MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Zina!

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> ƏXLAQ
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Elchin Bextiyaroglu



Daxil ol: B. Apr. 02, 2006 23:49
İsmarışlar: 32
Şəhər/ölkə: Baki

İsmarışGöndərilib: C. Apr. 07, 2006 3:51 pm    İsmarış mətni: Zina! Sitatla cavab ver

Zina Sozunun mensheyi Ve Menasi Nedir?
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: B.e. Sen. 25, 2006 7:46 am    İsmarış mətni: Sitatla cavab ver

«Qureyşli bir gənc Peyğəmbərin səllallahu aleyhi və səlləm yanına gəlib dedi: «Ey Allahın elçisi, izn ver, zina edim». Səhabələr ona yaxınlaşıb, “sus-sus” deyərək kənara çəkdilər. Peyğəmbər səllallahu aleyhi və səlləm dedi: «Yaxın gəl!» O, yaxına gəldikdə Peyğəmbər səllallahu aleyhi və səlləm dedi:
– Öz anana rəva bilirsən?
– Allaha and olsun ki, yox. Allah məni sənə fəda etsin!
– Həmçinin insanlar da öz analarına bunu rəva bilmirlər. Bunu öz qızına istəyərsən?
– Allaha and olsun ki, yox. Ey Allahın elçisi, Allah məni sənə fəda etsin!
– Həmçinin insanlar bunu öz qızlarına istəməzlər. Bunu öz bacın üçün istəyərsən?
– Allaha and olsun ki, yox. Ey Allahın elçisi, Allah məni sənə fəda etsin!
– Həmçinin insanlar bunu öz bacıları üçün istəməzlər. Bunu öz bibin üçün istəyərsən?
– Allaha and olsun ki, yox. Ey Allahın elçisi, Allah məni sənə fəda etsin!
– Həmçinin insanlar da öz bibilərinə bunu istəməzlər. Bunu öz xalan üçün istəyərsən?
– Allaha and olsun ki, yox. Ey Allahın elçisi, Allah məni sənə fəda etsin!
– Həmçinin insanlar da bunu öz xalaları üçün istəməzlər.
Peyğəmbər səllallahu aleyhi və səlləm əlini onun çiyninə qoyub dedi: «Allahım, Onun günahını bağışla, qəlbini təmizlə və ismətini qoru!»
Bu hadisədən sonra o gənc heç bir şeyə (zinaya) meyl etmədi».


İmam Əhməd, "Müsnəd", 5/256
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: C.a. Sen. 28, 2006 1:51 am    İsmarış mətni: Sitatla cavab ver

ZİNAYA APARAN YOLLAR

Naməhrəmə baxmaq. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «(Təsadüfü) bir nəzərdən artıq nəzər salma. Çünki birincisi sənindir, ikincisi isə sənə aid deyil». Əhməd, 1/159.

Naməhrəmlə əl ilə görüşmək. Aişə (r.a) demişdir: «Allaha and olsun ki, Peyğəmbərin səllallahu aleyhi və səlləm əli (naməhrəm) qadın əlinə toxunmamışdır». əl-Buxari, 2/967. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Sizlərdən birinin başına dəmir iynənin soxulması, onun üçün naməhrəm qadına toxunmaqdan xeyirlidir». ət-Təbarani 20/212, «Səhihul-Cami», 4921.

Naməhrəmlə xəlvətə çəkilmək. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Xəlvətə çəkilmiş elə bir kişi ilə qadın yoxdur ki, şeytan orada üçüncü olmasın». Əhməd, 1/26.

Naməhrəm qadının səsindən həzz almaq. Uca Allah buyurur: «Ey Peyğəmbərin qadınları! Axı siz [başqa] qadınların heç biri kimi deyilsiniz. Əgər [Allahdan] qorxursunuzsa, yumşaq [nazlana-nazlana] danışmayın, yoxsa qəlbində mərəz olan tamaha düşər. [Şəriətə] müvafiq qaydada söz söyləyin». «əl-Əhzab», 32.Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Ümmətimdən elə bir tayfa olacaq ki, zinanı, ipəyi, sərxoşedicini (şərab və s.) və musiqini halal hesab edəcəklər». əl-Buxari, 5268.

Kişilərlə qadınların bir məclisdə olması. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «(Naməhrəm) qadınlar olan yerə daxil olmaqdan həzər edin!» Ənsardan olan bir kişi dedi: «Bəs qohum necə?» Peyğəmbər səllallahu aleyhi və səlləm dedi: «Elə bəla da qohumdadır». əl-Buxari, 4934; Muslim, 2172.

Yad bir yerə izinsiz daxil olmaq.
Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «(Gözlənilmədən naməhrəmi) görməmək üçün izin istəmək vacib buyrulmuşdur». əl-Buxari, 5580; Muslim, 2156(Yad bir yerə daxil olmaq istədikdə) üç dəfə izin istəmək lazımdır. Sənə izin verilsə, (gir) əks halda isə qayıt». Muslim, 2153.

Qadının açıq-saçıq geyinməsi. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Mənim vəfatımdan sonra kişilərə ən çox zərər gətirə biləcək (fitnə) qadınların fitnəsidir». əl-Buxari, 4808; Muslim, 2470.

Özbaşnalıq edib evdən çıxmaq. «əl-Əhzab», 33. «Evlərinizdə qərar tutun. İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin...».

Ətirlənib kişilər arasına çıxmaq. Peyğəmbər səllallahu aleyhi və səlləm
demişdir: «Hansı qadın ki, ətirləndikdən sonra onun ətrini duysunlar deyə camaat arasına çıxar, zina etmiş sayılar». Əhməd 1/412, «Səhihul-Cami», 4126. «Hansı qadın ki, ətirləndikdən sonra onun ətrini duysunlar deyə məscidə gedərsə, cənabət halında olduğu kimi qüsl etməyincə namazı qəbul olunmaz». Əhməd 2/444, «Səhihul-Cami», 2703.

Təkbaşına səfərə çıxmaq.
Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Qadın səfərə yalnız məhrəmlə çıxa bilər». əl-Buxari, 1763; Muslim, 1341.

Uşaqların tərbiyəsi ilə məşğul olmamaq, onların əxlaqsız uşaqlarla təmasda olmasına biganə yanaşmaq.

Əxlaqsız şəkillərin yayılması.

Əxlaqsız teleseriallara və başqa bu kimi pozğun verlişlərə baxmaq.

Əxlaqsızlığa yol açan və zinanı təbliğ edən bayramlar.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: Ş. Sen. 30, 2006 8:44 pm    İsmarış mətni: Sitatla cavab ver

ZİNANIN FƏSADLARI

Namusu ləkələyir.
Zinakar, insanlar arasında gözü kölgəli (rüsvay) olur.
Zina qəlbi qaraldır və onu sıxıntıya salır.
Ailədə fəsad törədir, ərlə arvad arasında olan münasibətləri korlayır.
Uşaqların tərbiyəsinə pis təsir edir.
Əsil-nəcabətin bilinməməsi və soy kökünün itib batmasına səbəb olur.
Bəzən zinakarlar qeyrətin qurbanına çevrilirlər.
Əksər hallarda dünyaya gələn uşağın atasının kim olduğu bilinmir.
Zinakarların əksəriyyəti narahatlıq hissi ilə yaşayır, yaxınlarının onların bu çirkin əməllərindən xəbər tutacağından qorxurlar.
Zinanın yayılması cəmiyyətin xarab olmasına gətirib çıxardır.
AİDS və s. kimi təhlükəli yoluxucu xəstəliklərin yaranmasına və onların yayılmasına səbəb olur.
Zinanın çoxalması Qiyamətin yaxınlaşmasıdır.
Zina malın israf olmasına səbəb olur.
Bir nəfərin zina etməsi onun bütün xalqının adına xələl gətirir.
Zina edən şəxs tez-tez yalan danışmaq məcburiyyətində olur.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: Çər. Okt. 04, 2006 9:28 pm    İsmarış mətni: Sitatla cavab ver

ZİNADAN XİLAS OLMAĞIN YOLLARI

Namaz qılmaq; «Namaz qıl! Doğrudan da, namaz cirkin və yaramaz işlərdən çəkindirir». «əl-Ənkəbut», 45.

Oruc tutmaq; Əvvəldə qeyd olunan hədisə bax: «...Doğrudan da, o, ehtirası söndürür!»

Zinadan qorunmaq üçün yalnız Allaha sığınmaq;

Bu murdar əmələ gətirib çıxara bilən hər bir səbəbdən qaçmaq;


Sözdə və əməldə ixlaslı olmaq.
Axı Allah Yusifi aleyhissəlam məhz ixlaslı olduğuna görə zinadan qorumuşdur. (Yusif surəsinin 22-ci ayəsindən 34-cü ayəsinə qədər oxu!)

Çoxlu zikr etmək; Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Bəndənin qəlbi düzəlməyincə imanı düzəlməz, dili düzəlməyincə də qəlbi düzəlməz!»

Zinakarların başına gələnlər barədə düşünmək;

Ölümü xatırlamaq;

Yaxşı adamlarla dostluq etmək; Peyğəmbər demişdir: «Yaxşı dostla pis dostun məsəli, ətir satanla, körük vuranın məsəlinə bənzəyir. Ətir satanın yanında olsan, ondan ətir almasan belə ətrin iyindən ləzzət alacaqsan. Amma körük vuranın yanında olsan, paltarını yandırmasa da tüstüsündən əziyyət çəkəcəksən».«Səhihul Buxari», 2101.

Aşağıdakı ayələri xatırlamaq;
«Məgər o bilmir ki, Allah [hər şeyi] görür?» «əl-Ələq», 14.
«O, gözlərin xəyanətini [xain baxışları] və qəlblərin nə gizlətdiyini bilir». «Ğafir», 19.
«O dedi: «Qorxmayın! Axı Mən də sizinləyəm, [hər şeyi] eşidirəm və görürəm!» «Taha», 46.
«Oda atılan kəs yaxşıdır, yoxsa Qiyamət günü arxayın gələn kəs? İstədiyinizi edin! Həqiqətən, O, sizin nə etdiklərinizi Görəndir». «Fussilət», 40.
«Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz [heç vaxt] Bizə qaytarılmayacaqsınız?» «əl-Mu'minun», 115.
«O gündən qorxun ki, onda Allaha qaytarılacaqsınız! Sonra hər kəsə qazandığının əvəzi tam veriləcək və onlara zülm olunmayacaqdır » «əl-Bəqərə», 281.
«O gün insan deyəcəkdir: «Haraya qaçmalı?» «əl-Qiyamə», 10.
«O gün heç kəs Onun verdiyi əzab [kimi] əzab verə bilməz » «əl-Fəcr», 25.

Kim dörd şeydən, – (xain) baxışlardan, (pis) fikirlərdən, (boş) söhbətlərdən, (harama aparan) addımlardan, – özünü qorusa, dinini qorumuş olar.

“Baxmaq insanın başına bəlalar gətirən bütün işlərin başlanğıcıdır. Çünki baxmaq xatırlamağa gətirib çıxarır, xatırlamaq fikirləşməyə vadar edir, fikirləşmək şəhvəti oyadır, şəhvət istək əmələ gətirir, sonra isə bu, artıq qəti qərara çevrilir və əlbət ki, zina baş verir...” Yaxşı-yaxşı fikirləşin! Məgər vaxtını səmərəli keçirən adamla veyl-veyl gəzib ömrünü başa çatdıran eyni ola bilərmi. Yaxşı deyiblər ki, “Vaxt qılıncdır. Sən onu kəsməsən, o səni kəsəcək...” «əğ-Dau vəd-Dəvau», 232-250.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> ƏXLAQ Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.