Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: C. Mar. 31, 2006 10:34 pm İsmarış mətni: Qadın və kişilərin qarışdığı məkanlar - SOS!!!
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
Qadın və Kişilərin qarışıq məkanlarda iştirak etməsi.
Uca Allaha həmd olsun!
Bir-birinə yad (naməhrəm) olan kişilərin və qadınların eyni məkanlara, eyni qələbəliklərə toplaşması Şəriətə görə qadağandır. Bu qadağanın səbəbi belə məkanların fitnəyə (günaha aparan yola) səbəb olması, nəfsin oyanması və İslam baxımından qeyri-etik davranışların meydana gəlməsidir.
Gəlin bu məsələni ilk əvvəl ilkin mənbələrə (Quran və Sünnəyə) nəzər salaraq, dərindən araşdıraq:
Uca Allah Qurani Kərimdə kişilərə müraciətlə belə buyurur:
"Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olmayın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər..." (Quran, Əzhab, 53)
İbn Kəsirin (Allah ona rəhmət etsin!) təfsirində bu ayə belə izah olunur:"Burda "pərdə arxasından soruşun" o deməkdir ki, evə daxil olub, yad qadınlara baxmaq ümumiyyətlə qadağandır. Əgər onlardan nəsə götürmək yaxud nəsə soruşmaq lazmdırsa, bunu onlara baxmadan (pərdə arxasından) etmək lazımdır".
Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) qadın və kişilərə insanın ibadətdən başqa ağlına bir şey gətirə bilməyəcəyi ən hörmətli məkan olan məscidlərdə belə bir-birinə qarışmamağı əmr etmişdir. Belə ki, məhz bu məqsədlə kişilərə camat namazlarında ön cərgələrdə, qadınlara isə onlardan sonrakı crəglərdə dayanmaq buyurulmuşdu. Məhz bu səbəbdən Peyğəmbər (səlləhu aleyhi və səlləm) namazdan sonra, qadınların onlar üçün ayırılmış xüsusi qapıdan çıxmağı üçün imkan yaradaraq, kişilərə gözləməyi əmr etmişdi. Bu barədə səhih Sünnədəki aşağıdakı hədislərə baxaq:
ÜmmSələmə (Allah ondan razı olsun!) rəvayət edir ki, Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) namazın sonunda təsilimi(2 dəfə "ƏsSələmu əleykum və RəhmətuLLah) dedikdən sonra qadınlar qalxıb gedərdilər. O isə bir az gözlədikdən sonra məscidi tərk edərdi. İbn Şihabın fikrincə Peyğəmbərin(səlləlləhu aleyhi və səlləm) belə etməyi qadınların kişilərdən əvvəl məsciddən çıxmağa imkan tapmağına görə idi." Buxari 793, Əbu Davud 876 ("Qadınların namazdan sonra kişilərdən əvvəl məsciddən çıxması babı") İbn Ömər (Allah ondan razı olsun!) rəvayət edir ki, Allah Rəsulu buyurmuşdur:"Biz (məscidin) bu qapısını qadınlar üçün qadınlar üçün saxlamalıyıq". Naafi bildirir ki, İbn Ömər (Allah ondan razl olsun!) ölənədək bir də o qapıdan keçmədi" ƏbuDavud, 484. Əbu Hüreyrə (Allah ondan razı olsun!) rəvayət edir ki, Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) buyurmuşdur:"(Namazda) kişilər üçün ən əfzəl sıralar birinci, ən pis sıralar sonunculardır və qadınlar üçün ən əfzəl sıralar sonuncu, ən pis sıralar birincilərdir." Müslim, 664.
Yuxarıdakı hədisdən də gördüyümüz kimi Şəriət qadınların və kişilərin bir-birinə qarışmasını qadağan edir, kişilərin cərgələri qadınlardan nə qədər uzaqdıdırsa -bir o qədər yaxşıdır, nə qədər yaxındırsa bir o qədər pisdir, bir o qədər ehtiyatlı olmaq gərəkdir. Anoloji hal qadınlara da aiddir.
Əgər bu ehtiyat tədbirləri insanın Allaha ibadətdən başqa ağlına demək olar ki, heç bir şey gətirmədiyi məcidlərdə görülürsə, onda əziz müsəlmanlar, özünüz düşünün, məsciddənkənar həyatda biz nəfsimizi, imanımızı qorumaq, Allahın qəzəbinə düçar olmamaq üçün gərək min dəfələrlə daha ehtiyatlı olaq.
Əbu Useyd əl-Ənsari (Allah ondan razı olsun!) rəvayət edir ki, o Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm) qadın və kişilərin məsciddən evə qayıdarkən, bir-birinə qarışmış halda yolla getdiklərini gördükdə, qadınlara belə müraciət etdiyini eşitmişdir:"Yol verin (kənara çəkilin), yolun ortası ilə getmək sizə uyğun deyil."Bu hadisədən sonra qadınlar divara o qədər yaxın şəkildə gedirdilər ki, palatarları ora (divara) sürtünürdü" Əbu Davud, "Kitab əl-Ədəb min Sunanihi".
ARDI VAR...
Redaktə edən: Humeyra, son redaktə tarixi: Ş. Apr. 01, 2006 11:15 pm, cəmi 1 dəfə
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Ş. Apr. 01, 2006 11:14 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
. . .
Kədərli haldır ki, qadın və kişilərin eyni məkanlarda qarışması günümüzdə ticarət mərkəzlərinin, xəstəxanaların, təhsil ocaqlarının və s. bunun kimi zəruri ehtiyacların ödəndiyi məkanların ayırılmaz hissəsidir. Lakin bu halda belə müsəlmanlar fitnəyə səbəb olmasınlar deyə belə məkanlarda aşağıdakı qaydalara riayət etməlidirlər:
- Əgər müsəlmanların öz zəruri ehtiyaclarını ödəmək üçün iki yaxud daha çox yolu varsa, onların içindən fintədən daha uzaq olanını seçməlidir;
- Qarışıq məkanlarda maksimum ehtiyatlı olmaq, yad qadınlara (kişilərə) toxunmamağa çalışmaq gərəkdir. (Əgər imkan varsa) qadınların və kişilərin ayrı-ayrı qapılardan, vaqonlardan, otaqlardan, cərgələrdən və i. istifadə etməsini təşkil etmək daha məsləhətlidir. Əgər bu mümkün deyilsə, onda birinci növbədə çıxış (giriş) qadınlara(uşaqlara) verilməldir. Təhsil ocaqlarında, xəstəxanalarda qadınlar və kişilər ilk növbədə öz həmcinslərinə müraciət etsələr daha yaxşı olar. O cümlədən gələcəkdə digər müsəlmanların çətinlikləri olmasın deyə müsəlman qızların (halal şəkildə) müəllim və həkim peşəsinə yiyələnməsinə bütün müsəlmanlar bacardıqları qədər kömək etməlidirlər;
- Belə məkanlarda müsəlman öz səs tonuna, danışıq ədəbinə, lüzumsuz baxışlara maksimal tərzdə hakim olmalıdır.
Statistika:
Bəzi müsəlman sosioloqları tərəfindən qarışıq məkanlar barədə sorğu tərtib edilmişdir. Sorğunun nəticələrini burda yerləşdirmək məqsədəuyğun olardı:
"İslam qadın və kişilərin eyni məkanlarda qarışmasına necə baxır?" sualına:
- 76% "qadağandır";
- 12% "qadağan deyil, əgər əxlaq normalarına riayət edilirsə";
- 12% "bilmirəm" cavabını vermişdir.
"Əgər sizə qarışıq məkanda və qadın və kişilərin ayrı-ayrı yerlərdə çalışdığı məkanlarda iş təklif olunsaydı hansını seçərdiniz?" sualına:
- 76% "qadın və kişlərin ayrı-ayrı çalışdığı yeri seçərdim";
- 9% "qarışıq yerləri seçərdim";
- 15% "bacarığıma harda çox qiymət verilirsə oranı seçərdim" cavabını vermişdir.
"Qarışıq məkanlarda məhz bu qarışıqlıqla əlaqəli hər hansı utandırıcı hadisənin şahidi olmusunuzmu?" sualına:
- Qadın əmədaşlarımdan birinin hicabını (kişilərdən heç kəs olmadığını düşünərək) çıxardığı zaman birdən şöbəyə daxil oldum. Hər ikimiz utandığımızdan bilmədik nə edək;
- Universitetin laboratoriyasında təcrübə keçirmək üçün təyin olunmuş gün gələ bilməmişdim. Ona görə də növbəti gün gəlməyə məcbur idim. Müəllim və laborantlardan əlavə tələbələrin də hamısı qadın idi. Həmin gün məni hər tərəfdən əhatə edən qadın nəzərləri altında həyadan tər tökürdüm;
- İşdə öz dolabımdan (heyz halı üçün) qadın bezi çıxaran anda ona ayırılmış dolabdan nəsə götürmək üçün gələn kişi əməkdaşımı gördüm. Nəzərlərimiz qarşılaşanda məni pis vəziyyətdə qoymamaq üçün tezcə otaqdan çıxdı;
- Universitetdə bir qız leksiyaya gecikdiyi üçün tələsə-tələsə qaçırdı. Məni görcək, sürətini azaltmağa çalışsa da bacarmadı. Nəticə də elə bir hal yarandı ki, yıxılaraq, qucağıma düşdü. Yəqin o qızın və mənim digər tələbələrin gözü qarşısında necə vəziyyətə düşməyimizi təsəvvür edirsiniz;
- Qadın müəllimələrdən biri universitetdə pilləkənlərdən yıxıldı və örtülü yerləri açıldı. Müəllimə elə bir şəkildə idi ki, ağrıdan özünə kömək edə bilmirdi. Nəticədə biz gənclər onun paltarını örtərək, yerdən qalxmasına yardım etdik;
- Mən qadınların və kişilərin bir yerdə çalışdığı firmada işləyirdim. Bir dəfə öz rəisimə bəzi sənədləri imzalatdırmaq üçün gətirmişdim. Əynimdə açıq rəngli paltar var idi. İşimi qurtarıb getmək üçün geri çevriləndə, rəisimin məni çağırdığını eşitdim. Fikirəşdim ki, yəqin nəyisə yaddan çıxarmışam. Geri çevrilib nə istədiyini sörüşdüqda, qəribə, utancaq bir təzdə nəzərlərini məndən qaçırdıb heç nə demədi. Onun baxdığı istiqamətə baxdıqda geyimimin heyz qanına bulaşdığını gördüm. Həmin anda o qədər utanmışdım ki, yer yarılsaydı içinə girməyə razı olardım...
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B. Apr. 02, 2006 11:29 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
. . .
İtirilmiş ümidlər-ibrətamiz real həyat səhnələri.
40 yaşlı ÜmmMəhəmməd nəql edir:
Ərimlə birlikdə orta səviyyəli bir həyatımız var idi. Onda qadınların bəyənəcəyi xarici görünüş olmasa da ailə qurmaığıma səbəb həlim və mülayim xasiyyəti olmuşdu. İkimizdən daha möhkəm xarakter məndə olduğundan ailədə bütün inisiativlər mənim əlimdə idi.
Tez-tez öz yaxın dostu barədə döhbət açar və hərdən bu dostu ilə evimizin bir tərəfində yerləşən ofisində görüşərdilər. Uzun müddət davam edən bu dostluq nəticədə ailəvi gediş-gəlişə çevrilmişdi. Tez-tez ya biz onun ailəsigilə qonaq gedir, ya da onlar bizə gələrdilər, hamımız bir yerdə oturar, söhbətləşərdik. Bəzən də bizə təkbaşına gələr, saatlarla üçümüz bir yerdə deyib-gülər, danışardıq. Ərimin öz dostuna olan inamı hədd-hüdud bilməzdi. Və günlərin bir günü özümü dostunun necə ağıllı, yaraşıqlı olduğunu fikirləşərkən, bu fikir üstündə tutdum. Getdikcə ona daha çox heyran olur, daha çox bəyənirdim. Və ən əsası bu hislərin qarşı tərəfdən də gəldiyini hiss edirdim.
Bu kişinin tam arzuladığım xasiyyətə, görünüşə malik olduğunu anlayandan bəri hadisələr qəribə bir hal almışdı. Təəssüflənirdim ki, niyə o illərdən sonra indi qarşıma çıxmışdı. O mənim nəzərlərimdə günü-gündən ucaldıqca, öz ərimə həqarətlə baxmağa başlayırdım, təmamilə gözümdən düşmüşdü. Sanki kimsə məni vadar edirdi ki, onları daima müqayisə edim.
Əvvəllər bütün bu hislərim məni gecə-gündüz məşğul edən fikirdən başqa bir şey deyildi. Getdikcə hiss edirdim ki, ərimə onun zəif xarakterinə görə əvvəllər hiss etmədiyim bir nifrət baş qaldırıb və bu hiss günü-gündən daha çox qaynayır. Özüm də başa düşmürdüm, necə ola bilərdi ki, mən bu qədər ili onunla bir yerdə yaşamışdım. Vəziyyət o qədər pisləşdi ki, ərimdən boşanmağımızı tələb etdim. Və talaq verməyə məcbur oldu. Bundan sonra ərimin də, övladlarımın da həyatı bərbad oldu...
Ən pisi də bu idi ki, günlərin birində həmin kişinin də ailəsində problemlər baş qaldırdı. Zövcəsi qadın intuisiyası ilə onun qəlbinin dərinliklərində baş verdiyini hiss etmişdi və həmin gündən kişinin həyatı Cəhənnəmə döndü. Qısqanclıq krizisləri zamanı həmin qadın gecə saat 2-də mənim evimə gələr, qışqırar, ağlayar və məni günahlandırardı. Beləliklə kişinin də ailəsi dağılmaq üzrə idi.
Əlavə edim ki, bütün bu hadisələr bizim bir-birimizi daha yaxından tanımağımıza imkan verdi. Və başa düşdüm ki, bu heç də mənim xəyallarımda canlandırdığım o adam deyil. Ayrıldıq.
Nəticədə mən dəyərli hesab etdiyim hər şeyimi - ailəmi, övladlarımı, dostlarımı, ətafımdakıların hörmətini itirdim. Səhvlərimin böyüklüyünü dərk etdiyimdən başqa düşürəm ki, geriyə qayıdıb bağışlanma tələb etməyə haqqım yoxdur. İndi xoşbəxtlik illüziyası üçün hər şeyini puç etmiş mən həmişə olduğumdan daha da bədbəxtəm. Təkcə itirilmiş ümidlərə sahibəm...
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Çər. Apr. 05, 2006 2:54 am İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
. . .
İntiqam -ibrətamiz real həyat səhnələri.
ÜmmƏhməd başına gələnləri danışır:
Ərimin ailəli bir neçə dostu ilə yaxın dostluğumuz var idi. Həftədə bir gün birimizin evində toplaşar, hamımız bir yerdə söhbət axşamı düzəldərdik.
Ürəyimin dərinliklərində heç vaxt belə atmosfer xoşuma gəlməzdi və özümü qadınlı-kişili, hamının deyib güldüyü, yeyib-içdiyi, müxtəlif yersiz, bayağı, əxlaqi normalardan kənara çıxan zarafatlarla müşaiət olunan belə məclislərdə rahat hiss etməzdim.
Bizim məclislərimizdə dostluq adı altında bütün sərhədlər çoxdan yox olmuşdu, tez-tez başqasının zövcəsi, əri ilə səmimi zaraf edən qarşı cinsi görmək olardı və bütün bunlar normal hal kimi qarşılanırdı.
Baxmayaraq ki, bu abır-həyadan uzaq insan kütləsinin içində mən də vardım, lakin vicdanım mənə rahatlıq vermirdi. Və günün birində baş verən bir hadisə məni sanki yuxudan silkələyib ayıltdı:
Telefonun zəng çaldığını eşidib dəstəyi qaldırdım və ərimin həmin dostlarından birinin səsini eşitdim. Salamlaşdıqdan sonra üzr istəyib bildirdim ki, ərim evdə deyil. O isə açıq şəkildə bildirdi ki, ona yox, mənə zəng edib. Bunu dedikdən sonra mənə çox həyasız və əxlaqsız bir təklif etdi...Mən qəzəbimdən bilmədim nə edim, ona telefonda lənət oxumağa başladım. O isə gülərək mənə dedi:" Özünün necə əxlaqlı olduğunu göstərməkdənsə, get öyrən gör ərin sənə necə xəyanət edir...". Bu sözləri eşidəndə, sanki ayağımın altından yer qaçdı. Lakin özümü ələ alıb sərt şəkildə bildirdim ki, inanmıram, o bu sözləri ailəmi dağıtmaq üçün deyir. Dəstəyi asdıqda başa düşdüm ki, şeytan qəlbimə vəsvəsə verir...
Tezliklə aydın oldu ki, ərim doğrudan da mənə başqa qadınla xəyanət edirmiş. Bu məsələ mənim üçün ölüm-dirim məsələsinə çevrildi. Ərimə onun xəynətindən xəbər tutduğumu bildirdim və dedim:" Elə bilmə ki, təkcə sən xəyanət edə bilərsən". Və onun dostu ilə telefonda danışdıqlarımın hamısını nəql elədim. Ərim şok vəziyyətində idi. Mən davam edərək dedim:"Əgər o qadınla əlaqəni davam etdirmək niyyətindəsənsə, onda mənə də bir çıxış yolu qalır: səndən eyni formada intiqam almaq!". Bunu eşitmək yoldaşım üçün ağır zərbə idi. O bilirdi ki, həqiqətdə mən dediyimi əsla etmərəm və etməyəcəm də, lakin birdən-birə sanki o da ayıldı. Başa düşdü ki, indiyə qədərki həyatımız necə çirkin səhnələrlə dolu idi, başa düşdü ki, belə qarışıq məclislər nəyə gətirir, başa düşdü ki, etdiyi əməl-zina nə qədər murdar və çirkin əməldir.
Düzdür, bu hadisədən sonra ərim həmin qadından ayırıldı və evinə, ailəsinə qayıtdı. Lakin bütün olanları tez-tələsik yaddan çıxarmaq məgər mümkündürmü? Ürəyimdə onun xəyanət və yaşadığımız atmosferə olan nifrət yarası hələ də qanadığı halda mən ona əvvəlki nəzərlələr necə baxım axı? Bütün bu olanları xatırladıqca, mən bu "məsum" qonaqlıqların əsl həqiqətdə heç də məsum olmadığını bir daha anlayıram. Və ürəyim hələ də Allahdan bağışlanma diləyir...
ARDI VAR...
Redaktə edən: Humeyra, son redaktə tarixi: B. Apr. 09, 2006 11:01 pm, cəmi 1 dəfə
Daxil ol: Ş. Sen. 10, 2005 08:42 İsmarışlar: 137 Şəhər/ölkə: Baku, Azerbaijan
Göndərilib: Çər. Apr. 05, 2006 7:03 am İsmarış mətni: Allah SENDEN RAZI OLSUN
Assalamu Aleykum ve Rahmatullahi ve Barakatuhu.
Humeyra Baci, bilmirem size nece Dua edimki ozume rahatlig tapim. seninkimi insanlara chox ehtiyacimiz var ve her yerde: ailede, ishde, heryerde, heryerde.
Allah SENDEN RAZI OLSUN. _________________ Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: C. Apr. 07, 2006 2:26 am İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum va RahmatuLLah.
Sitat:
Humeyra Baci, bilmirem size nece Dua edimki ozume rahatlig tapim. seninkimi insanlara chox ehtiyacimiz var ve her yerde: ailede, ishde, heryerde, heryerde
Allah razı olsun, qardaş...Ameen!
İntellekt də fitnə ola bilər...- ibrətamiz real həyat səhnələri.
AbdulFəttah nəql edir:
Mən böyük bir müəssisənin şöbə rəisi vəzifəsində çalışıram. Uzun müddətdən bəri əmrimdə işləyən qadın əməkdaşlarımdan birinin xarici görünüşünə yox, məhz iş bacarığına, ağlına, intellektinə - bununla yanaşı gözəl insani xüsusiyyətlərən olan təvazökarlığına, olduqca sadə və başıaşağı olmağına heyran olmuşdum.
Günlərin bir günü başa düşdüm ki, bu heyranlıq ona qarşı istəyə çevrilib. Və Allahdan qorxan, heç bir namazını qəzaya saxlamayan, ailə, ovlad sahibi olan mən bu evli qadına öz hislərimi açdım. O, məni qəti şəkildə rədd etdi və əlavə etdi ki, aramızda iş əməkdaşlığından başqa heç bir şey ola bilməz və olmayacaq. Qəribə burasıdır ki, bu qadının etirazından sonra geri çəkilmək əvəzinə, mənim beynimə pis fikirlər gəlməyə başladı. Çox arzulayırdım ki, əri ondan ayırılsın və mən onu əldə edə bilim.
Beləliklə, təslim olsun deyə ona vəzifəmdən sui istifadə edərək, təzyiq göstərməyə, başqa əməkdaşların qarşısında pis vəziyyətdə qoymağa başladım. Ola bilsin ki, bu mənim tərəfimdən rədd edilməyi qəbul etməyən bir kişinin bir intiqamı idi. Lakin nə edirdimsə də, qadın mənim bütün pisliklərimi səbirlə, gözəl əxlaqla qarşılayırdı, bu barədə heç kəsə şikayət etmirdi. Əksinə, başını aşağı salıb öz işi ilə məşğul olur, bu sahədə uğurlar qazanır və mənim ağlımı başımdan alırdı.
Məni özündən nə qədər çox itələyirsə, mənim ona aludəliyim, istəyim bir o qədər artır. Başqa vəziyyətlərdə Allahdan qorxduğum üçün qadın gözəlliyi heç vaxt ağlımı başımdan almamışdı. Amma bu qadının intellekti məni ahənruba kimi özünə cəlb edir və anlayıram ki, şeytan təkcə qadın açılmış gözəlliyini əlində silah etməyib....
Sabah nə olacaq? - bunu heç kim bilmir. Özüm onu görcək əlimdən daha nə xəta çaıxacağını gözləyərək, səksəkə içində yaşayıram...
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: Ş. May 06, 2006 9:42 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
Övladlarımız davamçılarımızdır - ibrətamiz real həyat səhnələri.
19 yaşlı N.A.A. danışır:
Onda mən balaca qız idim. İndi danışacaqlarımın o vaxtlar nə ifadə etdiyini uşaq olduğumdan bilmirdim. Amma illər keçdikcə, mən hadisələrin əsl mahiyyətini anlayıram və bu xatirələr məndə dərin iz salır... Tez-tez evimizə qadınlı-kişili qonaqlar gələrdilər. Atamın gələn qadınların saçlarına, sinələrinə necə hərisliklə, maraqla baxdığını xatırlayıram. Xüsusi heç nəyi ilə fərqlənməyən avam bir qadın idi. İşi-gücü gələn qonaqların qayğısına qalmaq idi və vaxtının əksər hissəsini mətbəxdə qonaqlar üçün nəsə hazırlamaqla keçirərdi. Evimizə gələn qonaqlar arasında özünü bilə-bilə, qəsdlə atama göstərən, tez-tez onunla baxışan, ona gülümsəyən bir qadın da var idi. Görürdüm ki, anam mətbəxdə olan vaxt ərzində bu qadın atama yaxınlaşaraq, başdan çıxaran hərəkətlər edirdi. Lakin birdən-birə bu yığıncaqların arası kəsildi. Uşaq olduğumdan, nəyə görə belə olduğunu başa dümədim. Bircə onu xatırlayıram ki, anamn səhhəti təmamilə pozulmuşdu. Atamın adı onun yanında çəkiləndə əsəb sistemi darmadağın olurdu. Bəzən mənim yanımda danışılan üstüörtülü danışıqlardan bir-iki kəlmə eşidirdim, amma nə baş verdiyi mənə çatmırdı. Böyüklər gizlicə öz aralarında "xəyanət"dən, "yataq otağında"n, "öz ərini başqa qadınla biyabırçı vəziyyətdə tutmaq" barədə pıçıldaşardılar...Bu sözlər mənim nəzərimdə hansısa əsrarəngiz hadisəni aydınlaşdıran "açar" sözlər idi.
İllər ötdükcə, böyüyür, böyüdükcə hadisənin əsl mahiyyəti mənə aydın olurdu...Qəlbimdə bütün kişilərə qarşı nifrət var idi. Onların hamısı mənim üçün xəyanətkar idi. Anamın həyatı təmamilə bərbad olub. Buna səbəb atam idi. Ən dəhşətlisi də budur ki, atam öz sevimli "hobbi"sindən hələ də əl çəkməyib...Hələ də yad qadınlara utanmaz nəzərlərlə baxmaq ona sonsuz həzz verir...
İndi mənim 19 yaşım var və bir çox cavan oğlanlarla tanışam. Mən onları başdan çıxarıram, alkin yaxına buraxmıram və bununla da atamdan intiqam alıram. Çünki bu kişilərin hamısı atam kimidirlər və mən onlara nifrət edirəm...Küçələrdə, mağazalarda, kafelərdə kişilərin çevrilib mənə baxmasından, aramsız çalan mobil telefon zənglərindən bəzən qürur hissi keçirirəm...Amma özümlə tək qalanda başa düşürəm ki, dünyada məndən bədbəxd qadın yoxdur və bu bədbəxtlik məni boğur...Həyatımın üstünə qapqara bir bulud var və bu buludun adı atamdır...
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: C. May 12, 2006 6:52 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
Ziyanın yarısından da qayıtmaq xeyirdi...- ibrətamiz real həyat səhnələri.
S. N. A. öz başına gələnlərdən danışır:
Heç vaxt ağlıma gəlməzdi ki, mənim qadınlı-kişili şəraitdə olan iş yerim qarşı cinslə əlaqəyə gətirə bilər. Bu vaxta qədər düşünürdüm ki, hər şey qadının öz əlindədir, xüsusilə qadın hicaba, hətta üz örtüyünə riayət edirsə, onun başına dünyasında nəsə gələ bilməz... Lakin baş verən hadisə fitnənin bütün qarışq yerlərdə olduğuna məni inandırdı.
Lap başlanğıcda mən işdə də üzümü örtərdim. Sonra bəzi müsəlman qızlar mənə dedilər ki, beləliklə mən daha çox diqqət cəlb edirəm, ona görə yaxşı olar ki, onu çıxarım. Əvvəl bu fikirlə razılaşmasam da, tədricən şeytan qəlbimə vəsvəsə verməyə başladı. Və tezliklə niqabı (üz örtüyünü) çıxarmağın mənim üçün daha yaxşı olduğuna özümü inandırdım və ondan imtina elədim...Kolleqalarımla qarışıq ünsiyyət şəraitində işləsəm də, onların söhbətlərinə, zarafatlarına qarşımazdım, bir kənarda oturub işimlə məşğul olardım. Bilirdim ki, ətrafımdakı İslamdan bixəbər, özlərini "müasir" hesab edən bu insanlar öz aralarında məni "yalquzaq qadın" adlandrırlar və düşünürlər ki, mən çox maraqsız, bəlkə də geridəqalmış biriyəm. Günlərin birində həmin kolleqalarımdan bir kişi mənə bunu üstüörtülü şəkildə bildirdi və əlavə etdi ki, heç vaxt mənim kimi birisilə ünsiyyətdə olmaq istəməz, çünki cəmiyyətdən uzaq olanlar, adətən çox darıxdırıcı insanlardırlar. Mən şəxsən özümü maraqsız, geridəqalmış birisi hesab eləmirdim və qərara aldım ki, bunu kolleqalarıma sübut eləyim. Və beləliklə, həmin gündən etibarən iş yoldaşlarımın söhbətlərində, diskussiya və müzakirələridə aktiv şəkildə iştirak eləməyə başladım. Öz baxış bucağımı aydın və kəskin şəkildə izah edə bilirdim, qarşıdakı həmsöhbətimə öz fikrimi təlqin etməyi bacarırdım. Görürdüm ki, ətafımdakılar yanıldıqlarını anlamışdılar. Onlara mənimlə söhbət eləmək, müzakirə aparmaq xoş gəlirdi. Həmçinin söhbət edərkən istifadə elədiyim maneralarımın da kişi kolleqalarımı cəlb etdiyini görürdüm. Onların içində heç vaxt mənim kimi qadınla maraqlanmayacağını deyib mənə istehza eləyən o kişi də vardı. Mən görürdüm ki, danışığım, özümü aparmağım ona həzz verir, tez-tez qəsdən yeni müzakirə mövzuları qaldırırdı ki, məni izləmək imkanı əldə eləsin. Etiraf eləyim ki, kişilərdə xüsusən də əvvəlcə mənə həqarətlə baxanlarda belə maraq oyatmaq, o vaxtlar xoşuma gəlirdi, qadınlıq qürurum xoşhallanırdı. Maraqlısı bu idi ki, özlərini, üz-gözlərini bəzyən, açıq-saçıq geyməklə, pozğun hərəkətlərlə kişiləri qəsdlə cəlb etmək istəyən qadnlardan fərqli olaraq, mən demək olar ki, heç nə eləmirdim, amma kişilər məni acgözlüklə seyr eləyirdilər. Faktiki olaraq, mən Şəriətin günah buyurduğu heç bir şey eləmirdim, amma fikirim həmin o kişi ilə məşğul idi...Lakin tezliklə başa düşdüm ki, özümə olan hörmət hissi bütün bu kişilərdən, bütün bu insanlardan daha yüksəkdə durmalıdır. Dərk elədim ki, onlara mənim danışığımdan, üz-gözümdən həzz almaq imkanı verməklə mən ancaq özümü alçaldıram. Və Allah bilir, bu cür münasibət sonunda zinaya da aparıb çıxara bilər. Ona görə də ziyanın yarısından da olsa, geri qayıtmaq qərarına gəldim, əməllərimdən tövbə elədim. Həmçinin özüm üçün bir sıra nəticələr də çıxardım:
1. İnsanlar onlara sərf etmədiyi üçün inkar eləsələr də, qarşı cinslər arasında cəzb etmə qüvvəsi istənilən hallarda, istənilən vəziyyət və şəraitlərdə hətta insan özünün bundan (hicabla, ailə qurmala və s.) qorusa da əmələ gələ bilər;
2. Qarşı cinslərin bir-birini cəzetməsi Şəriətin halal çərçivələri daxilində başlasa da, əgər vaxtında bu işdən çəkinməsən o səni hökmən Şəritəin bu çərçivələrindən kənara çıxaracaq;
3. Əgər kimsə iddia eləyirsə ki, onun imanı olduqca möhkəmdir və heç vaxt qarışıq məkanlarda günaha batmaz, bilsin ki, o özünü qoruya bilsə də (hərçənd bu ehtimal çox kiçikdir) qarşıdakı insanın fikirlərinə Şeytanın girməkdən qoruya bilməz.
4. Və nəhayət, qarışıq məkanlarda iştirak etməyin heç bir faydası yoxdur. Əksinə bu pis fikirlərin beyinə yol tapmağına kömək eləyir.
ARDI VAR... _________________
Redaktə edən: Humeyra, son redaktə tarixi: B.e. İyun 19, 2006 8:33 pm, cəmi 1 dəfə
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B. İyun 18, 2006 7:47 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
Nəticə.
Bütün bu hadisələr biz müsəlmanlar üçün həqiqətən ibrətdir. Qadın və kişilərin qarışıq məkanlarda iştirakı həqiqətən ailə, əxlaq, mənəviyyat və İslam aspektindən pis nəticələrə gətirib çıxara bilər və gəlin, etiraf edək ki, adını "müasirlik", "sivilizasiya" yaxud hər nə qoyuruqsa, qoyaq, qarışıq məkanlar müsəlman ümməti üçün real təhlükədir. Adətən qadın və kişilərin qarışmasına "burda pis nə var ki?" deyən insanlar, öz fikirlərini inadkarlıqla müdafiə etmək üçün müxtəlif bəhanələr, misallar gətirirlər. Biz onlara hadisələrə real yanaşmağı məsləhət görürük. Məgər günümüzdə mağazalarda, ticarət mərkəzlərində, iş yerlərində, universitet və digər təhsil ocaqlarında vəziyyət bu qədərmi məsumdur? Həmin məkanlarda aparılan söhbətlər, münasibətlər, geyim tərzi, əxlaq nümunəvidirmi? Xeyr, əksinə, gördüyümüz bütün bunların tam əksidir. Kimsə deyə bilər ki, "özünü düzgün apardıqdan sonra, başqalarının əxlaqından müsəlmana nə ola bilər ki?". Görünür, belə fikirləşən müsəlmanlar unudrular ki, şeytan insana heç vaxt "get, zina elə" demir, o insanı doğru yoldan, tədricən ayırır və nəhayət, Allah qorusun, günaha aparır. Ona görə də günahdan bacardıqca uzaq olmaq lazımdır. Əlbəttə heç kəs müsəlmanlara cəmiyyətdən özünü tam şəkildə tədric etməyi məsləhət görmür və bunu etməyə hüququ da yoxdur. Lakin, zərurət olmadığı halda, yaxud başqa bir halal alternativ olduğu halda qadağan edilmişdən yapışmaq istər Quran istər Sünnə nöqteyi nəzərindən düzgün deyil.
Uca Allah müsəlman ümmətini hər cür fitnədən və fitnə əhlindən qorusun...Amin! _________________
Göndərilib: B. Dek. 17, 2006 5:32 pm İsmarış mətni:
:idea: ONDA BELE CIXIR KI BIZ MEKTEBDE OGLANLARLA OXUMAGIMIZ QADAGANDIR. ONDA BELE DEMEK OLARKI BIZ HER GUN SAYSIZ DERECEDE GUNAY ISHLER GORURUK. ONDA GEREK BIZ HECH BASHQA KISHI VE OGLANLARLA DANISHMAMALIYIQ. BES ONDA MEN BILMEK ISTERDIM, BEZI ADAMLAR VAR KI ONLAR HER SEHER AVTOBUSLA ISHE GETMEYE MECBUR QALIRLAR, BES ONDA ONLar ne etsin :?:
bes oz karyerasini ucaltmag ve ishlemek isteyen qadinlar neylesin :?:
men ozumu muselman sayiram, namazimi hemishe yerine yetirirem,ancaq men ele her shey haqda cox xeberim yoxdur cox isteyerdimki mene komek edesiniz. menim bir oglan dostum var o Sheriyet qanunlari haqda, butovlukle burun muselman dunyasi haqda menden daha da cox bilir, men ondan bashqa hech kes o bildiklerin basha sala bilmir, yaxinligimda ele bir insan yoxdur. :( indi men ne edim :?: men onu bir dost kimi cox isteyirem ve o bu gune dek menim cox sayli seflerimi duzeldim. :!:
bes men indi ne edim mene cavab yazin :o Allah SIZI KORUSUN :!: :!: :!:
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B.e. Dek. 18, 2006 2:27 am İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
İlk əvvəl AsSalamu alaikum, zayka383.
Bacıcan, ilk öncə bilmək lazımdır ki, həqiqi müsəlman o kəslərə deyilir ki, onlar təkcə bir neçə ibadətlə kifayətlənməyib, Allahın Quranda buyurduöu və Peyğəmbəri (səllallahu aleyhi və səlləm) vasitəsilə göndərdiyi bütün əmrlərə tabe olana deyilir. Çünki necə ki, namaz müsəlman üçün Allah tərəfindən fərz buyurulub, eləcə də digər əməllər var ki, onları da yetirmək lazımdır. Bunlardan biri də kişilərin yad (naməhrəm) qadınlarla, qadınların isə yad kişilərlə ünsiyyətində gözlənilən ədəblərdr.
Əgər fikir versəniz, lap birinci ismarışda həm Qurandan, həm də Peyğəmbərimizin (səlləlləhu aleyhi və səlləm) səhih hədislərindən bu məsələyə necə baxıldığını qeyd etmişəm. Yəni Allah və Onun Rəsulu (səllallahu aleyhi və səlləm) belə buyurursa, bizim haqqımız varmi ki, bu sözlərə "səhvdir" deyək? Əlbəttə ki, yox. Əgər deyilibsə (axı, bunu mən, digəri, ikincisi yox Allah deyir), qanun qanundur. Əməldə mümkün olmasa da, heç olmasa qəlblə təsdiq etmək lazımdır haqqı.
Bəli, mən başa düşürəm ki, həmişə müəyyən zəruri səbəblərdən mümkün olmur əks cinlə ünsiyyətlə olmamaq. Lakin bu iki cür olur:
1) İnsan özü istəyə-istəyə(yəni könüllü şəkildə);
2) İstəməyərək, məcburən(yəni könlü yoxdur, amma məcburdur). Lakin bu halda da müəyyən hədləri gözləmək, həyalı olmaq, baxışları yerə endirmək, fiziki kontaktdan maksimum çəkinmək və əzilib-büzülən səs tonunu yığışdırmaq, müxtəlif naz-qəmzəli mimikaları yığışdırmaq lazımdır.
Təhsil almağa gəldikdə, təbii ki, bu qadağan deyil. Lakin təhsil almaq heç də oğlanlarla daimi şəkildə ünsiyyət etmək, onlarla zarafat eləmək, "ordan-burdan" söhbətləşmək, hal-əhvla tutmaq, eyni stol arxasında oturmaq və daha nələr nələr demək deyil...Uzun sözün qısası, qadağan olunan təhsil almaq yox, məhz sadaladıqlarımıdır. Hətta yaxşı niyyətlə də olsa, siz də olmasanız, qarşınızdakı günün birində niyyətə düşəcək, çünki belə olmasaydı, Allah və Rəsulu (səlləlləhu aleyhi və səlləm) bunu biz insanlara qadağan etməzdi. Allah əgər bir şeyi bizə qadğan edirsə, bir Yaradıcı olaraq, bunda insanın özü üçün xeyir olduğunu bildiyindən qadağan edir. Bunu unutmayın.
İctimai nəqliyyatda gediş-gəlişə gəldikdə isə, bu ki, yuxarıda yazımda qeyd olunub, bacı. Əgər diqqətlə oxumusunuzsa, orda yazılıb ki, zərurət halı istisnadır. Yəqin ki, çoxlarınız ictimai nəqliyyatlarda, xüsusən insanlar sıxlaşanda necə iyrənc şeylər baş verdiyini bilirsiniz...Qadın və kişilərin qarışmasından çəkinmək dedikdə, məhz belə iyənc hadisələrdən uzaq olmaq nəzərdə tutulur. Bir şeyi də məlumat üçün qeyd edim ki, fikir vermisinizsə, son illərdə bir çox inkişaf etmiş ölkələrdə, metrolarda, avtobuslarda və s. hər cins üçün ayri vaqon, cərgə nəzərdə tutulur.
Ümumiyyətlə xüsusən gənc bacılarıma nəsihətim ondan ibarətdir ki, zərurət olduğu halda evdən çıxdıqda, tək başına çıxmasınlar, çünki xüsusən indiki insanlar arasında bu onların dinləri və həyaları üçün xüsusi təhlükədir. Yaxşı olar ki, ya ataları, ya qardaşları, ya nişanlıları, ərləri ilə birgə çıxsınlar. Əgər bu da mümkün deyilsə, anaları, bacıları, ya da gözəl əxlaqlı rəfiqələri onlara yol yoldaşı ola bilər. Belədə fitnədən daha uzaq olarlar.
Qaldı ki, karyera məsələsinə. Karyeranı daha çox pul qazanmaq üçün siz deyən kimi ucaldırlar, elə deyilmi? Məgər Allahın qanunlarını tapdayaraq, qazanılan pulun dəyəri, Allahın qanunlarına riayət edərək, qazanılan pulun dəyəri ilə (hətta məbləğdə daha çox olsa da) eyni ola bilərmi? Ümumiyyətlə İslamda iş karyerist olmaq üçün yox, ailəni və özünü dolandırıb, Allaha ibadət üçün daha çox güc tapmaq üçündür.
Qaldı ki, İslamı bilən bir oğlanla ünsiyyətdə olmağa, bacışkam, bunun çoxlu çıxış yolları var. Birincisi,Allaha şükr olsun ki, günü-gündən İslama gələn qızlarımızın sayı artır. Hara baxsan, harda təhsil alsan, işləsən, heç olmasa bircə nəfər də olsun, hicablı qız görmək mümkündür, eləmi? Elə isə hətta əgər tanışların arasında belələri yoxdursa belə, hardasa gördüyün hicablı bir müsəlman qızlardan niyə birinə yaxınlaşıb müraciət etməyəsən? Niyə halalı (qızlardan soruşmağı) qoyub haramı (naməhrəm olduğun oğlandan soruşmağı) üstün sayırsan? Əgər utandığını deyəcəksənsə, bil ki, elm öyrənərkən, xüsusən İslam barədə elm öyrənərkən utanmaq olmaz, atalar sözündə deyildiyi kimi, öyrənməmək eyibdir. Əgər həmin qızların sənə acıqlanacağını, yaxud narazı qalacağını deyəcəksənsə, bil ki, onlar buna yalnız şad olurlar. Məsələn, elə inşaAllah, indən belə nə sualın olsa, şəxsi ismarışla mənə müraciət edə bilərsən, bacıcan. İnşaAllah, bildiyimi çatdıraram, bilmədiyimi də öyrənib deyərəm.
İkinci çıxış yolu da var, bacıcan. Allaha həmd olsun ki, sənin internetə daxil olmaq imkanın var eləmi? Bu Azerislam saytını və eləcə də digər saytları təsis edən onlarla, yüzlərlə müsəlmanların internetdə bu səhifələri açmaqda məqsədi, elə İslam barədə sualları olanın elm almasıdır. Elə isə nəyə görə halalı qoyub, haramı seçəsən, bacım?
Üçüncü çıxış yolu da var bacıcan. İslama dair kitablar satılan Muslim Shop və digər müsəlman mağazalarının Allaha şükr Bakının hər tərəfində filialı var. (Istiqlaliyyet 51, Shixeli Qurbanov 12, Tebriz 17- Muslim Shop). Oradan İslami biliklərini genişləndirmək üçün istənilən qədər kitab, disk əldə etmək olar. Satıcı müsəlman qızlardan da nə sualın olsa soruşa bilərsən, bacıcan.
Dördüncü çıxış yolu da var, bacıcan. Yenə internetdən istifadə edərək, İslam baxımndan elmli müsəlmanların cavablandırdığı saytlarda online şəkildə suallar vermək. Həmin saytların bir neçəsinin ünvanını verirəm:
https://www.azerislam.com/question/ http://www.abubakr-mescidi.com/forums/index.php?showtopic=752&st=0 http://selefeqidesi.com/sual_cavab.shtml
Bu çıxış yolları mənim ağlıma gələnlərdir. İnanıram ki, Allah yolunda qadağalardan çəkinmək istəyən hər bir müsəlman özü üçün çoxlu sayda alternativ tapa bilər, təki istək olsun.
Bu qədər bacıcan. Allaha əmanət ol.))
Bu sənədir:
AsSalamu alaikum.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.