti götürdülər. Xəvariclər ancaq qorxunu götürdülər.
Əhli Sünnə vəl Cəmaə isə əlhəmdulillah bu üçünü bir toplayıb qorxaraq, sevərək, istəyərək, zəlilliklə, itaətlə ibadət edirlər. Və bütün bunların üzərində ibadətin digər növlərini qururlar.
2. İbadət olmayan məhəbbət. Bu da dörd hissəyə bölünür:
1) Təbii məhəbbət. İnsanın yeməyi, içməyi və s. ləzzətli halal şeyləri sevməyi.
2) Hörmət məhəbbəti. Uşağın müşrik və kafir olmayan atasını sevməsi. Uşaq öz atasını kəramət, hörmət mənasında sevir. Çünki onun atası ona qarşı çox yaxşıdır. Onu tərbiyə edib. Bu sevilən və əmr olunan məhəbbətdir.
3) Rəhm məhəbbəti. Atanın övladını sevməsi. Ata övladını rəhm məhəbbəti ilə sevir.
4) Dostluq məhəbbəti. Bir işdə işləyən, ticarətdə şərik olduğun insanı, səfərdə sənin yoldaşın olanı, onunla dostluq etmək üçün sevəsən.
Bu qismlər ibadətin növlərindən deyil, çünki bunlarla bərabər zəlillik yoxdur.

Mənbəə: "İanətul Mustəfid bişərhi Kitabit Tövhid" (2/36-37)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: Çər. Avq. 30, 2006 10:33 pm    İsmarış mətni: Sitatla cavab ver

Məhəbbətdə kimisə Allah qədər sevib günah qazanmaq.

Elə insanlar var ki, onlar Allahdan başqasını Ona bərabər tuturlar və Allah ilə birlikdə onu da Allaha layiq olan məhəbbətlə sevirlər və hətta bəzən Allahdan da çox sevirlər. Bu günahdır və haram əməldir, əgər müsəlman tövbə etməsə, onda əbədi Cəhənnəmdə yanacaq.
Quranda, Bəqərə surəsinin 165-ci ayəsində Allah belə buyurur:
"İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı qədər sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir..."
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Rumeysa



Daxil ol: C. İyul 22, 2005 10:15
İsmarışlar: 7

İsmarışGöndərilib: C. Sen. 01, 2006 1:14 pm    İsmarış mətni: Sitatla cavab ver

Chox sag olun, chox gozel yazmisiniz.

Menim bir refiqem bir defe erine olan sevgisini mene bele anlatmishdi - "Men onun ALLAHi sevmesini sevdim". Ne gozeldir, Allah cumle muselmanlara bu cur sevgi nesib eylesin inshALLAH!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Elmuraz Hasan



Daxil ol: Ç.a. Sen. 05, 2006 11:04
İsmarışlar: 6
Şəhər/ölkə: Azerbaycan,Gence

İsmarışGöndərilib: C.a. Sen. 21, 2006 10:17 pm    İsmarış mətni: Mehebbet Sitatla cavab ver

Assalamaleykum.Allah senden razi olsun Zehra baci chox gozel geyd etmisen.Ancag Kishinin gadina olan,gadinin kishiye olan mehebbetinnen danishmadin.men buna da inaniram.Yeni bu Mehebbeti de Allah tala insanlarin beynine depolayib.Chunki eshge dushmeyen insan bilmir o ne olan sheydi.Seven adma ise dilnen deye bilmir o nece hissdi.Bu da Allahin mocuzelerinnen biridi.Allahin bize verdiyi nemetlerinnen biridi.Allahala Biz Muselmanlari bu dunyanin ve axiretin nemetinen versin!!Amin!!!!
_________________
Elmuraz Hasan Genceli balasi..........
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: B.e. Sen. 25, 2006 7:39 am    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

Va alaikum asSalam va RahmatuLlahi va Barakatu, Elmuraz Hasan qardaş.
İslamda qadınla-kişi arasındakı sevgi hisləri ilk növbədə Allah rizası üçün olmalıdır. İkincisi, nişanlanmazdan əvvəl qadın və kişinin bu tip hislərinin olması insanda bir qədər sual yardır. Çünki hamıya məlumdur ki, sevgi hissi qadın və kişidə aşağıdakı hallardan birində yarana bilər:
- Qadına (kişiyə) baxıb xarici görünüşü xoşuna gəlirsə. Halbuki İslamda naməhrəm olan qadına (kişiyə) baxmaq haramdır. Çünki Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) demişdir:"«(Təsadüfü) bir nəzərdən artıq nəzər salma. Çünki birincisi sənindir, ikincisi isə sənə aid deyil».
Əhməd, 1/159
Yad qadına kişiyə bilərək o vaxt baxmaq olar ki, kişi evə qadının bir-biri ilə evlənmək niyyəti var və oğlan öz ailəsini göndərməmişdən əvvəl tək qalmasınlar deyə şahidlərin yanında qızla görüşməlidir ki, bir-birlərini xarici görünüşdən bəyənib-bəyənmədiklərini müəyyən etsinlər.
- Naməhrəm qadınvə kişi bir-birləri ilə söhbət edirsə. Bir-birinə halal olmayan qadın və kişi zərurət olmadan söhbət etməkdən çəkinməlidir. Əgər zərurət varsa da bunu nazlana-nazlana, flirt edən səs tonu ilə, cəlbedici mimikalarla etmək olmaz.
"Əgər [Allahdan] qorxursunuzsa, yumşaq [nazlana-nazlana] danışmayın, yoxsa qəlbində mərəz olan tamaha düşər. [Şəriətə] müvafiq qaydada söz söyləyin"
(Quran, Əhzab, 32)
- Naməhrəm qadın və kişi bir-birinə toxunursa, əl-ələ tutuşur və s. halda Bu toxunulan orqanin (əlin və s.) zinası sayılır və günahdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: «Sizlərdən birinin başına dəmir iynənin soxulması, onun üçün naməhrəm qadına toxunmaqdan xeyirlidir».
ət-Təbarani 20/212, «Səhihul-Cami», 4921.
- Kişi qadınla təkbətək qalırsa. Bu da haramdır, çünki Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) demişdir: "Xəlvətə çəkilmiş elə bir kişi ilə qadın yoxdur ki, şeytan orada üçüncü olmasın".
Əhməd, 1/26
Burda "xəlvət" deyilərkən, nəzərdə tutulan bir otaqda təkbaşına qalmaq nəzərdə tutulmur. Maşında, ofisdə, internetdə, telefonda da naməhrəm kişi və qadınla belə söhbət xəlvət hesab olunur və İslam nöqteyi nəzərindən günahdır.
- Hansısa bir məclisdə qadınlı-kişili bir yerdə oturarkən. Halbuki Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) bunu qadağan edərək demişdir:"(Naməhrəm) qadınlar olan yerə daxil olmaqdan həzər edin!» Ənsardan olan bir kişi dedi: «Bəs qohum necə?» Peyğəmbər səllallahu aleyhi və səlləm dedi: «Elə bəla da qohumdadır».
əl-Buxari, 4934; Muslim, 2172.
Göründüyü kimi birini sevmək üçün gərək onunla ünsiyyətdə olasan, ona baxasan, danışasan və s. Halbuki İslamda yad kişi və qadınların bu cür münasibətləri qadağandır, ona görə ki, bu müsəlmanı həm qəlbi, həm ədəni çirkləndirən, böyük günahlardan biri olan zinaya aparır.
Ona görə də əgər müsəlman ailə qurub, özünü günahdan çəkindirmək istəyirsə, əxlaqını və imanını bəyəndiyi bir müsəlman qız seçib, ailəsini göndərib, yalnız bundan sonra digər hərəkətlərə yol verməlidir. Əgər əxlaqı və Allah sevgisi varsa, narahat olmağa dəyməz, belə müsəlmanı istər-istəməz sevəcəksiniz.
Yox, əgər müsəlman artıq belə bir hissə düçar olubsa, günaha düşməmək üçün ya tez bir vaxtda sevdiyi insanla (müsəlmandırsa və əxlaqlıdırsa) ailə qurmalı, yaxud da bütün əlaqələri kəsməlidir. Dəqiq sözlərini xatırlamıram, amma bizdən əvvəl gələn saleh müsəlmanlar deyərdilər ki, kimin ki, qəlbində sevgi hər şeydən əvvəl yer tutur, orda imana yer yoxdur. Bu doğrudan da belədir, bütün günü, gecə-gündüz kimisə fikirləşmək insanı ən birinci olan sevgidən -Allah sevgisindən, Ona qarşı olan ibadət borclarından çəkindirir və nəticədə iman zəifləyir.
Allah bütün müsəlmanlara halal şəkildə ailə qurmağı, xeyir üstündə birləşməyi və saleh ovladlar nəsib eləsin...Ameen, ya Rəbbim!
AsSalamu alaikum.

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> SEVGİ Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.